Jurnalistlər üçün inşa ediləcək binaların yeri müəyyənləşib

 
Jurnalistlər üçün inşa ediləcək binaların yeri müəyyənləşib


Binaların təxminən 1il ərzində tikiləcəyi gözlənilir

Jurnalistlərin çoxdan gözlədiyi xəbər var. Prezident İlham Əliyevin sərəncamı ilə inşa ediləcək binaların yeri müəyyənləşib. Hər biri 16 mərtəbədən ibarət olacaq 3 binada 100-120 mənzilin yerləşəcəyi nəzərdə tutulur. Binaların inşası üçün artıq Bibiheybət qəsəbəsində yeni yaşayış massivi deyilən ünvanda 0,7 hektar torpaq sahəsi ayrılıb. Ərazidə layihələndirmə işləri aparılır. Binanın layihəsinin 1 həftəyə hazır olacağını deyən Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondunun icraçi direktoru Vüqar Səfərli tikinti üçün Dövlət Əmlak Komitəsindən də icazənin alındığını bildirib. Layihə hazır olandan sonra isə tikintini aparacaq şirkətin müəyyənləşdirilməsi üçün tender elan olunacaq.
“Biz əsasən fikirləşirik ki, həmin binada 2 otaqlı və 3 otaqlı mənzillər olsun, 2 otaq 50-60 kvadratmetr sahəni əhatə etsin. 3 otaqlıların isə 70-80 kv.m sahəsi olacaq”, - deyə Vüqar Səfərli bildirib.
Binaların tikintisinin təxminən 1 il çəkəcəyi gözlənilir. Bir ildən sonra bu binalarda mənzil sahibinə çevriləcək jurnalistlərin hansi kriteryalar əsasında seçiləcəyi məlum deyil. “Kriteriyalar hələ müəyyənləşdirilməyib. Yəqin ev tikintisi başlayandan sonra o kriteriyalar müəyyənləşəcək, müzakirələr olacaq. O müzakirələrdən sonra hansı kriteriyalar müəyyənləşəcəksə, biz qəzetdə, televiziyada elan verəcəyik. Jurnalistlərin hər biri fərdi şəkildə sənədlərini toplayıb Fonda verəcək. Fondda həmin sənədlərə komissiya tərəfindən baxılacaq və kimin ehtiyyacı varsa, həmin jurnalistə mənzil veriləcək", - deyə V.Səfərli bildirib.
Jurnalistlər isə ev təminatı probleminin bu yolla həlli ehtimalını yüksək qiymətləndirir. Onlar deyir ki, sosial problemlər yazarın işinə təsirsiz ötüşmür və çətinliklərin aradan qaldırılması işin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə mətbuatın 135 illik yubileyi münasibəti ilə 22 iyul 2010-cu ildə jurnalistlərə mənzillərin inşa olunması üçün büdcədən 5 milyon manat pul ayrılıb. Prezidentin sərəncamının əsas icraçısı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondudur.


Geri dön

only-girl

  • 21 dekabr 2010 19:45
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
teshekkurler

--------------------

Ulya

  • 21 dekabr 2010 19:41
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur xebere gore

Sergio Ramos

  • 19 dekabr 2010 19:54
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı olmadı mənə deyə oxumadım

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}