Zəliyə zəlil qalsaq

 
Zəliyə zəlil qalsaq

Zəli çox azarı zəlil edir.

Zəli ilə müalicə ta qədimlərdən insanlara məlumdur, bu qansoran barədə Hippokrat da yazıb, İbn Sina da, hətta Qədim Misir məzarlarının divarlarında zəlini necə qoymaq barədə rəsmlər də var.

Zəli 100 illər ərzində insanlara qan məsələsində "təbiblik" edib, özü də nənə-babalarımız zəlidən faydalanarkən, onun ağız suyunun hansı müalicəvi effektə malik olmasından heç xəbərdar olmayıblar.

Kənardan baxanda zəlidə xoşa gələn heç nə yoxdur, əksinə, baxıb iyrənmək olar - təsadüfi deyil ki, bu qara, sürüşkən və sürüncən qurd bədii dilimizin mənfi xarakterli "obrazı"dır: bizdən qır-saqqız olub əl çəkməyənə "zəli kimi yapışıb", xalqın malını talan edənə "zəli kimi sorur" deyirik. Amma zəli ikiayaqlı "qardaşlar"ından fərqli olaraq əsrlərdən bəri qanımızı sora-sora çox dərdimizə dərman olub.

Son illər kimyəvi dərman peraparatlarının zərərli təsirləri yenidən zəli ilə müalicəyə diqqəti artırıb. Üstəlik, zəli ilə müalicə bir çox azarlarda adi dərmanların orqanizmə göstərdiyi bütün təsirləri əvəz edə bilir, bir yığın kliniki problemə çarə olur. Odur ki, zəlini "canlı klinika" da adlandırmaq olar.

"Zəlilogiya"...

Dünyada zəlinin 500-ə yaxın, Azərbaycan da isə 17 növü var.

Zəlinin yalnız bir növü - tibb və ya aptek zəlisi insana faydalıdır. Digərləri isə zəli adını gerçək anlamda doğruldur: insana yapışıb qanını sorsa, başına müsibət açar.

Zəlinin uzunluğu bir neçə milli metrdən onlarla santimetrə çatır. Ən böyüyü (45 sm) "Naementeria ghilianii" adlı zəlidir ki, rast gəlməsəniz yaxşıdır...

Zəlilər bütün onurğalıların, molyuskların, qurd-quşların qanı ilə qidalanır. Elə yırtıcı zəli növü var ki, məsələn, ağcaqanadı diri-diri udur. Zəli bir dəfə qarnını doydurdumu, 1,5 il qidasız dolana bilir. Səbəbi bağırsaqlarında həzm prosesinin çox ləng getməsidir.

Zəli müalicəsi barədə geniş söhbət açmazdan əvvəl bəzi tibbi terminləri dəqiqləşdirək:

- Hiruda - yunanca zəli deməkdir.

- Hirudoterapiya - tibbi zəli ilə müalicədir.

- Hirudin - zəlinin ağzındakı müalicəvi sudur (antikoaqulyant).

- Antikoaqulyant - kimyəvi maddə və dərmandır, qan sistemində qatılaşmanın, trombların yaranmasının qarşısını alır.

- Hirudo medicinalis - tibb zəlisi deməkdir.

- Hirudoz - pis zəlinin dişləməsi və ya zəlinin fəsadları.

- Hirudo-orientalis - zəlinin ən yaxşı növü sayılan Şərq zəlisidir.

Zəli 1984-cü ildən "Qırmızı kitab"a daxil edilib. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir.

Bir çox ölkələrdə zəli süni yolla biofabriklərdə artırılır. Azərbaycanda indi zəli artırmaq üçün biofabrik yoxdur. Vaxtilə Azərbaycanda da bu cür biofabrik olub. Sovetlər dönəmində Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı olub.

İndi ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur, ölkəmizdə zəlilər təbii surətdə artıb-çoxalır. Onları göllərdən tuturlar.

Adətən Lənkəran zəlilərindən istifadə edilir. Azərbaycanda bütün şəcərəsi, hətta ulu babası da bu işlə məşğul olanlar var. Məsələn, zəli olan göl nəzarətə götürülür, vətəgə yaradılır və ora heç bir heyvan, çirkli su buraxılmır. Zəli o göldə təbii şəkildə artır.

Bununla belə, xoşagəlməz hallardan qorunmaq, tibb üçün qiymətli olan bu canlıların çoxaldılması üçün xüsusi müəssisəyə ehtiyac var.

Müalicə zamanı effektini tez bir zamanda göstərdiyindən son illərdə əczaxanalarda zəli satışı çoxalıb. Həm tibb müəssisələri tərəfindən, həm də fərdi şəkildə zəli üçün müraciət olunur.

Əvvəllər zəlinin biri 20-30 qəpik olub, indisə qiymət 70 qəpiklə 1,5 manat arasındadır.

Zəlinin zəliliyi...

Zəlinin ağız suyunun tərkibində 100-ə yaxın zülal komponenti və ya bioloji aktiv maddə var ki, bu da zəlinin müalicəvi təsirini gücləndirir. Həmin maddələrin yalnız 20%-ni elm öyrənə bilib.

Zəli əvvəlcə qanı sorur və daha sonra dərini 1,5-2 mm dərinliyində dişləyərək yaraya ağız suyundakı hirudin fermentlərini daxil edir.

Zəli bir dəfəyə 5 ml qan sora bilir. Bir "seans" zəli doyanadək - 20-60 dəqiqə çəkir. Ondan sonra yaradan normal halda qan, limfa, maye toxuma axır. Bu, 6-16 saat davam edir. Qan 50-300 ml həcmində çıxa bilər - üstünə mələfə tampon qoymaq lazımdır.

Dişləmə yerinə yod və ya zelyonka sürtmək olmaz: çünki toxumalar həssasdır, güclü yanığa səbəb ola bilər.

Zəli təbiətdə öz qurbanını iyi ilə tapır. Onlar ətir, alkoqol və tütün iyinə çox həssasdır, belə iy verən dərilərdən qan sormaqdan imtina edirlər.

Zəlini hər dəfə 2-dən 4-ə qədər və fasilələrlə 7-10 seans qoymaq olar.

Zəlidən bir dəfə istifadə edildiyi üçün başqa pasiyentlərin yoluxması təhlükəsi olmur. İstifadə olunmuş zəli xüsusi qaba qoyularaq atılır.

Bizim zəli

"Hirudo-orientalis", yəni zəlinin ən yaxşı növü sayılan Şərq zəlisi məhz Azərbaycanda geniş yayılıb. Hətta bizim "hirudo-orientalis" ilə "zəli qaçaqmalçığı" edənlər də var.

Bir-iki il əvvəl Rusiya mətbuatı belə xəbər yaymışdı ki, Saratov vilayətində Azərbaycan vətəndaşından 48 kiloqram zəli götürülüb...

Şərq zəlisinin qarnının altında yaşıl zolaqları olur. Xəstə zəli isə düyünlənir. İstifadə edilən zəli orta ölçüdə olmalıdır. Çünki iri zəli qanı daha çox sorub, qan damarını zədələyər və qanaxmaya səbəb olar.

Hirudoterapiya

Zəlinin kompleks müalicə effekti var. Hirudoterapiyadan xəstəliklərin geniş spektrində istifadə edilir.

Zəli qanı sorarkən öncə bədənin müəyyən nahiyəsində adi qan axınına səbəb olur. Bu, venoz durğunluğu ləğv edə, həmin yerin qan təchizatını gücləndirə bilər. Bundan başqa, qana ağrıkəsici və antiiltihab effektli maddələr keçir. Nəticədə qanda mikrosirkulyasiya yaxşılaşır, tromboz ehtimalı azalır, şişkinlik yatır.

Məsələn, zəlidəki apiraza fermenti bədəndə olan iltihabı prosesləri tənzimləyir. Gialuronidaza fermenti toxumaların keçiriciliyini artırır. Bu isə müalicə zamanı yaxşı effekt verir. Çünki bu maddə dərmanların orqanizimin istənilən toxumasına tez çatmasına kömək edir. Onda olan kollagenaza fermenti isə bitişmə və çapıq toxumaların əriməsinə yardım edir. Xolesterin-esteraza isə qanda olan xolesterini əridir, piyləri parçalayır və lipid mübadilsəini tənzimləyir.

Hirudin və ya zəlinin ağzındakı su qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır.

Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir.

Hirudoterapiyanın 3 təsiri var: mexaniki, bioloji və reflektor.

Mexaniki təsir qalma hesabına yerli qan dövranının yaxşılaşdırmasına və tromb yaranmasının qarşısının alınmasına yönəlib. Uzun müddət alimlər hirudoterapiyanın müsbət effektini yalnız bu amilə bağlayıblar.

Bioloji təsir zəli sancarkən yaraya tüpürcək vəzilərinin ifraz etdiyi sekretin təsiri ilə bağlıdır. O, kifayət qədər mürəkkəb tərkibə (200-ə yaxın fermentlər) malikdir.

Reflektor təsir mexanizmi refleksoterapiya (bioloji aktiv nöqtələrə iynəbatırma-akupunktura) ilə, demək olar ki, eynidir. Son zamanlar mütəxəssislər daha çox zəlini refleksoterapiya zamanı istifadə olunan nöqtələrə qoymağı daha məqsədəuyğun hesab edirlər.

Bəlli olduğu kimi, akupunkturada iynəni müəyyən nöqtəyə sancdıqda sinir uclarına təsir edir. İmpuls (qıcıq) beyinə gedərək birbaşa xəstə orqana təsir göstərir. Hirudopunkturanın üstünlüyü ondadır ki, zəlini bioloji aktiv nöqtəyə qoyanda həmin nahiyəni dişləməklə refleksogen təsir yaradır. Zəlinin dişlədiyi yerdən beyinə impulslar gedir, mərkəzi sinir sistemi vasitəsilə həmin nöqtəyə cavabdeh orqan aktivləşir. Məsələn, tutaq ki, zəlini büzdüm nahiyəsinə qoymaqla yumurtalıqların fəaliyyətini aktivləşdirmək olar. Həmçinin zəlinin fermentativ təsiri sayəsində hirudopunktra üsulu ilə ikiqat effekt əldə etmək olur.

Beləliklə, zəli ilə müalicə xroniki iltihab prosesləri ilə yanaşı, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxandroz (duzlaşama), uroloji, ağ ciyər və qara ciyər, mədə-bağırsaq xəstəliklərində, cinsi sfera pozğunluqlarında, ginekoloji, cərrahi xəstəliklərdə (varikoz genişlənmə, babasil, hidradenit, çiban) kiçik çanaq orqanları xəstəliklərində, revmatizm, dəri xəstəliklərində qlaukomada, sonsuzluqda, nevroloji problemlərdə, miqrendə, qulaqlarda küydə, prostat vəzin adenomasında, prostatitlərdə, artritlərdə və s. xəstəliklərdə zəli ilə müalicə müsbət effekt verir.

Ölmüş hüceyrəni dirildir

Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir.

Bundan başqa, zəli orqanizmi cavanlaşdırır, dərini şux edir. Təsadüfi deyil ki, zəlidən müxtəlif üz kremləri hazırlanır. Fransada zəlidən onlarla kosmetik vasitələr məşhurdur.

Nə olmaz?

Zəli ilə müalicə xüsusi bilik tələb edir və odur ki, özünümüalicə yol verilən sayılsa da, arzuedilməz fəsadlara da səbəb ola bilər. Orqanizmdə elə nöqtələr var ki, ona ümumiyyətlə, zəli verilməz.

12-13 yaşına qədər uşaqlara zəli qoymaq qətiyyən olmaz. Çünki zəli uşaqların qan dövranında problem yarada bilər. Yaşlılara gəlincə, 70-75 yaşa qədər yararlanmaq olar.

Zəli mütləq həkim nəzarəti altında qoyulmalıdır. Çünki bunun ağır fəsadları ola bilər. Məsələn, limfa vəzilərinin həddindən artıq böyüməsi və dəri altına qan sızma olar. Zəlinin fəsadları hirudoz adlanır və müxtəlif əlamətlərlə (allergik hal, tromboz, emboliya, qanın durulması, qan təzyiqinin aşağı düşməsi, hərarətin artması, bayılma, səpgilər vəs.) özünü büruzə verir.

Zəli bütün xəstələrə tətbiq olunmur. Hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə zəli qoymaq olmaz. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər.

Əvvəldə qeyd etdiyimiz kimi, zəlinin xatalı növlərinin insana hücumu hirudoz və ya hirudinoz xəstəliyinə səbəb olur. Məsələn, at zəlisi var ki, yapışdı əl çəkmir. Bundan başqa, Nil zəlisi, Türküstan zəlisi, Yapon zəlisi, Tısbağa zəlisi və s. kimi təhlükəli qansoranlar var. Onlar anemiya, baş ağrısı s. daha ağır fəsadlara səbəb olurlar. Onları yapışanda qoparmağın özü də müsibətdir. Hansı nahiyədən yapışmalarından asılı olaraq zəli yod və spirtlə qopardılır. Ağız tərəfinə duz tökdükdə də zəlinin "iştahı" pozulur.


Geri dön

Shokoladka

  • 23 yanvar 2013 07:12
  • Məqalə: 30
  • Şərh: 8442
  • Bal:
Xebere gore tesekkurler..

--------------------


GuNaY_83

  • 19 yanvar 2013 16:51
  • Məqalə: 282
  • Şərh: 22356
  • Bal:
{awards}
tesekkur edirem xebere gore...

--------------------

leyluwka_20

  • 1 yanvar 2013 21:30
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}


melumata gore saolll.....

--------------------

Wirinka)

  • 1 yanvar 2013 17:11
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
Melumat ucun tewekkurler...

ZuZuM__

  • 31 dekabr 2012 18:40
  • Məqalə: 348
  • Şərh: 6575
  • Bal:
{awards}
cox sag ol...

solnuska

  • 31 dekabr 2012 17:55
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
HMM..........................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

DILEKLER

  • 30 dekabr 2012 14:55
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
cox sag ol...

pompisim

  • 30 dekabr 2012 10:26
  • Məqalə: 23
  • Şərh: 2959
  • Bal:
{awards}
xebere gore tewekkurlerr

--------------------

GuNaY_83

  • 30 dekabr 2012 10:01
  • Məqalə: 282
  • Şərh: 22356
  • Bal:
{awards}
zelini tvde gormuwdum cox xeyri olsada iyrenc gorunur

--------------------

ZeMka

  • 30 dekabr 2012 01:35
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
xeber ucun twk

--------------------

Gun--ka

  • 30 dekabr 2012 01:31
  • Məqalə: 3
  • Şərh: 3117
  • Bal:
{awards}
Sitat: fatimeyinur
tesekkur edirem xebere gore...

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

ZuZuM__

  • 30 dekabr 2012 01:04
  • Məqalə: 348
  • Şərh: 6575
  • Bal:
{awards}
men hec bilmirem zeli ne demekdir

Sladkiy_Elgun

  • 30 dekabr 2012 01:04
  • Məqalə: 26
  • Şərh: 73
  • Bal:
{awards}
sağol xebere gore

--------------------
2014
(░)
█████
███████
█████████
(░░░░░░░░░░░)
(░(░█░░░█░)░)
(░░(░░░●░░░)░░)
(░░░░░░=░░░░░░)
(░░░░░░░░░░░░░)
██(░░░░░░░░░░░)██
████(░░░░░░░░░)████
████_██(░░░░░)██_████
████_███████████_██

SHARIM:)

  • 30 dekabr 2012 00:11
  • Məqalə: 2
  • Şərh: 369
  • Bal:
{awards}
xebere gore tewekkurlerr

★WirinKa★

  • 29 dekabr 2012 22:32
  • Məqalə: 14
  • Şərh: 4475
  • Bal:
{awards}
tewekkurler

--------------------

fatimeyinur

  • 29 dekabr 2012 22:11
  • Məqalə: 24
  • Şərh: 5644
  • Bal:
{awards}
tesekkur edirem xebere gore...

Sweet_Girl_Nika

  • 29 dekabr 2012 21:45
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
тешеккюр..

--------------------
עβαжαю τεх kτσ עβαжαετ ℳεηя

Shokoladka

  • 29 dekabr 2012 21:39
  • Məqalə: 30
  • Şərh: 8442
  • Bal:
{awards}
Xebere gore tskler

--------------------


ZuZuM__

  • 29 dekabr 2012 21:30
  • Məqalə: 348
  • Şərh: 6575
  • Bal:
{awards}
maraqlidir twkler

Ghost of legend

  • 29 dekabr 2012 21:10
  • Məqalə: 13
  • Şərh: 1199
  • Bal:
{awards}
maraqlidir twkler

ღ★Diamond★ღ

  • 29 dekabr 2012 20:53
  • Məqalə: 340
  • Şərh: 9465
  • Bal:
{awards}
Zəli çox azarı zəlil edir.

--------------------


classic_guiter_girl

  • 29 dekabr 2012 20:44
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
sebrim catmadi axiracan oxumaqa twkler))

✰Маша✰

  • 29 dekabr 2012 20:42
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
bu zelil nedise esitmisem xeyri var

ღ★ Firuzə ★ღ

  • 29 dekabr 2012 20:41
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
çox sağolun....

--------------------

solnuska

  • 29 dekabr 2012 20:34
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Hiruda - yunanca zəli deməkdir.

- Hirudoterapiya - tibbi zəli ilə müalicədir.

- Hirudin - zəlinin ağzındakı müalicəvi sudur (antikoaqulyant).

- Antikoaqulyant - kimyəvi maddə və dərmandır, qan sistemində qatılaşmanın, trombların yaranmasının qarşısını alır.

- Hirudo medicinalis - tibb zəlisi deməkdir.

- Hirudoz - pis zəlinin dişləməsi və ya zəlinin fəsadları.

- Hirudo-orientalis - zəlinin ən yaxşı növü sayılan Şərq zəlisidir.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

☜✵☞ BığLı Prins ☜✵☞

  • 29 dekabr 2012 20:32
  • Məqalə: 288
  • Şərh: 8080
  • Bal:
{awards}
tewekkurler

TAYNA VOSTOKA

  • 29 dekabr 2012 20:31
  • Məqalə: 654
  • Şərh: 4340
  • Bal:
{awards}
Dünyada zəlinin 500-ə yaxın, Azərbaycan da isə 17 növü var.

--------------------

_CimBomBom_

  • 29 dekabr 2012 20:31
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
Ay mama zelii?????// *hate*

--------------------
I love ..BuRaK YiLmAz..

like_apple

  • 29 dekabr 2012 20:31
  • Məqalə: 0
  • Şərh: 180
  • Bal:
{awards}
men bilen zelil xeyrli weyid

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 30

 

Top 10 Müəllif

✔ӄɨռɖɛʀ ֆʊʀքʀɨֆ✔
Xəbərləri: 36
Cəmi: 381
 
ZuZuM__
Xəbərləri: 36
Cəmi: 348
 
Samir_Wuvalan
Xəbərləri: 32
Cəmi: 54
 
Aylowka)))
Xəbərləri: 28
Cəmi: 58
 
Sαmmyyy_✰
Xəbərləri: 27
Cəmi: 413
 
♛WøøWøøWøøW♛
Xəbərləri: 26
Cəmi: 70
 
Yokka_
Xəbərləri: 25
Cəmi: 130
 
_Dreamer Girl_
Xəbərləri: 24
Cəmi: 54
 
Ureylerde Qalacam
Xəbərləri: 23
Cəmi: 51
 
♛ღ.ςԿαςτλหßαค.ღ♛
Xəbərləri: 17
Cəmi: 65