İslamı necə təbliğ edirik

 
İslamı necə təbliğ edirik

Son zamanlar Azərbaycanda qəribə tendensiya yaranıb: insanlar nəinki dindar, ümumiyyətlə, dindən
xeyli uzaq olduqları təqdirdə, dində mövcud olan konkret göstərişi həyata keçirməyə son dərəcə aludə olublar.
Yox, düşünməyin ki, məmləkətimizdə dua, camaat namazı və yaxud sədəqə paylamaq ənənəsi bərqərar olub.

Milli.Az İslam.az-a istinadən xəbər verir ki, əgər belə olsaydı, heç bu sətirlər də yazılmazdı. Söhbət müvəqqəti nikahdan, yəni siğədən, yəni mütədən gedir. Əvvəlcədən bir məsələni qeyd edim ki, meydana gələ biləcək konkret ittihamın qarşısı alınmış olsun: mən o müsəlmanlardanam ki, dinimizdə müvəqqəti nikahın mövcudluğunu qəbul edirəm. Bu belə. İndi isə sözümün məğzi.

Bir neçə gün əvvəl məni çaş-baş salan bir hədis eşitdim. Özü də bunu bazarda alverlə məşğul olan, avtobus dayanacağında qəzet satan və ya avtomobilləri yumaqla özünə və ailəsinə çörəkpulu qazanan birisi demədi. Söhbət “hörmətli hacı”dan gedir. Ağa buyurdu ki, Qiyamət günü həyatında 3 siğəsi olmayan kişiyə Cənnət haram buyurulacaq. Konkret. İstisnasız. Güzəştsiz. Sanki qupquru budağa bir balta çaldı. Dini savadım yoxdur. Odur ki, belə hədisin olub-olmaması məsələsinə dair bir söz deyə bilmərəm. Hərçənd, mövcudluğunu bilsəm belə, yenə də fikirlərimdə, mövqeyimdə bir dəyişiklik baş verən deyil. Çünki Quran ayəsi deyil ki, şəksiz qəbul edim. Çünki Allaha şükürlər olsun ki, Rəbbim mənə naqis də olsa, ancaq düşünən beyin əta edib. Çünki mərhum valideynlərim mənə abır, həya, düzlük, vicdanlıq dərslərini keçiblər. Çünki zərrə qədər də olsa, məntiqi analiz qabiliyyətinə qadirəm. Məntiqlə düşünərək də, bu hədisi eşidən bir gəncin sonrakı davranışlarına dair mülahizə yürüdürəm. Siz də yürüdün, çox rica edirəm. Nə alınır? Razıyam, çox çirkin bir mənzərə yaranır. Belə anlaşılır ki, Allah, əstəğfürullah, yaratdığı bəşər qarşısında bir plan qoyub. Bu plan da yerinə yetirilməlidir. Əks halda hansısa Cənnət haqqında heç düşünməyinə dəyməz. Bütün həyatı boyu da insan bu planı yerinə yetirmək üçün mücadilə etməlidir. Şüarı da bəllidir: “Üç siğə et – Cənnətə daxil ol!”.

Artıq yuxarıda qeyd etdiyim kimi, bu gün Azərbaycanda bu proseslər son dərəcə ifrat və iyrənc xarakter alıb. Üzr istəyirəm bu ifadəmə görə, amma gündə bir pozğun qadının yanına gedən və uzaq başı 1 saat “vaxt itirən” həmyerlimiz ara-sıra qınaq eşidəndə buyurur ki, “neyləyirəm e, siğədi da!”. Onun bu hərəkətlərinə rəvac verənlər isə bəzi inanclılardı. Həmən inanclılar ki, siğəni az qala həyatının mənasına çeviriblər, soraqları gündə bir mahaldan gəlir. Dindən uzaq olanlar hərəkətlərinə “siğədi da!” deməklə bəraət qazandırmağa çalışırlarsa, sözügedən inanclılar “savadlı dindarlar” kimi davranışlarını yuxarıda bəhs etdiyim hədislərə bənzər rəvayətlərlə isbatlayırlar. Məsələn, İmam Sadiqdən (ə) belə hədis nəql edirlər: “Mütə nikahı və müvəqqəti evlilik hər bir şəxs üçün müstəhəbdir. Xoşlamıram ki, sizlərdən biriniz ömründə heç olmasa bir dəfə müvəqqəti evlənməmiş bu dünyadan getsin”. Yaxud da yenə İmam Sadiqdən (ə) belə bir hədis: “Mütə edən kəsin qüsl edən vaxt bədənindən axan hər damla suya Allah-taala yetmiş mələk məmur edər ki, qiyamət gününə qədər onun üçün bağışlanma diləsinlər. Mütədən imtina edən və uzaq duran kəslərə isə qiyamət gününədək lənət göndərmək tapşırılar”. Təsəvvür edirsiniz? İmama yaraşdırdınızmı bu lənət məsələsini? Nə bilim, vallah...

Qardaşlar, əzizlərim! Əvvəla bu hədislərin nə dərəcədə səhih olub-olmaması bəlli deyil. Yəni Quran ayəsi deyil ki, dərhal qəbul edək. Ancaq bir anlığına düşünək ki, bu hədislər səhihdir. Məgər bu gün bütün əməl olunası VACİBLƏR yerinə yetirilib ki, bu müstəhəbə bu qədər aludə olmuşuq? Yaşadığımız cəmiyyətdə nə qədər xəstə var ki, müalicə olunmağa, dərman almağa pul tapmır, nə qədər ac var ki, qarnını sonuncu dəfə doyuzdurduğunu unudub, nə qədər yetim var ki, məktəbə getməyə paltar tapmır və s. və s... Həqiəqətənmi bu gün İslam, Allah bizdən bu müstəhəbə belə canfəşanlıqla əməl etməyi tələb edir? Məgər İmam Cəfər Sadiq (ə) bu gün yanımızda olsaydı “hey, müsəlman igidləri, haydı savab qazanmağa, haydı hamı siğə dalınca düşsün!” deyərdimi?

Bir daha qeyd etməyi özümə borc bilirəm: müvəqqəti kəbin İslamda mövcuddur. Və bəzi zəruri hallarda harama düşməmək üçün və iffəti qorumaq şərti ilə icrası mümkündür. Fahişələrlə “siğə” adı ilə münasibət qurmaqdan isə söhbət belə gedə bilməz. Amma bu gün, bu müvəqqəti kəbini belə iyrənc kökə salmaq İslama zərbə vurmaq deyilmi? Yaşadığımız cəmiyyəti, mühiti nəzərə almadan davranmaq olarmı? Dindən uzaq olan bir kəsin qəlbində “namaz qılanın” gündə bir pozğun qadınla siğə etməsi İslama məhəbbət yaradarmı?

Sonda isə bir xatırlatma. Məhəmməd (s) Allahın Yer üzünə göndərdiyi son peyğəmbər idi. Bundan sonra təbliğat missiyası parçalanaraq hər bir müsəlmanın vəzifəsi olaraq təyin edilib. İndi düşünək – biz İslamı necə təbliğ edirik? Hansı davranışla?


Milli.Az

İslamı necə təbliğ edirik


Geri dön

Wirinka)

  • 2 yanvar 2013 15:55
  • Məqalə: 0
  • Şərh: 622
  • Bal:
ALLAH razi olsun...

GuNaY_83

  • 2 yanvar 2013 15:05
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ZuZuM__

  • 30 dekabr 2012 03:48
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

solnuska

  • 28 dekabr 2012 20:45
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
hey, müsəlman igidləri, haydı savab qazanmağa, haydı hamı siğə dalınca düşsün!”

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZuZuM__

  • 28 dekabr 2012 15:19
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Arzu_zadeh

  • 28 dekabr 2012 10:51
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✰Маша✰

  • 28 dekabr 2012 09:49
  • Məqalə: 43
  • Şərh: 2211
  • Bal:
{awards}
eziyete gore tesekkurler

classic_guiter_girl

  • 28 dekabr 2012 08:48
  • Məqalə: 37
  • Şərh: 5440
  • Bal:
{awards}
tewekkurlerr

ShoKKi_MoKKi

  • 28 dekabr 2012 00:25
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..

--------------------

adsiz2

  • 28 dekabr 2012 00:21
  • Məqalə: 57
  • Şərh: 1729
  • Bal:
{awards}
cox sagol xebere gore

--------------------

ღ★Diamond★ღ

  • 27 dekabr 2012 23:23
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Yox, düşünməyin ki, məmləkətimizdə dua, camaat namazı və yaxud sədəqə paylamaq ənənəsi bərqərar olub.

Senseless life

  • 27 dekabr 2012 22:18
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
tovbe tovbe... duz dirsen...

--------------------
ღ „ø¤ºº¤ø„ Kaş həyatımız da oyunlar kimi olardı. Hər “Game over” olanda “New game” ilə hər şeyə yenidən başlaya bilərdikღ „ø¤ºº¤ø„

ZuZuM__

  • 27 dekabr 2012 22:06
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
tewekkurler

--------------------

solnuska

  • 27 dekabr 2012 21:34
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Mütə edən kəsin qüsl edən vaxt bədənindən axan hər damla suya Allah-taala yetmiş mələk məmur edər ki, qiyamət gününə qədər onun üçün bağışlanma diləsinlər. Mütədən imtina edən və uzaq duran kəslərə isə qiyamət gününədək lənət göndərmək tapşırılar”

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Shokoladka

  • 27 dekabr 2012 20:58
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun tskler

--------------------


Prank girl

  • 27 dekabr 2012 20:56
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Sitat: beatful_girl
tewekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

TAYNA VOSTOKA

  • 27 dekabr 2012 20:54
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Son zamanlar Azərbaycanda qəribə tendensiya yaranıb: insanlar nəinki dindar, ümumiyyətlə, dindən xeyli uzaq olduqları təqdirdə, dində mövcud olan konkret göstərişi həyata keçirməyə son dərəcə aludə olublar.
Yox, düşünməyin ki, məmləkətimizdə dua, camaat namazı və yaxud sədəqə paylamaq ənənəsi bərqərar olub.

--------------------

ღ★ Firuzə ★ღ

  • 27 dekabr 2012 20:50
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
ALLAH
razi olsun....

--------------------

★WirinKa★

  • 27 dekabr 2012 20:49
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
tewekkurler

--------------------

★Azerbaijan girl★

  • 27 dekabr 2012 20:33
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Tewekkurlerr

so_sad

  • 27 dekabr 2012 20:31
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
ALLAH Razi olsuN

Nara Neznakomka

  • 27 dekabr 2012 20:30
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Son zamanlar Azərbaycanda qəribə tendensiya yaranıb: insanlar nəinki dindar, ümumiyyətlə, dindən
xeyli uzaq olduqları təqdirdə, dində mövcud olan konkret göstərişi həyata keçirməyə son dərəcə aludə olublar.
Yox, düşünməyin ki, məmləkətimizdə dua, camaat namazı və yaxud sədəqə paylamaq ənənəsi bərqərar olub.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

GuNaY_83

  • 27 dekabr 2012 20:27
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
ALLAH Razi olsuN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 31

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 722
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}