Səni çox sevirdim

 
Səni çox sevirdim

Onu tanıyanda ikinci kursda oxuyurdum.Çox səmimi və canayaxın bir gülüşü vardı.Elə bu gülüşü çəkmişdi diqqətimi.Düzü elə çətin olmadı tanışlığımız.Deyəsən onun da məndən xoşu gəlmişdi.Buna görə tanış olmağa razılıq verdi.
O gün dərsdən sonra arxasınca evlərinə qədər getdim.Məhəllədə onu yolundan saxladım:
-Bağışlayın,sizinlə tanış olmaq olar?
Cavabı qısa oldu:
-Yox...
-Olsun ilk dəfə yox demək adətdəndi.
Sonra da ondan xoşum gəldiyini,fikrimin ciddi olduğunu bildirdim.O isə sadəcə susdu.
-Susmaq razılıq əlaməti sayılır
O isə gülümsədi.Mən daha da ürəkləndim.Nömrəmin yazılı olduğu kiçik bir kağızı ona uzadıb əgər bir dəfə zəng eləsə onu bir daha narahat etməyəcəyimə söz verdim.Razılaşdıq.Ayrıldıq.Çox xoşbəxt idim-O gün
Əvvəlcə sadəcə xoşum gəlmişdi ondan.Ona qədər çox qız tanımışdım.Bir-birindən fərqli görünsələr də mənim üçün hamısı eyni idi.Bu sahədə çox təcrübəliydim.Onu da ələ almaq çox çətin olmadı.
Bundan sonra hər gün danışırdıq.Bir yerdə çox gözəl günlər yaşadıq,bayramlar keçirdik.Ona görə dostlarımdan ayrıldım,ailəmdən uzaqlaşdım.Hər ayrılıq məni ona daha da yaxınlaşdırdı.Artıq ona bağlanmısdım.Onu sevirdim.Bu sözü çox qıza demişdim.Ancaq heç vaxt özümə deməmişdim.Kiməsə "Səni Sevirəm" deyəndə özümə "sevmirəm ki,sadəcə xoşum gəlir"-deyərdim.O,başqa sevgililərimdən fərqli olaraq məndən heç nə istəmirdi.Yanında inanılmaz bir hüzur,rahatlıq hiss edirdim.Çox xoşbəxt idim.
Mən sevməyi bacarmırdım.Eyni anda iki qızla danışır,başqsına isə xəbər göndərirdim.Bir gündə üç görüşə getdiyim də olurdu.Ilk vaxtlar onunla sevgili olanda heç nə dəyişməmişdi.Neyniyim?Tərgidə bilmirdim xasiyyətimi...O isə çox şeyə göz yumdu.Mənim və sevgimizin xətrinə.Hər səhvimin qarşılığında məni bağışlamağı bacardı.Ona günbəgün,anbaan vurulurdum.Onu tanıdığım üçün çox xoşbəxt idim.
O yay universiteti bitirirdim.Artıq bir aydı ona zəng eləmirdim.Onun zənglərinə isə könülsüz cavab verirdim,bir bəhanə tapıb sağollaşmağa çalışırdım.Ara soyuyurdu.Amma ayrılmaq istədiyimi ona söyləyə bilmirdim.Istəyirdim ki, ayrılıq üçün ilk addımı o atsın.Elə də oldu.Mənə zəng eliyib 'Son dəfə görüşməliyik'-dedi.Razılaşdıq,getdim.O gün həmişəkindən daha gözəl görünürdü.tək bir fərq var idi gözlərindəki əvvəlki sevinc,əvvəlki parıltı yox idi.Elə bil sönmüşdü.Vurulduğum o gülüşündən isə əsər-əlamtə qalmamışdı.Utanırdmı üzünə baxmağa.Günahkar idim.Yenı həmişəki kimi əvvəlcə səbəbini soruşdu:
-Niyə mənə zəng eləmirsən?
Mənsə :
-Vaxtım yox idi.Bir az başım qarışıq idi.
-Bir az? Bir aydı səs-sorağın çıxmır.Səncə bu azdı?
Susdum
-Deyəsən başqası var?
Yenə də cavab vermədim.Susmaq razılıq əlaməti idi.Mənim üçün isə ayrılıq əlaməti idi.
-Belə də olmalıydı da ...Necə mənə görə kimisə atmışdın,elə də kiməsə görə məni atdın...Bu ki sənin xasiyyətindi.SƏNƏ XOŞBƏXT OL DEMƏYƏCƏM ÇÜNKI SƏN BUNA LAYIQ DEYILSƏN...!
Dedi və getdi.Ilk günki kimi o gözdən itənəcən arxasınca baxdım.Indiyə kimi çox qız olmuşdu həyatımda.Amma heç birinə görə ağlamamışdım...
Bir aydı toyuma hazırlaşırdım ya da mənim əvəzimə hazırlaşırdılar mənim toyuma.
Bir ay əvvəl... Onunla görüşdən qayıtmışdım.Anamla mübahisə etdik.Məni evləndirmək niyyətinə düşmüşdü.Hətta qız da tapmışdı-rəfiqəsinin qızı.Anama görə həm ağıllı,həm də tərbiyəli idi.Qızın HƏ-si də artıq alınmışdı mənə isə deməyə söz
belə qalmamışdı.Mən sevən qızın heç adını da eşitmək istəmirdilər.Çox qışqır-bağır saldım - xeyri olmadı.Yalvar-yaxar elədim yenə də fayda vermədi.Axırda başım götürüb çıxdım evdən.Düz on gün evə gəlmədim.Sonra isə atam zəng elədi və
anamın çox xəstə olduğunu bildirdi.Tələshik evə qayıtdım.Evimizə matəm sükutu cökmüşdü.Anam əlində rentgen kağızı ağlayırdı:
-Mənim yoxluğuma nə qədər tez alışsan,o qədər yaxşıdı.
Inanmadım amma həkimi də eyni şeyi deyirdi.Anam çox xəstə idi.
Bir-iki gün keçdi yenə evlənməkdən söz düşdü.Özü demiş,bu xəstə anamın son istəyi idi.Dünya gözü ilə övladının xoşbəxtliyini görmək istəyirdi.Ancaq məni xoşbəxt gördükdən sonra rahat ölə bilərdi...
Mənsə susdum.Susmaq razılqı əlaməti idi.Özümü düşünmürdüm.Hər halda heç düşünmədən özümü,öz xoşbəxtliyimi anama qurban verə bilərdim.Bəs onu?
Ilk dəfə idi ki,özümü bu qədər bədbəxt və çarəsiz hiss edirdim.Anamın xəstəliyi barədə ona heçnə demədim.Düşünürdüm ki,mənə nə qədər çox nifrət etsə o qədər tez unudar.
...Onunla ayrılandan bir həft ə sonra toyum oldu.Hamı deyib-gülür,sevinirdi.Mənə hər xoşbəxtlik arzulananda qulağımda onun
son sözləri səslənirdi:"SƏNƏ XOŞBƏXT OL DEMƏYƏCƏM ÇÜNKI SƏN BUNA LAYIQ DEYILSƏN...!"
Artıq çox gec idi anamın mənə yalan dediyini öyrənəndə.Özünün dili ilə desək kiçik bir yalana əl atmışdı məni evləndimək üçün.Hər şeyi mənim xoşbəxtliyim üçün etmişdi...
Mən isə indi xoşbəxt deyiləm...! Üstəlik aldığım qızı da bədbəxt elədim,atdığım qızı da ......


Geri dön

Irane

  • 6 yanvar 2011 23:40
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
tesekkur winked

--------------------

only-girl

  • 12 dekabr 2010 21:37
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
coox sagol

--------------------

eleviyya

  • 12 dekabr 2010 19:59
  • Məqalə: 5
  • Şərh: 58
  • Bal:
{awards}
tewekkur maraqla oxudum tewekkur

Ulya

  • 12 dekabr 2010 19:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Azeri_Gozeli

  • 12 dekabr 2010 19:11
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
teesekkurler love

--------------------

Sergio Ramos

  • 12 dekabr 2010 19:10
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Sağol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}