Müharibə istəyirik?

 
Müharibə istəyirik?

Ziyafət Əsgərov: “Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını

istənilən yolla azad etməyə imkan verir və bu hüququ özümüzdə saxlayırıq”

“Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi

cəhdlərin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də

gözəl başa düşürlər ki, qondarma rejimin tanınması Ermənistanın

işğalçılığının hüquqi cəhətdən bir daha təsdiqi olacaq.

Ermənistan başa düşməlidir ki, bu siyasətin heç bir perspektivi yoxdur”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclis (MM)

sədrinin birinci müavini Ziyafət Əsgərov verib.

Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin dalana dirənməsi

barədə sualı cavablandıran Ziyafət Əsgərovun sözlərinə görə,

bu bir daha onu göstərir ki, Ermənistan beynəlxalq hüquqa meydan

oxumaqdadır: “Təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri

və digər beynəlxalq təşkilatlar da Ermənistana təzyiq artırmır.

Düzdür, çox vaxt onlar prosesin uzanmasından narahat olduqlarını deyirlər.

Amma maraqlıdır, onlara təzyiq göstərməkdə kim mane olur?

Narahatlıqlarını ifadə edirlər, amma ortada bir nəticə yoxdur.

Hesab edirəm ki, bundan sonra artıq Azərbaycanın bütün iqtisadiyyatı,

xüsusilə də sənaye sahəsi hərbi relslər üzərinə keçirilməlidir.

Bu istiqamətdə çox böyük işlər görülüb. Artıq Serj Sərkisyanın

və onun hakimiyyətin ərköyün siyasətinə dözməyə nə imkanımız,

nə də vaxtımız var. Azərbaycan bu günə kimi çox böyük hövsələ

nümayiş etdirdi. Dünya ictimaiyyəti də gördü ki, Azərbaycan sülh,

danışıqlar tərəfdarıdır. Ancaq beynəlxalq hüquq imkan verir ki,

Azərbaycan öz ərazisini istənilən şəkildə azad etsin.

Bu bizim hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq”.

MM sədrinin birinci müavini jurnalistlərin “müharibə olacağını

gözləmək olarmı” sualına cavabında “bunu yaxın günlərdə özünüz görəcəksiniz” deyib.


Geri dön

Sergio Ramos

  • 16 dekabr 2010 21:30
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
döyüş zamanı həmişə hücum edən tərəf çox itki verir
müharibə etsək hücum edən tərəf biz olacağıq və nəticədə çoxlu insanlar həlak olacaq

--------------------

L_SimuS

  • 16 dekabr 2010 21:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Azerbaycanin bawi ucun deyil muharibe..dovlet ozu de bilir...muharibe eliyen coxdan eliyerdi....bir de azerbaycan qarabagi qaytarmagin dabrosunu almiyib hele

Morning_Star

  • 16 dekabr 2010 21:12
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Azərbaycanı zəiflədər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}