Cənnət və cənnət nemətləri necədir?

 
Cənnət və cənnət nemətləri necədir?

Qurani-Kərimdə cənnət və cəhənnəm həqiqəti tez-tez xatırladılır. Cənnətə kimlər gedəcək? Hansı əməllər, hansı hal-vəziyyətlər, düşüncə və davranışlar insanı cənnətə aparır? Cən­nətdə möminləri hansı nemətlər və gözəlliklər gözləyir? Bunlar təfsilatı ilə anladılır. Eyni zamanda insanı cəhənnəmə sürükləyən əməllər, hallar, düşüncə və davranışlar, cəhənnəm əzabının qorxuncluğu da tez-tez dilə gətirilir. Beləcə Allah-Təala hər vəsilə ilə insanları cənnətə çağırır və cəhənnəmdən çəkindirir. Bu mövzu hədisi-şəriflərdə geniş əksini tapır.

Yaxşı, bu məsələyə həm Qurani-Kərimdə, həm də hədislərdə niyə bu qədər geniş yer verilir? Gəlin buna bir misalla aydınlıq gətirək. Ata və analar övladlarının oxuyub özlərini inkişaf etdirməsini, yaxşı sənət sahibi olmasını çox arzu edir, elə deyilmi? Valideynlər uşaqlarına “vaxtında əziyyət çəkib elm öyrənsən, gələcəkdə də bir çox yaxşı imkan və üstünlük əldə edəcəksən” deyib oxumağa həvəsləndirir, “əksinə, tənbəllik göstərib vaxtı hədər etsən, nə qədər çətinliklərlə üzləşəcəksən” deyə xəbərdarlıq edirlər.

İndi isə gəlin düşünək. Bir insan, istisnaları nəzərə almasaq, ən tez 22-23 yaşda universiteti bitirir. İyirmi üç-iyirmi dörd yaşlarında da yaxşı-pis bir iş tapır. İnsan ömrünün orta hesabla 65-70 il olduğunu nəzərə alsaq, bu adamın yerdə qırx-qırx beş il ömrü qalır. Ata-anaların fövqəladə diqqəti, əziyyəti də övladın bu qırx-qırx beş illik ömrü rahat yaşaması üçündür. Bir də ki insan dünyada xətalarını düzəltmə, itirdiklərini geri qaytarmaq imkanı tapa bilir. O fürsət tapa bilməsə belə, bu qısa dünya həyatı bu və ya digər şəkildə axıb-gedir. Halbuki ölümdən sonra sonsuzadək davam edən bir həyat var və bir də yenidən dünyaya qayıdıb səhvləri düzəltmək şansı yoxdur. Məhz bu səbəbə görə mərhəməti sonsuz Rəbbimiz qullarını israrla cənnətə təşviq edir, cəhənnəmdən də çəkindirir.

İnsan cənnətin gözqamaşdırıcı möhtəşəm gözəlliyini və orada möminləri gözləyən sonsuz nemətləri azacıq dərk etsə, Rəbbimizin bu təşviqlərini və qullarına sevgisini, mərhəmətini daha yaxşı anlayır. Hərçənd bəzi gözəlliklər və ləzzətləri görmədən, dadmadan və yaşamadan anlamaq olmaz. Üstəlik axirət yurdu olan cənnəti dünya meyarları ilə ölçmək tamamilə qeyri-mümkündür. Biz bir daha ayə və hədislərin işığında cənnətdə möminləri gözləyən sonsuz nemətləri və saysız-hesabsız gözəllikləri az da olsa, anlatmağa çalışaq.

Allah cənnətdə saleh qulları üçün altından çaylar axan yüksək köşklər hazırlamışdır. Bu köşklərin kərpic qızıl və gümüşdən, suvağı isə müşkdəndir. Ər və arvadlar hər cür rahatlığa malik bu köşklərdə gözəl işlənmiş ləl-cövhər taxtların üstündə qarşı-qarşıya otururlar. Əyinlərində incə ipək və parlaq atlasdan heç vaxt köhnəlməyən libaslar var. Xidmətçilər əllərində qızıl məcməyi və kuzədə onlara xidmət edirlər. Orada göz-könül istəyən hər şey mövcuddur: hər növ meyvələr, bir-birindən ləziz sular, qoxumayan sudan, dadı dəyişməyən süddən, süzmə baldan çaylar və daha nələr, nələr…

Həm də dünyada insanın hüzur və xoşbəxtliyinə kölgə salan kin, qısqanclıq, düşmənçilik kimi bütün pis ehtiras və hislər cənnət sakinlərinin qəlbindən uzaqlaşdırılacaq. Hamı bir-biri ilə canbir, qəlbbir dost və qardaş olacaq. İnsanlar neçə yaşda ölsələr də, cənnətə gənc halda daxil olacaq və həmişə də gənc qalacaqlar. Gözəl və yamyaşıl ağacların kölgəsində, daim şırhaşır axan bulaqların başında şirin-şirin söhbət edəcəklər.

Orada nə aclıq, nə susuzluq, nə qəm, nə kədər, nə yorğunluq, nə də kədər verən başqa bir şey olacaq. Əksinə, cənnət əhli bitib-tükənməyən nəşə, hüzur və xoşbəxtlikdən zövq alacaq. Yeri gəlmişkən, bir müqəddəs hədisdə bəyan edildiyi kimi saleh qullar üçün orada “Gözlərin görmədiyi, qulaqların eşitmədiyi, xəyala da gəlməyən nemətlər hazırlanacaq”. (Buxari, Bədül-Xəlq:8; Müslim, Cənnət: 2)

Əlbəttə ki, məsələnin ən önəmli və gözəl tərəfi də bu gözəllik və xoşbəxtliyin əbədi olmasıdır.

İnsan bu dünyada ən gözəl məkanlarda yaşasa da, hər cür imkanı olsa da, bir müddət sonra sıxılmağa başlayır. Əvvəlcə xoşuna gələn şeylər bir müddət sonra ləzzət vermir. Cənnətdə isə belə bir bezginlik və yorğunuq olmayacaq, çünki orada ən aşağı dərəcəli möminə belə ucsuz-bucaqsız cənnət bağçaları lütf ediləcək. Orada möminləri heyrətə gətirən nemətlər, mütəmadi olaraq təzələnən gözəlliklər, şirin və xoş mükafatlar olacaq.

Mömin bütün bu cənnət nemətləri ilə yanaşı, cənnətə düşən bütün sevdikləri ilə, Allah dostları ilə, Allahın ən seçilmiş qulları peyğəmbərlərlə bərabər olacaq. Nəbilər Sultanı Sevgili Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) görüşmək imkanı əldə edəcək. Sadəcə Həmd sancağının altında, Kövsər hovuzunun başında Sevgili Peyğəmbərimizi bir neçə dəqiqəliyinə də olsa, görmək belə hər cürə sıxıntıya və fədakarlığa dəyməzmi?

Bunlardan da üstün bir nemət var, o da bütün gözəlliklərin yaradıcısı, Gözəllər Gözəli Rəbbimizin razılığını qazanmaq və bənzərsiz camalını müşahidə etməkdir (görməkdir, baxmaqdır). Cənnətin ən dadlı meyvəsi, məhz budur. Bir İslam alimi belə deyir: “Dünyanın ən məsud, ən xoşbəxt min illik həyatı cənnətin bir saatına çatmaz. Cənnətin də min illik həyatı Allah-Təalanın camalını bir saat görməyə tən ola bilməz”.

Xülasə, cənnət tükənməz və sonsuz gözəlliklərlə, nemətlərlə, mükafatlarla süslənmişdir. Ən gözəl nemət isə Rəbbimizin razılığını qazanmaqdır, ilahi rizadır. Qısaca, dünya həyatı üçün bütün səy və bacarıqlarımızı ortaya qoyub can-başla çalışdığımız halda, əbədi səadətə laqeyd yanaşmaq doğrudurmu?

Burada bir önəmli məsələni də xatırlatmaq faydalı olar. Belə əbədi səadəti itirmək bir insan üçün olduqca kədərli haldır, amma bundan betəri də var: cənnəti itirən cəhənnəmi qazanır, çünki cənnətin bircə alternativi var, o da cəhənnəmdir.

Allah-Təala belə bir aqibətdən bizi və bütün sevdiklərimizi qorusun. Bizlərdən razı olsun və bizi cənnətdə Peyğəmbərimizə qonşu eləsin.


Geri dön

so_sad

  • 2 fevral 2013 15:02
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:

Həm də dünyada insanın hüzur və xoşbəxtliyinə kölgə salan kin, qısqanclıq, düşmənçilik kimi bütün pis ehtiras və hislər cənnət sakinlərinin qəlbindən uzaqlaşdırılacaq. Hamı bir-biri ilə canbir, qəlbbir dost və qardaş olacaq. İnsanlar neçə yaşda ölsələr də, cənnətə gənc halda daxil olacaq və həmişə də gənc qalacaqlar. Gözəl və yamyaşıl ağacların kölgəsində, daim şırhaşır axan bulaqların başında şirin-şirin söhbət edəcəklər.

GuNaY_83

  • 24 yanvar 2013 18:58
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sadəcə Həmd sancağının altında, Kövsər hovuzunun başında Sevgili Peyğəmbərimizi bir neçə dəqiqəliyinə də olsa, görmək belə hər cürə sıxıntıya və fədakarlığa dəyməzmi?

--------------------

_CimBomBom_

  • 4 yanvar 2013 20:59
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
*Allah-Təala belə bir aqibətdən bizi və bütün sevdiklərimizi qorusun. Bizlərdən razı olsun və bizi cənnətdə Peyğəmbərimizə qonşu eləsin!* *AMIN!!!* Allah razi olsun!

--------------------
I love ..BuRaK YiLmAz..

fatimeyinur

  • 4 yanvar 2013 20:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah-Təala belə bir aqibətdən bizi və bütün sevdiklərimizi qorusun. Bizlərdən razı olsun və bizi cənnətdə Peyğəmbərimizə qonşu eləsin.

Allah sizden razi olsun...

J ♥ S

  • 4 yanvar 2013 20:00
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Allah razi9 olsun!

--------------------
J & S ∞♥....

so_sad

  • 4 yanvar 2013 19:24
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

solnuska

  • 4 yanvar 2013 18:25
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Allah-Təala belə bir aqibətdən bizi və bütün sevdiklərimizi qorusun. Bizlərdən razı olsun və bizi cənnətdə Peyğəmbərimizə qonşu eləsin.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 4 yanvar 2013 17:39
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Gözlüklü

  • 4 yanvar 2013 17:29
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

Melancholy_angel

  • 4 yanvar 2013 16:16
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
Bunlardan da üstün bir nemət var, o da bütün gözəlliklərin yaradıcısı, Gözəllər Gözəli Rəbbimizin razılığını qazanmaq və bənzərsiz camalını müşahidə etməkdir (görməkdir, baxmaqdır). Cənnətin ən dadlı meyvəsi, məhz budur.
VAUU superr Allah razi olsun!

nuruWka

  • 4 yanvar 2013 16:10
  • Məqalə: 92
  • Şərh: 2618
  • Bal:
{awards}
ALLAH RAI OLSUN

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

Nara Neznakomka

  • 4 yanvar 2013 15:27
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Həm də dünyada insanın hüzur və xoşbəxtliyinə kölgə salan kin, qısqanclıq, düşmənçilik kimi bütün pis ehtiras və hislər cənnət sakinlərinin qəlbindən uzaqlaşdırılacaq. Hamı bir-biri ilə canbir, qəlbbir dost və qardaş olacaq. İnsanlar neçə yaşda ölsələr də, cənnətə gənc halda daxil olacaq və həmişə də gənc qalacaqlar. Gözəl və yamyaşıl ağacların kölgəsində, daim şırhaşır axan bulaqların başında şirin-şirin söhbət edəcəklər.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

_favorit_arkadas

  • 4 yanvar 2013 14:57
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
İnsan cənnətin gözqamaşdırıcı möhtəşəm gözəlliyini və orada möminləri gözləyən sonsuz nemətləri azacıq dərk etsə, Rəbbimizin bu təşviqlərini və qullarına sevgisini, mərhəmətini daha yaxşı anlayır.

--------------------

keven

  • 4 yanvar 2013 14:30
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
allah razi olsun

--------------------

✰Karabakh Girl✰

  • 4 yanvar 2013 14:30
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Sitat: ZayNster
Allah razi olsun

Allah-Təala belə bir aqibətdən bizi və bütün sevdiklərimizi qorusun. Bizlərdən razı olsun və bizi cənnətdə Peyğəmbərimizə qonşu eləsin.

мυsLiмαηκα

  • 4 yanvar 2013 14:03
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
"Gozlerin gormediyi ,qulaqlarin esitmediyi,xeyala da gelmeyen nemetler hazirlanacaq"

ZayNster

  • 4 yanvar 2013 13:53
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
Allah razi olsun

leyluwka_20

  • 4 yanvar 2013 13:47
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
İnsan cənnətin gözqamaşdırıcı möhtəşəm gözəlliyini və orada möminləri gözləyən sonsuz nemətləri azacıq dərk etsə, Rəbbimizin bu təşviqlərini və qullarına sevgisini, mərhəmətini daha yaxşı anlayır. Hərçənd bəzi gözəlliklər və ləzzətləri görmədən, dadmadan və yaşamadan anlamaq olmaz. Üstəlik axirət yurdu olan cənnəti dünya meyarları ilə ölçmək tamamilə qeyri-mümkündür. Biz bir daha ayə və hədislərin işığında cənnətdə möminləri gözləyən sonsuz nemətləri və saysız-hesabsız gözəllikləri az da olsa, anlatmağa çalışaq.

--------------------

Banned1

  • 4 yanvar 2013 13:31
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}