Peyğəmbərimiz zarafat edirdimi?

 
Peyğəmbərimiz zarafat edirdimi?

Bir mömin üçün lətifə və zarafat insanları güldürüb şənləndirmək və onlara qəh-qəhə çəkdirmək deyil, onları hikmət və təfəkkür üfüqündə gəzdirmək üçündür. Yersiz zarafat və lətifələr ciddiyətsizliyə, çox gülməyə, qəlbin qatılaşmasına, zamanın boş yerə keçməsinə və bəzən də insanların qəlbini qırmağa səbəb olduğuna görə zərərlidir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qəhqəhəyə səbəb olan, Allahı düşünməkdən uzaqlaşdıran və ya insanların ləyaqətini tapdalayaraq hörmət və ciddiyyətə xələl gətirən lətifələri (və ya zarafatları) qadağan etmişdir. Müsəlmanlar arasında “Lətifə lətif (nazik, şirin və incə) gərək” anlayışı mühüm bir düstur olaraq qalır. Həm də zarafatda yalan olmamalıdır. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): “Mən zarafat edirəm, amma doğru danışıram”, – buyurmuş və zarafat edərkən doğru danışmağın vacibliyini vurğulamışdır.

Bəli, Peyğəmbərimiz (əleyhi əkməlüt-təhaya) də yeri düşəndə zarafat etmişdir. Ancaq Onun zarafatları ciddiyyət, haqq və həqiqətdən yoğrulmuşdu. O, bir tərəfdən ciddiyyət və təmkini, digər tərəfdən də təvazökarlığı və sadəliyi ilə hörmət və sevginin ünvanına çevrilmişdi. İnsanları daim təbəssümlə qarşılayırdı. Busiri “Qəsideyi-Bürdə” əsərində bu məqama diqqət çəkərək: “Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) təklikdə üz-üzə gəlsəydin, Onu cəladətindən əsgər izdihamı arasında və bir ordunun başındaymış kimi ciddi görərdin” – dedikdən sonra belə davam edir, – Onu səhabələrinə qarşı elə təbəssümlü görərdim ki, sədəf içində gizlənən incinin O şanlı Nəbinin kəlam xəzinəsindən və təbəssüm mədənindən çıxdığını sanardın”. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) belə idi, çöhrəsi daim təbəssüm edərdi. Lakin rəvayətlərə görə, həyatı boyunca yalnız üç dəfə gülmüş və qeyri-ciddiliyə heç vaxt yol verməmişdi. Bununla yanaşı, təbəssümdə, insanlarla yumşaq davranışda, hər kəsə qollarını açmaqda və yanında hər kəsin rahat hərəkət etməsinə imkan verməkdə nümunə olmuş, ciddiyyətə baxmayaraq lazım gələndə insanları sıxmamağın vacibliyinə işarə etmişdir.

Rəsulullahın (sallallahu əleyhi və səlləm) qadın, kişi, uşaq, qoca – təmasda olduğu insanlarla zarafatlarına hədis kitablarında rast gəlmək mümkündür. O, daim təbəssümlü idi, heç vaxt üzündə qaşqabaq görməzdin. O qədər əziyyət, o qədər zülm, aclıq, xəyanətlərə, münafiqlərin iküzlülüyünə, dağlar qədər məsuliyyət yükünə baxmayaraq üzündən təbəssüm əskik olmazdı.

Bu mütəbəssim Peyğəmbər (sallallahu əleyhi və səlləm) səhabələri ilə zarafatlaşırdı. Səhabələr Rəsullaha: “Ya Rəsulullah, Sən bizimlə zarafat edirsən!?” – demişdi bir dəfə. Rəsulullah (sallallahu əleyhi və səlləm): “Mən (zarafat da olsa) doğrunu danışıram, haqdan başqa bir şey söyləmirəm!” (Tirmizi, Birr, 57) – buyurmuşdu. Səhabələrin bir-birinə etdiyi zarafatlara gülümsəyər, özü də onlarla zarafatlaşardı.

Hz. Ənəs (r.a.) nəql edir: “Bir adam Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib: “Ey Allahın Rəsulu! Mənə bir dəvə ver!” – dedi. Rəsulullah da: “Mən səni dəvənin balasına mindirəcəyəm!” – buyurdu. Həmin şəxs: “Ya Rəsulullah, dəvə balasını neyləyəcəyəm (ona minmək olmaz axı)?” – dedikdə Rəsulullah: “Məgər dəvəni başqa heyvan doğur? (hər dəvə bir dəvənin balası deyilmi?) – buyurdu” (Tirmizi, Birr, 57). Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu sözləri ilə həm zarafat edir, həm də bir söz eşidən kimi yaxşı düşünüb mahiyyətini başa düşmədən dərhal etiraz etməməyi öyrədirdi.

Hz. Ənəs (r.a.) Rəsulullahın ona zarafatla “Ey iki qulaqlı!” deyə xitab etdiyini rəvayət edir. Yenə Hz. Ənəs (r.a.) deyir ki: “Biz uşaq olanda Allahın Elçisi yanımıza gəlir, bizə qaynayıb qarışırdı (bizimlə birlikdə otururdu). Əbu Umeyir adlı qardaşım var idi, onun çox sevdiyi və tez-tez oynatdığı bir quşu var idi. Ona: “Ey Əbu Umeyir, nə etdi nuğayr (sərçə balası)? – deyirdi”.

Hz. Ənəsin (r.a.) rəvayətinə görə, yaşlı bir qadın Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gəlmiş və Cənnətə getməsi üçün ona dua etməsini rica etmişdi. Allah Rəsulunun “Heç bir qoca qadın Cənnətə girməyəcəkdir!” sözlərini eşidəndə isə kədərlənib ağlamağa başlamışdı. Bunu görən Rəsulullah: “O gün sən qoca olmayacaqsan. Uca Allah “Biz (Cənnətdəki) qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik” buyurur,” – (“Vaqiə” surəsi, 56/35-36) demişdi.

Ümmü Eymən adlı bir qadın Allah Rəsulunun hüzuruna gələrək: “Ərim səni evə dəvət edir,” – deyir. Peyğəmbərimiz: “Ərin kimdir?” Bu gözündə ağ olan adam?” – deyə sual verr. Qadın: “Vallah gözündə ağ yoxdur!” – deyir. Rəsulullah: “Xeyr, var,” – buyurur. Qadın yenə: “Xeyr, vallah yoxdur!” – dedikdə Allah Rəsulu: “Hər kəsin gözündə ağ var” – deyir. Gözəl sözlü Gözəl Peyğəmbər “ağ” kəlməsi ilə gözün ağ hissəsini nəzərdə tuturdu. Lakin bu söz gözün yarı korluğunu da bildirdiyinə görə qadın o cür başa düşmüşdü. Allah Rəsulu bu sözü ilə həm də cinas işlətmişdi.


Geri dön

so_sad

  • 2 fevral 2013 14:47
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
Ümmü Eymən adlı bir qadın Allah Rəsulunun hüzuruna gələrək: “Ərim səni evə dəvət edir,” – deyir. Peyğəmbərimiz: “Ərin kimdir?” Bu gözündə ağ olan adam?” – deyə sual verr. Qadın: “Vallah gözündə ağ yoxdur!” – deyir. Rəsulullah: “Xeyr, var,” – buyurur. Qadın yenə: “Xeyr, vallah yoxdur!” – dedikdə Allah Rəsulu: “Hər kəsin gözündə ağ var” – deyir. Gözəl sözlü Gözəl Peyğəmbər “ağ” kəlməsi ilə gözün ağ hissəsini nəzərdə tuturdu. Lakin bu söz gözün yarı korluğunu da bildirdiyinə görə qadın o cür başa düşmüşdü. Allah Rəsulu bu sözü ilə həm də cinas işlətmişdi.

GuNaY_83

  • 24 yanvar 2013 18:48
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Rəsulullahın (sallallahu əleyhi və səlləm) qadın, kişi, uşaq, qoca – təmasda olduğu insanlarla zarafatlarına hədis kitablarında rast gəlmək mümkündür. O, daim təbəssümlü idi, heç vaxt üzündə qaşqabaq görməzdin. O qədər əziyyət, o qədər zülm, aclıq, xəyanətlərə, münafiqlərin iküzlülüyünə, dağlar qədər məsuliyyət yükünə baxmayaraq üzündən təbəssüm əskik olmazdı.

--------------------

Alone angel

  • 5 yanvar 2013 20:59
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Banned1

  • 5 yanvar 2013 02:14
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsun...

_CimBomBom_

  • 4 yanvar 2013 21:20
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
..::MuSLiMaNKa::.. cooox sagol! tskler

--------------------
I love ..BuRaK YiLmAz..

solnuska

  • 4 yanvar 2013 18:42
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 4 yanvar 2013 17:50
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

_favorit_arkadas

  • 4 yanvar 2013 15:15
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Lətifə lətif (nazik, şirin və incə) gərək” anlayışı mühüm bir düstur olaraq qalır. Həm də zarafatda yalan olmamalıdır. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): “Mən zarafat edirəm, amma doğru danışıram

--------------------

мυsLiмαηκα

  • 4 yanvar 2013 14:35
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Maraqlidir...tesekkurler

leyluwka_20

  • 4 yanvar 2013 14:09
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Lətifə lətif (nazik, şirin və incə) gərək” anlayışı mühüm bir düstur olaraq qalır. Həm də zarafatda yalan olmamalıdır. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): “Mən zarafat edirəm, amma doğru danışıram

--------------------

julyen

  • 4 yanvar 2013 13:18
  • Məqalə: 0
  • Şərh: 334
  • Bal:
{awards}
Her sey qederinde oldugu kimi gozeldir

--------------------
"Biraz insan ol deyəcəm, ama səni də çətin vəziyyətdə qoymaq istəmirəm."

Shokoladka

  • 4 yanvar 2013 13:11
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Chox maraqli idi..Oxudum Allah razi olsun.

--------------------


edvart

  • 4 yanvar 2013 12:59
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN smile

TAYNA VOSTOKA

  • 4 yanvar 2013 12:37
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Ancaq Onun zarafatları ciddiyyət, haqq və həqiqətdən yoğrulmuşdu.

--------------------

keven

  • 4 yanvar 2013 12:32
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Angry Boy

  • 4 yanvar 2013 12:22
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
ALLAH razi olsun her kesden hamidan

fatimeyinur

  • 4 yanvar 2013 12:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah sizden razi olsun...

Samir98

  • 4 yanvar 2013 11:58
  • Məqalə: 35
  • Şərh: 953
  • Bal:
{awards}
Allah razı olsun səndən...

J ♥ S

  • 4 yanvar 2013 11:57
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Allah razi olsun! Men zarafat edirem bezen.(

--------------------
J & S ∞♥....

so_sad

  • 4 yanvar 2013 11:49
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

classic_guiter_girl

  • 4 yanvar 2013 11:38
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Allah razi olsun

✰Karabakh Girl✰

  • 4 yanvar 2013 11:04
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Sitat: debby
allah razi olsun


✰Маша✰

  • 4 yanvar 2013 10:58
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}