Röya: “Bu sevgini nə vaxta qədər gizli yaşayacağıq?”

 
Röya: “Bu sevgini nə vaxta qədər gizli yaşayacağıq?”

“Necə yaşlı nəsli yerindən silkələyim?”

“Doğma diyar” layihəsində müğənni Zamiqlə birlikdə Azərbaycanı diyar-diyar gəzən sənətçi Röya Ayxan tamaşaçılarla ünsiyyətindən danışıb. Müğənni regionlarda tamaşaçılarından gördüyü maraqdan bəhs edib: “Onların bizi qarşılamaqlarına gəlincə, görürdüm ki, vay-şivənlə qarşıladılar. Düzdür, xoş effekt görürdüm, onlar canfəşanlıq edirlər... Lakin o məhəbbəti sanki gizli yaşayırlar, mahnılara qoşulmurlar, bizimlə səsləşmirlər, bəzən nə düşünürsən ki, tamaşaçı sevgisini nə vaxta qədər gizli yaşayacağıq...”

Müğənni başqa ölkələrdə fərqli münasibət gördüyünü deyib: “Bu yaxınlarda Antalyada olanda səhnədə düz 10 dəqiqə ritmlərlə oynadım! Tamaşaçılar arasında türklər, ərəblər, iranlılar da var idi... Eyni hadisə yad müğənnilər Azərbaycana gələndə də baş verir. Başqa yerdən bizə gələndə onu etmək asandır. Mən Sarayda konsert verirəm, necə yaşlı nəsli yerindən silkələyim? Bizim tamaşaçılar yad müğənni üçün əllərindən gələni edəcəklər, üstəlik o konsertə 500 manat da verib gedəcəklər”.

Sənətçi əyalət tamaşaçısı ilə paytaxt tamaşaçıları arasında fərq olduğunu iddia edib: “Əyalət tamaşaçıları ilə paytaxt tamaşaçısı arasında fərq çoxdur. Öz vətənində əziyyət sənin boynuna düşür. Dövlət tədbirlərinə fikir verin, açıq havada müxtəlif sənətçilər konsert verir. Ola bilməz ki, heç olmasa 30 müğənnidən biri xalqın sevdiyi olmasın. Nə fərqi var... Gərək mikrofona çığırasan ki, əllərinizi qaldırın! Elə türk müğənnisi var ki, kazinoda oxuyurlar ey, onları heç kim tanınmır. Bizimkilər qan-tərin içində olacaqlar, həmin müğənnilərdən ötrü hamısı...”

Röya “Doğma Diyar” turnesində ən çox zövq aldığı və o qədər də xoş olmayan təəssüratları barədə danışıb: “Bu konsertlərin arasında ən yaxşıları Mingəçevir, Gəncə, Yevlax olub. Ağdamdakı konsertdə isə əziyyətimiz çox olub...”


Geri dön

Just For Legend

  • 16 dekabr 2010 20:55
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
maraqli melumata goe cox sag ol

--------------------

Ulya

  • 15 dekabr 2010 23:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk xebere gore

Sergio Ramos

  • 15 dekabr 2010 23:04
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
görmüşəm bu xəbəri təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}