Zülfiyyə Xanbabayeva uşaqlar üçün sürpriz edəcək

 
Zülfiyyə Xanbabayeva uşaqlar üçün sürpriz edəcək


Heydər Əliyev Sarayında keçiriləcək Yeni il şənliyində uşaqları sürpriz gözləyir. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin verdiyi məlumata görə, “Yeni il şənliyində qış möcüzəsi”nin sürpriz qonağı Zülfiyyə Xanbabayeva olacaq. Sürpriz olaraq xalq artisti Zülfiyyə Xanbabayeva uşaqlar üçün xüsusi hazırlanan mahnıları ilə çıxış edəcək. Belə ki, 4 gün baş tutacaq yeni il şənliyində müğənni səhnədə olacaq.

Artıq 1 aya yaxındır ki, “Yeni il şənliyində qış möcüzəsi” adlı konsertin məşqləri başlayıb. Məşqlərdə iştirak edən uşaqlar axşam saat 6-7 arası Saraya gəlirlər. Baxmayaraq ki, məşqlər uşaqların dərsdən çıxan vaxtına təsadüf edir, buna rəğmən onlar çox həvəslə Yeni il şənliyinə hazırlaşır.

10 metrlik ən böyük səhnə şam ağacı da ilk olaraq Sarayın səhnəsində quraşdırılacaq. Bununla yanaşı, konsertə gələn balaca izləyicilərə müxtəlif hədiyyələr paylanılacaq. Həmçinin “Nestle” şirkətinin yalnız Sarayda keçiriləcək konsert üçün hazırladığı xüsusi hədiyyələr də foyedə satışda olacaq.

Heydər Əliyev Sarayında yanvarın 2, 3, 4 və 5-də baş tutacaq konsertdə səhnədə çıxış edəcək uşaqların geyimləri demək olar ki, artıq hazırdır. Bununla yanaşı, Yeni il şənliyinin ssenarisi də Sarayın rəhbərliyi və “Çiçəyim” uşaq teatrının bədii rəhbəri Rəna Kərimova tərəfində oxunub. “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Səyyah”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri uşaqlara öz töhfələrini verəcəklər.

Təşkil olunacaq konsert adəti üzrə Bakı şəhərinin ən geniş və maraqlı Yeni il şənliyi olacaq. 4 gün baş tutacaq konsertdə Heydər Əliyev Sarayının bütün texniki xidmətləri tam gücü ilə işləyəcək. Bununla yanaşı, Sarayda yeni istifadəyə verilən LED ekranlardan da səhnənin 2 tərəfində istifadə olunacaq ki, uşaqlar onun vasitəsilə konsert başlamazdan öncə darıxmasınlar deyə ekranda (HD formatda) yüksək keyfiyyətdə Yeni ilə aid cizgi filmlərinə baxa biləcəklər. Həmçinin Sarayın foyesində animatorlar da olacaq ki, bununla da uşaqlar tanınmış cizgi film qəhrəmanları tərəfindən qarşılanacaqlar.

Yeni ilin personajı sayılan Şaxta Baba, milli və xarici nağıl qəhrəmanları uşaqları təbrik edənlərin sırasında olacaq. Şənlikdə həmçinin bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq.

Yeni il şənlikləri saat 13.00-da başlayacaq. Biletləri şəhərin bütün kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti: 4 manatdan- 11 manata qədərdir. Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərinə ön sıralarda təmənnasız yer ayıracaq. Qeyd edək ki, “Yeni il şənliyində qış möcüzəsi” Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilir.


Geri dön

only-girl

  • 2 aprel 2011 11:37
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
tewekkur eziyyete gore......

--------------------

Just For Legend

  • 16 dekabr 2010 21:10
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
en sevdiyim mugennidir Zulfiyye Xanbabayevadir

--------------------

Sergio Ramos

  • 15 dekabr 2010 22:22
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
xəbərə görə təşəkkür

--------------------

Ulya

  • 15 dekabr 2010 20:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

Azeri_Gozeli

  • 15 dekabr 2010 12:38
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
lap yaxsi

--------------------

sevgim

  • 15 dekabr 2010 12:30
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
he lap yaxsi.etsin gorek ne edirde

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}