2013-cü ildə səmada Aydan da parlaq cisim peyda olacaq?

 
2013-cü ildə səmada Aydan da parlaq cisim peyda olacaq?

Ayson (İson) adlı bu cismi “əsrin kometi” adlandırırlar

Britaniyalı astronom Deyvid Uaythaus yazır ki, təzə ildə səmamızda parlayacaq bu kometi iki rus alimi kəşf edib. Hazırda bu cismi yalnız ən müasir teleskoplarla görmək mümkündür. Komet qaranlıq səmada ulduzlardan o qədər də seçilmir. Alimlər bildirirlər ki, Yerin səmasında bu qədər parlaq bir obyekti görmək heç də hər nəsilə nəsib olmur. Ayson kometləri və asteroidləri müşahidə edən Kislovodsk rəsədxanasının teleskopları vasitəsilə aşkar edilib.

Publika.az xəbər verir ki, astronomlar Vitali Nevski və Artyom Noviçonok ötən sentyabrın 20-də bu kometi daha diqqətlə müşahidə etmək niyyətində imişlər, di gəl ki, buludlu hava onlara mane olub. Lakin səhərə yaxın kometi nəinki Ekizlər və Xərçəng bürclərinin arasında teleskopla görmək mümkün olub, onun hətta fotoları da çəkilib. Sonradan Nevski bu fotoları xüsusi kompüter proqramına yükləyib. Proqram iri və parlaq obyektin çox yavaş hərəkət etdiyini qeydə alıb. Bununla belə, səma cisminin komet olub-olmadığını dərhal söyləmək mümkün olmayıb. Rusiyalı alimlər bu səma obyektini daha iri teleskopla müşahidə edəndə başa düşüblər ki, söhbət çox iri kometdən gedir.

Dünyanın başqa rəsədxanalrından alınan məlumatlar analiz edilib və kometin “marşrutu” dəqiqləşdirilib. Məlum olub ki, Ayson kometi adlandırılan bu qaya parçası artıq milyon illərdir, bizə sarı gəlirmiş... O, öz qaynağını trilyonlarla qaya və buz parçalarının uçuşduğu uzaq ulduz buludundan götürüb.

Alimlər bildirirlər ki, “ulduz buludları” bəzən qravitasiyanın dəyişməsi nəticəsində bəzi kometlərin qoparaq ulduzlararası məkana daxil olmasına imkan yaradır. Belə görünür ki, cazibə durğunluğundan “xilas olmuş” Ayson kometi planetmizin istiqamətində ilk və son səfərini edir.

Uaythaus yazır ki, Aysonun həyatı soyuq, buzlu və durğun olub, lakin indi o, Günəşə yaxınlaşdıqca isinir və parıltısı artır... Aysonun səthi qaranlıqdır və ölçüsü 10 min kilometrlər boyuncadır. Gələn yayın sonlarınadək bu kometi artıq kiçik ev teleskopları və durbinlərlə görmək mümkün olacaq.


Noyabrda bu kometi hamımız adi gözlə görəcəyik


Oktyabr ayında Ayson Marsın yanından keçəcək və onda ən maraqlı mərhələ başlanacaq. Səthi qızdıqca kometin odlu qazlardan ibarət quyruğu yaranacaq. Bundan sonra, Yerin orbitini keçərkən, o əvvəlcə yavaş-yavaş səmada peyda olacaq, lakin getdikcə parıltısı artacaq. Necə deyərlər, “qazı qurtarandan sonra” komet Günəş Küləkləri ilə əks sitiqamətə dartılacaq. Noyabrın axırlarında qaranlıq düşdükdən bu kometi adi gözlə görmək mümkün olacaq.

Alimlər deyirlər ki, bu ecazkar kosmik teatra aylar ərzində Yerdən tamaşa edilə biləcək... Sonunda isə kosmik küləklər onu Günəşə doğru çəkəcək və o, Günəşə hər hansı bir planetdən daha yaxın məsafədən keçəcək. Lakin komet Günəşə yaxınlaşdıqca, onu müşahidə etmək nəinki çətin və hətta təhlükəli olacaq... Alimlər bu müşahidəni xüsusi qurğuların vasitəsilə aparacaqlar.

Hələ bu harasıdır...

Maraqlıdır ki, Ayson gələn il səmada görünəcək yeganə komet deyil.
2014 L4 adlı komet də Yerin səmasında görünəcək.

Aysona gəlincə, 2014-cü ildə onun qaldırdığı tozanaq gecə səmasından yavaş-yavaş yox olacaq, kometin özü isə bir daha qayıtmamaq üçün gəldiyi yerə qayıdacaq.

Lakin “kosmik tamaşalar” bununla bitmir. Daha kiçik səma cisimləri olan asteroidlər, kometlərdən daha təhlükəli hesab olunur. Ona görə ki, onları uzun müddət müşahidə etmək mümkün olmur. Elə bu dekabr ayının əvvəllərində belə bir asteroid Yerin lap yanından keçib.
Halbuki astronomlar onu cəmi iki gün əvvəl görüblərmiş.

Daha böyük və təhlükəli asteroid Apofis ilk dəfə 2004-cü ildə aşkar edilib, 2029-cu ildə Yerin 36 min kilometrliyindən keçəcək. 36 min kilometr böyük məsafə kimi görünə bilər, lakin bu o deməkdir ki, o, əslində planetimizin ətrafında dövrə vuran kommunikasiya peyklərindən də yaxında olacaq.

Lap yanımızdan keçib, xəbərimiz olmayıb…

Dekabrın əvvəllərində Yerin yanından keçmiş 2012 XE54 adlı asteroid bizə Aydan da yaxın imiş. Doğrudur, onun ölçüsü cəmi 36 metr imiş, lakin nəzərə almaq lazımdır ki, 1908-ci ildə Rusiya tayqasına düşmüş oxşar ölçülü asteroid Londonun ərazisi boyda sahədə bütün canlı aləmə son qoymuşdu.

Alimlər bildirirlər ki, yaxın gələcəkdə asteroid zərbələrindən necə qorunmaq barədə düşünmək lazım gələcək. Lakin onda da, ölçüsü 1 kilometrdən az olan asteroidlər ən təhlükəli səma cismi olaraq qalacaq. Çünki onları dərhal görmək astronomlar üçün də asan iş deyil.

NASA hazırda belə asteroidləri “minib istiqamətləndirmək və Yerdən azdıqmaq” üçün peyklər üzərində işləyir.


Geri dön

Shokoladka

  • 23 yanvar 2013 06:25
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Xebere gore tesekkurler..

--------------------


unfaithful

  • 1 yanvar 2013 19:26
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
olsun.............. smile

--------------------

GuNaY_83

  • 1 yanvar 2013 19:11
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sitat: _favorit_arkadas
Xəbərə Görə Çox Sağol...

--------------------

leyluwka_20

  • 1 yanvar 2013 18:52
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Dekabrın əvvəllərində Yerin yanından keçmiş 2012 XE54 adlı asteroid bizə Aydan da yaxın imiş. Doğrudur, onun ölçüsü cəmi 36 metr imiş, lakin nəzərə almaq lazımdır ki, 1908-ci ildə Rusiya tayqasına düşmüş oxşar ölçülü asteroid Londonun ərazisi boyda sahədə bütün canlı aləmə son qoymuşdu.

--------------------

ღ★Diamond★ღ

  • 1 yanvar 2013 17:39
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Alimlər bildirirlər ki, “ulduz buludları” bəzən qravitasiyanın dəyişməsi nəticəsində bəzi kometlərin qoparaq ulduzlararası məkana daxil olmasına imkan yaradır

^^KuKuLKa^^

  • 1 yanvar 2013 16:45
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Melumat ucun tewekkurler...

--------------------

solnuska

  • 1 yanvar 2013 15:32
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
HMM..........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_favorit_arkadas

  • 1 yanvar 2013 13:54
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Xəbərə Görə Çox Sağol...

--------------------

Wirinka)

  • 1 yanvar 2013 13:47
  • Məqalə: 0
  • Şərh: 640
  • Bal:
{awards}
Melumat ucun tewekkurler...

Gözlüklü

  • 1 yanvar 2013 12:58
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Ewi bow weylerdi tewekurler

so_sad

  • 1 yanvar 2013 11:56
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Sitat: guncicek
yasayib goreceyikde

guncicek

  • 1 yanvar 2013 00:34
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
yasayib goreceyikde

--------------------

aksana1993

  • 31 dekabr 2012 23:58
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
MARAQLIDIR EMEYE GORE TWK EDIREM.ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

★Azerbaijan girl★

  • 31 dekabr 2012 22:48
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmm

zoluwka99

  • 31 dekabr 2012 21:49
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
Oxumadim
Ama yenede tesekkurler

ღ★ Firuzə ★ღ

  • 31 dekabr 2012 21:47
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
inanmiram men ama yenede teshekkurlerr....

--------------------

enigmatic_girl

  • 31 dekabr 2012 21:46
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
inanmiram. 21 dekabri da deyrilerde ne oldu? hecne. neyse olacaqsa olanda gorerik

--------------------

✰Маша✰

  • 31 dekabr 2012 21:30
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
xebere gore tesekkurler

keven

  • 31 dekabr 2012 21:30
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

fatimeyinur

  • 31 dekabr 2012 21:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur...

ZayNster

  • 31 dekabr 2012 21:28
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
tewekkurler

✰GlaMurKa✰

  • 31 dekabr 2012 21:27
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
neyse onsuzda bele seylere inanmiram tesekkurler:)))

GuNaY_83

  • 31 dekabr 2012 21:21
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
TewekkurleR...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}