Nəzir və əhdin şərtləri və hökmləri

 
Nəzir və əhdin şərtləri və hökmləri

Nəzir və əhdin şərtləri və hökmləri

Məsələ: Əgər bir şəxs “filan istəyim yerinə yetsə Allaha xatir fəqirə filan qədər mal verməyi öhdəmə götürürəm” söyləsə, onun nəziri düzgündür. Nəzir edən şəxs söyləsə ki, filan istəyim yerinə yetsə Allaha xatir filan işi yerinə yetirərəm, kifayət edər.

Məsələ:Nəzir o zaman düzgün sayılır ki, nəzir edən büluğ həddinə çatmış, ağıllı şəxs olsun. Məcburi şəkildə, əsəbi halda edilən nəzir düzgün deyil.

Məsələ: Malını boş yerə sərf edən səfeh adamın, eləcə də, müflis olduğu üçün şər’i hakim tərəfindən malına qadağa qoyulmuş şəxsin həmin maldan nəzir etməsi düzgün sayılmır.

Məsələ: Əgər qadının nəzri onun ərinin hüquqlarını pozarsa, onun icazəsiz nəzri batildir. Əgər ərinin hüquqlarını pozmazsa, müstəhəb ehtiyat budur ki, ərinin icazəsi ilə nəzir etsin.

Məsələ: Əgər qadın lazım gəldiyi halda ərinin icazəsi ilə nəzir edərsə, əri vacib ehtiyata əsasən onun nəzrini poza bilməz və ya bu nəzirin qarşısını ala bilməz.

Məsələ: Övlad nəzir etmək üçün atasından icazə almaya bilər. Amma ediləcək nəzir ataya əziyyət olarsa, belə bir nəzir düzgün sayılmaz.

Məsələ: Yalnız yerinə yetirilməsi mümkün olan işləri nəzir etmək mümkündür.

Məsələ: İnsanın nəzir etdiyi iş şər’ən bəyənilməlidir. Beləcə, haram və ya məkruh işlərin görülməsini, vacib və ya müstəhəb işlərin tərk edilməsini nəzir etmək düzgün deyil.

Məsələ: Nəzir ediləcək işini bütün xırdalıqlarının bəyənilməsi zəruri deyil. Əgər iş özü şər’ən bəyənilirsə, bu bəs edir. Məsələn, nəzir edilərsə ki, hər ayın ilk gecəsi gecə namazı qılınacaq, bu nəzir düzgündür və ona əməl edilməlidir. Əgər nəzir edilsə ki, yoxsullara müəyyən bir yerdə təam veriləcək, həmin nəzirə deyildiyi şəkildə əməl olunmalıdır.

Məsələ:Yerinə yetirilməsi və ya tərk olunması eyni dərəcədə mübah olan bir işi nəzir etmək mümkün deyil. Amma həmin işi yerinə yetirmək və ya tərk etmək müəyyən bir baxımdan daha yaxşıdırsa, həmin məqsədlə nəzir etmək olar. Məsələn, nəzir edilsə ki, ibadətə qüvvə olması üçün bir şey yeyiləcək və ya ibadətdə süstlük yaranan bir qida tərk olunacaq, bu nəzir düzgündür.

Məsələ: Bir şəxs nəzir etsə ki, oruc tutacaq, amma onun vaxtını və miqdarını müəyyənləşdirməsə, bir gün oruc tutsa bəs edər. Eləcə də, miqdarı və necəliyi müəyyənləşdirilmədən namaz qılmaq nəzir edilsə, iki rəkət namaz qılmaq bəs edər. Digər xeyir işlərin nəziri də belədir.

Məsələ: Bir şəxs nəzir etsə ki, müəyyən bir gün oruc tutacaq, vacib ehtiyat budur ki, həmin gün səfərə çıxmasın və orucunu tutsun. Əgər həmin gün səfərə çıxsa nəzir etdiyi orucun qəzasını tutması vacibdir. Vacib ehtiyat budur ki, kəffarə də versin.

Məsələ: Bir şəxs imkan olan halda nəzirini yerinə yetirməsə günaha yol vermişdir və kəffarə də ödəməlidir. Nəzirin kəffarəsi 60 fəqiri doyurmaq, ya iki ay ardıcıl oruc tutmaq, ya da bir qul azad etməkdir.

Məsələ:Əgər bir şəxs müəyyən bir əməli müəyyən vaxtadək tərk edəcəyini nəzir edərsə, həmin müddət ötdükdən sonra həmin işi yerinə yetirə bilər. Vaxt tamam olmamış yaddan çıxardığı üçün və ya məcburi şəkildə həmin işi görsə, günah etməmişdir. Amma nəzərdə tutulan vaxtadək həmin işi görməməsi lazımdır. Bir şəxs üzürsüz səbəbdən nəzirini pozub həmin işi görərsə, ötən məsələdə deyildiyi kimi kəffarə verməlidir.

Məsələ: Bir şəxs müəyyən bir əməli daimi olaraq tərk edəcəyini nəzir edərsə və vaxt müəyyənləşdirməzsə, ixtiyari şəkildə nəzrini pozduqda birinci dəfə kəffarə verir. Əgər nəziri elə bir şəkildə olarsa ki, hər dəfə uyğun əməli yerinə yetirdikdə nəzirdən sayılsın, hər dəfə kəffarə ödəmək vacib ehtiyatdır. Belə bir məqsəd olmasa və ya bu işi məqsədlə gördüyünə şəkk etsə, bir kəffarə bəs edir.

Məsələ: Əgər hər həftənin müəyyən günü (məsələn, cümə günü) oruc tutmaq nəzir edilərsə, cümələrdən biri fitr və qurban bayramına düşdükdə, eləcə də, heyz kimi bir üzür olduqda, oruc tutmamalı, ehtiyatən, həmin orucun qəzasını yerinə yetirməlidir.

Məsələ:Əgər bir şəxs müəyyən miqdarda pul sədəqə verməyi nəzir edərsə, sədəqəni verməmiş öldükdə onun malından həmin miqdarda sədəqə verilməlidir.

Məsələ: Əgər müəyyən bir fəqirə sədəqə vermək nəzir olunarsa, həmin sədəqəni başqa fəqirə vermək olmaz və həmin fəqir ölərsə, ehtiyata əsasən, sədəqə onun varisinə verilməlidir.

Məsələ: Əgər imamlardan birinin, məsələn, imam Hüseynin (ə) ziyarətinə getmək nəzir olunsa, başqa bir imamın ziyarətinə getmək bəs etmir. Üzürlü səbəbdən imamın ziyarətinə gedə bilməsə, eybi yoxdur.

Məsələ: Ziyarətə getməyi nəzir etmiş şəxs ziyarət qüslü verməyi və namaz qılmağı nəzir etməmişsə, bu işləri görməsi vacib deyil.

Məsələ: Əgər imam və ya imamzadələrdən birinin hərəmi üçün bir şey nəzir edilərsə, həmin şey hərəmə sərf olunmalıdır. Tə’mir işləri, xalı-xalça, işıqlandırma, hərəmə xidmət bu qəbildəndir. Amma hərəmin adını çəkmədən imam və ya imamzadə üçün bir şey nəzir olunarsa, həmin şeyi adı çəkilən işlərlə yanaşı əzadarlıq və anım mərasimlərinə, həmin şəxslərlə bağlı əsərlərin nəşrinə, onların ziyarətçilərinə sərf etmək olar.

Məsələ: Nəzir olunmuş qoyunun yunu, çəkisindəki artım da nəzirdən sayılır. Nəzir olunmuş qoyun balalayarsa və ya süd verərsə, vacib ehtiyata əsasən balası və südü də nəzirə sərf olunmalıdır.

Məsələ: Bir şəxs xəstəsinin sağalması, səfərdə olan yaxın bir insanın sağ-salamat geri qayıtması üçün xeyir bir iş nəzir edərsə, nəzir edənədək xəstəsi sağalsa və ya səfərdə olan yaxın adamı qayıtsa, həmin nəzirə əməl etməsi vacib deyil.

Məsələ:Ata və ya ana qızını seyidə ərə verməyi nəzir edərsə, bu nəzir e’tibarlı sayılmır. Büluğ həddinə çatmış qızın ixtiyarı özündədir.

Məsələ: Nəziri yerinə yetirmək vacib olduğu kimi əhdə də əməl etmək vacibdir. Bir şərtlə ki, əhd siğəsi oxunmuş olsun. Məsələn, deyilir: “Allahla əhd edirəm ki, filan xeyir işi görüm.” Amma siğə oxunmasa və ya nəzərdə tutulan iş şər’ən bəyənilməsə, əhd e’tibarsız sayılır.

Məsələ:Əgər bir şəxs yuxarıda qeyd olunan şərtlər daxilində əhdinə əməl etməsə, kəffarə verməlidir. Əhdin də kəffarəsi nəzirin kəffarəsi kimidir. Yə’ni 60 fəqiri doyurmaq, 2 ay ardıcıl oruc tutmaq və ya bir qul azad etmək. (2 ay orucun 31 günü ardıcıl tutulur).


Geri dön

so_sad

  • 11 fevral 2013 13:38
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
Məsələ: Əgər qadın lazım gəldiyi halda ərinin icazəsi ilə nəzir edərsə, əri vacib ehtiyata əsasən onun nəzrini poza bilməz və ya bu nəzirin qarşısını ala bilməz.

B_L_A_T_N_O_Y

  • 3 fevral 2013 10:53
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
: Ziyarətə getməyi nəzir etmiş şəxs ziyarət qüslü verməyi və namaz qılmağı nəzir etməmişsə, bu işləri görməsi vacib deyil.

so_sad

  • 1 fevral 2013 12:33
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Məsələ: Bir şəxs nəzir etsə ki, müəyyən bir gün oruc tutacaq, vacib ehtiyat budur ki, həmin gün səfərə çıxmasın və orucunu tutsun. Əgər həmin gün səfərə çıxsa nəzir etdiyi orucun qəzasını tutması vacibdir. Vacib ehtiyat budur ki, kəffarə də versin.

Friendly_Girl

  • 14 yanvar 2013 21:55
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

canim ablamin ilk hediyesi

GuNaY_83

  • 14 yanvar 2013 19:10
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sitat: solnuska
ALLAH RAZI OLSUN.........

--------------------

^^KuKuLKa^^

  • 13 yanvar 2013 23:11
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------

solnuska

  • 13 yanvar 2013 20:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

✰Маша✰

  • 13 yanvar 2013 15:03
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

Sladkaya Milawka

  • 13 yanvar 2013 14:11
  • Məqalə: 0
  • Şərh: 594
  • Bal:
{awards}
tewekkurler....

Shokoladka

  • 13 yanvar 2013 11:55
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------


✰Karabakh Girl✰

  • 13 yanvar 2013 11:42
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Sitat: Shokki_Mokki
ALLAH RAZI OLSUN..deyerli meqale ucun tesekkur..

ღ★Diamond★ღ

  • 12 yanvar 2013 23:36
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Məsələ: Əgər qadının nəzri onun ərinin hüquqlarını pozarsa, onun icazəsiz nəzri batildir. Əgər ərinin hüquqlarını pozmazsa, müstəhəb ehtiyat budur ki, ərinin icazəsi ilə nəzir etsin.

TAYNA VOSTOKA

  • 12 yanvar 2013 22:39
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Əgər bir şəxs müəyyən miqdarda pul sədəqə verməyi nəzir edərsə, sədəqəni verməmiş öldükdə onun malından həmin miqdarda sədəqə verilməlidir.

--------------------

ShoKKi_MoKKi

  • 12 yanvar 2013 22:22
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..deyerli meqale ucun tesekkur..

--------------------

CuPbUyUm

  • 12 yanvar 2013 22:04
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Məsələ: Əgər bir şəxs “filan istəyim yerinə yetsə Allaha xatir fəqirə filan qədər mal verməyi öhdəmə götürürəm” söyləsə, onun nəziri düzgündür. Nəzir edən şəxs söyləsə ki, filan istəyim yerinə yetsə Allaha xatir filan işi yerinə yetirərəm, kifayət edər.

--------------------

★Azerbaijan girl★

  • 12 yanvar 2013 21:41
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun tewekurlerr

_BaSiMiN BeLaSi_

  • 12 yanvar 2013 21:24
  • Məqalə: 16
  • Şərh: 447
  • Bal:
{awards}
TEWEKURLER MENIM UCUN MARAQLIYDI.

(sweet girl)

  • 12 yanvar 2013 21:09
  • Məqalə: 15
  • Şərh: 1705
  • Bal:
{awards}
meqaleye gore twkler..ALLAH RAZI OLSUN

fatimeyinur

  • 12 yanvar 2013 20:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

so_sad

  • 12 yanvar 2013 20:50
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

_favorit_arkadas

  • 12 yanvar 2013 20:47
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}