İmam Hüseyn (ə) (2-hissə)

 
İmam Hüseyn (ə) (2-hissə)

İmamət ailəsinin «Hirrə» faciəsində qorunması

İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra İslam ölkəsinin digər şəhərləri ilə həmzaman olaraq Peyğəmbərin qohum-əqrəbasının əsas yaşayış yeri olan Mədinə şəhəri də yavaş-yavaş həyəcana gəldi. Mədinənin hakimi öz fikrinə görə belə bir tədbir töküb gənc xəlifəni (Yezidi) yaxından görmək və onun mərhəmətindən bəhrələnmək üçün şəhərin böyüklərini Şama göndərdi ki onlar Mədinəyə qayıtdıqdan sonra camaatı Yezidə itaət etməyə cəlb etsinlər. Lakin nə düzgün tərbiyəsi nə tədbir və uzaq görənliyi olan və nə də İslamın zahirinə əməl edən Yezid Mədinə şəhərinin nümayəndələri qarşısında da şərab içməyə it oynatmağa və şəriətdən kənar olan işlər görməyə başladı. Nümayəndələr Şamdan qayıdan kimi fəryad çəkib dedilər: «Yezid şərab içən it oynadan fasiq bir adamdır. Belə bir şəxs müsəlmanların rəhbəri ola bilməz!» Nəhayət şəhərin hər tərəfində qiyam qalxdı və qiyamçılar Mədinə hakimini və Əməvi sülaləsini şəhərdən qovdular. Bu xəbər Şama çatdıqda, Yezid Mədinə camaatını cəzalandırmaq üçün bir ordu toplayıb qoca bir kişi olan Müslim ibn Üqbəni orduya başçı təyin etdi. Müslim Mədinəni mühasirəyə aldı. Bir müddətdən sonra şəhər əhalisi orduya müqavimət göstərə bilməyib təslim oldu. Şam ordusu üç gün Mədinədə kütləvi qırğın törətdi və heç bir çirkinlikdən çəkinmədi. Nə qədər dindar təqvalı və mömin kişilər qırıldı nə qədər hörmətsizliklər oldu nə qədər qadın və qızlar bu vəhşi ordunun təcavüzünə məruz qaldılar. Bu hadisə tarixdə «Hirrə» faciəsi adı ilə məşhur oldu.

Lakin bu böyük faciədə İmam Zeynül-abidin (əleyhissəlam) və Bəni–Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o Həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu. Təbəri yazır:
Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: «Əli ibn Hüseynin (İmam Zeynül-abidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»

Şeyx Müfid yazır: «Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynül-abidin əleyhissəlamı yanına dəvət etdi. İmam Zeynül-abidin (əleyhissəlam) gəldikdə, Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: «Əmirəl-möminin (Yezid) mənə tapşırıb ki sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm.» İmam Zeynül-abidin (əleyhissəlam) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: «Mənim qatırımı onun üçün yəhərləyin.» Sonra isə İmam Zeynül-Abidin əleyhissəlama dedi: «Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən.»
Dördüncü İmamın həyatından bəhs edərkən deyəcəyimiz səbəblərə görə şübhə yoxdur ki Müslimin İmamla yaxşı rəftar etməsinin əsas səbəblərindən biri bu idi ki İmam Zeynül-abidin (əleyhissəlam) qiyamın əvvəlindən kənara çəkildi və qiyamçılarla əlbir olmadı. Ancaq bu da məlumdur ki İmam Hüseyn əleyhissəlamın şəhadəti Yezidə baha başa gəlmişdi və hələ o törətdiyi bu böyük cinayətə görə ümumi camaatın fikir təzyiqinə məruz qalmışdı. Buna görə də, Yezid İmamət ailəsinə yenidən əziyyət verməklə öz adını daha da pisləşdirmək istəmirdi.

Əsirlərin səfər sovqatı
Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.
İndi Kərbəla inqilabının təbliğinin göstərdiyi fəaliyyət və risalətin nə dərəcədə böyük olduğunu tam şəkildə başa düşmək üçün iki tarixi nümunəyə işarə edək.


Geri dön

Shokoladka

  • 10 yanvar 2013 10:54
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Allah razi olsun bele gozel xeber ucun..

--------------------


Friendly_Girl

  • 9 yanvar 2013 23:13
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

canim ablamin ilk hediyesi

Sladkaya Milawka

  • 9 yanvar 2013 23:04
  • Məqalə: 0
  • Şərh: 594
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...........

leyluwka_20

  • 9 yanvar 2013 22:10
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Şeyx Müfid yazır: «Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynül-abidin əleyhissəlamı yanına dəvət etdi. İmam Zeynül-abidin (əleyhissəlam) gəldikdə, Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: «Əmirəl-möminin (Yezid) mənə tapşırıb ki sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm.» İmam Zeynül-abidin (əleyhissəlam) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: «Mənim qatırımı onun üçün yəhərləyin.» Sonra isə İmam Zeynül-Abidin əleyhissəlama dedi: «Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən.»

--------------------

мυsLiмαηκα

  • 9 yanvar 2013 21:42
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
ALLAH razi olsun

solnuska

  • 9 yanvar 2013 20:38
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Azerbaijan girl★

  • 9 yanvar 2013 19:21
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun tewekkurlerrrr

so_sad

  • 9 yanvar 2013 18:16
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

EnD of TiMe

  • 9 yanvar 2013 17:50
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Allah razi olsun..tesekkurler

fatimeyinur

  • 9 yanvar 2013 17:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah sizden razi olsun...

Silent_ Night

  • 9 yanvar 2013 16:22
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
Allah razim olsun

--------------------

CuPbUyUm

  • 9 yanvar 2013 15:47
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Lakin bu böyük faciədə İmam Zeynül-abidin (əleyhissəlam) və Bəni–Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o Həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu. Təbəri yazır:
Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: «Əli ibn Hüseynin (İmam Zeynül-abidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»

--------------------

ღ★Diamond★ღ

  • 9 yanvar 2013 14:12
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
«Əli ibn Hüseynin (İmam Zeynül-abidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}