20 Yanvar-Ümumxalq matəm günüdür!

 
20 Yanvar-Ümumxalq matəm günüdür!

Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 Yanvar-Ümumxalq matəm günüdür!

20 yanvar qurbanlarından

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə,bəzi məlumata görə,onun sayı 60 min nəfərə çatırdı,- "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar" ("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə,Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi.Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri,Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi.4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq,1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu,Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq,yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin,DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı.Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş,600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri,20-dən çox qadın, uşaq var idi.

20 Yanvar-Ümumxalq matəm günüdür!

Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular.İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər.Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü,700-dək insan yaralandı,800-dən çox adam qanunsuz həbs edildi.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı.Halbuki,Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki,Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...

"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur.100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub,o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.

20 Yanvar-Ümumxalq matəm günüdür!

Azərbaycan xalqına qarşı soyqırım

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların "millətçi ekstremistlər" adlandırdıqları bunlar idimi?
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:
"Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır"...

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000 km²-ədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

20 Yanvar-Ümumxalq matəm günüdür!

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.

Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır!


20 Yanvar-Ümumxalq matəm günüdür!




Geri dön

seva20

  • 12 fevral 2013 16:39
  • Məqalə: 322
  • Şərh: 3052
  • Bal:
ALLAH rehmet elesin AMİN COX ÜZÜLÜREM

so_sad

  • 10 fevral 2013 19:23
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır

.::Sestra Brata::.

  • 10 fevral 2013 16:37
  • Məqalə: 0
  • Şərh: 914
  • Bal:
{awards}
allah rehmet elesin yerleri nur ile dolsun

--------------------
http://imgs.su/tmp/2013-12-03/1386089473-511.jpg

dj_asqa.

  • 31 yanvar 2013 22:26
  • Məqalə: 5
  • Şərh: 1382
  • Bal:
{awards}
Allah butun sehidlerimize rehmet elesin! recourse

so_sad

  • 30 yanvar 2013 18:58
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
xebere gore twk

ZuZuM__

  • 30 yanvar 2013 16:50
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
Sitat: toyoto
Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.
Allah Butun sehidlerimize rehmet elesin ALLAH Qarbacova lenet elesin

wink

--------------------

Gozleyen melek

  • 27 yanvar 2013 19:17
  • Məqalə: 3
  • Şərh: 177
  • Bal:
{awards}
ALLAH REHMET ETSIN

--------------------
HERE is PaRaDiSe

come back

  • 24 yanvar 2013 11:40
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
Olen butun sehidlerimizi Allah rehmet elesin qebirlerin nurla doldursun Allah ermenilernin de cezasin versin Insallah tezlikle torpaqlarimiz alariq. sad recourse

Alone angel

  • 22 yanvar 2013 23:01
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
Allah butun sehidlerimize rehmet elesin...

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Nuray2012

  • 21 yanvar 2013 11:06
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Allah butun Wehidlerimize Rehmet elesin.

--------------------

seven_sevilmir

  • 20 yanvar 2013 21:53
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
layla şəhidlərim layla
Azərbaycan can deyir
Hünerinden ruhlanan
Genclerimiz qan deyir

--------------------
fb agent su mehdiyeva

leyluwka_20

  • 20 yanvar 2013 20:35
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
ALLAH butn wehidlerimize rehmet elesin...Qebirleri nurla dolsun...

--------------------

_My LoVe_

  • 20 yanvar 2013 20:32
  • Məqalə: 4
  • Şərh: 18
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

★Love Pearl★

  • 20 yanvar 2013 20:27
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.
Allah Butun sehidlerimize rehmet elesin ALLAH recourse Qarbacova lenet elesin angry

Gozellikperisi

  • 20 yanvar 2013 19:54
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
Allah qeni-qeni rehmet elesin.!....

--------------------
Bazen oyle Biri gelirki hayatina...Gidenlere tesekkur edersin ..

angeL :)

  • 20 yanvar 2013 19:37
  • Məqalə: 39
  • Şərh: 2187
  • Bal:
{awards}
ALLAH BUTUN SEHIDLERE REHMET ELESIN.YERLERI INSALLAH CENET OLSUN AMIN ALLAHIM

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

Ay Üzlü

  • 20 yanvar 2013 19:34
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Butun sehidlerimize rehmet dileyirəm

LOSS_PARADISE

  • 20 yanvar 2013 19:33
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
ALLAH REHMET ETSIN!!AMINN

★WirinKa★

  • 20 yanvar 2013 19:08
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
Allah butun sehidlerimize rehmet elesin..

--------------------

Prosta_Novuw

  • 20 yanvar 2013 18:58
  • Məqalə: 2
  • Şərh: 821
  • Bal:
{awards}
Allah butun sehidlerimize rehmet elesin.. Ailelerinede sebr versin....

--------------------
нәг агхамсά дапІшапІп воупuпда імzάм vаг ! ;)

Delya_91

  • 20 yanvar 2013 18:58
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah rehmet elesin,her il gedib yad etmeliyik

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

özlem.

  • 20 yanvar 2013 18:43
  • Məqalə: 0
  • Şərh: 645
  • Bal:
{awards}
ALLAH rehmet elesin((



Unutmadiq
Unutmuruq
Unutmayacaqiqda

Rozik

  • 20 yanvar 2013 17:56
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
[Allah rehmet elesin butun wehidlerimze ailelerine sebr versin . Amin,.]

angels friends

  • 20 yanvar 2013 17:40
  • Məqalə: 6
  • Şərh: 609
  • Bal:
{awards}
Unutmadiq
Unutmuruq
Unutmayacagiq

--------------------

unfaithful

  • 20 yanvar 2013 17:40
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
ALLAH Azərbaycan uğrunda canını fəda edən,heç vaxt unutulmayacaq şəhidlərimə rəhmət eləsin!Ruhları şad olsun!Məkanları cənnət olsun!İnanıram ki,Azərbaycan xalqı heç vaxt bu günü unutmayacaq və qanımız yerdə qalmayacaq...

--------------------

angels friends

  • 20 yanvar 2013 17:39
  • Məqalə: 6
  • Şərh: 609
  • Bal:
{awards}
Wehidleri hec vaxt
unutmamiwiq
unutmariq
unutmayacagiq

ALLAH REHMET ELESIN

--------------------

Jasmin E-va

  • 20 yanvar 2013 17:27
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
Allah rehmet ele recourse sin

susan test

  • 20 yanvar 2013 17:00
  • Məqalə: 3
  • Şərh: 432
  • Bal:
{awards}
ALLAH BUTUN SEHIDLERE REHMET ELESIN.YERLERI INSALLAH CENET OLSUN AMIN ALLAHIM

--------------------
dostlarimm

latin girl

  • 20 yanvar 2013 17:00
  • Məqalə: 1
  • Şərh: 88
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Əlimdən bir şey gəlmir artıq. Sən məni sevməyəndən sonra,nə edə bilərəmki??? : /

sevgi dushmeni

  • 20 yanvar 2013 16:39
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
qebrleri nurla dolsun onlar her zaman ureyimizdedir

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}