Telman İsmayılov

 
Telman İsmayılov

ABBAS ABBASOV AST ŞİRKƏTLƏR QRUPUNUN PREZİDENTİNİN

MOSKVADAKI QALMAQALIN İŞTİRAKÇISI OLMADIĞINI BİLDİRİB

AST şirkətlər qrupunun prezidenti Telman İsmayılovun özünün və

ailəsinin noyabrın 24-də Moskvada yolda baş verən qalmaqlla heç bir əlaqəsi yoxdur.

Bunu AST şirkətlər qrupunun vitse-prezidenti, MDB-nin Dinlərarası Şurasının

qəyyumluq komitəsinin həmsədri Abbas Abbasov söyləyib.

Azərbaycan baş nazirin sabiq müavini Abbas Abbasov deyib ki,

nə AST şirkətlər qrupunda, nə də Telman İsmayılovun ailəsində xüsusi

siqnallı avtomobillər yoxdur: “Biz ictimaiyyətin və dövlət orqanlarının

xüsusi siqnallarla bağlı mövqeyini tam dəstəkləyirik”. AST şirkətlər

qrupunun vitse-prezidenti şirkətin mühafizə avtomobillərinin də olmadığını bildirib:

“Moskvada yolda qalmaqalda iştirak edənlərin AST şirkətlər qrupuna

və Telman İsmayılovun ailəsinə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, “RİA Novosti” agentliyi noyabrın 24-də “Lexus” avtomobilinin

sürücüsü Aleksey Smirnovun xüsusi siqnallı VİP-avtomobili müşahidə edən

avtomobillərə yol vermədiyi və avtomobillərdəki mühafizəçilərin Aleksey

Smirnovu döyüb, maşına da bir neçə zərbə endirdiyi barədə məlumat yayıb.

Agentlik həmin şəxslərin Telman İsmayılovun mühafizəçiləri olduğunun güman

edildiyini yazıb. “RİA Novosti” yazıb ki, hüquq-mühafizə orqanlarındakı mənbə

həmin vaxt maşında Telman İsmayılov yox, onun oğlu olduğunu bildirib.

Məsələ ilə bağlı cinayət işi açılıb. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev

xüsusi siqnalla Moskvada hərəkət edən və qalmaqal törədən “BMW” markalı

avtomobilin kimə məxsus olduğunu araşdırmağı yol hərəkəti üzrə təhlükəsizlik

departamentinin rəisi Viktor Kiryanova tapşırıb. Rəşid Nurqaliyev deyib ki,

xüsusi siqnalla hərəkət edən avtomobillərin siyahısını Rusiya hökuməti

müəyyənləşdirir və qanunsuz belə siqnallarla hərəkət edən avtomobillər olarsa,

bu, cinayət məsuliyyətinə yol açır. Cinayət işi “məqsədli şəkildə mülkiyyəti

məhv etmək, mülkiyyətə ziyan vurmaq” maddəsi ilə açılıb.

Bu, 2 il azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.


Geri dön

Ulya

  • 14 dekabr 2010 11:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol yaziya gore

Sergio Ramos

  • 13 dekabr 2010 21:36
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
tanımıram oxumadım deyə maraqsız oldu xəbər mənə

təşəkkür

--------------------

Azeri_Gozeli

  • 13 dekabr 2010 21:30
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
melummata gore coox sag ol

--------------------

Milawka

  • 13 dekabr 2010 21:04
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
COX SAGOL XEBERE GORE

HMMMMMMMM COX SAGOL XEBERE GORE

CandyGirl

  • 13 dekabr 2010 20:37
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
yaxsi melumatdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 43

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}