Bakının ən hündür "yolka"sı Milli Parkda qurulacaq

 
Bakının ən hündür "yolka"sı Milli Parkda qurulacaq


Paytaxtda yeni il ab-havası duyulmaqdadır. Şəhərin müxtəlif yerlərində, o cümlədən Azneft meydanında yeni ilin atributlarından olan “yolka” qurulmağa başlanıb.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, qurum artıq 3 nəfərə paytaxtda şaxta baba kimi xidmət göstərməsi üçün lisenziya verib.

"Artıq yeni ilin rəmzlərindən olan şaxta baba və qar qızlara lisenziya verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb. Bu günə qədər cəmi 3 nəfər müraciət edib. Son 7 gün ərzində müraciət edənlərin sayının çoxalacağı gözlənilir", deyə Ə. Bağırov bildirib.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, paytaxtda şaxta baba və qar qızı kimi xidmət göstərmək istəyən hüquqi və ya fiziki şəxslər Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə müraciət edərək "yolka" qurmaq istədiklərini bildirirlər.

"Onlar "yolka" qurub, şaxta baba və qar qızı kimi xidmətlə məşğul olmaq üçün bizdən yer alırlar. Şaxta baba olmaq üçün dövlət rüsumu 60 manat müəyyən olunub. Biz yeri müəyyən edirik. Amma şaxta baba, qar qızın xidmət haqqı və foto çəkdirmək üçün tələb olunan pulun məbləğinə qarışmırıq. Bunun bizə dəxli yoxdur. Biz ancaq yolkaların qurulması üçün yeri müəyyən edirik. Müraciət edən şəxsləri demək olar ki, tanıdığımıza görə, onlarla işləmək daha rahatdır. Əlbəttə, əgər yeni şəxslər də müraciət edərsə, onlara da lisenziya verilməsi üçün baxılacaq”, - deyə Əliabbas Bağırov vurğulayıb.

Müraciət edənlərin sayından asılı olaraq, hələlik paytaxtda nə qədər "yolka" qurulacağı məlum deyil. Geyimlərə gəlincə, şaxta babaların və qar qızlarının geyimləri sahibkarlar tərəfindən müəyyən ediləcək, yəni Bakı şəhər İcra Hakimiyyəti sahibkarlar tərəfindən qurulacaq yolkaların, həmçinin şaxta baba və qar qızı kimi fəaliyyət göstərəcək şəxslərin görkəminə də cavabdeh deyil.

Dənizkənarı Milli Parkda da yeni il hazırlıqları gedir. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə açıqlamasında bildirib ki, parkda ümumilikdə 11 yerdə yolka qurulacaq. Onların içərisində ən böyüyü Kukla Teatrının arxa hissəsində olacaq. Bu "yolka"nın hündürlüyü 21 metrə çatacaq. Digər "yolka"ların hündürlüyü 5 metrdən 10 metrə qədər olacaq.

Keçən il olduğu kimi bu il də Milli Parkda açıq tipli buz meydançası fəaliyyət göstərəcək.

"Artıq onun qurğusu qurulub. Havanın soyumağını gözləyirik. Havanın temperaturu +10 dərəcədən aşağı düşdükdə buz meydançası fəaliyyətə başlayacaq. Düşünürəm ki, yeni ilə qədər artıq meydança arzu edənləri qəbul edə biləcək", deyə N. Məcidov qeyd edib.

Bundan əlavə, Milli Parkın ərazisində bu vaxtadək Bakıda olmayan 2 yeni atraksion da quraşdırılıb. Belə ki, indiyə qədər maşın sürmək üçün avtodrom var idisə, yeni qurulan atraksionda moto....let sürmək mümkün olacaq.

Dənizkənarı Bulvar idarəsinin baş mütəxəssisi Elşən Məmmədov isə ANS PRESS-ə açıqlamasında yeni atraksionların Fransa və İtaliyadan gətirildiyini bildirdi. Onlardan istifadə edənlər isə 1-2 manatlarından keçməli olacaqlar.


Geri dön

barbie_2

  • 13 dekabr 2011 16:34
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
qisdan cox yaza oxsuyur fesil tez qar yagsindaaaaaaaaaaa

--------------------
aysel

Sergio Ramos

  • 15 dekabr 2010 22:21
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
bu xəbəri mən də göndərmişdim amma siz irəli düşdünüz

--------------------

Azeri_Gozeli

  • 15 dekabr 2010 12:44
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------

Grace_Angel

  • 15 dekabr 2010 12:41
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler melumata gore...Cox gozel...:)

--------------------

sevgim

  • 15 dekabr 2010 12:31
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
lap yaxsi.amma cox hiss olunmur qisin gelisi seherde

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Ulya

  • 15 dekabr 2010 11:54
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
super.kecen ilki kimi:)

CandyGirl

  • 15 dekabr 2010 11:45
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
lap yaxsi wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}