İnternet bizə nə satır?

 
İnternet bizə nə satır?

Bu ticarət növündən istifadə edərək payına düşəni almağa çalışan internet saytları uyğun qiymət, məhsul çeşidi, qapıda ödəmə və kredit kartlarına uyğun ödəmə üsulları ilə istehlakçıların diqqətini cəlb edib satışlarını artırmağa çalışır.

İstehlakçılar isə internetdən istədiklərini seçərək sifarişlə rahat şəkildə onu əldə etməyə üstünlük verirlər. Bu gün dünyada e-ticarət vasitəsilə alınan məhsulların ilk sıralarında geyim, aksesuar, ərzaq, televizor, mobil telefon, kompüter, kitab, kondisioner yer tutur. E-ticarətdən istifadə edənlərin 50 faizini 25-35 yaş arasındakı istifadəçilər təşkil edir. Məhsulların seçiminə gəldikdə isə e-ticarətdən istifadə edən qadınlar əsasən geyim və dekorativ məhsul alarkən, kişilər daha çox tekniki məhsullar əldə edirlər. İnternet saytları satışa təqdim etdikləri adi məhsullarla yanaşı, uçan, yaxud qaçan saat, danışan stəkan kimi məhsullarla da istehlakçıların diqqətini cəlb etməyə çalışır.

E-ticarət bəzi ölkələrin gəlir hədəfidir

Bu bir faktdır ki, e-ticarət dünyanın inkişaf etmiş ölkələrində əsas ticarət vasitəsinə çevrilib. ABŞ-da ticarət əməliyyatlarının 75, Avropa ölkələrində isə 60 faizi elektron şəklində aparılır. Hazırda sosial şəbəkələr vasitəsilə də bu ticarət həyata keçirilir. Bu gün bu ticarət növünün inkişaf etdiyi Avropanı bölgələrə ayırdıqda qitənin ən aşağı e-ticarət rəqəmləri Şərqi Avropa ölkələrində müşahidə edilir. İnternet istifadəçiləri arasında onlayn alış-verişin 4 faiz olduğu Rumıniya və 5 faiz olduğu Bolqarıstan ən aşağı yerləri tutur. Yunanıstan isə 12 faizlə bölgənin digər ölkələrinə görə daha irəlidə olsa da, qərbdəkilərdən geridədir. Onlayn ticarət etmə faizi İtaliyada 15 faiz, İspaniyada 24, Fransada 56 faiz olduğu halda bu sektorda yaşlı "dostu" İngiltərə, Almaniya, Norveçdir.

Ümumilikdə 2011-ci ildə Avropa e-ticarət bazarının həcminin 200,5 milyard avro olduğu açıqlanıb. Üç ölkədə - İngiltərə, Almaniya və Fransa - onlayn pərakəndə satış Avropa e-ticarətinin 71 faizini təşkil edir. 2012-ci ildə Avropada onlayn satışların öncəki ildən fərqli olaraq 232,76 milyard avro olacağı gözlənilir. 6 Avropa ölkəsində 1500 istehlakçı arasında aparılan araşdırmada onların 30 faizi internetdən alış-verişi getdikcə artırdıqlarını bildirib. Onların 62 faizi internetdən geyim, 59 faizi kitab və jurnal almağa üstünlük verir. 100 mindən artıq internet saytı olan, 37,7 milyard avroluq bir e-ticarət həcmi ilə Fransanın pərakəndə sektorundakı 90 böyük mağaza zəncirinin 70-də onlayn ticarət imkanı var. Hazırda Fransa e-ticarət sektoru iki nəhəng pərakəndəçi ətrafında birləşib ki, bu, aylıq 9,1 milyon ziyarətçisi olan eBay, digəri isə 7,8 milyon ziyarətçisi olan PrinceMiniter-dir. Moda və idman məhsullarının ən populyar olduğu İngiltərədə e-ticarət portalı B2C-nin 2011-ci ildə e-ticarət satışlarının 70 milyard sterlinqə çatdığı və bu rəqəmin il sonunda 80 milyardı keçəcəyi bildirilir. Burada isə Amazon öz liderliyini saxlayır. İspaniyada isə 2012-ci ildə e-ticarət gəlirinin 18,57 milyarda, 2016-cı ildə isə 30 milyard dollara çatacağı gözlənilir.

Ölkəmizdə e-ticarətin sürətli inkişafına nə mane olur?

Ölkəmizə gəldikə isə son illər bu sektorda yavaş-yavaş inkişaf özünü göstərir. Artıq bəzi insanlar e-ticarətə üstünlük verirlər. Xatırladaq ki, hələ bir müddət öncə ölkəmizdə elektron ticarət portalının təqdimatı da keçirilmişdi. Portalın məqsədi ölkədə elektron ticarət sahəsinin inkişafının intensivləşdirilməsidir. Onu da vurğulayaq ki, cari ilin 9 ayı ərzində ölkədə 33 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək elektron ticarət tətbiq edib. DSK-nin məlumatına görə, bu müddət ərzində elektron ticarət dövriyyəsinin həcmi 905,1 min manat olub. Elektron ticarət dövriyyəsinin 94,1 faizini qeyri-ərzaq mallarının satışı təşkil edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev
bildirdi ki, elektron ticarətin inkişafı üçün bir neçə amil lazımdır: "Birincisi, qanunvericilik bazasıdır ki, bu, ölkəmizdə var. İkincisi, ticarətin işləməsi üçün onlayn ödəmə sistemi olmalıdır ki, bu da öz əksini tapıb. Bundan başqa, çatdırılma məsələsi var ki, "Azərpoçt", özəl poçt xidmətləri geniş yayılıb. Həmçinin ticarət portallarının olması lazımdır. Ayrı-ayrı şirkətlər özlərinin saytlarında elektron xidmətlərini təşkil edirlər".


Lakin şöbə müdiri deyir ki, böyük, tanınmış portalların sayı çox azdır və bunun bir neçə səbəbi var: "Əsas səbəblərdən biri odur ki, əhali onlayn ödəmə sistemlərindən az istifadə edir. Bu gün istənilən bir ticarət mərkəzinə getdikdə vətəndaşların çoxunda kartlar olmasına baxmayaraq nəğd pulla ödəməni daha üstün tutduqlarının şahidi olmaq olar. Hətta biz kredit kartlarından maaşı çıxarıb cibimizə qoyuruq.

Kommunal xidmətlər, mobil telefonlarla bağlı ödəmələrdə onlayndan daha çox istifadə edilir. Ümumiyyətlə, bizdə də bu mədəniyyət formalaşmalıdır ki, insanlar daha çox onlayn xidmətlərdən istifadə etsinlər. Digər tərəfdən, inam yaranmalıdır ki, vətəndaşın onlayn ödəməsi zamanı ticarət sahibləri bəzən təhlükəsizlik problemləri ilə qarşılaşırlar. Ona görə də bu istiqamətdə maarifləndirmə aparılmalıdır ki, bu sahə inkişaf etsin. Eləcə də bizdə bir şeyi alarkən onu əyani görmədən, toxunmadan almaq istəmirik. Bütün bunlar e-ticarətin sürətli inkişafına mane olur. Ancaq bizim texniki baxımdan internet imkanlarımız var".

E-ticarəti əhalinin gözündən nə salır?

Şöbə müdiri onu da deyir ki, internetdə alış-veriş zamanı ƏDV yoxdur, hətta müəyyən güzəştlər verirlər: "Sadəcə, malı alarkən xoşuna gəlmədiyi, qüsur aşkarlandığı zaman, internetdə gördüyü ilə aldığı arasında müəyyən fərq olduğu halda geri qaytarmaq mexanizmi tam olaraq işlənməyib. Bu kimi problemlər e-ticarətin geniş yayılmasının qarşısını alan amillərdən biridir. Amma e-ticarətlə realizə edilən malların vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyin inkişaf etdirilməsinə ehtiyac var. Məsələn, bu gün xarici ticarət portalından bir mal aldıqda onun qiyməti 200 dollardan yüksək deyilsə, o zaman gömrükdən keçən zaman vergiyə cəlb olunmur. Ancaq çoxdursa, vergiyə cəlb olunur. Hazırda Gömrük Komitəsi istəyir ki, bu rəqəm 1000 dollara qədər artırılsın ki, əhali daha çox e-ticarətdən istifadə etsin".

O da vurğulandı ki, hazırda kitab, turizm xidmətləri, aviabiletlərin alınması ilə bağlı bir problem yoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, ölkədə bu sahədə qanun qəbul olunsa da, birliyə bu istiqamətdə bir sıra şikayətlər daxil olur: "Ölkədə 23-dək e-ticarət resursu var. Bunlardan da bəziləri piramidal ticarət yaradıb. Əslində işədüzəlmə kampaniyası adı altında insanlar buraya gəlir gətirmək üçün cəlb olunurlar. Adam 35 manat verib qeydiyyata düşür. Sonra iki adam gətirməlidir ki, onlar da qeydiyyata keçib pul ödəsinlər və beləcə piramida şəklində bu davam edir. E-ticarət bu gün dünyada rəqabətdədir və əhali ona üstünlük verir. Biz AİB olaraq bu sahədə hüquqları pozulan istehlakçıların hüquqlarını qoruyuruq. Lakin işədüzəlmə kampaniyaları kimi hallar e-ticarəti əhalinin gözündən salır".

Fikirlərini öyrəndiyimiz Bakı sakinlərindən biri Kəmalə Əliyeva bildirdi ki, indiyə qədər heç vaxt internet vasitəsilə mal almayıb: "Məlumatım olsa da, üstünlük verməmişəm. Son dövrlər marağım artıb və almağı düşünürəm. Ailəmizdə internet seçimi ilə Türkiyədən mal alan var. Mən də paltar, aksesuar, bijuteriya, uşaq üçün kitab dəsti almaq istərdim".

Digər həmsöhbətimiz olan Ramin Qasımov da deyir ki, heç vaxt onlayn mal almayıb: "Çünki etibarım yoxdur. Hətta belə bir fikir var ki, internetdə gördüyün məhsulun əvəzinə saxta, orijinal olmayan mallar göndərilir. Bununla da istehlakçı aldadılmış olur".


Geri dön

Shokoladka

  • 23 yanvar 2013 06:33
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Xebere gore tesekkurler..

--------------------


_favorit_arkadas

  • 3 yanvar 2013 14:39
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
xəbərə görə çox sağolun...

--------------------

leyluwka_20

  • 2 yanvar 2013 17:35
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
uzundu)))))).

--------------------

✰Karabakh Girl✰

  • 2 yanvar 2013 17:05
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Tewekkurler...

Wirinka)

  • 2 yanvar 2013 14:44
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
Xeber ucun twk...

GuNaY_83

  • 2 yanvar 2013 14:13
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sitat: fatimeyinur
xebere gore tesekkur...

--------------------

DILEKLER

  • 31 dekabr 2012 12:20
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
SER YAZANLARA TWK

ZuZuM__

  • 30 dekabr 2012 02:40
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
internetden online alish verish etmek olurda onsuzda

--------------------

Shokoladka

  • 29 dekabr 2012 22:20
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Xebere gore tskler

--------------------


fatimeyinur

  • 29 dekabr 2012 20:54
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur...

solnuska

  • 29 dekabr 2012 19:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
MELUMATA GORE TWK..................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Diamond★ღ

  • 29 dekabr 2012 17:14
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
hmmmmmmmmmmmm

Banned1

  • 29 dekabr 2012 16:31
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
xəbərə gorə təsəkkür edirəm....

GuNaY_83

  • 29 dekabr 2012 16:06
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
melumata gore tewekurler

--------------------

ღ★ Firuzə ★ღ

  • 29 dekabr 2012 15:38
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Sitat: _Dj Girl_
melumata gore tewekurler

--------------------

ZuZuM__

  • 29 dekabr 2012 15:35
  • Məqalə: 430
  • Şərh: 6929
  • Bal:
{awards}
melumata gore tewekurler

--------------------

Nara Neznakomka

  • 29 dekabr 2012 12:56
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Ölkəmizə gəldikə isə son illər bu sektorda yavaş-yavaş inkişaf özünü göstərir. Artıq bəzi insanlar e-ticarətə üstünlük verirlər. Xatırladaq ki, hələ bir müddət öncə ölkəmizdə elektron ticarət portalının təqdimatı da keçirilmişdi. Portalın məqsədi ölkədə elektron ticarət sahəsinin inkişafının intensivləşdirilməsidir. Onu da vurğulayaq ki, cari ilin 9 ayı ərzində ölkədə 33 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək elektron ticarət tətbiq edib. DSK-nin məlumatına görə, bu müddət ərzində elektron ticarət dövriyyəsinin həcmi 905,1 min manat olub. Elektron ticarət dövriyyəsinin 94,1 faizini qeyri-ərzaq mallarının satışı təşkil edib.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Ghost of legend

  • 29 dekabr 2012 12:22
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
tewekkurler

so_sad

  • 29 dekabr 2012 12:13
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
xebere gore twklerr

SaD_AngeL

  • 29 dekabr 2012 11:54
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
Tewekkurlerrrr...

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

ZayNster

  • 29 dekabr 2012 11:09
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
meqaleye gore tewekkur

classic_guiter_girl

  • 29 dekabr 2012 09:13
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
meqaleye qore twkler

SPY_GIRL

  • 29 dekabr 2012 08:58
  • Məqalə: 56
  • Şərh: 1648
  • Bal:
{awards}
ilk werh menden twk. xebere gore..............

--------------------


© Profile Original & Official®
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌

✔ Official Copyright 2012-2013
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}