Qədim Plovdağ nağılı

 
Qədim Plovdağ nağılı


Dörd min il əvvəlin hekayəti

Qədim Naxçıvanın uzaq keçmişə bələdçilik edən unikal abidələri bu torpağın tarixi haqqında zəngin material verir. Belə abidələrin bir qismi tədqiq olunsa da, böyük bir qismi hələ də səbirsizliklə tədqiqatçılarının yolunu gözləyir. Ordubad ərazisində tədqiq olunan və bu bölgənin tarixi ilə bağlı maraqlı faktlar verən qədim abidələr kompleksi silsiləsinə Plovdağ da daxildir.
Bu abidələr silsiləsi Araz çayından şimalda, Gilançayın sol sahilində böyük bir sahəni əhatə edir. Təkcə keçən yazılarımızın birində bəhs etdiyimiz Xaraba Gilan abidəsi Plovdağ ərazisində 100 hektardan çox sahədə yerləşir. Plovdağın ətəklərində yerləşən qədim abidələrlə bağlı aparılan arxeoloji tədqiqatlar dağın hər tərəfində qədim qəbirlər və yaşayış yerlərinin qalıqlarını aşkara çıxarmışdır. Burada qeydə alınan yaşayış yerləri Gilançaya və əkin sahələrinə yaxın olduğundan, dağıntılardan yan keçə bilməmişdir. Onların müəyyən bir hissəsi də ötən əsrin 60-cı illərində Dəstə arxı çəkilərkən texnikanın müdaxiləsi nəticəsində dağıdılmışdır. Burada üzə çıxarılmış iki yaşayış yerindən başqa, nekropol yerləşən sahədə də ərazinin qədim sakinlərinin həyatına dair çoxlu materiallar var. Plovdağ nekropolunun tarixi təxminən 4 min il əvvələ gedib çıxır. Tədqiqatçılar hesab edir ki, o dövrdə insanların dağ üstündə, çaylara yaxın məskən salması müdafiə olunmaq və sudan istifadə etmək məqsədi daşıyırdı. Bu mənada Plovdağ da yaşayış üçün əlverişli yer sayılırdı.
1987-1989-cu illərdə birinci Plovdağ yaşayış yerində çoxlu dən daşlarına, sürtgəclərə, əl çapacaqlarına və daş baltalara rast gəlinib. Alimlər bu alətlərin tapılmasına əsasən həmin yerin qədim xırman yeri olduğu qənaətinə gəlmişlər. Bundan başqa, ikinci Plovdağ nekropolunun mərkəzi hissəsində bir çox maddi-dəlillər aşkar edilmişdir. Bunlara qəbirlərdən altdakı təbəqədə olan əmək alətləri, ocaq qalıqları, qəbirlər üçün xarakterik olmayan keramika nümunələri və Kür-Araz mədəniyyəti üçün səciyyəvi olan qulplar aiddir. Tapılan nümunələr burada ilk tunc dövrünə aid yaşayış yerinin olduğunu söyləməyə əsas verir.

Ulu əcdadlarımızla bağlı maraqlı faktlar
Qədim Plovdağ ərazisində arxeoloji tapıntılar və aşkar edilən otağın daxili quruluşu göstərir ki, iki hissəyə bölünmüş otaqdan ərzaq saxlamaq üçün, ondan qərb tərəfdə olan tikilidən isə həyət kimi istifadə olunmuşdur. Burada daşla işlənmiş “kanalcığın” olması və yerə daş döşənməsi ev heyvanlarının saxlandığını söyləməyə imkan yaradır. Qeydə alınan həyətin şimal tərəfində pilləkəni əvəz edən maili hörgü isə burada nə vaxtsa ikinci mərtəbənin olduğunu sübut edir. Araşdırmalılar həmin ikinci mərtəbədəki otağın yataq otağı olduğu qənaətinə gəlmişlər. Buradakı ərzaq anbarına giriş ikinci mərtəbədən, yataq otağının şimal-qərb küncündə, döşəmədə olmuşdur. Tədqiqatlar bu yaşayış ərazisinin bir neçə dəfə dağıntıya məruz qaldığını göstərmişdir. Axırıncı dağıntı yanğın nəticəsində baş vermişdir ki, bu zaman da sakinlər binanı yenidən bərpa edə bilməmişlər. Alimlər bir sıra arqumentlər əsasında bu dağıntının düşmən hücumu nəticəsində baş verməsi və əhalinin əsir aparılması ehtimalı isə əlaqələndirirlər.
“Vikipedia”da abidə ilə bağlı verilmiş faktlar böyük maraq doğurur. Yaşayış sahəsi çox uzaq tarixdə belə insanların bütün həyat şərtlərini təmin etmək üçün səy göstərdiyini söyləməyə əsas verir. Bunun bir aydın sübutu da məlum otağın təqribən ortasında üzə çıxarılan təsərrüfat quyusudur. Quyunun divarlarında ağzının eni 12 sm olan küt bir alətin izləri qalır. Tunc dövründə adətən torpaqda qazılmış quyunun divarları içərisində od qalanaraq bişirilib möhkəmləndirilirdi. Amma bu təsərrüfat quyusu qazıldıqdan sonra odda bişirilməmişdir. Tapıldığı zaman açıq quyunun içərisi torpaq və küllə dolu idi. Onun içi təmizləndikdən sonra altdan 5 kq-dək dən daşında üyüdülmüş darı qalıqları tapıldı. Quyunun ağzının örtülü olmaması və ətrafda qapaq kimi istifadə edilən sal daşın tapılmaması alimlərin diqqətini xüsusi olaraq çəkdi.
Eyni zamanda, qazıntı zamanı otağın döşəməsində quyudan qapıyadək bir neçə yerdə tala-tala dən qalıqları aşkar edildi. Son dağıntı zamanı tavan uçaraq bu dən komalarının üstünə töküldüyü üçün onlar salamat qala bilmişdi. Tədqiqatçılar belə nəticəyə gəldilər ki, həmin yanğın zamanı sakinlər otaqdan müəyyən şeyləri çıxarmağa cəhd göstərmişlər. Görünür ki, quyudakı dənin müəyyən hissəsi həmin vaxt tələm-tələsik çıxarılan zaman bu qalıqlar da tökülüb qalmışdır. Ümumiyyətlə, otağın divarlarında yanğın izləri çox az görünür. Bu da göstərir ki, əsasən otağın tavanı yanmışdır. Bu otağın üstünü örtən tirlərin tam yanmamış qalıqları torpaqla, çırpı və küllə birlikdə döşəmədə 20-30 sm qalınlığında qat olaraq qalmışdır. Bundan başqa, kül qatının içərisindən saxsı qab sınıqları və düz divarlı manqal qırıqları tapılmışdır. Manqalın bir tərəfi rütubətdən çürüyüb ovulmuşdur.

Qədim nağılın sonu, yenin həyatın başlanğıcı...
Abidə yerindəki qədim otağın divarına bitişik, gillə bərkidilmiş sal daşlardan ibarət taxçaları da var. Bu taxçalar elə möhkəm olub ki, uçqun və dağıntı zamanı onlar yerlərindən tərpənməmiş, hətta taxçalardakı bir neçə saxsı qab da salamat qalmışdır. Taxçalardan birinin içərisindən və ətrafından böyük qazana məxsus fraqmentlər tapılmışdır. Bundan başqa, otağın bir neçə yerində sonrakı dövrlərdə qazılmış çala izləri var. Otağın cənub küncündə yerləşən taxçanın yan daşına söykənmiş təkqulplu, gen oturacaqlı bir gil qab aşkar edilmişdir. Bu qab üç yerdən sınaraq ağzı üstə düşməsinə baxmayaraq içərisindəki dən tökülməmişdir.
Qeyd edildiyi kimi, aşkar edilən otağa bitişik başqa bir tikili aşkar edilmişdir. Amma bu tikilidə yanğın əlamətləri yoxdur. Tikilinin qərb tərəfdə döşəmə səviyyəsindən başlayan hörgüsü şərqə tərəf maili şəkildə yüksələrək otağın pilləkəni ilə birləşir. Bu hörgünün qərb tərəfində, şimal-cənub istiqamətində dağ daşları ilə 30 sm enində “kanalcıq” işlənmişdir. Hər iki tərəfdən bağlı olan bu “kanalcığın” hansı məqsədlə işləndiyini müəyyən etmək çətindir. “Kanalcıqla” otağın qərb divarı arasındakı sahəyə daş döşənmişdir. Qazıntı zamanı burada saxsı qazan fraqmentləri və daş alətlər aşkar edilmişdi. Yanğın əlamətlərinin olmaması və tikilinin daxili planı qədim bərpadan sonra buradan məişət və ya təsərrüfat xarakterli tikili kimi, xüsusən həyət kimi istifadə olunduğunu ehtimal etməyə əsas verir.
Tədqiqatçılar onu da müəyyənləşdirmişlər ki, son tunc dövründə baş vermiş yanğınla yaranan bu dağıntıdan sonra Plovdağda yaşayış olmamışdır. Ümumiyyətlə, Naxçıvan ərazisində ilk və orta tunc dövrünə aid yaşayış yerlərinin böyük əksəriyyəti çaylara yaxın dağ ətəklərində və ya çox da hündür olmayan təpələrin üzərindədir. Amma son tunc və ilk dəmir dövründə bu vəziyyət dəyişməyə başlayır: yaşayış məntəqələri təbii müdafiəsi olan yerlərdə tikilir və ətrafı daş hasarla möhkəmləndirilir.
Alimlər Plovdağ ərazisindəki yaşayış yerinin planlı şəkildə salındığını söyləməkdə çətinlik çəkirlər. Bu yaşayış məntəqələri təbii fəlakət və düşmən hücumları nəticəsində dəfələrlə dağıntıya məruz qalmış və dəfələrlə bərpa olunmuşdur. Bu qədim abidə silsiləsinin ətraflı arxeoloji tədqiqi qədim Naxçıvan torpağının tunc dövrü haqqında geniş faktlar toplamağa əsas yaradacaq.


Geri dön

GuNaY_83

  • 4 fevral 2013 12:27
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler..

--------------------

B_L_A_T_N_O_Y

  • 26 yanvar 2013 03:03
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
sebrm catmadi oxumaqa

✰Маша✰

  • 22 yanvar 2013 18:29
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
hmm 1ci defediki esidirem sagolun

solnuska

  • 19 yanvar 2013 00:29
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
HMM...............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ShoKKi_MoKKi

  • 17 yanvar 2013 22:38
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
melumat ucun tesekkur..

--------------------

Friendly_Girl

  • 17 yanvar 2013 22:27
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
xebere gore cox sag olun...

--------------------

canim ablamin ilk hediyesi

solnuska

  • 17 yanvar 2013 20:45
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN.............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

classic_guiter_girl

  • 17 yanvar 2013 20:29
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurrrr

ツMrs.Crazy ツ

  • 17 yanvar 2013 20:09
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
sebrm catmadi oxumaqa :D
eziyyete gore tewekkurler..

sevgi dushmeni

  • 17 yanvar 2013 19:40
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
cox maraqliydi diyemiycem cunki oxumadim ne yalan deyim sebrim catmir uzun olanda yeqinki cox maraqlidir))

--------------------

ღ★Diamond★ღ

  • 17 yanvar 2013 19:40
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
meqaleye gore saol

Leo Messi

  • 17 yanvar 2013 19:38
  • Məqalə: 438
  • Şərh: 578
  • Bal:
{awards}
xəbəri sayta verəndə oxumuşdum

--------------------

fatimeyinur

  • 17 yanvar 2013 19:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler...

Shokoladka

  • 17 yanvar 2013 19:26
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler...

--------------------


GuNaY_83

  • 17 yanvar 2013 18:28
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Tewekkurler.....)

--------------------

so_sad

  • 17 yanvar 2013 18:22
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
tewekkurler maraqliydi smile

Sladkaya Milawka

  • 17 yanvar 2013 18:13
  • Məqalə: 0
  • Şərh: 594
  • Bal:
{awards}
Tewekkurler.....)

(sweet girl)

  • 17 yanvar 2013 17:57
  • Məqalə: 15
  • Şərh: 1705
  • Bal:
{awards}
tewekkurler....

Silent_ Night

  • 17 yanvar 2013 17:45
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
tewekkurler..yenede ilk serh menden tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 43
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}