2012-ci ildə Azərbaycan kimləri itirdi?

 
2012-ci ildə Azərbaycan kimləri itirdi?

Yer kürəsi daha bir ili geridə qoyub, Yeni İli qarşılamağa hazırlaşır. 2012-ci il ərzində dünya ilə yanaşı Azərbaycanda da itkilər yaşanıb.

Bu itkilərin yalnız bir qismini, əsasən mədəniyyət və incəsənət sahəsində itirdiklərimizi yada salacağıq. Bu il Azərbaycan mədəniyyəti, ədəbiyyatı, elmi çox böyük itkilərlə üzləşib.


Bu sırada ilk itkilərdən biri fevral ayında baş verib. Fevralın 6-da Azərbaycanın keçmiş təhsil naziri Lidiya Rəsulova 71 yaşında xəstəlikdən dünyasını dəyişib.

Fevralın 11-də musiqiləri illər, əsrlər boyu seviləcək bəstəkar Elza İbrahimova uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib. Fevralın 15-də Azərbaycanın görkəmli folklorşünas, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, əməkdar müəllim Azad Nəbiyev dünyasını dəyişib.

Martın 15-də tanınmış ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev 82 yaşında vəfat edib.

Aprelin 2-də Azərbaycanın tanınmış fotoqrafı Əjdər Nağıyev səhhətindəki problemlərdən dolayı dünyasını dəyişib.

Həmin tarixdə Azərbaycanın tanınmış yazıçısı Oqtay Salamzadə 82 yaşında ölüb.

Aprelin 24-də Azərbaycanın tanınmış rejissoru Tariyel Vəliyev 68 yaşında dünyasını dəyişib.

Aprelin 30-da isə əməkdar mədəniyyət işçisi, filmlərdə və televiziya tamaşalarında daha çox kiçik rollar oynamış Nəcəf Həsənzadə həyatla vidalaşıb.

Başa çatmaqda olan ilin mayında meyxanaçı Zaur Aşiq 31 yaşında vəfat edib. Mayın 24-də Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İyunun 17-də Süleyman Rəhimovun oğlu, tanınmış yazıçı-publisist Şamo Arif 76 yaşında vəfat edib.

İyunun 22-də isə Azərbaycanın tanınmış vəkili İsaxan Aşurov ağır xəstəlikdən həyata göz yumub.

Avqustun 7-də Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov 84 yaşında vəfat edib. M. Ələsgərov uzun sürən xəstəlikdən sonra Mərdəkanda, bağ evində dünyasını dəyişib.

Avqustun 22-də Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova vəfat edib.

Bu il dünyasını dəyişənlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov da var.

Noyabrın 22-də isə Azərbaycan teatr və kinosunda əvəzedilməz rolların ifaçısı, görkəmli aktyor Yaşar Nurinin vəfatı bütün ictimaiyyəti sarsıdıb. Sevimli aktyor uzun sürən xəstəlikdən sonra 61 yaşında həyatla vidalaşıb.

Noyabrın 22-də Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, iqtisad elmləri doktoru, professor Turan Yazqan 74 yaşında dünyasını dəyişib. Turan Yazqan uzun sürən xəstəlikdən sonra İstanbulda vəfat edib.

Noyabrın 30-da Azərbaycanın tanınmış müğənnisi Vidadi Bərdəli 53 yaşında vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

11 dekabr tarixində dünya şöhrətli opera müğənnisi, SSRİ xalq artisti, görkəmli dirijor və violonçelçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya 87 yaşında Moskvada dünyasını dəyişib.

Azərbaycan televiziyasının ilk qurucularından olan Sərvər Xanhüseyn oğlu Quliyev isə dekabrda 82 yaşında vəfat edib. Rejisor Rafiq Atakişiyev də bu il uzun sürən xəstəlikdən sonra vəfat eləyib.

Rusiyada yaşayan tanınmış azərbaycanlı yazıçı və publisist Fərhad Ağamalıyev, gənc yazar Zərdüşt Şəfizadə də bu il itirdiklərimiz sırasındadır.

2012-ci il həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaşın, Sovet kinematoqrafiya və teatrının görkəmli simalarından Lyudmila Kasatkinanın, Rusiya Federasiyasının xalq artisti İqor Kvaşanın, görkəmli ozan Neşet Ertaşın, dünyaca məşhur müğənni Uitni Hyustonun, aktyor Michael Clarke Duncanın, aktrisa Sylvia Kristelin, Hindistan əslli virtouz musiqi ulduzu Ravi Shankarın, “Vinni Pux” cizgi filminin müəllifi Fyodr Xitrukun və başqalarının vəfatı ilə yadda qalıb.

Allah rəhmət eləsin...


Geri dön

✰Karabakh Girl✰

  • 3 yanvar 2013 00:41
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
Təşəkkürlər...

barsa yek

  • 2 yanvar 2013 21:44
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Mence en agir itkimiz Yawar Nuri oldu.ALLAH rehmet elesin!!!

--------------------

✰Karabakh Girl✰

  • 2 yanvar 2013 12:16
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Sitat: surawka
allah rehmeet elesin!


leyluwka_20

  • 1 yanvar 2013 19:59
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Allah rəhmət eləsin...

--------------------

Alone angel

  • 1 yanvar 2013 16:25
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah rəhmət eləsin...

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Wirinka)

  • 1 yanvar 2013 15:10
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
Allah rehmet elesin...

_favorit_arkadas

  • 1 yanvar 2013 14:36
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah rəhmət eləsin...

--------------------

GuNaY_83

  • 31 dekabr 2012 18:50
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sitat: Bülüwka
ALLAH REHMET ELESIN.........

--------------------

solnuska

  • 31 dekabr 2012 17:04
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN MELUMATLARA GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 31 dekabr 2012 15:24
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
Allah rehmet elesi..

--------------------
Помни, что ты - мое все ❤

ZuZuM__

  • 31 dekabr 2012 14:27
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
allah rehmeet elesin

--------------------

DILEKLER

  • 31 dekabr 2012 11:41
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
Noyabrın 22-də isə Azərbaycan teatr və kinosunda əvəzedilməz rolların ifaçısı, görkəmli aktyor Yaşar Nurinin vəfatı bütün ictimaiyyəti sarsıdıb. Sevimli aktyor uzun sürən xəstəlikdən sonra 61 yaşında həyatla vidalaşıb.

Nermin:)

  • 30 dekabr 2012 23:17
  • Məqalə: 0
  • Şərh: 146
  • Bal:
{awards}
allah rehmeet elesin

ZuZuM__

  • 30 dekabr 2012 22:53
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN.........

--------------------

★WirinKa★

  • 30 dekabr 2012 22:06
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
Allah butun aktyor ve aktiristikalara rehmet elesin

--------------------

solnuska

  • 30 dekabr 2012 21:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN.........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

✰Маша✰

  • 30 dekabr 2012 21:16
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
Allah rehmet elesin

fatimeyinur

  • 30 dekabr 2012 21:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah rəhmət eləsin...Xebere gore cox sag olun...

unfaithful

  • 30 dekabr 2012 21:11
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Allah rəhmət eləsin...

--------------------

ღ★ Firuzə ★ღ

  • 30 dekabr 2012 21:03
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
çox sağolun...

--------------------

ZayNster

  • 30 dekabr 2012 20:51
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
ALLAH rehmet elesin

Angry Boy

  • 30 dekabr 2012 20:50
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Yasar Nuri meni lap yandirdi allah rehmet etsin

Nara Neznakomka

  • 30 dekabr 2012 20:43
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
allah rehmeet elesin!!

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ღ★Diamond★ღ

  • 30 dekabr 2012 20:41
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Noyabrın 22-də isə Azərbaycan teatr və kinosunda əvəzedilməz rolların ifaçısı, görkəmli aktyor Yaşar Nurinin vəfatı bütün ictimaiyyəti sarsıdıb. Sevimli aktyor uzun sürən xəstəlikdən sonra 61 yaşında həyatla vidalaşıb.

so_sad

  • 30 dekabr 2012 20:31
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ELƏSİN sad

surawka

  • 30 dekabr 2012 20:23
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
allah rehmeet elesin!!ilk werh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 44

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}