"Amerikanın uşağı da olmağa hazıram"

 
"Amerikanın uşağı da olmağa hazıram"


Hafiz Hacıyev: "...gedib ermənilərlə də oturub-duraram"

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevi hər kəs radikal müxalifətə, xüsusilə də AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərə qarşı ortaya qoyduğu sərt mövqeyi ilə daha çox tanıyır. Davamlı olaraq istər keçirdiyi təblirlərdə, istərsə də yazılı və elektron KİV-də MMP sədri radikal müxalifəti Azərbaycanın maraqlarını Amerikaya satmaqda ittiham edib, bu siyasi qüvvələri "ABŞ-ın uşaqları" adlandırıb.
Amma deyəsən, H.Hacıyev mövqeyində dəyişiklik etmək qərarına gəlib. Onun okeanın o tayı ilə münasibətləri normallaşdırmaq istəyi açıqcasına sezilir. Builki parlament seçkilərindən sonra MMP sədri yürütdüyü ənənəvi siyasət xəttindən imtina etmiş kimi görünür. Eyni zamanda uzun illərdir bütün qapılarını H.Hacıyevə ikitərəfli bağlayan müxalifət qəzetləri 7 noyabrdan sonra MMP sədrinə səhifələrində həvəslə bol-bol yer ayırır.
Bunlar azmış kimi, H.Hacıyev ABŞ-ın ölkəmizdəki səfirliyinə dəvət olunur və burada Amerikalı diplomatlarla fikir mübadiləsi aparır.
Üstəlik, səfirlikdən ABŞ-a dəvət də alır. İndi MMP sədri ikiəlli səfərə hazırlaşır.
Doğrusu, AXCP və Müsavatı, eyni zamanda radikal düşərgədə olan digər siyasi partiya liderlərini "Amerikanın uşaqları" adlandıran birisinin belə bir səfərə "hə" deməsi bizdə maraq doğurdu. Ona görə də ABŞ səfirliyindəki görüşdən dərhal sonra MMP sədri ilə əlaqə saxladıq.

- Müasir Müsavat Partiyası (MMP) Azərbaycanda akreditə olunan bütün ölkələrin səfirlikləri ilə əməkdaşlıq edir. O cümlədən də ABŞ-ın ölkəmizdəki səfirliyi ilə. Hafiz Hacıyevə də heç kim qadağa qoymayıb ki, sən ABŞ səfirliyi ilə, yaxud da hansısa bir ölkənin buradakı diplomatı ilə görüş, ya görüşmə. Biz demokratik bir cəmiyyətdə yaşayırıq və mən də MMP-nin sədri olaraq bütün demokratik qurumlarla, ölkəmizəki diplomatik korpusların rəhbərləri ilə görüşməkdə sərbəstəm. Bundan sonra da bu istiqamətdə görüşlərimiz, müzakirələrimiz davam edəcək. Biz kiminsə sifarişi ilə oturub-duran deyilik.

- Səfirlikdə keçirdiyiniz görüşdə sizi ABŞ-a dəvət ediblər. Səfər zamanı konkret kimlərlə görüşmək fikriniz var?

- Səfərin proqramı indi müzakirə olunur. Hələlik səfərin detallarını səfirliklə müzakirə edirik. Hər halda, ABŞ-da olarkən orada kimlərlə görüşlər olacaq bunu mənim özüm bilirəm. Yəni daha çox Azərbaycanın çıxarlarını, maraqlarını bu ölkədə müdafiə edən şəxslərlə görüşməyə üstünlük verəcəyəm.

- Bu günə kimi ABŞ-la əməkdaşlıq edən partiya sədrlərini "ABŞ-ın uşaqları" adlandırırdınız. Qorxmursunuzmu ki, sabah həmin qüvvələr də sizi "ABŞ-ın uşağı" adlandırsın?..

- Heç nə olmaz, qoy desinlər. Kaş ki biz "ABŞ-ın uşaqları" olaydıq. Bu bizim üçün şərəfli bir iş olardı. Təbii ki, ABŞ bizi müdafiə etsəydi, Dağlıq Qarabağı Ermənistandan alıb bizə versəydi, bu ölkənin "uşağı" da olardıq, "kiçiyi" də. Ona görə də bizim bu addımımız Azərbaycanın maraqlarını hansısa ölkə ilə dəyişmək kimi yozulmamalıdır. MMP-nin əsas ana xətti Azərbaycanın milli maraqları olduğundan biz bu yoldan heç bir zaman çıxmayacağıq. ABŞ səfərində də daha çox bu yöndə fikirlərimizi paylaşacağıq.

- Deyirsiniz yəni ABŞ Qarabağı alıb-qaytararsa, deməli, bu ölkənin "uşağı" olmaq olar?

- Qoy Qarabağı alıb-qaytarsınlar, nəinki ABŞ-ın "uşağı" olaram, hətta gedib ermənilərlə də oturub-duraram. Mənim üçün əsas məsələ Qarabağın qaytarılmasıdır. Bu gün bizdə hakimiyyətdə olan bəzi şəxslər ABŞ-dan xeyir gördükdə bu ölkə dadlı olur, amma Amerika bir problemli məsələni ortaya atanda onda olurlar bu ölkəyə düşmən və başlayırlar tənqid etməyə. Bilirsiniz, ikili standartlardan əl çəkmək, həqiqətin üzünə dik baxmaq lazımdır.

- Demək olarmı bundan sonra Azərbaycana gələcək ABŞ-ın müəyyən rəsmiləri bəzi partiyalarla görüşdüyü kimi, MMP sədri ilə də görüşəcəklər?

- Mənə elə gəlir ki, müəyyən fikirlərdə bundan sonra dəyişikliklər olacaq. Hər halda, ABŞ-a səfərimdə inandıra biləcəyəm ki, Azərbaycanda vəziyyət necədir və bizim onlara baxışımız hansı formadadır.


Geri dön

Milawka

  • 21 dekabr 2010 00:39
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
hmmmmmmmmmmmm belay

Ulya

  • 20 dekabr 2010 20:47
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur xebere gore

Sergio Ramos

  • 20 dekabr 2010 20:04
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı deyil mənə

--------------------

Morning_Star

  • 20 dekabr 2010 19:30
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Təşəkkürlər

Grace_Angel

  • 20 dekabr 2010 19:20
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}