Şagird olmaqdan utanmayan ustad

 
Şagird olmaqdan utanmayan ustad

Öz əsrinin ən böyük alimlərindən biri də Fəxrəddin Mühəmməd ibn Ömər Razi idi. O, həm kəlam, fəlsəfə, məntiq kimi əqli elmlərdə, həm də təfsir və hədis kimi nəqli elmlərdə misilsiz məharət sahibi kimi tanınırdı.
Buna görə dini dairələrdə onu ehtiramla “İmam Razi” adlandırırlar. Deyilənlərə görə, dərslərində minlərlə tələbə iştirak edirdi. Hətta at belində hərəkət edərkən, ardınca 300 nəfər elm əhli gəzib, onun danışdığı hər sözü öyrənirdi.
Bütün şöhrətinə baxmayaraq, Fəxr Razi həm də İslam tarixində dini məsələlərdə ən çox şübhələr irəli sürən, dinin əsaslarını sual altına alacaq səviyyədə şəkkə düşən və hətta özünün irəli sürdüyü suallara bəzən cavab tapa bilməyən alim kimi tanınır. Məhz buna görə ömrünün sonuna yaxın Fəxr Razi ilə elmi mübahisə edən bəzi alimlər onun düşüncələrini İslama zidd sayırdılar. Bu üzdən alim şəhərdən-şəhərə köçməyə məcbur olurdu. Nəhayət, Xarəzmşah Mühəmmədin sarayında məskən tapan İmam Fəxr Razini bir rəvayətə görə öz düşmənləri zəhərləyib öldürmüşlər.
İmam Fəxr Raziyə dünya şöhrəti gətirən əsər – irihəcmli fundamental Quran təfsiridir. Əsl adı “Məfatihül-qeyb” olan bu təfsir həcminin böyüklüyünə görə Təfsiri-kəbir (böyük təfsir) kimi tanınır. Təfsiri-kəbiri öz dövrünün elmi nailiyyətlərini əks etdirən ensiklopediya da adlandırmaq olar. Buna görə bəzi tədqiqatçılar zarafatla deyiblər ki, Təfsiri-kəbirdə təfsirdən başqa hər şey var.
Fəxr Razi elmə və alimə böyük dəyər verirdi. Məşhur səyahətçi alim Yaqut Həməvi alimlərin və ədiblərin həyatından bəhs edən “Möcəmül-üdəba” kitabında öz müasiri olan alimlərdən birinin dilindən yazır ki, İmam Fəxr Razi Mərv şəhərində olarkən, yanına gəlib-gedən və ondan elm öyrənən şəxslərdən biri də mən idim. Fəxr Razi bu şəhərdə böyük hörmətə sahib idi, onun hüzurunda heç kim ağzını açıb danışmağa cürət etmirdi. Onun üçün taxt şəklində yer hazırlamışdılar, orada oturub elm müzakirələr aparırdı.
Bir gün o, mənə dedi: “İstəyirəm Əbu Talib övladlarının (yəni seyyidlərin) əsil-nəsəb silsiləsi barədə mənim üçün bir kitab tərtib edəsən. Bu barədə biliyim çox deyil, amma cahil qalmaq istəməzdim”. (Hadisəni danışan alim əsil-nəsəb sahəsində mütəxəssis idi; belə alimlərə nəssabə deyirlər). Mən soruşdum ki, kitabı şəcərə (cədvəllər) şəklində tərtib edim, ya nəsrlə (sözlə) yazım? Fəxr Razi cavab verdi: “Mən o kitabı əzbərləmək fikrindəyəm. Şəcərəni əzbərləmək mümkün deyil, nəsrlə yaz”.
Mən İmam Fəxr Razinin sifarişi ilə həmin kitabı yazdım. Gətirib ona təqdim edəndə əyləşdiyi taxtdan qalxdı. Sonra məni dəvət etdi ki, onun yerində əyləşim. Mən İmam Razinin yerində oturmağa cəsarət etmədim. Amma o, heybətli səslə mənə əmr etdi ki, dediyi yerə keçim. Mən onun taxtında oturmağa məcbur oldum. Fəxr Razi mədrəsədə müəllim qarşısında oturmuş şagird kimi mənim qarşımda, yerə döşənmiş həsirin üzərində diz üstə oturub kitabı ucadan oxumağa başladı. (O zamanlar dərs prosesi bu formada keçirdi. Şagird müəllimin hüzurunda kitabı oxumağa başlayır, müəllim onun səhvlərini düzəldir, lazım olan yerlərdə izahlar verirdi. Hədis raviləri də öz şeyxlərindən hədisləri bu şəkildə öyrənir, axırda həmin hədisləri rəvayət etmək icazəsi alırdılar). Başa düşmədiyi məsələləri məndən soruşur, sonra oxumağa davam edirdi. Beləcə bütün kitabı oxuyub qurtardı. Sonra yerindən qalxdı və mənə dedi: “Bax, indi harada istəyirsənsə otura bilərsən”. Mən taxtdan düşüb yerini ona qaytardım. İmam Razi mənə dedi: “Bu kitab elm xəzinəsi idi. Elm öyrənməyin də qayda-qanunları var. Sən bu elm sahəsində məndən üstünsən və mənim ustadımsan, mən isə sənin şagirdinəm. Şagird öz müəlliminin qarşısında necə oturmalıdırsa, gərək mən də bayaq sənin qarşında eynilə o şəkildə oturaydım, başqa cür olmağı insafdan deyil”.


Geri dön

B_L_A_T_N_O_Y

  • 19 yanvar 2013 21:34
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
tewekkurler

GuNaY_83

  • 19 yanvar 2013 16:02
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ShoKKi_MoKKi

  • 19 yanvar 2013 01:04
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN...

--------------------

solnuska

  • 19 yanvar 2013 00:04
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Friendly_Girl

  • 18 yanvar 2013 21:22
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

canim ablamin ilk hediyesi

fatimeyinur

  • 18 yanvar 2013 20:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah sizden razi olsun...Cox Sag Olun...

solnuska

  • 18 yanvar 2013 19:28
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

^^KuKuLKa^^

  • 18 yanvar 2013 18:45
  • Məqalə: 773
  • Şərh: 11590
  • Bal:
{awards}
Bir gün o, mənə dedi: “İstəyirəm Əbu Talib övladlarının (yəni seyyidlərin) əsil-nəsəb silsiləsi barədə mənim üçün bir kitab tərtib edəsən. Bu barədə biliyim çox deyil, amma cahil qalmaq istəməzdim”. (Hadisəni danışan alim əsil-nəsəb sahəsində mütəxəssis idi; belə alimlərə nəssabə deyirlər). Mən soruşdum ki, kitabı şəcərə (cədvəllər) şəklində tərtib edim, ya nəsrlə (sözlə) yazım? Fəxr Razi cavab verdi: “Mən o kitabı əzbərləmək fikrindəyəm. Şəcərəni əzbərləmək mümkün deyil, nəsrlə yaz”.

--------------------

мυsLiмαηκα

  • 18 yanvar 2013 18:11
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun

★Azerbaijan girl★

  • 18 yanvar 2013 17:37
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun .............

unfaithful

  • 18 yanvar 2013 16:59
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Sitat: TAYNA VOSTOKA
Buna görə dini dairələrdə onu ehtiramla “İmam Razi” adlandırırlar.

--------------------

leyluwka_20

  • 18 yanvar 2013 15:28
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Bir gün o, mənə dedi: “İstəyirəm Əbu Talib övladlarının (yəni seyyidlərin) əsil-nəsəb silsiləsi barədə mənim üçün bir kitab tərtib edəsən. Bu barədə biliyim çox deyil, amma cahil qalmaq istəməzdim”. (Hadisəni danışan alim əsil-nəsəb sahəsində mütəxəssis idi; belə alimlərə nəssabə deyirlər). Mən soruşdum ki, kitabı şəcərə (cədvəllər) şəklində tərtib edim, ya nəsrlə (sözlə) yazım? Fəxr Razi cavab verdi: “Mən o kitabı əzbərləmək fikrindəyəm. Şəcərəni əzbərləmək mümkün deyil, nəsrlə yaz”.

--------------------

sevgi dushmeni

  • 18 yanvar 2013 14:44
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
temanin adi cox gozeldi

--------------------

TAYNA VOSTOKA

  • 18 yanvar 2013 14:38
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Buna görə dini dairələrdə onu ehtiramla “İmam Razi” adlandırırlar.

--------------------

ღ★Diamond★ღ

  • 18 yanvar 2013 14:37
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
“İstəyirəm Əbu Talib övladlarının (yəni seyyidlərin) əsil-nəsəb silsiləsi barədə mənim üçün bir kitab tərtib edəsən. Bu barədə biliyim çox deyil, amma cahil qalmaq istəməzdim”.

Shokoladka

  • 18 yanvar 2013 13:40
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun maraqli idi ..

--------------------


so_sad

  • 18 yanvar 2013 13:40
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Silent_ Night

  • 18 yanvar 2013 13:39
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
tewekkurler tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}