İşığın bitdiyi yer

 
İşığın bitdiyi yer


İşığın bitdiyi yer...

Azərbaycanda artıq dini mövzuda da yazmaq tabuya çevrilir. İslam adına min bir oyundan, şər əməllərdən çıxanların, dini şəxsi biznesləri və digər "toxunulmazlıq" iddiaları üçün vasitəyə çevirənlərin, Azərbaycanın çörəyini yeyib (həm də necə!), din və təriqət fərqliliyini önəmsimədən özünü başqa dövlətlərin "general-qubernatoru" kimi aparanların ünvanına bir kəlmə HAQQ söz deyən kimi ən yaxşı halda hələlik sözlə müşaiyət olunan "daş-qalağa" tuş gəlirsən...

Biri qınayır, o birisi Allah və din adına hədə-qorxu gəlir, bir başqası Məmmədhəsən əminin ulağının intellekti üçün belə yetərli olmayacaq öyüd-nəsihət verir. Bu hələ başlanğıcdır. Ölkənin ictimai-siyasi həyatında boş buraxdığımız mənəvi məsafələrin yerini doldurmağa can atan yad cisimlərin xurafat yürüşünün başlanğıcı...
...Sonra geyimimizin, davranışlarımızın, şəxsi həyatımızın, düşüncəmizin, dünyagörüşümüzün sərhədlərini müəyyənləşdirəcəklər. Ailələrimizə müdaxilə edəcək, oğulu ataya, qızı anaya, arvadı ərə... qarşı qoyacaqlar.

"Din təəssübkeşliyi" adı altında evlərimizə, duyğularımıza sərhəd çəkəcək, müqəddəs dəyərləri siyasiləşmiş təriqətlərin cəsus şəbəkələrinin şantaj elementinə çevirəcəklər... İnanmırsınız? O zaman susmaqda davam edin! Xurafatın qara yumruğu sizin də qapınızı döyənə qədər gözləyin! Susun...
...Qoy bəziləri sərhəd tanımayan "uçan xalçalar" üzərindən "Məşhəd", "Kərbala", "Həcc", "şəriət", "təriqət"... biznesləri və bəzi xırda-para "alverləri" ilə "qaz vurub", özlərinin və özgələrinin "qazanlarını" doldursunlar.

Hədəf...

...Təhsil Nazirliyi önündə keçirilən "hicab aksiyası"nın videgörüntülərini izlədim: Havaya qalxmış və göyü yumruqlayan əllər, qəzəbdən, hansısa qeyri-insani bir təlimatın, hipnostik təcavüzün təsiri altında hədəqəsindən çıxmış gözlər, zombiləşmiş, konkret şəxsin şüuruna, duyğularına bağlı olmayan aqressiya, diqtə olunmuş qəzəb və kin...
Qaraya bürünmüş siluetlər bir neçə il öncə Türkiyədə hərəkətə gətirilmiş geriyə qayıdış mexanizminin Azərbaycan versiyasını da eyni məkanda işə saldılar. Proses fasilələrlə, istər media, istərsə də meydan müstəvisində təhsildən başladı... Hədəf təhsildir! Çünki əksliklər hər zaman mücadilə üçün bir-birini axtarıb tapır. Qaranlıq işığa, şər xeyirə, xurafat intellektə savaş açır.
Görünür hədəfi nişan verənlər sınanılmış strateji istiqamətlərini bu dəfə də öz maraqlarına uyğun şəkildə dəyərləndirməyi bacarıblar. Həm də çoxlu sayda boşluqların olduğu, ən həssas və təsiredici nöqtəni düzgün müəyyənləşdiriblər. Qaranlıq və xurafat yüksək milli-mənəvi dəyərlərin ayaqlar altına atıldığı, özəl maddi maraqların ən ali prinsipləri üstələdiyi məkana "haqq və ədalət carçısı" kimi daxil olur və sonra "niqab"ını çıxarıb öz gerçək simasını göstərməyə başlayır.

...Sonra? Bu işin sonrası olmur!
İşığın bitdiyi yerdən qaranlıq başlayır...


Geri dön

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 15:51
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
maraqli idi tsekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 20 dekabr 2010 17:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super twk

MuslimGirl

  • 18 dekabr 2010 15:15
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
...Sonra geyimimizin, davranışlarımızın, şəxsi həyatımızın, düşüncəmizin, dünyagörüşümüzün sərhədlərini müəyyənləşdirəcəklər.

tesekkurler

Krutoy_Parin

  • 18 dekabr 2010 03:33
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
xebere gore tewekkurler

YazYamuru

  • 18 dekabr 2010 01:06
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HEYATIMIZDA BELEDiR belay

--------------------



Sergio Ramos

  • 17 dekabr 2010 23:22
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
ilk şərh məndən

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}