Saçlarımıza qulluq edək

 
Saçlarımıza qulluq edək


Saç qadının yaraşığıdır deyirlər. Hər bir xanımın gözəl görünməsində onun saç düzümü də xüsusi yer tutur. Ancaq hər qadın saçına doğru qulluq etməyi bacarırmı? Məhz düzgün qulluq qaydalarını bilməmək nəticəsində saçlar daha da gücsüzləşir, elastikliyini itirir.

Saçlara qulluğun əsas hissəsindən biri onların yuyulması ilə bağlıdır. Alimlərin saçların yuyulma müddəti barədə uzun mübahisələrindən sonra nəhayət ki, bir nəticə alınıb - saçları çirklənmə müddətinə görə, ancaq təbii ki, doğru yumaq lazımdır. Konkret rəqəm demək çətindir, çünki bu, dərinin və saçın tipindən, onun uzunluğundan, fəsildən, xarici təsirlərdən və s. asılıdır. T. M. Prostakovun "Gözəl olmaq sənəti" kitabında saçın qaynadılmış su ilə yuyulmasının daha məqsədəuyğun olduğu deyilir. Suyun yumşaldılması üçün ona soda (1 litrə 1 çay qaşığı), naşatır spirti (2 litr suya 1 çay qaşığı) və ya qliserin (1 litr suya 1 çay qaşığı) qatmaq olar.

Saçlar yuyulan zaman istifadə olunan digər çox yayılmış bir səhv də qaynar sudan istifadə etməkdir. Belə su piy vəzlərinin aktivliyini artırır deyə saçlarda həddən artıq yağlanma əmələ gələ bilər. Həm də qaynar suyun təsiri ilə şampunun tərkibinə daxil olan sabun "bişir" və saçlara yapışaraq çətin yuyulan bir təbəqə əmələ gətirir. Saç nə qədər yağlı olsa, su bir o qədər sərin olmalıdır. Saçları tam yuduqdan sonra soyuq su ilə yaxalamaq xeyirlidir.

Saçların durulanmasını onun möhkəmləndirmə prosesi ilə eyni hesab etmək olar. Tipindən asılı olmayaraq, saçlarınızın daha parlaq olması üçün onları turş qarışıqla durulamaq lazımdır. Sarışınlar üçün 1 litr suya yarım ədəd limonun suyu, tünd rəngli saçlar üçün 1 litr suya 1 xörək qaşığı 6%-li sirkə əlavə edin.

Saçları isti dəsmalla qurulayandan sonra, havada quruması üçün sərbəst buraxmaq daha yaxşıdır. Fendən istifadə etmək arzuolunmazdır, çünki saçları çox qurudur.

Saçlarımıza qulluq edək

SAÇI MÖHKƏMLƏDƏN VASİTƏLƏR

Gənəgərçək yağı hələ qədimdən saçı möhkəmlədən və saç bitirən vasitə kimi tanınır. 1 yumurta, 4 çay qaşığı gənəgərçək yağı, yarım xörək qaşığı üzüm sirkəsi, 1 çay qaşığı qliserini qarışdırın və yaxşıca çalaraq saçın dibinə sürtün. Sonra başınızı dəsmala bürüyüb müəyyən vaxt buxar üzərində tutduqdan sonra yuyun. Bu proseduradan sonra sizin saçlarınız daha da sıx, parlaq, yumşaq və düzümlü olacaq.


ZƏNCƏFİL KƏPƏYİ YOX EDİR

Zəncəfil sadəcə ətirli ədviyyat deyil. O həmdə effektli antiseptik vasitədir, saçın diblərini qanla təchiz edir, başın dərisini nəmləndirir, saçlara yumşaqlıq və parlaqlıq gətirərək kəpəyi yox edir. Zəncəfilin təzə sıxılmış şirəsi kosmetik məqsədlərlə istifadə olunur. Şirəni küncüd yağı ilə qarışdıraraq saçın diblərinə sürtün. Bir qədər masaj etdikdən sonra 10 dəqiqə saxlayın və başınızı yuyun.


YAĞLI SAÇLAR ÜÇÜN LOSYON

4 çay qaşığı çökə ağacı çiçəklərinin üzərinə 2 stəkan qaynar su tökülür. Bu qarışığı 2-3 dəqiqə od üzərində saxladıqdan sonra soyudulur və süzgəcdən keçirilir. Bu həlimə 1 ədəd limonun şirəsi və stəkan əsmə çiçəyi tinkturasını əlavə edilir. Əmələ gələn losyonu saçın uzunluğu boyunca sürtmək lazımdır.


SAÇIN TÖKÜLMƏSİNƏ QARŞI VASİTƏ

Bu, saç tökülməsinin qarşısını almaq, onun gözəlliyini və qüvvəsini bərpa etmək üçün sınaqdan keçmiş bir vasitədir. "Tibbnamə" saça qulluq etmək üçün soğandan istifadə etməyi məsləhət görür. Müasir kosmetoloqlar da həmin fikirdədir. 1 baş soğanın şirəsi, gənəgərçək yağı, 1 ədəd yumurta sarısını yaxşıca qarışdırmaq lazımdır. Gənəgərçək yağını zeytun yağı ilə əvəz etmək olar. Bu qarışığı saçlarınızı yumamışdan 45 dəqiqə əvvəl saça sürtün, sonra başınızı sellofanla örtüb, üstündən dəsmalla bağlayın. Proseduranı ayda 1 dəfə yerinə yetirmək lazımdır.


GİCİTKƏN SAÇLARI MÖHKƏMLƏDİR

Gicitkən həlimi ilə saçınızı daim yumaq saçın dibini möhkəmlədir və tökülməsinin qarşısını alır. Proseduranın hər 5-7 gündən bir uzun müddət təkrarlamaq lazımdır. 5 xörək qaşığı quru gicitkən otu, 2 stəkan su və 2 stəkan alma sirkəsini qarışdıraraq yarım saat qaynadır, sonra isə sıxıb süzürsünüz.


KƏKLİKOTU İLƏ SAÇ ÜÇÜN DƏMLƏMƏ

Kəklikotunun bioloji aktiv maddələri müxtəlif növdə saçları effektli surətdə möhkəmləndirir. Əvvəlcə saçları yuyurlar, sonra saçın dibinə kəklikotu dəmini sürtüb yedirdirlər və başı dəsmalla yarım saatlıq bürüyürlər. Bu dəmi hazırlamaq üçün yarım stəkan kəklikotu lazımdır. Onun üzərinə iki stəkan qaynar mineral su töküb, 30 dəqiqə saxlayın.


ÇOBANYASTIĞI SAÇLARI YUMŞALDIR

30 qr çobanyastığı çiçəyinin üzərinə yarım stəkan qaynar su tökərək, 1 saat saxladıqdan sonra süzürlər və 1 desert qaşığı bal qatırlar. Yuyulmuş və məhrəba ilə qurulanmış saçları bu məhlulla bolluca isladın, 30-40 dəqiqədən sonra saçı ilıq su ilə yaxalayın. Saçlar quru olduqda, bu proseduranı 2 həftədən bir, saçlar yağlı olarsa - həftədə 1 dəfə edirlər.


Geri dön

Mahi-Devran

  • 4 fevral 2012 17:34
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
TESEKKURLER FAYDALI MESLEHETLER UCUN

Narka E-ZaDe

  • 16 avqust 2011 13:50
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
ÇOBANYASTIĞI SAÇLARI YUMŞALDIR
fellow

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

NELLY19

  • 1 avqust 2011 11:09
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
deyerli melumata gore twk

nilayka

  • 8 may 2011 21:56
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
Maraqli xeberdir heleki ehtiyacim yoxdur...xebere gore twk:)

--------------------

nilayka

  • 1 may 2011 18:11
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkurler bunlari bilmekde fayda var

--------------------

::..ONSLAUGHT::..

  • 10 mart 2011 23:21
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

gul_93

  • 4 mart 2011 16:05
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
tewekkurler

BeAuTy_LaDy

  • 2 mart 2011 21:53
  • Məqalə: 9
  • Şərh: 618
  • Bal:
{awards}
tewekkurler bunlari bilmekde fayda var

--------------------
BeAuTy_LaDy...... =>Dediklerimnen cox demediklerimde gizliyem!<=

ATv

  • 23 fevral 2011 15:15
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Tewekurler

_Bakinka_

  • 11 yanvar 2011 22:29
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
xebere vez ezyete gore twk

L_SimuS

  • 4 yanvar 2011 23:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

Sergio Ramos

  • 28 dekabr 2010 02:25
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
mənə aid olmadı sağol

--------------------

La_VitA

  • 27 iyun 2010 11:38
  • Məqalə: 0
  • Şərh: 154
  • Bal:
{awards}
ekseriyyetini bilirdim

Ayka

  • 2 may 2010 15:06
  • Məqalə: 0
  • Şərh: 353
  • Bal:
{awards}
Teshekkuler fayda var bilmekde ))

Persofona

  • 29 aprel 2010 20:14
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
tesekkurler maraqli xeber ucun

VESNA

  • 29 aprel 2010 17:41
  • Məqalə: 0
  • Şərh: 755
  • Bal:
{awards}
TESHEKKURLER SACLAR SACLAR EH EH.......................

Mr_Unlimited

  • 29 aprel 2010 00:41
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
twk

Little_Devil

  • 28 aprel 2010 20:43
  • Məqalə: 8
  • Şərh: 443
  • Bal:
{awards}
Teshekkkur..

--------------------
Insanlar qizilgullerin arxasinca qacaken, ayaqlarinin altindaki nergizlere fikir vermezler

_SliPkNoTkA_

  • 28 aprel 2010 17:51
  • Məqalə: 17
  • Şərh: 519
  • Bal:
{awards}
thanks

--------------------

OK

  • 28 aprel 2010 12:05
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
Ilk xeberin mubarekdi

--------------------

Ulya

  • 27 aprel 2010 23:28
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
maraqli melumatlar idi.ellerine sagliq

Rufik

  • 27 aprel 2010 23:06
  • Məqalə: 276
  • Şərh: 663
  • Bal:
{awards}
Ilk xeberin mubarekdi :)

--------------------
<i>Когда девушка начинает беседу словами «Ты правда очень хороший парень…», — можешь собирать вещи.</i>


GuLLi

  • 27 aprel 2010 21:42
  • Məqalə: 19
  • Şərh: 496
  • Bal:
{awards}
lazimli xeberdi twkler bezilerin opitdan kecirtmiwem uje))

--------------------

Живи, как можешь, раз нельзя как хочется.

LOVE IS DEAD

  • 27 aprel 2010 20:25
  • Məqalə: 0
  • Şərh: 1372
  • Bal:
{awards}
TESEKKURLER MARAQLIDIR BELKE ISTIFADE ETDIM HEVES OLSA

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 49
Cəmi: 144
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}