Ərə getmək istəyirsən?

 
Ərə getmək istəyirsən?


Görüşdüyünüz oğlanın sizinlə ciddi münasibətlər qurmaq istəmədiyini hiss edirsinizsə, məsləhətlərimizi diqqətlə oxuyun

Bütün rəfiqələrin ərdədir? Ali məktəbdə ən çirkin saydığın qrup yoldaşın qarşına çıxıb sağ əlində brilyant nişan üzüyünü fırladaraq "Ərim məni işləməyə qoymur, yeri gəlmişkən, qrupumuzda ərə getməyən yeganə qız sənsən" deyir? Bu, nokautdur. Xoşagəlməz situasiyadan çıxış yolu ərə getmək və dedi-qoduçuların ağzını yummaqdır. Bunu etmək, göründüyü kimi, çətin deyil. "Gələcək həyat yoldaşı ilə necə və harada görüşmək olar?" mövzusu başqa məqalənin mövzusudur. Görüşdüyünüz oğlanın sizinlə ciddi münasibətlər qurmaq istəmədiyni hiss edirsinizsə, məsləhətlərimizi diqqətlə oxuyun.

Ərə getmək istəyirsən? Onda müstəqillik, feminizm, müasir, hiperseksual, iradəli, məqsədyönlü sözlərini unutmalısan. Bir çoxları hesab edir ki, məhz belə qadınlar kişinin xoşuna gəlir. Bu yanlışdır! Ola bilər ki, belə qadınlar kişinin xoşuna gəlsin, amma kişilər başqa qadınlarla ailə qurmağa üstünlük verirlər. Kişilərin yanında yemək bişirə bilməməyinlə öyünürsən? Onda təəccüblənmirik ki, hələ də "evdə qalmısan". Çünki bir çox kişilər üçün qidalanma məsələsi olum və ölüm qədər önəmlidir. Əlbəttə, hər bir kişi evdə hazırlanan dadlı xörəyi sevir.

Heç vaxt sevdiyin insanı tənqid etmə, əgər ondan evlənmə təklifi almaq istəyirsənsə. Yəqin ki, bu məsləhəti birinci dəfə eşitmirsən. Amma məhz bu qanunu qızlar daha çox pozurlar. Onlar kişinin dostlarını, anasını, işini, vərdişlərini, hobbisini, geyim, hətta arzularını tənqid edirlər. Bunu etmə. Sadəcə, özünə tez-tez xatırlat ki, böyük adamı dəyişmək qeyri-mümkündür. Axı özün də mükəmməl deyilsən. Nəticədə tənqidlərdən yorulan gənc adam sənə sual verəcək: "Əgər mən pisəmsə, niyə yanımdasan? Get, yaxşısını tap". Və o, haqlı olacaq. Ya daha yaxşısını tap, ya da tənqid etmə.

Onun üçün əvəzolunmaz insana çevril. Deyə bilərsən ki, əvəzolunmaz adam yoxdur. Düzdür, amma sən ərə getməyə çalışdığın insan üçün beləsinə çevrilməlisən. Əvvəlcə kişini başa düşməlisən. Hamıdan gözəl görünməyə çalışma. Bu sənə lazımdır, ona yox. Onun üçün həyatda nəyin vacib olduğunu öyrən. Məsələn, potensial ərin nərd oynamağı sevir və saatlarla oynamaqdan yorulmur. O, bununla bütün dost-tanışını bezdirib. Amma sən əsla belə olmamalısan. Nərd oynamağı bacarmırsan? Öyrən və onun üçün əvəzolunmaz partnyora çevril.

Sevdiyin insanın niyə səninlə evlənmək istəmədiyini aydınlaşdır. Ola bilər ki, problem səndə olmasın. Kişini bu önəmli addımı atmaqdan bir çox səbəblər yayındırır. Səbəblərdən bəzisi sənin üçün gülməli və qeyri-ciddi görünə bilər. Yadda saxla ki, bu sənə belə gəlir. Ola bilər kişi toyqabağı əziyyətlərdən qorxsun. Əgər problem bundadırsa, ona başa sal ki, bu əziyyətləri valideynlərinin öhdəsinə buraxacaqsan. Bir çox kişilər "həmişəlik" sözündən qorxduqları üçün ailə qurmur. Bu halda onu başa sal ki, əgər yola getməsəniz, bir sıra cütlüklər kimi siz də boşana bilərsiniz. Əgər o səninlə evlənmək istəmirsə, onu hərəkətə gətir. Bunu necə etməli? Sən sevdiyin insanı hamıdan yaxşı tanıdığından özün fikirləşməlisən. Bu məsələdə individual yanaşma lazımdır. Məsələn, bir xanım sevdiyi insanın soyadını çox bəyəndiyini söyləmiş, ertəsi gün isə evlənmə təklifi almışdır. Fantaziyanı işə salmaq kifayətdir. Amma ərə getməmişdən əvvəl yaxşı düşün, həqiqətənmi bu kişi sənə lazımdır? Yoxsa insanların ağzını bağlamaq üçün ərə gedirsən. Belədirsə, dedi-qodulara fikir vermə.

Əgər müxtəlif məsləhətlərə baxmayaraq yenə də ərə gedə bilmirsənsə, deməli kişilərin heç sevmədiyi qadın tipisən. Kişilər bəzi qadınlarla evlənir, bəzilərilə bir neçə dəfə görüşür, bəzilərindən isə ümumiyyətlə, yan keçirlər. Belə fikir var ki, qadınlar öz davranışları ilə kişini özlərindən uzaqlaşdırırlar. Məhz buna görə kişilər qadınları kateqoriyaya bölürlər.

Həddindən artıq qəribə və sirli
Əlbəttə, hər bir qadında sirli nə isə olmalıdır. Amma sirr həddindən artıq çox olanda kişi həmin qadından uzaqlaşmağa çalışır. Sirli və qəribə deyəndə nə başa düşülür? Özünü həmişə formada saxlamağa çalışır, ünsiyyətcil, seksual və cəlbedicidir. Görüşə çağırılanda konkret cavab verməmək üçün minlərlə bəhanə tapır və bununla da kişini incidir. Özünün təyin etdiyi vaxtda kişi zəng edəndə telefonu açmır. Nadir hallarda düzgün qərar qəbul edir.Münasibətləri Meksika serialları və məhəbbət romanlarındakı kimi gərginləşdirməyə çalışır.Kişini daim gərginlikdə saxlayır.Gec, ya tez kişinin psixikası buna dözmür və o, başqasının yanına qaçır.

Tamahkar
Belə qadın gözəl, seksual və çox pozğundur. O, məqsədinə çatmaq üçün cəlbdeciliyindən istifadə edir. Kişilər belələrini sevsə də, sonradan anlayırlar ki, tamahkar qadın onun arzularını reallığa çevirə bilən kişilərlə bir yerdə olur.

Var-dövlət ovçusu
Bu tip qadınlar işləmədən dəbdəbəli həyata can atırlar. Ona görə də 86 yaşlı milyonçuya rahatlıqla ərə gedə bilərlər. Bir çox varlı kişilər belə qadınları yaxşı tanıyır və onlara görə var-dövlətlərindən olmaq istəmirlər.

Dəyişkən natura
Belə qadınlar fikirlərini iki dəqiqədənbir dəyişirlər. Qərar qəbul edə bilməyən qadın öz çatışmazlığı haqqında bilir və hər dəfə kişidən üzr istəyir. Tez, ya gec kişi dəyişkən qadından yorulur və sakitlik axtarır.

Çoxbilmiş
Ensiklopedik biliklərə sahibsiniz? Bu yaxşıdır. Amma belə qadınlar bununla kifayətlənmirlər. Onlar öz fikirlərini kişilərə yeritməyə, haqlı olduqlarını sübuta yetirməyə çalışırlar. Belə qadınlar kişiləri özlərindən çıxarır.

İfritə
İşdə nə qədər "yırtıcı" olsanız da, evdə daha mehriban olmağa çalışmalısınız. İfritə natura sadəcə diqqəti cəlb edir, kişilər belələrindən tez yorulur. Belə qadınlar kişiləri qiymətləndirmir və düşünürlər ki, bütün kişilər əclafdır.

Feminist
Bu, diaqnozdur. Hərçənd onlar arasında ərə getmək istəyənlər azdır. Belələri varsa da, onlar öz ideologiyaları ilə kişiləri dəli edərlər.

Daima şikayətçi
Həmişə onların işi pis olur, ayaqqabıları sıxır və s. Belə qadınlar daima şikayət edirlər. Onlar ən bədbəxt qadınlardır. Kişilər isə bədbəxt və köməksiz qadınları sevmirlər.

Nəzarətçi
Belə qadın kişinin alt paltarından tutmuş dostlarına qədər hər şeyi nəzarətdə saxlayır. Normal kişi beləsindən dərhal qaçır.

Özünü apara bilməyən
Belələri söyüş söyür, içki içir, dava edir. Belə dostu olan kişi bu qadını neyləyir?

Yaltaq
Belə qadın kişini toya qədər tərifləyir. Beləsini müəyyən etmək çətin deyil.


Geri dön

Shokoladka

  • 9 fevral 2012 04:29
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
Thanks...:)

--------------------


AYKA87

  • 21 may 2011 21:21
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
tesekkurler

Made_In_Bakinka

  • 18 dekabr 2010 02:01
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
bu yazidi ozumu tapmadim...

Milas_ka

  • 15 dekabr 2010 17:02
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
tesekkurler deyerli meslehetlerdir.

Ulya

  • 14 dekabr 2010 11:39
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol wink

Milawka

  • 13 dekabr 2010 21:26
  • Məqalə: 75
  • Şərh: 580
  • Bal:
{awards}
XEBERE GORE COX SAGOL SENE DIDIYMI DIDIM DEEE winked

Azeri_Gozeli

  • 13 dekabr 2010 19:46
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
yoox istemirem))tsk

--------------------

Sergio Ramos

  • 13 dekabr 2010 19:43
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
ilk şərh məndən

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 47
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 733
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}