Allah bir olduğu halda necə olur hər kəsi eyni anda görür?

 
Allah bir olduğu halda necə olur hər kəsi eyni anda görür?

Allah-Təala birdir,bunda şüphə ola bilməz, eyni anda təkcə insanları deyil, bütün məxluqatı,yaratdığı hər şeyi də görür. Göyləri və yeri yaradan Uca Rəbbimiz gecənin bir vaxtında qəlbi nisgilli bir möminin səssiz yalvarışlarını eşitdiyi anda meşənin dərinliklərində kiçik bir qarışqanın ehtiyacını da görür və bilir. Həmçinin eyni anda Yerdən milyard dəfələrlə böyük olan ulduzları, qalaktikaları da görür və tam ahəng içində idarə edir. Allah zaman, məkan kimi hər hansı bir şeylə məhdud deyil, O, zaman və məkana sığmaz. Onun elmi və qüdrəti sonsuzdur. Heç bir şey Allahın əlində çətin deyildir. Hər an, hər yerdə olmaq, hər kəsi və hər şeyi eyni anda görmək Ona çətin gəlməz.

Allahın “Nur” isminin bir təcəllisi olan günəş bu məsələni anlamağı bir az asanlaşdıracaq. Günəş bir olsa da, işığı, istisi və yeddi rəngi ilə yer səthindəki bütün cisimlərə eyni anda çatır. Bununla da kifayətlənməyib evlərimizə, otaqlarımıza girir, hər şeyi eyni anda işıqlandırır və isidir. Gəlin fərz edək ki, günəş şüurlu varlıqdır. İstilik gücü, işıq elmi və yeddi rəng də eşitmə, görmə, nitq kimi yeddi cəhətidir.

O zaman günəş əksər cisimləri, varlıqları eyni anda görə, eşidə, onlarla danışa və onlara hökm edə bilər. Şüursuz, aciz, ağılsız və donuq bir varlıq olan günəş “Nur” isminin təcəllisi sayəsində eyni anda milyonlarla yerdə ola bilirsə, kainatı yaradan Uca Allahın eyni anda bütün məxluqatı görməsi və onlara hökm etməsində nə qəribəlik ola bilər?

Əslində, Allaha məhdud təsəvvürümüzlə yanaşdığımıza, özümüz kimi düşündüyümüzə görə Onun kainatdakı bütün varlıqları eyni anda görməsini və idarə etməsini dərk etməkdə çətinlik çəkirik.

Belə bir düşüncə bir stolla onun ustasını müqayisə etməkdən də mənasız və məntiqsizdir. Bir masanın otağın içərisində hərəkət etməsi, darıxdıqda bayıra çıxıb gəzişməsi, avtomobil və ya təyyarə ilə başqa şəhərlərə, başqa ölkələrə səyahət etməsi qeyri-mümkündür. Hətta o, kənar müdaxilə olmasa, yerindən bir millimetr belə tərpənə bilməz. Bir anlıq bu masanın ağıllı olduğunu düşünək. Sonra ona ustasının nə etdiyini və edə biləcəyini sadalayaq: “Səni düzəldən usta sənin kimi bir yerdə dayanmağa məcbur deyil. O, istədiyi kimi oturub qalxır, istədiyi yerə asanlıqla gedə bilir. İndi burada, bir az sonra başqa yerdə ola bilir. Avtomobillə, yaxud təyyarə ilə qısa müddət ərzində uzaq şəhərlərə, ölkələrə gedə bilir”. Əgər masa ustasını özü ilə müqayisə etsə, özü kimi cansız, donuq bir varlıq şəklində təsəvvür etsə, onun avtomobillə, təyyarə ilə səfər etməsi bir yana qalsın, hətta otaqda istədiyi kimi hərəkət etməsini belə qavramaqda çətinlik çəkəcək.

İnsanın Uca Allahı özü ilə müqayisə etməsi bundan daha böyük yanlışlıqdır. İnsan bir gün, hətta bir saatdan sonra başına nə gələcəyini bilmir. Bəzən ensiz bir divar bircə metr o tərəfi görməsinə mane olur. Bircə gün yemək yeməsə, su içməsə, tərpənməyə belə taqəti qalmır. Biliyi, gücü məhduddur. Allah isə yeməkdən, içməkdən, zamandan, məkandan münəzzəh, hər cür nöqsan və qüsurdan uzaqdır.

Göyləri, yeri və yerlə göy arasında hər şeyi yaradan Odur. Onun elminin, qüdrətinin həddi-hüdudu, sərhədi yoxdur. Hər şeyi bilir və hər şeyə gücü yetir. Kiçik, böyük fərqi yoxdur, bir şeyin olması üçün “Ol!” deməsi kifayətdir. Onun əlində bir baharı yaratmaq bir gülü yaratmaq qədər asandır. Onun üçün hamını eyni anda görmək heç çətin ola bilərmi?

Kainata bir az diqqət və ibrətlə baxanda ilahi isimlərin hər yeri əhatə etdiyini görə bilərik.

Yalnız mikroskop altında görünən kiçik varlıqlardan insanlaradək bütün canlıların ruzisi tam və vatxlı-vaxtında verilir.

Bu, bizlərə Allahın Rəhman və Rəzzaq (ruzi verən) isimləri ilə hər yerdə, hər an hazır və nazir olduğunu göstərmirmi? Yenə hər yaz mövsümündə milyonlarla gülün, tərəvəz və meyvənin, arının, quşun, kəpənəyin mükəmməl şəkildə yaradılması Onun elmi, qüdrəti və bütün isimləri ilə hər yeri, hər şeyi əhatə etdiyini açıq-aşkar ortaya qoymurmu?

Rəbbimiz bizlərə – Onu görməsək də – “O, hər an və hər yerdə bizi görür” inancını, yəni ihsan şüurunu nəsib etsin.


Geri dön

so_sad

  • 2 fevral 2013 15:21
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
Allahın “Nur” isminin bir təcəllisi olan günəş bu məsələni anlamağı bir az asanlaşdıracaq. Günəş bir olsa da, işığı, istisi və yeddi rəngi ilə yer səthindəki bütün cisimlərə eyni anda çatır. Bununla da kifayətlənməyib evlərimizə, otaqlarımıza girir, hər şeyi eyni anda işıqlandırır və isidir. Gəlin fərz edək ki, günəş şüurlu varlıqdır. İstilik gücü, işıq elmi və yeddi rəng də eşitmə, görmə, nitq kimi yeddi cəhətidir.

Gül Əliyeva

  • 5 yanvar 2013 02:02
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Allah razi olsun...

Gözlüklü

  • 4 yanvar 2013 22:12
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Allah razi olsun

^^KuKuLKa^^

  • 4 yanvar 2013 20:20
  • Məqalə: 770
  • Şərh: 11383
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

fatimeyinur

  • 4 yanvar 2013 20:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun...

CuPbUyUm

  • 4 yanvar 2013 20:11
  • Məqalə: 0
  • Şərh: 2267
  • Bal:
{awards}
Allah-Təala birdir,bunda şüphə ola bilməz, eyni anda təkcə insanları deyil, bütün məxluqatı,yaratdığı hər şeyi də görür. Göyləri və yeri yaradan Uca Rəbbimiz gecənin bir vaxtında qəlbi nisgilli bir möminin səssiz yalvarışlarını eşitdiyi anda meşənin dərinliklərində kiçik bir qarışqanın ehtiyacını da görür və bilir. Həmçinin eyni anda Yerdən milyard dəfələrlə böyük olan ulduzları, qalaktikaları da görür və tam ahəng içində idarə edir. Allah zaman, məkan kimi hər hansı bir şeylə məhdud deyil, O, zaman və məkana sığmaz. Onun elmi və qüdrəti sonsuzdur. Heç bir şey Allahın əlində çətin deyildir. Hər an, hər yerdə olmaq, hər kəsi və hər şeyi eyni anda görmək Ona çətin gəlməz.

--------------------

J ♥ S

  • 4 yanvar 2013 19:46
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
Allah-Təala birdir,bunda şüphə ola bilməz, eyni anda təkcə insanları deyil, bütün məxluqatı,yaratdığı hər şeyi də görür. Allah razi olsun!

--------------------
J & S ∞♥....

so_sad

  • 4 yanvar 2013 19:40
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

nazligul

  • 4 yanvar 2013 19:31
  • Məqalə: 10
  • Şərh: 294
  • Bal:
{awards}
tesekkurler

--------------------
Kimlərinsə mənim haqqımda nə düşündüyü mənə maraqlı deyil!!!!!!Əsas odur ki,mən onlar haqqında düşünmürəm.........

★Azerbaijan girl★

  • 4 yanvar 2013 19:26
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Tewekkurlerrr

keven

  • 4 yanvar 2013 19:14
  • Məqalə: 43
  • Şərh: 1181
  • Bal:
{awards}
allah razi olsun

--------------------

мυsLiмαηκα

  • 4 yanvar 2013 19:14
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

_wampirella_

  • 4 yanvar 2013 18:13
  • Məqalə: 168
  • Şərh: 479
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Deyirlerki olacaga care yoxdur
Bes olmayacagin caresini tapan varmi....

solnuska

  • 4 yanvar 2013 18:07
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Allah-Təala birdir,bunda şüphə ola bilməz, eyni anda təkcə insanları deyil, bütün məxluqatı,yaratdığı hər şeyi də görür.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Diamond★ღ

  • 4 yanvar 2013 17:54
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Əslində, Allaha məhdud təsəvvürümüzlə yanaşdığımıza, özümüz kimi düşündüyümüzə görə Onun kainatdakı bütün varlıqları eyni anda görməsini və idarə etməsini dərk etməkdə çətinlik çəkirik.

ZayNster

  • 4 yanvar 2013 17:49
  • Məqalə: 12
  • Şərh: 1916
  • Bal:
{awards}
Allah razi olsun

✰Karabakh Girl✰

  • 4 yanvar 2013 17:49
  • Məqalə: 71
  • Şərh: 2877
  • Bal:
{awards}
Sitat: GuNaY_83
ALLAH Razi olsuN...

leyluwka_20

  • 4 yanvar 2013 17:48
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
Allahın “Nur” isminin bir təcəllisi olan günəş bu məsələni anlamağı bir az asanlaşdıracaq. Günəş bir olsa da, işığı, istisi və yeddi rəngi ilə yer səthindəki bütün cisimlərə eyni anda çatır. Bununla da kifayətlənməyib evlərimizə, otaqlarımıza girir, hər şeyi eyni anda işıqlandırır və isidir. Gəlin fərz edək ki, günəş şüurlu varlıqdır. İstilik gücü, işıq elmi və yeddi rəng də eşitmə, görmə, nitq kimi yeddi cəhətidir.

--------------------

_favorit_arkadas

  • 4 yanvar 2013 17:39
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

GuNaY_83

  • 4 yanvar 2013 17:32
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
ALLAH Razi olsuN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 716
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 38
Cəmi: 467
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}