Mercedes-Benz-dən elektrik superkarı: Mercedes-Benz SLS AMG Coupe Electric Drive 2014

 
Mercedes-Benz-dən elektrik superkarı: Mercedes-Benz SLS AMG Coupe Electric Drive 2014

Mercedes-Benz təmsilçiləri SLS AMG Electric Drive 2014 superkarının timsalında yeni dövrün elektromobilini nümayiş etdirərək bildirirlər ki, betmobillər keçmişə qovuşur. Yeni model eksklüziv elektrik avtomobilidir, onun hazırlanmasında "Formula-1" texnologiyalarından istifadə olunub. O, Ferrari F12 berlinetta (740 at gücündə) və Lamborghini Aventador (750 at gücündə) kimi güclü modellərlə bir sırada dayanır. Yeni elektrik kupesi Paris-2012 avtosalonunda ən güclü Mercedes-Benz avtomobili kimi təqdim olunub.

Kupe kuzovlu ən güclü Mercedes avtomobili olaraq yeni model idman avtomobilləri seqmentində pərəstiş obyektinə çevrilir. Benzinlə işləyən SLS AMG versiyasından fərqli olaraq, elektromobil tündləşdirilmiş ön və arxa fənərlərlə, dəyişikliyə məruz qalmış ön bamper və şanvarı formada radiator barmaqlığı ilə təchiz olunub.

Superkarın profilinə baxdıqda "Electric Drive" yazısı diqqəti cəlb edir. Ona beş ədəd qoşalaşdırılmış mili olan yüngül lehimli disklər quraşdırılıb. Avtomobilin baza komplektasiyasına ön tərəfdə 19 düymlük təkərlər, arxada isə 20 düymlük təkərlər daxildir. SLS AMG Electric Drive idman kupesinin dizaynında diqqətçəkən əsas məqam "magno" (elektrik parıltısı) rəngidir.

İnteryer
Elektromobilin interyeri sportkarın adına uyğun olaraq idmansayağı oturacaqlarla və çoxsaylı karbon elementlərlə təchiz olunub. Sürücü üçün yeni sükan nəzərdə tutulub və sükanın arxa tərəfində spidometrlə taxometr öz yerini bütün zəruri informasiyaları təqdim edən elektron displeyə verib. Avtomobilin salonuna kontrastlı ağ tikişlə işlənmiş tünd çalarlı yüksək keyfiyyətli Designo dərisindən üzlük çəkilib.

Benzin mühərrikinin işləməsindən yaranan səsin imitasiyası interyerə xüsusi şövq verir. 11 dinamikdən gələn və xüsusi olaraq tənzimlənən səsin tonallığı təkcə hərəkət sürətindən deyil, həm də mühərrikin fırlanma tezliyindən və yol şəraitindən asılı olaraq dəyişir.

Avtomobilin baza komplektasiyasına multimedia sistemi, İnternetə çıxış, şinlərin hər birindəki təzyiqə nəzarət edən sensor, arxa görüntü kamerası və dövrə vurmanın müddətini göstərən saniyəölçən daxil edilib.

Mühərrik
SLS AMG Electric Drive idman kupesi dörd elektrik mühərrikinin (hər təkərə bir mühərrik) və akkumulyatorun köməyi ilə hərəkətə gətirilir. İdman elektromobilinin ümumi potensialı 750 at gücünə, fırlanma momenti isə 1000 Nm-ə bərabərdir ki, bunlar da olduqca yüksək göstəricilərdir. Belə potensialla SLS AMG Electric Drive 100 km/saat sürət yığmağa cəmi 3,9 saniyə sərf edir. Elektromobilin maksimal sürəti elektronika vasitəsilə məhdudlaşdırılıb və 250 km/saata bərabərdir.

Daxiliyanma mühərrikindən fərqli olaraq, fırlanma momentinin artımı dərhal (sürücü qaz pedalına basan kimi) baş verir və faktiki olaraq avtomobilin start götürdüyü andan dərhal sonra 1000 Nm göstəricisinə çatır.

Hər birinin çəkisi 45 kq təşkil edən dörd elektrik mühərrikinin hamısı hər birində 72 akkumulyator olan 12 moduldan ibarət litium-ion batareyasından qidalanır. Su vasitəsilə soyudulma və isidilmə sisteminə malik olan batareyanın çəkisi 548 kiloqramdır. Onu optimal yerdə quraşdırmaqla mühəndislər avtomobilin ağırlıq mərkəzinin alçaqda olmasını təmin ediblər.

Opsiya qismində şirkətin təklif etdiyi xüsusi enerji yükləmə qurğusu qarajın divarına quraşdırıla bilər. Mercedes-Benz SLS AMG Electric Drive superkarının tükənmiş enerji ehtiyatı bu qurğunun vasitəsilə 3 saat ərzində tam doldurulur. Xüsusi qurğu olmadan enerji yükləmə prosesi 20 saatadək çəkir.

Sürücü döndərici açardan istifadə edərək 3 rejimdən birinin köməyi ilə Mercedes-Benz SLS AMG Electric Drive elektromobilini cari hərəkət rejiminə uyğunlaşdıra bilər:
1. "C" – gündəlik şəhərdaxili hərəkət rejimi;
2. "Sport" – sürət parametrlərini artıran rejim;
3. "S+" – maksimal sürət rejimi.

Yüksək sürətlə hərəkət edən avtomobili dayandıra bilmək üçün superkara keramik əyləc diskləri ilə təchiz olunmuş yüksək məhsuldarlığa malik əyləc sistemi quraşdırılıb. Mühəndislərin sözlərinə görə, ön tərəfdə 402х39 mm ölçülü, arxada isə 402х39 mm ölçülü iki disk avtomobili problemsiz dayandırmağa qadirdir.

Perspektivli kupe Almaniyanın avtomobil bazarında 2013-cü ilin iyulunda peyda olacaq. Orada Mercedes-Benz SLS AMG Electric Drive 2014-ün qiyməti 416.500 avro təşkil edəcək ki, bu da SLS AMG Coupe GT benzin avtomobilinin dəyərindən (204.680 avro) iki dəfədən də artıq çoxdur.

avtomobil.az

Mercedes-Benz-dən elektrik superkarı: Mercedes-Benz SLS AMG Coupe Electric Drive 2014

Mercedes-Benz-dən elektrik superkarı: Mercedes-Benz SLS AMG Coupe Electric Drive 2014

Mercedes-Benz-dən elektrik superkarı: Mercedes-Benz SLS AMG Coupe Electric Drive 2014

Mercedes-Benz-dən elektrik superkarı: Mercedes-Benz SLS AMG Coupe Electric Drive 2014

Mercedes-Benz-dən elektrik superkarı: Mercedes-Benz SLS AMG Coupe Electric Drive 2014


Geri dön

BATU011

  • 15 yanvar 2013 09:58
  • Məqalə: 2
  • Şərh: 22
  • Bal:
TESEKKURLER

_favorit_arkadas

  • 3 yanvar 2013 16:14
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
{awards}
xəbərə görə çox sağol...

--------------------

leyluwka_20

  • 2 yanvar 2013 21:52
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
vayyy))))zorrrrrrr

--------------------

✰Маша✰

  • 2 yanvar 2013 16:09
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
masinlar superiydi

Wirinka)

  • 2 yanvar 2013 15:51
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
Maraqlidir twk...

GuNaY_83

  • 2 yanvar 2013 15:03
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
melumata gğrə sağol

--------------------

ZuZuM__

  • 30 dekabr 2012 03:43
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
COX SAQ OLUN.................

--------------------

angeL :)

  • 28 dekabr 2012 22:38
  • Məqalə: 39
  • Şərh: 2313
  • Bal:
{awards}
merse superrrrrrrrrrrr................................................................
..............

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

ZuZuM__

  • 28 dekabr 2012 15:13
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
super mawindiii

--------------------

DILEKLER

  • 28 dekabr 2012 10:55
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
BUNDAN MENDE VAR EE wink

adsiz2

  • 28 dekabr 2012 00:13
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
melumata gğrə sağol

--------------------

ღ★Diamond★ღ

  • 27 dekabr 2012 23:20
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
"Electric Drive...

ZuZuM__

  • 27 dekabr 2012 22:04
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
xoshm gelmedi nese.porshe panamera istiyirem en ozude qirmizi rengdeeee

--------------------

Nara Neznakomka

  • 27 dekabr 2012 21:52
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Kupe kuzovlu ən güclü Mercedes avtomobili olaraq yeni model idman avtomobilləri seqmentində pərəstiş obyektinə çevrilir. Benzinlə işləyən SLS AMG versiyasından fərqli olaraq, elektromobil tündləşdirilmiş ön və arxa fənərlərlə, dəyişikliyə məruz qalmış ön bamper və şanvarı formada radiator barmaqlığı ilə təchiz olunub.

Superkarın profilinə baxdıqda "Electric Drive" yazısı diqqəti cəlb edir. Ona beş ədəd qoşalaşdırılmış mili olan yüngül lehimli disklər quraşdırılıb. Avtomobilin baza komplektasiyasına ön tərəfdə 19 düymlük təkərlər, arxada isə 20 düymlük təkərlər daxildir. SLS AMG Electric Drive idman kupesinin dizaynında diqqətçəkən əsas məqam "magno" (elektrik parıltısı) rəngidir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

solnuska

  • 27 dekabr 2012 21:30
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN.................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

R.M Fanatı...

  • 27 dekabr 2012 21:15
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
Woooow........

--------------------

★Azerbaijan girl★

  • 27 dekabr 2012 21:10
  • Məqalə: 369
  • Şərh: 10176
  • Bal:
{awards}
gorunuw suppper..suretide yeqin supper olar..tewekkurlerr

★WirinKa★

  • 27 dekabr 2012 21:07
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tewekkurler

--------------------

Shokoladka

  • 27 dekabr 2012 20:54
  • Məqalə: 30
  • Şərh: 8440
  • Bal:
{awards}
Xebere gore tskler

--------------------


Samir98

  • 27 dekabr 2012 20:50
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
Qəşəng maşındı.Çox sağol.

ღ★ Firuzə ★ღ

  • 27 dekabr 2012 20:45
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurler...ama menim xowum gelmir fellow

--------------------

Prank girl

  • 27 dekabr 2012 20:41
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Elvin007

  • 27 dekabr 2012 20:38
  • Məqalə: 217
  • Şərh: 3308
  • Bal:
{awards}

MAraqli xeber ucun Tewekkur edirem!

--------------------
▼►►Proqramming◄◄▼

GuNaY_83

  • 27 dekabr 2012 20:32
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
super mawindiii laughing

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 15
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}