Şirin söz ilanı yuvasından çıxarar

 
Şirin söz ilanı yuvasından çıxarar

İnsanlar hər nə qədər stabil yaşamağa meylli olsalar belə, zaman-zaman həyatlarındakı mövcud olan nələrinsə dəyişilməsinə ehtiyac duyurlar. Məişət əşyasından tutmuş geyimə qədər dəyişdirilməsi mümkün olan hər şey fərqliliyi və çeşidi ilə təbii ki, insanlara seçim çətinliyi yaradır. Bu zaman psixoloji təzyiq etmə və beyinə yeritmə taktikaları işə düşür.

Maraqlıdır ki, insanlar azad düşüncəyə sahib olduğu halda belə, basqıya məruz qaldıqda fikir ayrılığı yaşayırlar. Düşüncələrində tərəddüd etmə halları müşahidə olunur. İnsanların çoxu sözün sehrinə aldanır və nəticədə özləri də bilmədən təsirə düşürlər. Xüsusən reklamlarda tez-tez səsləndirilən "yüksək standartlara cavab verən", "Avropasayağı gözəllik", "analoqu olmayan, tam təbii" və bu kimi cümlələr daha çox təsir etmə gücünə malikdir.

Psixoloq Jalə Nəbiyeva sözün insanlara təsir etmə qüvvəsinin çox böyük olduğunu bildirir. Onun sözlərinə görə, iradəsi güclü olan insanlara belə sözlə təsir etmək mümkündür: "Bizdə yaxşı bir məsəl var: "Şirin söz ilanı yuvasından çıxarar". Söz insanın fikrinə önəmli dərəcədə təsir göstərir. Rəfiqəniz bir geyimi bəyənmək üzrə ikən bir mız qoysanız, əmin olun ki, o geyim alınmayacaq. Yaxud daimi bir insana təzyiq edilsə ki, sən bacarıqsızsan, bacarmazsan, o zaman insanın işində yüksəlməsi və uğur qazanması da çətinləşəcək".

İnanmaq, deyilən sözlərin dinlənilən tərəfindən psixoloji təsdiqlənməsidir. Bu təsdiqlənməni də yaratmaq üçün ən azından qarşındakı insanı mümkün qədər daha çox tanımalısan. Gözəl danışıq, qurulan ağıllı cümlələr qarşı tərəfin daha çox inanmasına və təsdiqləməsinə səbəb olacaq.

J.Nəbiyevanın dediyinə görə, insanlara sözlə təsir edərək onların ümumi yaşamını, eləcə də sağlamlığını idarə etmək mümkündür. Dinlənilən hər hansı müsiqinin sözləri belə insanın əhvalına təsir edib, onun düşüncələrini dəyişə bilər: "Gündəlik hər kəs musiqilərə qulaq asır. İşindən və yaşından asılı olmayaraq, insanların musiqi sevgisi bitməzdir. Lakin elə musiqilərimiz var ki, onlar insan psixologiyasına birbaşa təsir edir. Üsyankar, aqressiv, depressiv sözlərə malik olan musiqilər insanda yaşamdan bezmə, hər şeydən əl çəkmə və mənfi hisslər yaradır. Yanlış məntiqə sahib mahnı sözləri şüuraltına nüfuz edir. Nəticədə insanın həyata və hadisələrə baxış mövqeyi dəyişir".

Sözlə insanlara psixoloji təsir edərək onların yenidən sağalmasına yardım etmək də mümkündür. Bir insana gözəlliyi, yaxud daxili keyfiyyətləri ilə bağlı tərif etmək, onu ruhlandırmaq işində və həyatında ona bir pillə yüksəkdən başlamasına imkan yaratmaq deməkdir.

Nəbiyeva ötən il dünyanın sonu ilə bağlı yayılmış həqiqət olmayan sözlərdən də danışaraq, bildirib ki, əsassız olan sözlər insanların sağlamlığına təsirsiz ötüşmür: "Sonuncu qiyamət söhbətindən sonra sözün insanlara təsiri aşkar üzə çıxdı. İnsanlarda xof yaratmaq, qorxutmaq üçün bir söz yetir ki, bununla insanlar panikaya düşsün və əlini həyatdan üzsün. İradəsini möhkəm edib sadəcə, özünə inanmaq sayəsində sözün təsirindən qurtulmaq mümkündür. Daimi xoş əhvalda qalmaq üçün ətrafınızda olan və sizə mənfi təsir edən, daimi gileylənən və sizə hər kəlməsində həyatın dözülməz olduğunu izah edən insanlardan mümkün qədər uzaqlaşın. Dilinizi gözəl söz deməkdən və insanlara xoş sözlərlə təsir etməkdən çəkinməyin".

İnsanlara gözəl söz deyib qarşılığında da gözəl söz eşitmək qarşılıqlı münasibətlərin müsbət yola getməsinə də kömək edəcək.


Geri dön

Silent_ Night

  • 9 yanvar 2013 16:13
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
tewekkurler dogurdanda eledi

--------------------

CuPbUyUm

  • 9 yanvar 2013 16:11
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
İnsanlar hər nə qədər stabil yaşamağa meylli olsalar belə, zaman-zaman həyatlarındakı mövcud olan nələrinsə dəyişilməsinə ehtiyac duyurlar. Məişət əşyasından tutmuş geyimə qədər dəyişdirilməsi mümkün olan hər şey fərqliliyi və çeşidi ilə təbii ki, insanlara seçim çətinliyi yaradır. Bu zaman psixoloji təzyiq etmə və beyinə yeritmə taktikaları işə düşür.

--------------------

GuNaY_83

  • 9 yanvar 2013 14:17
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
twk.............

--------------------

AYSELINA

  • 9 yanvar 2013 07:28
  • Məqalə: 0
  • Şərh: 228
  • Bal:
{awards}
Xebere gore tesekkurlerrrrr love

--------------------
Senin ucun cox narahatam gozumden dusende hec bir terefin agrimadiki???

ღ★Diamond★ღ

  • 9 yanvar 2013 00:16
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
izdə yaxşı bir məsəl var: "Şirin söz ilanı yuvasından çıxarar". Söz insanın fikrinə önəmli dərəcədə təsir göstərir. Rəfiqəniz bir geyimi bəyənmək üzrə ikən bir mız qoysanız, əmin olun ki, o geyim alınmayacaq. Yaxud daimi bir insana təzyiq edilsə ki, sən bacarıqsızsan, bacarmazsan, o zaman insanın işində yüksəlməsi və uğur qazanması da çətinləşəcək".

Angry Boy

  • 8 yanvar 2013 23:16
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
qizdar kimi qiza sirin soz de gor ne oliur
wink

TAYNA VOSTOKA

  • 8 yanvar 2013 23:07
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
"Şirin söz ilanı yuvasından çıxarar"

--------------------

мυsLiмαηκα

  • 8 yanvar 2013 22:38
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
"Sirin soz ilani yuvasindan cixrar".

✰Karabakh Girl✰

  • 8 yanvar 2013 22:18
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Sitat: MIRT_AZERI_PISIYI
xebere gore tesukkur amma bunnu oxumaqa sebr lazimdi :)

angels friends

  • 8 yanvar 2013 22:18
  • Məqalə: 6
  • Şərh: 638
  • Bal:
{awards}
Duzdu wirin soz ilani yuvasindan cixarar

--------------------

MIRT_AZERI_PISIYI

  • 8 yanvar 2013 21:59
  • Məqalə: 6
  • Şərh: 220
  • Bal:
{awards}
xebere gore tesukkur amma bunnu oxumaqa sebr lazimdi :)

Friendly_Girl

  • 8 yanvar 2013 21:52
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
tesekkurler....

--------------------

canim ablamin ilk hediyesi

ZeMka

  • 8 yanvar 2013 21:46
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
tewekkurler

--------------------

ShoKKi_MoKKi

  • 8 yanvar 2013 21:27
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
xebere gore tesekkurr...

--------------------

★Azerbaijan girl★

  • 8 yanvar 2013 21:08
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurlerrr

fatimeyinur

  • 8 yanvar 2013 21:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
İnsanlara gözəl söz deyib qarşılığında da gözəl söz eşitmək qarşılıqlı münasibətlərin müsbət yola getməsinə də kömək edəcək.

cox sag olun...

Prank girl

  • 8 yanvar 2013 21:02
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Sladkaya Milawka

  • 8 yanvar 2013 20:59
  • Məqalə: 0
  • Şərh: 594
  • Bal:
{awards}
xebere gore tewekkurler....

solnuska

  • 8 yanvar 2013 20:53
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

so_sad

  • 8 yanvar 2013 20:52
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkürler xebere göre tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}