“Qəsb” olunmuş ailələrimiz

 
“Qəsb” olunmuş ailələrimiz

Günümüz elm və texnika əsridir. Hər an inkişaf etməkdə olan bəşər şüuru durmadan ən mükəmməl texnoloji nailiyyətləri kəşf etməkdədir. Bütün bu alətlər, elektron cihazlar vaxtımıza qənaət etməyə, enerjimizi qorumağa xidmət edir.

Evdən kənara çıxmadan dünyanın ən böyük kitabxanalarının fondunu internet vasitəsilə ələk-vələk edə bilirik. Bir-birinin evinə qonaq getməyə, hətta kağız-qələm götürüb məktub yazmağa və məktubu yaxınlıqdakı poçt qutusuna salmağa da ehtiyac yoxdur. Bunları telefon zəngi və e-mail vasitəsilə də etmək mümkündür. Hətta alış-veriş etmək üçün mağazaya getməmək də olar – internet əlaqəsi və kredit kartı dadımıza çatır.


Amma bütün bu rahatlıqlara baxmayaraq, yenə vaxtın azlığından, yorğunluqdan şikayət edirik. Axı əslində belə olmamalıdır. Bəs buna səbəb nədir? Niyə qohumlar arasında əvvəlki mehribanlıq yoxdur, niyə bizdən əvvəl mövcud olmuş ənənələr, ailə mərasimləri unudulur? Niyə bir evin içində ər arvada, ata oğula, qız anaya yadlaşır? Niyə insanlar getdikcə daha çox özlərinə qapanırlar, hər kəs sanki özü üçün yaşayır? Bütün ailə üzvlərinin iştirakı ilə keçən yemək süfrələri, ailədaxili toplantılar niyə geriliyin qalığı kimi qəbul edilir? Niyə vaxtımızın hər dəqiqəsini ya əlavə pul qazanmaq üçün işləməyə, ya da kompüter və televizor qarşısında təkbaşına əylənməyə sərf etməyə üstünlük veririk?

Səbəbləri müəyyən etmək həqiqətən çox çətindir. Doğrudanmı insan elmin dərinliklərinə baş vurduqca əsas məqsəddən – özünü tanımaqdan daha da uzaqlaşır? Bəlkə biz dünya malına daha çox aludə olmuşuq? Ona görə nə qədər qazanırıqsa, yenə bizə az gəlir? Bəlkə durmadan təkmilləşən, artan və günbəgün köhnələn texniki vasitələr, məişət əşyaları bizi bu vəziyyətə salıb ki, dünən aldığımız telefon aparatını bu gün bəyənmirik, evdə ötən ay etdiyimiz təmir indi bizə bayağı görünür? Bəlkə həyat həqiqətlərindən qaçmaq üçün təkliyə qapanmağı, virtual dünyalara çəkilməyi xoşlayırıq?

Müasir ailələrin qarşılaşdığı ən böyük problem – ailə üzvlərinin mənəvi uzaqlığıdır. Qadın və kişi hər ikisi işləyirsə, deməli, hər ikisinin öz aləmi var. Karyera artıq ailədən uzaqlaşmaq, yabançı olmaq vasitəsinə dönüb. Həm kişi, həm də qadın öz problemlərini təkbaşına həll etməyə öyrəşiblər, çünki bir-birinin problemləri onlara maraqlı deyil.
Əgər məsələn, kişi işləyirsə, qadın isə evdardırsa, onda bu yadlıq və özgəlik bir qədər fərqli formada təzahür edir. Kişi ya işdən çıxan kimi dostları ilə yeyib-içməyə qaçır, ya da evə gələn kimi televizorun qarşısında oturub kanalları ora-bura çevirməklə məşğul olur, və yaxud öz sevimli əyləncəsinin – kompüterin yanına tələsir. Uşaqlar ata ilə doyunca, ürək dolusu söhbət etmək, oynamaq, əylənmək arzusu ilə hər gecə yatır, sabah isə vəziyyət olduğu kimi təkrar olur. Dindirəndə atadan yalnız bu cavabı alırlar: «Vaxtım yoxdur, sizin üçün pul qazanıram. Mənim hər saatım puldur». Evin xanımı isə artıq buna çoxdan öyrəşib. Və o da özü üçün əyləncə tapmağa məcbur olub – seriallar, ya da internetdəki yemək və kosmetika reseptləri. Beləcə, hər kəs öz həyatı ilə yaşayır. Ailə formal olaraq mövcuddur – ev var, uşaqlar var, yeməyə bir parça çörək də var. Kimisi üçün bunların olması yetərlidir. Amma daha dərin düşünəndə görürsən ki, bu ailədə ilıq atmosfer, anlaşma, vəhdət, ocaq hərarəti yoxdur.

Işinin çoxluğu ilə özünə bəraət qazandırmaq istəyənlərə cavab olaraq tarixdən sadə bir nümunə gətirmək istərdim. Hər nə qədər məşğul olsaq da, ən işgüzar iş adamı olsaq da, yəqin ki razılaşarsınız, Peyğəmbər qədər işgüzar və məsuliyyətli ola bilmərik. O həzrət həm Allahdan vəhy alıb insanlara ötürür, həm camaata Islam qayda-qanununu, şəriəti, əxlaqı öyrədir, həm verilən sualları cavablandırır, həm mübahisələri həll edir, həm camaatla qılınan ibadətlərin rəhbərliyini öhdəyə alır, həm döyüşür, həm sülh bağlayır, həm də gecə namazları da daxil olmaqla ən mükəmməl şəkildə öz fərdi ibadətlərini yerinə yetirirdi. Və bütün bunlara vaxt tapır, heç kəsin haqqını kəsmir, heç bir əməli başqasına qurban vermirdi. Ailəsinə də kifayət qədər zaman ayırırdı. Həyat yoldaşlarının sayı çox olduğu üçün, onların yanında növbə ilə qalırdı ki, ədalət pozulmasın. Rəvayətlərdə deyilir ki, o həzrət evdə nafilə (müstəhəb) namaz qılanda həyat yoldaşından icazə və halallıq istəyirdi. Ümmül-möminin Aişədən rəvayət olunub ki, bir gün Allah Rəsulunun mənim hücrəmdə qalmaq növbəsi idi. Axşam mənə buyurdu: «Aişə, icazə verirsənmi bir müddət Rəbbimlə razü niyaz edib namaz qılım?». Aişə cavab verdi: «Ey Allahın Rəsulu, axşama kimi Səninlə danışmaq həsrəti ilə gözləyirəm. Bu xoşbəxtliyi heç nəyə qurban vermək istəməzdim. Amma madam ki, Rəbbinlə baş-başa qalmaq (yəni nafilə namazı qılmaq) istəyirsən, eybi yoxdur. Sən namazı bitirənə kimi mən gözləyərəm
». O həzrət ona görə Ayişədən icazə alırdı ki, evdə keçirdiyi vaxtın qadına aid olduğunu bilirdi. Peyğəmbər düşünürdü ki, əgər həyat yoldaşına ayırmalı olduğu vaxtı başqa bir işə sərf etsə, onu narazı salmış və haqqına təcavüz etmiş ola bilər.

Təəssüf ki, müasir ailələrin bir çoxunda (hətta dindar ailələrdə belə) bu tövsiyəyə əməl edilmir. Əgər məsələ yalnız ərlə arvad arasındakı münasibətin soyuması ilə bitsəydi, dərd yarı idi. Əsl faciə budur ki, ailədə övlad da eyni ruhda böyüyür, tənhalığa qapılmağı, başqalarına inanmamağı, özgəni sevməməyi, laqeydliyi, özü üçün yaşamağı, cismən evdə, ruhən çöldə olmağı öyrənir. Və nəinki öyrənir, hətta buna öyrəşir və bu həyatı sevməyə başlayır. Beləcə, unuduruq ki, Allah bizi tək bir nəfərdən – Həzrət Adəmdən yaradıb. Aramızda fərqliliklər varsa da, bunun yeganə səbəbi bir-birimizi tanımamız və həyatı rəngarəng görməmiz üçündür.


Geri dön

Friendly_Girl

  • 8 yanvar 2013 23:10
  • Məqalə: 21
  • Şərh: 2989
  • Bal:
tesekkurler...

--------------------

canim ablamin ilk hediyesi

solnuska

  • 8 yanvar 2013 19:44
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
TWK MARAQLI XEBERE GORE.....

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

son damla

  • 8 yanvar 2013 19:00
  • Məqalə: 29
  • Şərh: 495
  • Bal:
{awards}
cox sagolun ezizlerim

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

GuNaY_83

  • 8 yanvar 2013 18:11
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
twk.................

--------------------

keven

  • 8 yanvar 2013 17:54
  • Məqalə: 43
  • Şərh: 1181
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

ღ★Diamond★ღ

  • 8 yanvar 2013 16:19
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Evdən kənara çıxmadan dünyanın ən böyük kitabxanalarının fondunu internet vasitəsilə ələk-vələk edə biliri

Sladkaya Milawka

  • 8 yanvar 2013 16:17
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
tewekkurlerr.......

✰Karabakh Girl✰

  • 8 yanvar 2013 14:23
  • Məqalə: 71
  • Şərh: 2877
  • Bal:
{awards}
Sitat: fatimeyinur
meqaleye gore tesekkurler...

Silent_ Night

  • 8 yanvar 2013 14:14
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
tewekkurler

--------------------

gulicka89

  • 8 yanvar 2013 11:55
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
maraqlidi oxumaya deyer dostlar.................

dj_asqa.

  • 8 yanvar 2013 11:25
  • Məqalə: 5
  • Şərh: 1382
  • Bal:
{awards}
xebere gore twk

so_sad

  • 8 yanvar 2013 11:22
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
twkler......... winked

fatimeyinur

  • 8 yanvar 2013 11:05
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meqaleye gore tesekkurler...

N_GOKA

  • 8 yanvar 2013 11:04
  • Məqalə: 3
  • Şərh: 340
  • Bal:
{awards}
cox gozel meqaledi

--------------------
SeNsIz Bu HeYaT MeNe HaRaMdIr

susan test

  • 8 yanvar 2013 10:30
  • Məqalə: 3
  • Şərh: 432
  • Bal:
{awards}
tesekkurrrrrrrrrrr

--------------------
dostlarimm
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}