ABŞ Qarabağ üçün səylərini ikiqat artıracaq

 
ABŞ Qarabağ üçün səylərini ikiqat artıracaq

ABŞ-ın AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ ADAM STERLİNQ:

“ATƏT-in ASTANA SAMMİTİNDƏ MÜƏYYƏN İRƏLİLƏYİŞ ƏLDƏ OLUNUB


ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq gələn il Dağlıq Qarabağ münaqişəsinin

həlli üçün səylərini ikiqat artırmaq niyyətindədir. APA-nın xəbərinə görə,

bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti

işlər vəkili Adam Sterlinq açıqlama verib. Onun sözlərinə görə,

ATƏT-in Astana sammitində müəyyən irəliləyiş əldə olunub:

“Astanada irəliyə doğru bir addım atıldı, ATƏT-in Minsk Qrupunun

həmsədrləri – Rusiya prezidenti, Fransanın baş naziri və ABŞ

dövlət katibi münaqişə tərəfləri ilə birlikdə bəyanat yaydılar.

Bəyanatda tərəflərin sülh əldə etmək üçün səyləri artırmaq niyyətində

olduğu vurğulanır. Liderlər Helsinki Yekun Aktı və prezidentlər

Obama, Sarkozi və Medvedev tərəfindən imzalanmış Akvill və

Muskok bəyanatlarında əks olunmuş 6 prinsip əsasında sülh prosesinə

sadiqliklərini bəyan etdilər”. Adam Sterlinq “Wikileaks”in dərc etdiyi

materialların çətinliklər yaratdığını söyləyib: “Biz Azərbaycan tərəfi ilə

işi davam etdirərək bu çətinlikləri aşmağa çalışırıq”. O bildirib ki,

prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton Wikileaks”in

addımını cinayət kimi qiymətləndiriblər: “Bu cinayət çətinliklər yaradıb

və biz hər iki tərəf – həm Amerika, həm də Azərbaycanla iş apararaq

bu çətinlikləri aradan qaldırmağa çalışırıq. ABŞ və Azərbaycan strateji

tərəfdaşdır. Biz qarşılıqlı maraq doğuran vacib sahələrdə

əməkdaşlıq edirik və birgə işi davam etdirmək niyyətindəyik”.


Geri dön

Ulya

  • 14 dekabr 2010 00:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol xebere gore

CandyGirl

  • 13 dekabr 2010 21:18
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
wink ne yaxsi

--------------------

Sergio Ramos

  • 13 dekabr 2010 17:17
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür

--------------------

Azeri_Gozeli

  • 13 dekabr 2010 17:01
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
coox sag ol melumatina gore men yox papam oxudu))

--------------------

sevgi yalandir

  • 13 dekabr 2010 17:01
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 50
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}