Səndən başqa kimim varki?

 
Səndən başqa kimim varki?


Rəbbim

Gerçək mənada məni sən sevdin… Nə qədərləri isə sevər kimi göründü…

Amma daim, özlərini sevdilər… Çünki aciz idilər, fani idilər…

Özlərinə belə çata bilmədilər ki, mənə çatsalar…

Hamısı Sənə borclu idi varlığını. Hamısının bir canı vardı…

Və onlar, öz canları yanmadıqca, anlaya bilmədilər ağrını…

Anlayanlar da onsuz da özlərincə bir məna çıxardı…

Sən varsan haqqıyla bilən məni… Hər şeyimlə bilən,

hər şeyimlə sevən, bir tək Sən…

Sevdiyini bilirəm, çünki sevməmiş olsaydın,

o qədər özünlə məşğul etməzdin məni.

Sevməmiş olsaydın, axtartdırmazdın beləsi…

Sən sevməmiş olsaydın, sevə bilər idimmi ki Səni?

Sən canımın Cananı… Sənin sevgində vəfanı idrak etdim mən…

O bənzərsiz vəfana, cavab verməkdən aciz oldum hər vaxt…

Səni, Sənin məni sevdiyin kimi sevməkdən acizəm…

Çünki Sən yaradansan, ya mən?

Mən, qul olmağı belə bacara bilməyən…

Yalnız Səndə idi təmin… Yalnız Səndə. Bir Sən çatdın mənə…

Kəslərlə kifayətlənə bilmədim…

Acı çəkməyi sevər oldum Sənin icazəsinlə.

Dərdlərin içində gizlənmiş nə qədər dərman tapdım…

Sevdirdiyincə sevdim Səni… Tapdırdığınca tapdım…

Geridə nə varsa fani…

Bütün varlıqların hamısı fani… Kimi gözəl, kimi çirkin, kimi orta,

amma işdə hər biri fani… Budaqlardakı çiçəklər, göylərdəki buludlar,

çöllər, mənbələr həmişə fani… İlğımlar və kölgələr fani…

Çöllərdə qalmağı sevdim Səninlə… Təkdim, izdihamlar içində…

Hər şeydə Sənin sənətini görməyi sevdim mən…

Hər kəsdə Səndən bir təcəlli tapmağı sevdim…

Ulduzlarda nurunu, günəşdə narını, atəşdə harını tapmağı sevdim.

Heç bir şeyə möhtac olmayışını sevdim mən. Əziz oluşunu,

Qədri mütləq oluşunu sevdim. Səttar oluşunu sevdim.

Elə gözəl bir sirdaş idin ki Sən, kəslərə bir sirrimi vermədin.

Günahıma baxmayaraq ucaltdın məni.

Şərəf ikram etdin. Əkrəm-ül əkrəminsən…

Qulunu sevməyini sevdim. Ey Rəbbim! Mən unutdum, unutmadın.

Mən, adını xatırlamadım, yenə də buraxmadın.

Ucalar ucası eşqinə cavab vermək varkən,

Səni buraxıb başqalarına yandım…

Yenə də imtina etmədin məndən.

Sevdin məni, halbuki, mən Sənə qul belə ola bilmədim.

Nankorluq etdim. Yenə də nemətlərini əsirgəmədin.

Şikayət edən, sızlanan, dərd yanan həmişə mən oldum.

Sən, səbr etdin. Sən sevdin məni…

Mənsə vəfasız bir sevgiliydim.

Qiymətini bilmədim.

İndi, camalının həsrətiylə yanıram.

Və Sənin söhbətin fani həzzləri məndən yox etdi.

O qədər ki, günəşin qovurucu istisində də, sərinlədən küləkdə də,

Sənin həsrətin içindəyəm


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:25
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Sergio Ramos

  • 15 dekabr 2010 22:36
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
çox sağol

--------------------

Ulya

  • 15 dekabr 2010 22:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cooox maraqli idi.. winked

фея

  • 15 dekabr 2010 22:02
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
ela idi axiracan oxudum cox saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

sevgi yalandir

  • 15 dekabr 2010 20:53
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler recourse

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

..::BLacK_BLooD::..

  • 15 dekabr 2010 20:40
  • Məqalə: 11
  • Şərh: 223
  • Bal:
{awards}
ehhh muellife chox teshekkur. goz yashlarimi tuta bilmedim. soz tapa bilmirem. chox ela idi. ALLAH razi olsun!!! recourse

--------------------
Insan doğulanda Azan oxunular qulağina, amma Namazi qilinmaz... Çunki,doğulanda oxunan Azan, öldüyündə qılınacaq Azansız Namaz üçündür...
İnsan ömrü Azanla Namaz arasindakı zaman qədərdir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 5
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}