Cəhənnəmin yaradılmasında hikmət nədir?

 
Cəhənnəmin yaradılmasında hikmət nədir?

Gəlin mövzuya bir misalla başlayaq. Kiçik bir şəhəri idarə edən izzətli, şərəfli, adil bir hakim təsəvvür edək. Ədəbsiz, asi bir məmur bu hakimin qarşısına çıxır və kobud şəkildə: “Mən sənin əmrlərini eşitmirəm, qanunlarını tanımıram. Bir də ki sən mənə heç nə edə bilməzsən, cəzalandıra bilməzsən,” – deyir. Həm xalqın haqqını yeyir, hüquqlarını tapdalayır, həm də israrla hakimin şərəfinə, izzətinə toxunur. Həmin hakim o ədəbsiz adamı həbs etdirməzmi? Əlbəttə ki, həbs etdirər, hətta orada həbsxana yoxdursa da, sırf onun üçün bir həbsxana tikdirər.

Bunun kimi küfr də Allaha üsyandır. Allah insanı yoxdan var edib bir süfrə kimi süslədiyi yer üzünü, günəşi, ayı, ulduzları onun əmrinə (istifadəsinə) verir, nemətlərini yağış kimi insanın başından tökür. Sonra da deyir ki: “Ey insan, Mən sənin Rəbbinəm, sən də Mənim qulumsan. Bu qədər saysız-hesabsız nemətlərimin müqabilində səndən bircə şey istəyirəm: Məni Rəbb olaraq tanı və yalnız Mənə ibadət et. Sənə verdiyim ağıl, vicdan, şüur kimi qabiliyyətlər göyləri, yeri və bu ikisi arasında bütün varlıqları yaradan rəhməti sonsuz bir Yaradana işarə edir. Bununla yanaşı, mərhəmətim səni özbaşına, rəhbərsiz də buraxmamışdır. Sənə doğru yolu göstərmək üçün seçilmiş qullarımdan peyğəmbərlər göndərmiş, onlarla yanaşı haqq və həqiqəti açıq-aşkar bəyan edən səhifələr, kitablar nazil etmişəm. Əgər Məni bilsən, Məni tanısan və Mənə itaət etsən, sənə dünyada rahatlıq və xoşbəxtlikdən başqa sonsuz bir səadət də vəd edirəm. Yox, əgər inkar və üsyan etsən, səni sonsuz əzab, əbədi cəhənnəm gözləyir”.

Kafir isə Allahı, axirət gününü, peyğəmbərləri, kitabları inkar edərək Rəbbinə üsyan edir. “Sənə də, cəzana da inanmıram. Mən istədiyim (ağlım kəsən kimi) kimi yaşayıram,” – deyərək Allaha qarşı çıxır. “Əlbəttə, Allah o hakimdən dəfələrlə Əzizdir (izzətlidir) və ədəbsizcəsinə Ona üsyan edən asiləri şanına yaraşan şəkildə cəzalandıracaqdır. Məhz bu səbəbə görə də küfr və inkar cəhənnəmin varlığını həm isbat, həm də zəruri edir.

Bu, məsələnin bir tərəfidir. Digər tərəfini də başqa bir misalla açıqlamağa çalışaq. Bir ölkə fərz edək. Bu ölkədə qanunlara əməl edən, dövlətinə sadiq, vəzifələrini, öhdəliklərini layiqincə yerinə yetirməyə çalışan dürüst, namuslu vətəndaşlar bu işlərinin, əməllərinin qarşılığını ala bilmir. Digər tərəfdən də qanun, nizam tanımayan, hökumətə, polisə, əsgərə (orduya) üsyan edən, onun-bunun haqqını yeyən asilər cəzalandırılmır. Elə bir ölkədə dinclik, əmin-amanlıq və asayişdən əsər-əlamət qalarmı? Burada ədalətdən, qanundan, nizamdan danışmaq mümkündürmü?

Əgər bir ölkədə yaxşı idarəetmə vardırsa, qanunlara hörmətlə yanaşan, dürüst və çalışqan (zəhmətkeş) vətəndaşlar mükafatlandırılacaq, dövlətə üsyan edən, məsum insanlara zülm verən, təxribat törədən asi və zalımlar da cəzalarını alacaqlar. Onun üçün də bütün ölkələrdə haqq tapdalayan, təxribat törədən insanlar, oğrular, qatillər üçün xeyli miqdarda pul xərcləyib həbsxanalar tikirlər. Ağlı başında olan heç bir insan: “Bu həbsxanalar üçün niyə bu qədər xərc çəkilir? Buna nə ehtiyac var?” – demir. Hətta nəfsinə və şeytana aldanıb cinayət işləmiş insanlar da: “Mən cinayət etdim, cəzamı çəkməyə razıyam,” – deyib təslim olurlar.

Dövləti idarə edənlər bir kənara qalsın. Kiçik bir mağaza və ya fabrik sahibi belə dürüst və çalışqan işçilərini mükafatlandırır, iş rejiminə riayət etməyənləri və işin normal gedişinə mane olanları hansısa formada cəzalandırır. Əlbəttə ki, mütləq ədalət sahibi olan Uca Allah da Ona itaət edən, ömür boyu ibadət edən, xeyirxah işlər görüb yaxşılıq edən qullarını cənnətlə mükafatlandıracaqdır. Bununla yanaşı, bitib-tükənməz nemətlərin müqabilində daim nankorluq, haqsızlıq edən, haram yeyən, qul haqqını tapdalayan, nahaqq qan tökən və adam öldürən, asi, zalım, qəddar, qatil adamları da cəhənnəmlə cəzalandıracaqdır. Ölkələri idarə edənlər və digər insanlar da nə qədər yaxşı olsalar da, dünyada qüsursuz (nöqsansız, şəffaf) ədalət bərqərar ola bilməz. Hətta bəzən ədalət adı altında qəsdən və ya bilməyərəkdən haqsızlıq da edilir. Ancaq Mütləq Adil olan Allah-Təala heç kimə haqsızlıq etməz. O biri dünyada zərrə qədər yaxşılıq və ya pislik mükafat və ya cəzasız qalmayacaq.

Əlbəttə, həbsxanalar insanları cinayətlərdən müəyyən qədər çəkindirir. Dövlət vətəndaşlarına deyir ki: “Qanunlara riayət et, başqalarının haqqına hörmətlə yanaşı, sənə düşən vəzifələri yerinə yetir, hüzur və əmin-amanlıq içində yaşa. Yox əgər qanunlara tabe olmasan, haqsızlıq etsən, cəza var, həbsxana var”. Be­ləcə onları cinayət işləməkdən uzaqlaşdırmağa çalışır. Bunun kimi Allah Təala da qullarını əvvəlcə mərhəmətinə cəlb edir: “Mənə itaət edin, əmrlərimə tabe olun, qadağalarımdan uzaq durun, beləcə həm dünyada rahatlıq içərisində qardaşcasına yaşayın, həm də axirətdə sizi əbədi cənnətimə daxil edim,” – deyə buyurur. Cənnət kimi bir mükafat bəzilərinə yaxşılığa təşviq və pisliklərdən uzaq durmaq üçün kifayət etmədikdə, bu səfər qəzəbi ilə və cəhənnəmlə xəbərdar edir ki, asi qulları üsyandan əl çəkib yola gəlsinlər. Bəli, bu məqamda güc və sərvət sahiblərini, ağıldan çox nəfs və həvəsi ilə hərəkət edən gəncləri yalnız cəhənnəm fikri cilovlaya bilər. Beləcə cəhənnəmin varlığı həm onların dünyanı dözülməz hala gətirməsinə, həm də əbədi səadəti itirməsinə mane olur.

Yuxarıdakı misalla davam edək. Bəzən dövlət nə qədər cəhd göstərsə də, zülmün qarşısını ala bilmir. Bəzən də bilavasitə idarə edənlər və ya güclü olanlar zalımlıq və qəddarlıq edilər. Bu zaman zəif, gücsüz, məsum insanlar daim haqsızlığa məruz qalır, əzilir, zülm və işgəncədən əziyyət çəkir. Məhz burada məsum insanlar üçün ilahi ədalət ən böyük təsəlli yeri olur. Yer üzündə elə zülmlər edilir, elə cinayətlər törədilir ki, insan istər-istəməz: “Cənnət ucuz, cəhənnəm də lazımsız deyil”, – deyir.

Cəhənnəmin yaradılmasında bir çox başqa hikmətlər də var, amma biz hələlik bu qədəri ilə kifayətlənək. Ancaq burada çox önəmli bir məsələni də vurğulamadan keçməyək. Əslində, Allah-Təala heç bir qulunun cəhənnəmə getməsini istəmir. Asi və günahkar qullarına dəfələrlə fürsət verir, onlara bəzən müsibətlər göndərməklə xəbərdarlıq edir, bəzən nemətlərlə qulluğa dəvət edir. Son nəfəsədək də tövbə qapısını açıq saxlayır. Rəbbimizin qullarına sonsuz mərhəmətini göstərən onlarla ayədən biri:

De ki: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah diləyərsə, (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (“Zumər” surəsi, 53)

Şəfqət Peyğəmbəri Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm) də Allah-Təalanın qullarına sonsuz mərhəmətini gözəl bir misalla anladır:

Bir adam səfərdədir. Susuz səhrada dəvəsini itirmiş, onu axtarır. Nəhayət, yorulub əldən düşən adam (susuzluq və istinin təsiri ilə ölümcül halda yerə yıxılır), paltarını başına çəkir. Məhz bu vaxt dəvəsini itirdiyi yerdə heyvanın ayaq səslərini eşidir. Örtüyü başından çəkəndə qarşısında dəvəni görür. Allah qulunun tövbəsinə həmin adamın bu məqamda sevinməsindən daha çox sevinir (yəni razı olur)”. (Kütubi-Sittə, Tövbə: 7271)

Allah-Təalanın bu qədər ehsanına, lütf və bağışlamasına baxmayaraq, küfr və üsyandan əl çəkməyən, zülm və özbaşınalığını davam etdirən bədbəxtlər, əlbəttə, əbədi cəhənnəmə layiqdirlər.

Rəbbimiz hamımızı belə pis aqibətdən hifz eyləsin.


Geri dön

_favorit_arkadas

  • 4 yanvar 2013 17:15
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
“Bir adam səfərdədir. Susuz səhrada dəvəsini itirmiş, onu axtarır. Nəhayət, yorulub əldən düşən adam (susuzluq və istinin təsiri ilə ölümcül halda yerə yıxılır), paltarını başına çəkir. Məhz bu vaxt dəvəsini itirdiyi yerdə heyvanın ayaq səslərini eşidir. Örtüyü başından çəkəndə qarşısında dəvəni görür. Allah qulunun tövbəsinə həmin adamın bu məqamda sevinməsindən daha çox sevinir (yəni razı olur)”. (Kütubi-Sittə, Tövbə: 7271)
Allah razı olsun...

--------------------

Alone angel

  • 3 yanvar 2013 21:21
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

fatimeyinur

  • 3 yanvar 2013 21:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun...

Wirinka)

  • 3 yanvar 2013 19:08
  • Məqalə: 0
  • Şərh: 622
  • Bal:
{awards}
ALLAH razi olsun...

TAYNA VOSTOKA

  • 3 yanvar 2013 18:53
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Bunun kimi küfr də Allaha üsyandır.

--------------------

✰Маша✰

  • 3 yanvar 2013 18:49
  • Məqalə: 43
  • Şərh: 2211
  • Bal:
{awards}
cox sagolu nxeber ucun

Shokoladka

  • 3 yanvar 2013 18:35
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Allah razi olsun canim menim..

--------------------


keven

  • 3 yanvar 2013 18:32
  • Məqalə: 43
  • Şərh: 1181
  • Bal:
{awards}
XEBERE GORE SAG OLUN

--------------------

мυsLiмαηκα

  • 3 yanvar 2013 18:28
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
Allah razi olsun...

leyluwka_20

  • 3 yanvar 2013 18:24
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

so_sad

  • 3 yanvar 2013 18:01
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

solnuska

  • 3 yanvar 2013 17:44
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Mən sənin əmrlərini eşitmirəm, qanunlarını tanımıram. Bir də ki sən mənə heç nə edə bilməzsən, cəzalandıra bilməzsən,”

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Azerbaijan girl★

  • 3 yanvar 2013 17:30
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Tewekkurlerrr

piyaner

  • 3 yanvar 2013 17:28
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
emeye gore twk.....

GuNaY_83

  • 3 yanvar 2013 17:27
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
ALLAH Razi olsuN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 62
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 552
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}