Övlad tərbiyəsində valideyn nümunəsinin rolu

 
Övlad tərbiyəsində valideyn nümunəsinin rolu

Tarixin hər bir dövründə bütün cəmiyyətlərdə insanları düşündürən, narahat edən bir sual olub və bundan sonra da olacaq: Övladlarımızı necə tərbiyə edək?

Uşaqları necə böyüdək ki, vicdanlı, əməlisaleh, cəmiyyət üçün xeyirli olsunlar? Necə edək ki, uşaqlarımız böyüyəndə onlardan ötrü xəcalət çəkməyək, onlar bizə başıucalıq və şərəf gətirsinlər?

Bu sualın cavabını tapmaq üçün indiyə kimi minlərlə əxlaq kitabı yazılıb, tövsiyələr edilib. Övlad tərbiyəsinin ən mühüm cəhətlərini hər alim fərqli şəkildə görüb. Amma hamının razılaşdığı bir fikir var. O da bundan ibarətdir ki, övlad tərbiyəsində ən mühüm rolu valideynin şəxsi nümunəsi oynayır. Hamımız buna şahidik ki, ailədəki uşaqlar öz ata-analarını təqlid etməyi xoşlayırlar. Dəfələrlə öz uşaqlarımızın dilindən eşitmişik ki, onlar da böyüyəndə bizə oxşamaq istəyirlər. Məsum körpənin qəlbindən süzülən bu fikir, yəni valideynə bənzəmək arzusu həm də valideynə öz məsuliyyətini xatırlatmaq üçün bir xəbərdarlıqdır.

Ata və ya ana öz övladını nə cür görmək istəyirsə, onun gözləri qarşısında özü də o cür görünməlidir. Valideyn bir güzgüdür; amma elə güzgüdür ki, ona baxan və ondan öyrənən uşağı dəyişdirmək, özü kimi etmək gücünə malikdir.

Valideynin mütləq riayət etməli olduğu bir neçə cəhət vardır. Amma onların hər biri barəsində ayrı-ayrılıqda söhbət açmağa məqalənin həcmi imkan vermədiyi üçün yalnız bir məqam üzərində durmaqla kifayətlənirik. Valideyn heç zaman uşağa yalan danışmamalıdır, heç zaman özü tərsinə etdiyi bir işi ondan tələb etməməlidir. Hətta uşağa hər hansı mükafat vədəsi verərkən belə, diqqətli olmaq lazımdır ki, bu vədəyə xilaf çıxmayasan. Uşaq ata-anadan yalan görərsə, əvvəla, qəlbi onlardan sınar. Ikincisi, onun özündə də yalançılıq xasiyyəti yaranar; axı yalan danışmaq pis iş olsaydı, onun nümunə kimi qəbul etdiyi valdieynlər bunu etməzdilər.

Səhabələrdən Abdullah ibn Amir rəvayət edir ki, bir gün Peyğəmbər bizim evimizdə oturmuşdu. Bu zaman anam məni çağırıb dedi: “Tez yanıma gəl, gör cənə nə verəcəyəm”. Peyğəmbər anamın sözlərini eşidəndə soruşdu: “Uşaq gələndən sonra ona nə verəcəksən?”. Anam cavab verdi: “Bir xurma verməyi düşünürdüm”. Peyğəmbər buyurdu: “Əgər ona heç nə verməsəydin, əməl dəftərinə yalan cəzası yazılacaqdı” (Sünənü Əbu Davud, hədis 4991).

Valideyn öz övladına hər hansı əməlin pis olduğunu söyləyirsə, özü də bu əməli etməməlidir. Əks halda, onun nəsihətlərinin heç bir kəsəri olmayacaq. Əgər ana ataya hörmət göstərməyi uşaqdan tələb edirsə, amma özü evdə əri ilə kobud davranırsa, təbii ki, onun dediklərinin uşağa heç bir təsiri olmayacaq. Ata halal-haramı gözləmək barədə uşağa hər gün nəsihət verirsə, amma özü küçədə rastına çıxan pul qabını onun gözü qarşısında götürüb mənimsəyirsə, uşaq bu barədə nə düşünəcək?

Yalnız valideyn deyil, uşağın tərbiyəsi və təlimi ilə məşğul olan hər kəs öz davaranışına diqqət yetirməli, uşaq tərəfindən izləndiyini unutmamalıdır. Bu rəvayətdən yəqin ki, çoxlarının xəbəri var: Bir gün bir ana uşağını Peyğəmbərin yanına gətirib o həzrətdən xahiş edir: “Mənim oğlum xurma yeməyi çox xoşlayır. Amma görürəm ki, xurma onun sağlamlığına mənfi təsir göstərir. Sizdən xahiş edirəm, oğluma tapşırın ki, xurma yeməsin. O, Sizi çox sevir, əgər Siz ona tapşırsanız, sözünüzdən çıxmaz”. Amma ananın təəccübünə rəğmən Peyğəmbər uşağa heç nə demir, anadan xahiş edir ki, uşağı da götürüb getsin, sabah yenə gəlsinlər. Ertəsi gün gələndə isə Peyəmbər sadəcə olaraq üzünü uşağa tutub buyurur: “Xurma sənin üçün ziyandır. Bundan sonra xurma yemə”. Hadisəni təəccüblə seyr edən ana soruşur: “Ey Allahın Rəsulu! Əgər məsələ bununla bitirsə, niyə bu sözləri dünən demədiniz, işi bu günə saxladınız?”. Peyğəmbər mehribanlıqla cavab verir: “Dünən mən özüm də xurma yemişdim, fikirləşdim ki, bu halda sözümün təsiri olmayacaq. Bu gün isə xurma yemədim ki, uşaqdan bunu istəməyə haqqım olsun”.

Bəzən kiçik saydığımız, düşüncələrinə əhəmiyyət vermədiyimiz övladlar bizim nöqsanlarımızı özümüzdən də yaxşı görürlər. Və bunun əsasında onların zehnində bizim haqqımızda təsəvvür yaranır. Ayıq-sayıq olmalıyıq ki, öz səhv hərəkətlərimiz və yalanlarımızla uşağın yanındakı etibarımızı itirməyək. Eynilə aşağıdakı əhvalatda olduğu kimi: Bir gün padşah bir alimi saraya dəvət edir. Nahar vaxtı çatanda alim həmişəkndən az yemək yeyir ki, onun təqvasına şübhə etməsinlər. Namaz vaxtı çatanda isə həmişəkindən daha artıq ibadət edib, namazın vaxtını uza¬dır. Saraydan evə qayıtdıqdan sonra alim ailəsinə bildirir ki, acdır və yemək istəyir. Bu zaman oğlu soruşur: “Ata, məgər sarayda yemədinmi?”. Alim cavab verir: “Yedim, amma az yedim ki, padşah mənim haqqım¬da pis fikrə düşməsin”. Oğlu deyir: “Onda dur, sarayda qıldığın namazı da təzədən qıl. Çünki yeməkdə olduğu kimi, namazda da riya etmisən!”.


Geri dön

so_sad

  • 2 fevral 2013 14:46
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
Valideyn öz övladına hər hansı əməlin pis olduğunu söyləyirsə, özü də bu əməli etməməlidir. Əks halda, onun nəsihətlərinin heç bir kəsəri olmayacaq. Əgər ana ataya hörmət göstərməyi uşaqdan tələb edirsə, amma özü evdə əri ilə kobud davranırsa, təbii ki, onun dediklərinin uşağa heç bir təsiri olmayacaq. Ata halal-haramı gözləmək barədə uşağa hər gün nəsihət verirsə, amma özü küçədə rastına çıxan pul qabını onun gözü qarşısında götürüb mənimsəyirsə, uşaq bu barədə nə düşünəcək?

GuNaY_83

  • 24 yanvar 2013 18:31
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Alone angel

  • 5 yanvar 2013 20:58
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Banned1

  • 5 yanvar 2013 02:16
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsun ... məqalecun təsəkkurlər

solnuska

  • 4 yanvar 2013 18:43
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 4 yanvar 2013 17:51
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

_favorit_arkadas

  • 4 yanvar 2013 15:16
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Səhabələrdən Abdullah ibn Amir rəvayət edir ki, bir gün Peyğəmbər bizim evimizdə oturmuşdu. Bu zaman anam məni çağırıb dedi: “Tez yanıma gəl, gör cənə nə verəcəyəm”.

--------------------

мυsLiмαηκα

  • 4 yanvar 2013 14:36
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
ALLAH razi olsun

leyluwka_20

  • 4 yanvar 2013 14:09
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Səhabələrdən Abdullah ibn Amir rəvayət edir ki, bir gün Peyğəmbər bizim evimizdə oturmuşdu. Bu zaman anam məni çağırıb dedi: “Tez yanıma gəl, gör cənə nə verəcəyəm”. Peyğəmbər anamın sözlərini eşidəndə soruşdu: “Uşaq gələndən sonra ona nə verəcəksən?”. Anam cavab verdi: “Bir xurma verməyi düşünürdüm”. Peyğəmbər buyurdu: “Əgər ona heç nə verməsəydin, əməl dəftərinə yalan cəzası yazılacaqdı” (Sünənü Əbu Davud, hədis 4991).

--------------------

Shokoladka

  • 4 yanvar 2013 13:12
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Xebere gore chox sag olun..

--------------------


TAYNA VOSTOKA

  • 4 yanvar 2013 12:39
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Hamımız buna şahidik ki, ailədəki uşaqlar öz ata-analarını təqlid etməyi xoşlayırlar.

--------------------

fatimeyinur

  • 4 yanvar 2013 12:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun...

Samir98

  • 4 yanvar 2013 11:59
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
Allah razı olsun səndən...

so_sad

  • 4 yanvar 2013 11:48
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

classic_guiter_girl

  • 4 yanvar 2013 11:39
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
“Onda dur, sarayda qıldığın namazı da təzədən qıl. Çünki yeməkdə olduğu kimi, namazda da riya etmisən!”.

✰Karabakh Girl✰

  • 4 yanvar 2013 11:05
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Gözəl xəbərə görə çox sağolun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}