Dost başa baxar, kişi dabana?

 
Dost başa baxar, kişi dabana?

Estetik baxımdan olan qüsurları gizlətmək, yaxud onları yox etmək üçün əllərindən gələni edirlər. Bəzən isə estetik görünüş ağrılara məğlub olur və insan gözəl görünməkdən çox ağrısını dayandırmaq üçün çalışır. Məhz belə hallardan biri dabanda yaranan çatlardır.

Azərbaycanda ən çox rastlanan bu hal xüsusən orta yaşdan yuxarı və rayon yerlərində yaşayan xanımlar üçün daha xarakterikdir. Estetik baxımdan olduqca pis görünən daban çatları rahatlıq baxımından da xanımları narahat edir. Hətta qanamalar, gəzə bilməmək, axsamaq və bu kimi problemlər sayəsində əslində kiçik görünən problem olduqca böyük narahatlığa çevrilir.

Dermatoloq Şəfiqə Qasımovanın sözlərinə görə, daban çatları istər qadınlarda, istər kişilərdə geniş yayılan bir haldır. Ən çox qadınlarda yaranan daban çatları müalicə olunmadığı halda diskomfort hissi yaradır. "Topuq çatları daim ayaq üstə qalan insanlar, saç ustaları, müəllimlər, yaxud rayon yerlərində daim bağ-bostanla məşğul olan insanlarda daha çox görülən bir haldır. Daban çatlarının yaranmasına kənar faktorlarla yanaşı, daxili faktorlar da səbəb olur. Daban çatlarının yaranması bəlkə də hansısa xəstəliyin xəbərçisi ola bilər. Bəzən isə çatların yaranmasına fizioloji amillər təsir edir".

Qadınlarda xüsusən yaş artdıqca dəridə quruluq daha çox müşahidə olunur. Dəridə quruluq yarandığından və kilo artdığından belə çatlara daha çox rast gəlmək olur. Bundan əlavə, dabandakı çatlar dəri xəstəliklərinin göstəricisi də ola bilər. Ən çox rast gəlinən isə ayaq göbələkləridir. Göbələk olan ayaqlarda quruma, pul-pul qabıq vermə olduğu üçün bu xəstəliyə yoluxanların əksəriyyətində dəridə qalınlaşma, quruma, qaşıntı yaranır. Bu da çatlamalara imkan yaradır. Bundan əlavə sədəf xəstəliyi, bir çox ekzema xəstəliklərində də ayaq çatlarının yaranması mümkündür.

Dermatoloq bildirir ki, daxili xəstəliklərdən, əsasən şəkər və zob xəstəliyindən əziyyət çəkənlərdə topuq çatları tez-tez rast gəlinən haldır. Bu zaman da dəridə quruma prosesi gedir və buna görə çatlama riski artır. Kənar faktorlara gəlincə, ayaqyalın gəzmək də çox vaxt daban çatına şərait yaradır: "Ayaqyalın gəzən adamlar həm sərt döşəmədə gəzdiklərindən, həm də ayağın yerdəki tozla birbaşa təmasda olması quruluq yaradır. Yay aylarında xanımlar dabanı açıq və yastı ayaqqabılar geyinir və gün ərzində daban tozla təmasda olur. Əksər qadınlar evə qayıtdıqda yorğunluqdan tozlu ayaqla günü başa vururlar. Təmizlik və baxımı unudurlar. Bu isə dəridəki nəmin yox olmasına, nəticədə quruluğun yaranmasına səbəb olur".

Müalicə olunmadığı təqdirdə topuq çatları ağrı, narahatlıq verməklə yanaşı, gündəlik həyata da birbaşa müdaxilə edəcək. Gəzəndə axsamalar və dözülməz ağrılar baş qaldıracaq. Şəkər xəstəliyi olan insanlar isə müalicəni mütləq etməlidirlər.

Ş.Qasımova şəkər xəstəliyindən əziyyət çəkənlərin daban çatına biganə yanaşmamasını xüsusi vurğulayır: "Belə çatlardan mikrobun daxil olması qaçılmaz bir haldır. Çatlardan bədənə daxil olan mikroblar müxtəlif iltihabi xəstəliklər yarada bilər. Bu da şəkəri olan insanlarda daha ağır nəticələrə gətirib çıxarar".

Çatın yaranmasının səbəblərini aşkarlamaq lazımdır. Daha sonra ayaqyalın və sərt döşəmələrdə gəzməmək, sərt dabanlı ayaqqabılardan istifadə etməmək lazımdır. Elə topuq çatları var ki, artıq onlarda dərinləşmə gedib və qanamalara səbəb olur. Belə hallarda həkimə müraciət etmək mütləqdir.

Dermatoloqun sözlərinə görə, quru dəri qədər yaş dəri də çatlamalara səbəb olur. "Hamamdan çıxandan, dənizə girdikdən, hətta dəstəmaz aldıqdan sonra ayaqlar mütləq yaxşı qurulanmalıdır. Çox suda qalan əl və ayaqların dərisinin necə büzüşdüyünü çox adam görüb. Həmin büzülmələr dəri nəm qaldığı müddət çata çevrilə bilir".

Əgər heç bir xəstəlik yoxdursa, bütün müayinələrin nəticələri müsbət çıxırsa, bu zaman ayaq baxımının kifayət qədər olmadığı qənaətinə gəlinməlidir. Ən yaxşı baxım hər axşam ayaqları ilıq suda 1 saat saxlamaq və hətta bu suya alma sirkəsi qatmaqdır. Daha sonra sərtləşmiş dəri qatını qaşıyaraq təmizləmək və ayaq nəmləndirici kremlərdən istifadə etmək lazımdır. Fəsildən asılı olmayaraq, ayaqlara corab geyinmək yaranacaq çatların qarşısını alar. Çatın qarşısını alan ən yaxşı üsul corabdır.

Əgər sizdə şəkərli diabet aşkar edilməyibsə belə, şəkərdən və tərkibində şəkər olan şirniyyatlardan uzaq olun. Onu balla əvəz edin. Qidalanmaya fikir verin. Çatlarla yanaşı, bir çox bədəndəki estetik problemlərin qaynağı məhz düzgün qidalanmamaqdır.


Geri dön

B_L_A_T_N_O_Y

  • 3 fevral 2013 10:33
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
Müalicə olunmadığı təqdirdə topuq çatları ağrı, narahatlıq verməklə yanaşı, gündəlik həyata da birbaşa müdaxilə edəcək. Gəzəndə axsamalar və dözülməz ağrılar baş qaldıracaq. Şəkər xəstəliyi olan insanlar isə müalicəni mütləq etməlidirlər.

GuNaY_83

  • 1 fevral 2013 19:24
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tesekkurler....

--------------------

✰Karabakh Girl✰

  • 15 yanvar 2013 22:00
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Təşəkkürlər...maraqlidir

Friendly_Girl

  • 14 yanvar 2013 21:36
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
tesekkurler....

--------------------

canim ablamin ilk hediyesi

GuNaY_83

  • 14 yanvar 2013 18:44
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Əgər sizdə şəkərli diabet aşkar edilməyibsə belə, şəkərdən və tərkibində şəkər olan şirniyyatlardan uzaq olun. Onu balla əvəz edin. Qidalanmaya fikir verin. Çatlarla yanaşı, bir çox bədəndəki estetik problemlərin qaynağı məhz düzgün qidalanmamaqdır.

--------------------

^^KuKuLKa^^

  • 13 yanvar 2013 22:55
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Dermatoloqun sözlərinə görə, quru dəri qədər yaş dəri də çatlamalara səbəb olur. "Hamamdan çıxandan, dənizə girdikdən, hətta dəstəmaz aldıqdan sonra ayaqlar mütləq yaxşı qurulanmalıdır. Çox suda qalan əl və ayaqların dərisinin necə büzüşdüyünü çox adam görüb. Həmin büzülmələr dəri nəm qaldığı müddət çata çevrilə bilir".

--------------------

solnuska

  • 13 yanvar 2013 19:55
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
EN ACIQIM GELEN WEYDIEEEEE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Diamond★ღ

  • 13 yanvar 2013 18:57
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Azərbaycanda ən çox rastlanan bu hal xüsusən orta yaşdan yuxarı və rayon yerlərində yaşayan xanımlar üçün daha xarakterikdir.

so_sad

  • 13 yanvar 2013 18:44
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Sitat: XaXaXiXi-Ne-GuLuRsEn
maraqli xebere gore tewekkurler...

leyluwka_20

  • 13 yanvar 2013 16:30
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Azərbaycanda ən çox rastlanan bu hal xüsusən orta yaşdan yuxarı və rayon yerlərində yaşayan xanımlar üçün daha xarakterikdir. Estetik baxımdan olduqca pis görünən daban çatları rahatlıq baxımından da xanımları narahat edir. Hətta qanamalar, gəzə bilməmək, axsamaq və bu kimi problemlər sayəsində əslində kiçik görünən problem olduqca böyük narahatlığa çevrilir.

--------------------

мυsLiмαηκα

  • 13 yanvar 2013 16:16
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
tesekkur....................................

✰Маша✰

  • 13 yanvar 2013 14:50
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
tesekkurelrrrrrrrrrrrrrrrrrr

fatimeyinur

  • 13 yanvar 2013 13:39
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler...

Sladkaya Milawka

  • 13 yanvar 2013 13:37
  • Məqalə: 0
  • Şərh: 594
  • Bal:
{awards}
tewekkurler...........

Banned1

  • 13 yanvar 2013 12:52
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
maraqli xebere gore tewekkurler...

ice love

  • 13 yanvar 2013 12:52
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
min defe komek et-yaddan cixarirlar.bir defe yox de-omur boyu yadda saxlayirlar

Silent_ Night

  • 13 yanvar 2013 12:10
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
tewekkurler

--------------------

carly rea jepsen

  • 13 yanvar 2013 12:08
  • Məqalə: 0
  • Şərh: 141
  • Bal:
{awards}
teshekkurleer

★Azerbaijan girl★

  • 13 yanvar 2013 11:59
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkur....................

Shokoladka

  • 13 yanvar 2013 11:27
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Mende hemishe ayaga baxiram prosto pis meqsednen yox ayyaqqabi xestesiyem ona gore :)) Xebere gore tskler..

--------------------


✰Karabakh Girl✰

  • 13 yanvar 2013 11:24
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Xəbər üçün təşəkkürlər....

_BaSiMiN BeLaSi_

  • 13 yanvar 2013 11:04
  • Məqalə: 16
  • Şərh: 447
  • Bal:
{awards}
tewekurler xebere gore maraqli idi..

(sweet girl)

  • 13 yanvar 2013 11:03
  • Məqalə: 15
  • Şərh: 1705
  • Bal:
{awards}
maraqli meqaleye gore twkler

CuPbUyUm

  • 13 yanvar 2013 11:02
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Estetik baxımdan olan qüsurları gizlətmək, yaxud onları yox etmək üçün əllərindən gələni edirlər. Bəzən isə estetik görünüş ağrılara məğlub olur və insan gözəl görünməkdən çox ağrısını dayandırmaq üçün çalışır. Məhz belə hallardan biri dabanda yaranan çatlardır.

--------------------

J ♥ S

  • 13 yanvar 2013 10:45
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
maraqlidi tewekkur...!=)

--------------------
J & S ∞♥....

Gun--ka

  • 13 yanvar 2013 08:57
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
hmm,yawindan ferqli olmayaraq qadinlar ozlerine her zaman fikir vermelidir mence..qadinin gozelliyi onun temizliyinden de asilidi...

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}