Pəncərə

 
Pəncərə

Bu gün lap dilxor olmuşdum, özümdə deyildim, çünki sevimli cizgi filmimə baxa bilməyəcəkdim. Dünən həyacanla izlədiyim cizgi filmi ən maraqlı yerində “Ardı var” yazısıyla yarımçıq kəsilmiş və bu, ürəyimə tikan kimi batmışdı. Allah evinizi tiksin, adamı niyə intizarda saxlayırsız ki? Maraqla izləyirsən, izləyirsən, bir də görürsən ki, sona çatmamış sonluq verirlər. Nə isə, ümidimi bu günə saxlamışdım ki, sevimli cizgi filmimin davamına baxım. Amma arzum ürəyimdə qaldı, nənəm mənə xüsusi bir iş tapşıracaqdı - əti çəkmək.

Elə bil, bu günü gözləyirdi nənəm. Nə etmək olardı ki, axı evin kişisi mən idim. Anam işlədiyi üçün, hər dəfə məktəbdən çıxaraq nənəm gilə gəlirdim. O məni xoş qarşılayar, nazımı çəkər, doyunca yedizdirib-içizdirərdi. Arada fürsət tapan kimi, ya bir müddət yatıb dincələr, ya da xalam aldığı yeni televizorda cizgi filmlərini, ya da türk kliplərini izləyərdim. Oyun-oyuncaqla elə də aram yox idi. Həm də nə küçəyə çıxmağa bir həvəsim, nə də nəyisə eşələyib, qurtdalamağa bir marağım var idi.
Divanda uzanaraq, televizoru seyr etməyimə baxmayaraq, ürəyim səksəkədə idi. Nənəm əti çəkmək üçün məni çağırmalı idi. Bir müddət keçdi, qəlbimdə ümid yarandı ki, nənəmin yadından çıxmışam, bəlkə də əti elə özü çəkdi. Cizgi filmim başlamaq üzrəydi, hətta lap azacıq qalmışdı ki, “Vüsal, Vüsal, nənə qurban, gəl. Gəl başına dönüm” – deyə mətbəxdən səs gəldi. Nənəmi çox istədiyimdən ona ağız-burun əyməzdim, sözünü iki etməzdim. Nə edək, eybi yox, Cəhənnəm olsun cizgi filmi, gedim iş başına. Nənəmin mənə belə bir işləri tapşırması mənə ləzzət edirdi, özümü kişi kimi hesab edirdim, elə bilirdim ki, atam kimi mənim də ailədə özümə məxsus yerim var və mənsiz iş keçmir. Divandan qalxıb başmaqlarımı geyindim, soyumuş çayımdan bir-iki qurtum içib (çayı həmişə soyudub içirdim, buna görə anam məni çoxlu sayda danlamış, hətta əsəbindən dəfələrlə çayı aparıb boşaltmışdı da) mətbəxə keçdim. Nənəm hər şeyi hazır etmişdi: ətçəkən maşın, çəkilmiş əti yığmaq üçün qab, ət tikələri və səliqəli şəkildə doğranmış soğanlar olan başqa bir qab, bir sözlə məndən başqa hər şey hazır idi.

Pəncərə

İş başına keçmək istədikdə: - Əllərini yaxşı-yaxşı yu! – deyə nənəm su kranını əli ilə işarə edib göstərdi. Hər dəfə deyirdi bu sözü mənə, hər ət çəkmək istədikdə də yadımdan çıxırdı. Su kranını açıb əllərimi yumağa başladım. “Sabunla yu.” - deyib yanıma gəldi, mən də əllərimi sabunlayıb yuyurdum ki, “Bir də sabunla.” – deyib, israr etdi. Çar-naçar, əllərimi ikinci dəfə sabunla yumağa məcbur oldum. Nənəm kraxmallanmış əl-üz dəsmalını mənə uzatdı. Bilirdim ki, yuyulduğundan bəri o dəsmala hələ heç kəs əl-üzünü silməmişdi. Əllərimi qurladıqdan sonra ətçəkən maşının arxasına keçdim. Nənəm “A bala, diyan hələ.” – deyib, önlüyü şəxsən özü mənə geyindirdi. Nənəmin nə üçün belə etdiyini başa düşmürdüm, deyirdim yəqin bu elə, bax bu cür olmalıdır. Bir yandan ümidim var idi ki, tez-bazar əti çəkərək cizgi filmimin axır hissələrinə olsa belə, baxmağa çatım. Nənəm bir neçə ət tikəsini ətçəkən maşının ağızına qoyur, mən də iki əlimlə dəstəkdən bərk-bərk yapışaraq onu çəkirdim. Arabir soğandan ataraq “A bala, soğanı da çək ki, ağır olmasın. Rahat çəkəsən deyə, hərdən dəstəyi arxa tərəfə fırlat”-deyirdi.

Qəfil olaraq, beynimə belə bir fikir gəldi. Düşündüm ki, anam çətinlik çəkdikdə atam ona kömək edir. Bəs nə üçün nənəmə mən kömək edirəm? Bilirəm ki, dayım Rusiyada Rəssamlıq Akademiyasında oxuyur və burda deyil, xalalarım da işdədir. Bu səbəbdən nənəmə kömək edə bilmirlər. Bəs babam hanı? O niyə kömək etmir, bəlkə o da səfərdədir? Anamdan babam haqqında danışdığı xatirələrini eşitmişdim. Atasını çox sevirdi, tez-tez ondan danışar, gözləri daim yaşarardı. Amma mən buna fikir vermir, adi hal kimi qəbul edərdim.

Pəncərə

Nənəm çəkməyim üçün yenə də bir ovuc ət tikəsini ətçəkən maşının ağızına yaxınlaşdırmışdı ki, “Nənə, bəs babam hanı?” – deyə, qəfil surətdə sual verdim. Gözlənilməz sualla üz-üzə gələn nənəm bir anlıq duruxub qaldı. Elə bil, mənə cavab vermək üçün bir neçə saniyəlik fikrə daldı və “Baban, bax o evdə qalır” deyə, qarşıda olan qonşu evi mənə göstərdi.

Nənəmgil ikimərtəbəli həyət evinin ikinci mərtəbəsində qalırdılar. Həyət elə inşa olunmuşdu ki, nənəmgilin qapısından çıxıb sağ əldə yerləşən düzəldilmiş bir-iki pilləli pilləkanı qalxaraq birinci mərtəbədə yaşayan (nənəmin) qaynıgilin damına çıxmaq olurdu. Nənəm paltarları, yorğan-döşəyi damda quraşdırılmış zivələrdən asardı. Mən də o dama çox çıxmışam. Sərsəri kimi arada öz-özümə orada gəzişir, bəzən də qonşu həyətdə yaşayan oğlanla hasardan boylanaraq danışardım. Bu dam digər iki mərtəbəli evə birləşik idi, həmin evin pəncərələri düz nənəmgilin mətbəxinin aynabəndiylə üz-üzə yerləşmişdi. Odur ki, mən də rahatlıqla, ət çəkə-çəkə o evi görürdüm. “Nənə, orda qalır?” deyə, gözlərimi bərəldərək növbəti sualımı verdim. “Hə, orda qalır, hər dəfə bazarlıq edərək bizə göndərir.” – deyib işinə davam etdi. Nənəm nədənsə, elə bil soyuqqanlı idi. Anamdan fərqli olaraq o, babamı xatırlayanda göz yaşı axıtmırdı. Amma mən buna da fikir verib, önəmsəmədim.
Nə bilim, o evi, onun pəncərələrini bundan əvvəl görmüşdüm, lakin bundan sonra o evin pəncərələrinin dəyəri mənim üçün daha da artdı. Hər dəfə nənəmgilə gələndə, o pəncərələrdə babamı görəcəyəm deyə, diqqət və həsrətlə baxırdım...

Pəncərə

İllər keçdikdən sonra anladım ki, sən demə babam anamgil uşaq olarkən dünyasını dəyişib. Nənəm babamdan yadigar qalan üç qız, bir oğlanı min bir əziyyətlə böyüdüb başa çatdırmış, oxudub ali təhsil qazanmalarına yardımçı olmuşduşdu.

Daha böyük oğlanam. Ailə həyatı qurmuşam, nənəm də çoxdan rəhmətə gedib. Həmin evdə qızı, yəni xalam qalır. Əvvəlki tək tez-tez getməsəm də, arabir xalama baş çəkirəm. Hər dəfə mətbəxdən (mətbəx elə aynabəndlə bitişikdir, demək olar ki, həm aynabənddir, həm mətbəx) keçəndə həmin hadisəni xatırlayıram. Bununla yanaşı qonşu evin pəncərələri də gözümə sataşır. Nənəmin şirin yalanına inanmışdım, amma istəmirəm ki, bu yalan olaraq qalsın. Orada babamın yaşamadığını bilsəm də, bir gün pəncərədən mənə baxaraq əl edəcəyinə hələ də inanıram. Nənəm də məni ət çəkmək üçün yenə də köməyə çağıracaq...


Fərid Abdullah


Geri dön

_favorit_arkadas

  • 3 yanvar 2013 14:51
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
Hekayəyə görə çox sağolun əllərinizə sağlıq...

--------------------

leyluwka_20

  • 2 yanvar 2013 19:25
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
uzundu ee))))

--------------------

✰Karabakh Girl✰

  • 2 yanvar 2013 17:14
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Tewekkurler...


Tewekkurler...

Wirinka)

  • 2 yanvar 2013 14:54
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
Maraqlidir cox sag olun...

GuNaY_83

  • 2 yanvar 2013 14:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tesekkur edirem size...

--------------------

ZuZuM__

  • 30 dekabr 2012 02:52
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
pencereni faiq agayev yaxshi biler :)

--------------------

Alone angel

  • 29 dekabr 2012 21:53
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Orada babamın yaşamadığını bilsəm də, bir gün pəncərədən mənə baxaraq əl edəcəyinə hələ də inanıram.

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

fatimeyinur

  • 29 dekabr 2012 21:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem size...

GuNaY_83

  • 29 dekabr 2012 16:18
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol...

--------------------

ZuZuM__

  • 29 dekabr 2012 15:49
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
maraqlidi twk

--------------------

ZayNster

  • 29 dekabr 2012 11:27
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
maraqlidi twk

nazligul

  • 28 dekabr 2012 23:32
  • Məqalə: 10
  • Şərh: 316
  • Bal:
{awards}
agladim sonlari vabse dramatikdiyeee sad

--------------------
Kimlərinsə mənim haqqımda nə düşündüyü mənə maraqlı deyil!!!!!!Əsas odur ki,mən onlar haqqında düşünmürəm.........

SaD_AngeL

  • 28 dekabr 2012 22:51
  • Məqalə: 0
  • Şərh: 1033
  • Bal:
{awards}
Elaaaa...bir qeribelik var idi bu meqalede....belkede uwaqligim.....Tewekkurlerr.
recourse

--------------------
O mene sevdiyinden daniwarken, men Sevdiyimi dinledim.....

ღ★ Firuzə ★ღ

  • 28 dekabr 2012 22:28
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
oxudum bir sozle super....tewekkurler....

--------------------

Prosta_Novuw

  • 28 dekabr 2012 22:26
  • Məqalə: 2
  • Şərh: 866
  • Bal:
{awards}
maraqliydi tewekkurler

--------------------
нәг агхамсά дапІшапІп воупuпда імzάм vаг ! ;)

Chen

  • 28 dekabr 2012 22:25
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
tebii ve derin hekayedir,twk

Nara Neznakomka

  • 28 dekabr 2012 22:14
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Qəfil olaraq, beynimə belə bir fikir gəldi. Düşündüm ki, anam çətinlik çəkdikdə atam ona kömək edir. Bəs nə üçün nənəmə mən kömək edirəm? Bilirəm ki, dayım Rusiyada Rəssamlıq Akademiyasında oxuyur və burda deyil, xalalarım da işdədir. Bu səbəbdən nənəmə kömək edə bilmirlər. Bəs babam hanı? O niyə kömək etmir, bəlkə o da səfərdədir? Anamdan babam haqqında danışdığı xatirələrini eşitmişdim. Atasını çox sevirdi, tez-tez ondan danışar, gözləri daim yaşarardı. Amma mən buna fikir vermir, adi hal kimi qəbul edərdim

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

angeL :)

  • 28 dekabr 2012 21:57
  • Məqalə: 39
  • Şərh: 2313
  • Bal:
{awards}
superrrrrrrrrr

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

solnuska

  • 28 dekabr 2012 21:43
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
INDI SEBRIM CATMADI OXUMAQA AMMA SEVIMLI MEQALELERIMDE YER ALDI OXUYACAM TWK INDIDEN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Miss Love★

  • 28 dekabr 2012 21:06
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli idi oxudum тewekkurler muellife=))

Gözlüklü

  • 28 dekabr 2012 20:48
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Oxumadim vaxtim olanda oxuyaram tewekkurler yenede

so_sad

  • 28 dekabr 2012 20:39
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
maraqli meqaleydi twklerrr winked

Mis CApris

  • 28 dekabr 2012 20:37
  • Məqalə: 22
  • Şərh: 436
  • Bal:
{awards}
Coox maraqlidi tewekkurler :)) :*

--------------------
…♥
.♥………………………..♥………….♥
♥……………………..♥………………..♥
.♥………………….♥…………………….♥
..♥………………….♥……………………♥
…♥………………………………………♥
…..♥………………………………....♥
……..♥………………………….♥
………..♥………………….♥
…………..♥…………. .♥
………………♥…...♥
…………..…...…♥

TAYNA VOSTOKA

  • 28 dekabr 2012 20:37
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Amma arzum ürəyimdə qaldı, nənəm mənə xüsusi bir iş tapşıracaqdı - əti çəkmək.

--------------------

ღ★Diamond★ღ

  • 28 dekabr 2012 20:33
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
hmm meqale ucun saol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}