Həyatla səhnədə vidalaşan hind kinosunun kralı

 
Həyatla səhnədə vidalaşan hind kinosunun kralı


Əfsanəvi avara Rac Kapur ölməsəydi, 86 yaşını qeyd edəcəkdi

Hind kinosunun sönməz ulduzu, əfsanəvi avara, Hindistanın Çaplini Rac Kapur. Yaşasaydı, məşhur aktyor bu gün 86 yaşını qeyd edərdi. 1924-cü il indiki Pakistanın şimali-qərb hissəsində Peşəvəridə anadan olan Rac teatr aktyoru Prithvirac Kapurun ailəsində böyüyüb. Rac Kapur 1935-ci ildə hələ 11 yaşında olarkən kinoda ilk rolunu oynayıb. O, çəkildiyi filmlərin həm aktyoru, həm rejissoru, həm də prodüsseri idi. "Avara", "Cənab 420", "Sanqam" və sair. İştirak etdiyi bütün filmlər dünya kinosu ekranlarında uğurla nümayiş olunaraq milyonlarla tamaşaçının ürəyini fəth edə bilmişdi.
1951-ci ildə "Avara", 1955-ci ildə "Cənab 420" filmlərində sadə, mehriban və eyni zamanda aşağı təbəqədən olan insan obrazlarını mükəmməl şəkildə canlandırması Rac Kapur adını nəinki Hindistanda, bütün dünyada tanıtdı. Oynadığı rollarla yanaşı, rejissoru olduğu filmlər vasitəsilə də Hindistan cəmiyyətində olan ədalətsizlikləri sərt tənqid edərək adını hind kinosu tarixinə qızıl hərflərlə yazdı. Gənc yaşlarında bir neçə il rejissor Kidar Şarmanın assistenti vəzifəsində çalışan aktyor 1948 -ci ildə artıq öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Onun 1954-cü ildə rejissoru olduğu "Ayaqqabı təmizləyənlər" filmində Hindistan ictimaiyyəti üçün önəmli olan uşaq cinayəti, 1973-cü ildə çəkdiyi "Bobbi" filmində isə kasta bərabərsizliyi mövzusuna toxunulub.
1946-ci ildə Krişna Malhotra ilə ailə quran Rac Kapurun beş oğlu var. Hal hazırda aktyorun sənət yolunu davam etdirən oğulları və nəvələri Bollivudun ən məhşur aktyorlarıdır.
Obrazlarının taleyi kimi Rac Kapurun ölümü də qəribəliyi ilə yadda qaldı. 1988-ci il iyunun 2-də Hindistan prezidenti 64 yaşlı sənətkara çoxdan gözlədiyi "Ölkənin ən ali kinematoqrafiya mükafatı"nı verərkən o, huşunu itirir və az keçməmiş vəfat edir. Hind kinosunun kralı elə səhnədə də həyatla vidalaşır.


Geri dön

kewan

  • 21 iyul 2011 11:14
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
men avara kinosunun mahnisini yazmaq isteyirem ama yukleye bilmirem

nece yukleyim axiiiiiii

nilayka

  • 6 may 2011 00:13
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
recourse

--------------------

hazal kaya

  • 29 mart 2011 12:23
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
allah rehmet elesin

ForeveR

  • 16 dekabr 2010 15:56
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
Allah Rehmet elesin.....

Ulya

  • 16 dekabr 2010 00:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk xebere gore

L_SimuS

  • 16 dekabr 2010 00:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah rehmet elesin..

Tewekkur

Sergio Ramos

  • 16 dekabr 2010 00:00
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
ilk şərh məndən

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}