DƏYİŞDİN
Alıb ürəyimi verdin yadlara,
Sən məni bir başqa yara dəyişdin.
Yalanlar deyərək gedirsən hara?
Doğma ürəyimi yada dəyişdin
✿✿✿
Doğan günəşindim, batan ay odum.
Coşğun dənizindim, daşan çay odum.
Yağan yağış ikən, düşən qar odum.
Sən payız ömrümü, qışa dəyişdin.
✿✿✿
Sevərkən hər kəsdən daha çox səni,
Sevməyən birinə verdin qəbini.
Adanıb o saxta gülüşərə sən
Çox olan sevgimi, aza dəyişdin.
✿✿✿
Indi o səninçün çiçəkmi oldu?
Indi o səninçün göyçəkmi oldu?
Mənimçün qurduğun xəyallar soldu.
Gül açan ağacı, bara dəyişdin.
✿✿✿
Bir cüt əl var ikən, sən təki seçdin.
Eşq şərabı deyil, zəhəri içdin.
Uzun yol gedərkən, qısaya keçdin.
Düz oan bir ömrü, səfə dəyişdin.
✿✿✿
Gərçi sevməsəndə ərkəklər kimi.
Baxırdın üzümə mələklər kimi.
Işığa yığışan böcəkər kimi.
Nur saçan çırağı, şama dəyişdin.
✿✿✿
Eşqin üçbucağın yaşadıqca biz,
Var ikən yox oldu sonsuz sevgimiz.
O böyük sevgidən qalmayıbdır iz,
Pas tutmuş gitara, tarı dəyişdin
✿✿✿
Sənsiz yatağımın soyuquluğu bil,
İsti yorğanımı əlimdən aldı.
Daha nəğmə demir, quruyubdu dil,
Bir ala qarğaya, bülbül dəyişdin.
✿✿✿
Donmuş yanağımın buz çöhrəsinə,
Xəsis öpüşlərinin izlərin çəkdin.
Əsən ruzgarında dəli səsinə,
Qəlbinin mən olan səsin dəyişdin.
✿✿✿
Nə etsəm olmadı daha bir fayda,
Yorulmuş vücudda qalmayıb hay da.
Tək qaldı ürəyim böyük sarayda.
Bir gözəl otağı, dama dəyişdin
Alıb ürəyimi verdin yadlara,
Sən məni bir başqa yara dəyişdin.
Yalanlar deyərək gedirsən hara?
Doğma ürəyimi yada dəyişdin
✿✿✿
Doğan günəşindim, batan ay odum.
Coşğun dənizindim, daşan çay odum.
Yağan yağış ikən, düşən qar odum.
Sən payız ömrümü, qışa dəyişdin.
✿✿✿
Sevərkən hər kəsdən daha çox səni,
Sevməyən birinə verdin qəbini.
Adanıb o saxta gülüşərə sən
Çox olan sevgimi, aza dəyişdin.
✿✿✿
Indi o səninçün çiçəkmi oldu?
Indi o səninçün göyçəkmi oldu?
Mənimçün qurduğun xəyallar soldu.
Gül açan ağacı, bara dəyişdin.
✿✿✿
Bir cüt əl var ikən, sən təki seçdin.
Eşq şərabı deyil, zəhəri içdin.
Uzun yol gedərkən, qısaya keçdin.
Düz oan bir ömrü, səfə dəyişdin.
✿✿✿
Gərçi sevməsəndə ərkəklər kimi.
Baxırdın üzümə mələklər kimi.
Işığa yığışan böcəkər kimi.
Nur saçan çırağı, şama dəyişdin.
✿✿✿
Eşqin üçbucağın yaşadıqca biz,
Var ikən yox oldu sonsuz sevgimiz.
O böyük sevgidən qalmayıbdır iz,
Pas tutmuş gitara, tarı dəyişdin
✿✿✿
Sənsiz yatağımın soyuquluğu bil,
İsti yorğanımı əlimdən aldı.
Daha nəğmə demir, quruyubdu dil,
Bir ala qarğaya, bülbül dəyişdin.
✿✿✿
Donmuş yanağımın buz çöhrəsinə,
Xəsis öpüşlərinin izlərin çəkdin.
Əsən ruzgarında dəli səsinə,
Qəlbinin mən olan səsin dəyişdin.
✿✿✿
Nə etsəm olmadı daha bir fayda,
Yorulmuş vücudda qalmayıb hay da.
Tək qaldı ürəyim böyük sarayda.
Bir gözəl otağı, dama dəyişdin
Müəllif: NƏRGİZ ZEYNAL