3 yanvar -Səfər ayı nın 20-si Iman Huseyin(e) qırxı günüdür

 
3 yanvar -Səfər ayı nın 20-si Iman Huseyin(e) qırxı günüdür

İmam Hüseyn (ə)- ın qırxı Ərbəin günü münasibəti ilə!

İmam Sadiq (ə): "Babam Huseynin (ə) ziyarətində nə qədər savabın olduğunu bilsəydiniz, aranızda qan tökülmək ehtimalına qədər, bir- birinizi bu ziyarətdə ötməyə çalışardınız.”
Ərbəin günü
Bismilləhir- Rahmənir- Rahim! Mahi- Muhərrəm daxil olduğu ilk gündən möminlər Həzrət Peyğəmbərin (s) istəkli nəvəsi, cənnət cavanlarının ağası olan Həzrət Huseyn (ə) üçün matəm saxlayıb, əzadarlıq edirlər və Həzrətin (ə) Kərbəla məktəbinin dərslərindən təbərrük götürməyə çalışırlar.

Bu il də, Muhərrəm ayının ilk günündən matəm saxlayan möminlər, nəhayət ki, ərbəin gününə- İmam Huseynin (ə) vəfatının qırxıncı gününə yetişdilər. Öz xüsusiliyi, özəllikləri ilə fərqlənən- ərbəin günü.

Möminlər bu günlərdə İmam Huseynin (ə) şərif məzarını ziyarət etmək, ərbəin gününə yetişmək üçün Kərbəlaya üz tuturlar. İmam Huseynin (ə) zəvvarı olurlar. İmam Huseynin (ə) aşiqlərinin sayı- hesabı bilinmədiyi kimi, zəvvarlarının da, sayı- hesabı bilinmir.

Ərbəin günü- İmam Huseynin (ə) ilk dəfə ziyarət edildiyi gündür. İmam Huseyni (ə) ilk dəfə ziyarət edən və İmam Huseyn (ə) ziyarətçilərinin ilki olan, Həzrət Peyğəmbərin (s) təqva əhli, sədaqətli və mömin səhabələrindən olan rəhmətlik Cabir İbni Abdullah Ənsaridir.

O, Əhli- Beyt (ə), Quran aşiqi, pak bir şəxsiyyət idi. Cabir ibn Əbdullah Ənsari- Mədinə şəhərinin əhli idi, yəni, ənsardan idi. Ənsar- Həzrət Peyğəmbərə (s) Mədinə şəhərində kömək edənlər idi. Həzrət Cabir, Səfər ayının 20- si, yəni, ərbəin günü Mədinədən Kərbəlaya səfər etmişdi. Bir ziyarətdən digər ziyarət üçün gəlmişdi. Peyğəmbərin (s) şərif məzarını olduğu Mədinə elindən İmam Hüseynin (ə) məzarının yerləşdiyi Kərbəlaya üz tutmuşdu.

Həzrət Cabir, İmam Hüseynin (ə) oğlu İmam Səccadı (ə) və İmam Huseynin (ə) nəvəsi- İmam Səccadın övladı İmam Baqiri (ə) görmüşdü. Həzrət Peyğəmbərin (s) bir əmanətini çatdırmalı idi Həzrət Cabir- Həzrət İmam Baqirə (ə). Həzrət Peyğəmbər (s) Həzrət Cabirə bildirmişdi ki, vaxt gələcək, sən, mənim övladlarımdan olan Baqiri (ə) görəsəksən və mənim salamımı Baqirə (ə) çatdırarsan.

Rəvayət edilir ki, bir gün Həzrət Cabir küçədə İmam Baqiri (ə) görür və O Həzrətin (ə) Həzrət Peyğəmbərə (s) oxşadığını görüb kimliyini xəbər alır Həzrət İmam Baqirdən (ə). İmam Baqir (ə) kim olduğunu söylədikdə, Həzrət Cabir sevinir, gözləri sevinc göz yaşları ilə dolur. Və nəhayət, Həzrət Peyğəmbərin (s) əmanətini- salamını İmam Baqirə (ə) çatdırır.

Həzrət Cabir ziyarətdə

Həzrət Cabir çox qocaman səhabə idi və gözlərinin görmədiyi rəvayət edilir. O Həzrət, Ətiyyə ibn Səd Kufi adlı bir şəxslə İmam Huseynin (ə) məzari- şərifinin zəvvarı olmaqdan ötrü Kərbəlaya gəlir. Fərat çayında qüsul edib özünə ətir vurur, Allahı zikr edərək məzari- şərifə tərəf gəlir.

Məzara yetişir və əlini məzari- şərifin üzərinə qoyduqdan sonra özündən gedir və məzarın üzərinə yıxılır. Ayıldıqda isə, üç dəfə "Ya Huseyn!” deyir. Daha sonra buyurur: "Dost da, dostun cavabını verməz?” Daha sonra "Haradan mənə cavab verəsən, halbuki boynunun damarları çiyinlərindən asılı qalıb, başınla bədənin arasında ayrılıq düşüb. Mən şəhadət verirəm ki, sən peyğəmbərlərin ən yaxşısının və möminlərin Ağasının oğlusan. Şəhadət verirəm ki, sən təqvanın həmpeymanının, hidayət sülaləsinin oğlusan və Ali- Əbanın beşincisisən. Sən sərkərdələrin Ağasının və qadınların əşrəfi Fatimənin (s.ə) oğlusan. Necə də belə olmasın, halbuki səni peyğəmbərlərin seyyidinin əlləri tərbiyə edib və müttəqi adamlar arasında böyüyüb başa çatmısan. Süd əməndə də, süddən kəsiləndə də iman və İslam ilə birgə idin. Həyatında və ölümündə pak idin.

Həqiqətən möminlərin ürəkləri səndən ayrılığa görə rahat deyildir. Baxmayaraq ki, sənin halının yaxşı olmağında heç bir şəkk yoxdur. Sənə ALLAHın salamı olsun. Mən şəhadət verirəm ki, sən qardaşın Yəhyanın getdiyi yolu getdin.”

Daha sonra Həzrət Cabir digər şəhidlərin məzarına baxıb: "And olsun Məhəmmədi (s) haqq olaraq peyğəmbərliyə seçən ALLAHa, biz sizinlə sizin daxil olduğunuz yerdə, yəni, cənnətdə şərik olduq.”- deyir. Ətiyyə, Həzrət Cabirin "biz sizinlə sizin daxil olduğunuz yerdə, yəni, cənnətdə şərik olduq” deməsinə təəccüb edir və sual edir: "Necə olur ki, biz onlarla şərik olduq, halbuki biz bu vadiyə oxlarla gəlib qılınc çalmamışıq, amma bunların başları ilə bədənləri arasında ayrılıq düşüb, uşaqları yetim və qadınları dul qalıb?”

Həzrət Cabir buyurur: "Ey Ətiyyə, həbibim Rəsulullahdan (s) eşitdim ki, deyirdi: Hər kəs hər hansı bir dəstəni sevsə, onunla da məhşur olacaq. Hər kəs bir dəstənin əməlindən razı olsa, onlarla həmin əməldə şərik olar. And olsun Məhəmmədi (s) haqq olaraq Peyğəmbərliyə təyin edən Allaha, mənim və mənim əshabımın niyyəti Hüseynin (ə) öz əshabı ilə bir yerdə keçdiyi yoldur

Mübarək vəsiyyət

Daha sonra pak səhabə yanındakı yoldaşı Ətiyyəyə bir mübarək vəsiyyət edir:”Ey Ətiyyə, sənə vəsiyyət etmək istəyirəm, çünki qorxuram ki, bu səfərdən sonra səninlə bir daha görüşməyim. Sənə vəsiyyətim budur ki, Ali-Məhəmmədin (ə) dostu ilə nə qədər ki, onlarla dostdur, dost ol və düşməni ilə o vaxta qədər ki, onlarla düşməndir, düşmən ol. Hətta o düşmən namaz qılan və oruc tutan olsa belə. Ali- Məhəmmədin (ə) dostları ilə mehriban ol, hətta onların bir ayağı sürüşüb günaha tərəf meyl etsə, amma digər ayağı Ali- Məhəmməd (ə) ilə dostluq yolunda sabit qalsa belə. Ali- Məhəmmədin (ə) dostu cənnətə və düşməni isə cəhənnəmə gedəcəkdir.

Beləliklə, Həzrət Cabir- ALLAH, Peyğəmbər (ə), Quran və Əhli- Beyt (ə) aşiqi olan o mübarək səhabə, İmam Huseynin (ə) ilk zəvvarı olur. Hər ilki huseynçilər dünyanın müxtəlif yerlərindən İmam Huseynin (ə) ziyarəti üçün Kərbəlaya gəlirlər, onlar, həm də, Həzrət Cabir ibn Əbdullah Ənsarini yad edirlər, O Həzrəti xatırladılar.

ALLAH- Təalanı and verək Öz İzzət və Cəlalına ki, bizləri İmam Huseynin (ə) ziyarətçilərindən qərar versin, dünya və Axirətdə Quran və Əhli- Beytdən (ə) bizi ayrı salmasın!


Geri dön

SPY_GIRL

  • 11 yanvar 2013 18:48
  • Məqalə: 56
  • Şərh: 1648
  • Bal:
netersenn aaz..........ok can bagladigg

--------------------


© Profile Original & Official®
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌

✔ Official Copyright 2012-2013

Only_Heart

  • 11 yanvar 2013 18:46
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
ayy menim deli dostlarim cat formu qala qala ne burda yaziwirsuz

--------------------
Seni sevmek acilarin en boyuyu olsada
Seni duwunerken goz yawi tokmek
Yawana bilinecek en boyuk sevincdir

Yarali_kalp

  • 11 yanvar 2013 18:44
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
mirtugdee heeee

--------------------
Senin sevgini qelbime qazidim indi gedirsen..bir gun gelib sevgimi isdesen o cox derindedir tapa bilmezsen

SPY_GIRL

  • 11 yanvar 2013 18:43
  • Məqalə: 56
  • Şərh: 1648
  • Bal:
{awards}
sagol aykitowkodu menim adim caniim
ilkiya bunu hardan cixardin ))))))))))))))))))))

--------------------


© Profile Original & Official®
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌

✔ Official Copyright 2012-2013

Yarali_kalp

  • 11 yanvar 2013 18:40
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
aykitowkom twk teeccublendim haa

--------------------
Senin sevgini qelbime qazidim indi gedirsen..bir gun gelib sevgimi isdesen o cox derindedir tapa bilmezsen
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 59
Cəmi: 68

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}