Yeni qanun kimlərin evlənməsinə əngəl olacaq?

 
Yeni qanun kimlərin evlənməsinə əngəl olacaq?


Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq "Gənc ailələrin sosial müdafiəsi haqqında" Qanun layihəsində gənclər üçün maraqlı məqamlar əks olunub. Qanunda gənc ailələr üçün güzəştli və faizsiz ipotekaların verilməsi, mənzil və torpaq sahəsi ilə təmin edilməsi ilə yanaşı, nikaha daxil olanlardan birinin işləməsi də qeyd olunur.Yəni işləməyənlərin nikaha girməsi çətinləşəcək.

Amma bu məsələyə münasibət heç də birmənalı deyil. Yeni təkliflər bəzi suallar yaradır. Öncəliklə bu gün ölkədə işsiz gənclərin sayı yetərincədir. Ali məktəbi bitirən şəxslərin işlə təmin olunmaması, özəl müəssisələrdə isə əmək müqaviləsinin bağlanmaması kimi problemlər mövcuddur.
Rəsmi rəqəmlərə görə, 2011-ci ildə Məşğulluq Xidmətləri 18800 nəfərə işsiz statusu verilib. 15-29 yaş arası gənclərin işsizliyin səviyyəsi 2011-ci ildə 7.1% təşkil edib.

Yeni qanun gənclərin ailə qurmasında əngəl kimi də qiymətləndirilə bilər. Düzdür, şərt kimi iki tərəfdən birinin işləməsi qeyd olunur. Amma azərbaycanlı kişilər isə özləri işləmədikləri təqdirdə qadınların işləməsinə heç də müsbət yanaşmır. Deməli, oğlan işləmirsə, ailənin qurulması sual altında olacaq.

Qanun həm də, qeyri-qanuni nikahların artmasına da səbəb ola bilər. Bu həm də insan hüquqlarının pozulması deməkdir. Çünki ailə qurmaq hər kəsin qanuni haqqıdır.
Milli Məclisin sosial siyasət komitəsinin üzvü Elmira Axundova həmkarlarının təklif etdiyi qanunun qəbulunu düzgün hesab etmir.

İş məsələsindən əvvəl sağlamlıq arayışı təqdim etmələrini həll etməliyik. İşləyib, işləməmək insanların öz hüququdur. Bəlkə, onları ailələri saxlayacaq, kömək edəcək. Düzdür, gənclərin işləməməsi, valideynləri hesabına yaşamaları düzgün deyil. Amma buna görə kimisə məcbur etmək olmaz. Bunu qanunun Sovet dövründə işləməyənlərin həbsə alınmasından heç bir fərqi yoxdur. Bu məsələ inandırıcı görünmür. Düşünürəm ki, nikaha girən şəxslərin tibbi müayinədən keçməsi daha önəmlidir. Digər məsələ isə ikinci dərəcəlidir”.

Hüquqşünas İradə Cavadova bu qanunun həm konstitusion, həm də digər qanunvericiliyə zidd olduğunu bildirdi:
İstənilən halda bu iki tərəfin razılığı əsasında həll olunmalıdır. Yeni qanun qeyri-qanuni və vətəndaş nikahlarının sayını artıracaq. Bu zaman boşanmaların statistikası aparılmayacaq. Bu ailələrdə dünyaya gələn uşaqlar qanuni sənəd ala bilməyəcək. Vərəsəlik, mülkiyyət bölgüləri kimi problemlərə yol açacaq”.

Hüquqşünasın sözlərinə görə, bu həm də rüşvət hallarının artmasına səbəb olacaq.
Bu gün gənclərin çoxu işsizdir. Bundan başqa gənclərin bir çoxu bazarlarda alverlə, tikintidə fəhləlik edir. Həmin şəxslərin isə iş yerindən sənəd ala bilmək imkanları yoxdur. O zaman isə gənclər dövlət qarşısında tələb irəli sürə bilərlər ki, ilk növbədə onları işlə təmin etsinlər.
Qanun həm də rüşvət hallarının artmasına səbəb olacaq. İşəgötürənlər bundan sui-istifadə edəcək. Qanunsuz sənəd düzəldənlərin, işçilərin sayı artacaq. Bu çox uğursuz təklifdir.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qanunun müsbət tərəflərindən danışdı:

Bu gün evliliyə daxil olanların iqtisadi imkanlarına diqqət etmirlər. Ona görə də yeni ailə quranlar uzun illər valideynlərin təsiri altında qalırlar. Bu baxımdan qanunu müsbət addım hesab etmək olar.
Qanunlar qəbul olunanda cəmiyyətin sosial problemləri öyrəndikdən sonra qəbul edilməlidir. İnsanların əksəriyyəti qanuni müqavilə bağlanmadan işləyir. Bu şəxslərin isə işləməsi ilə bağlı arayış təqdim edə bilməyəcək. Belə olan halda isə rüşvətlə sənəd düzəldənlərin sayı artacaq”.
M.Zeynalova hesab edir ki, yeni qanun qanunsuz evliliklərin artmasına səbəb olacaq.

Qanundan yayınan şəxslər qanuni nikah bağlamadan yaşayacaqlar. Tərəflər ayrılmaq istədikdə isə evlilik qanuni olmadığına görə kişilər məsuliyyətdən yayınacaq. Ona görə də, qanun hazırlananda bu məsələlər diqqətdə olmalıdır”.


Geri dön

so_sad

  • 1 fevral 2013 12:44
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
tewekkurler

solnuska

  • 20 yanvar 2013 22:06
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
TWK MELUMATA GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 20 yanvar 2013 17:24
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
tesekkurler

--------------------

barsa yek

  • 20 yanvar 2013 17:05
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
Ewitmiwdim bu xeberi.yaxwi eliyirler.twkler

--------------------

^^KuKuLKa^^

  • 20 yanvar 2013 16:29
  • Məqalə: 769
  • Şərh: 11374
  • Bal:
{awards}
“Qanundan yayınan şəxslər qanuni nikah bağlamadan yaşayacaqlar. Tərəflər ayrılmaq istədikdə isə evlilik qanuni olmadığına görə kişilər məsuliyyətdən yayınacaq. Ona görə də, qanun hazırlananda bu məsələlər diqqətdə olmalıdır”.

--------------------

Silent_ Night

  • 20 yanvar 2013 13:58
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
tewekkurler

--------------------

Prank girl

  • 20 yanvar 2013 12:54
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

S.N

  • 20 yanvar 2013 09:07
  • Məqalə: 15
  • Şərh: 1657
  • Bal:
{awards}
xebere gore twkler

мυsLiмαηκα

  • 20 yanvar 2013 00:33
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
cox sagolun..

B_L_A_T_N_O_Y

  • 19 yanvar 2013 20:14
  • Məqalə: 3
  • Şərh: 2910
  • Bal:
{awards}
“Qanundan yayınan şəxslər qanuni nikah bağlamadan yaşayacaqlar

Friendly_Girl

  • 19 yanvar 2013 20:07
  • Məqalə: 21
  • Şərh: 2989
  • Bal:
{awards}
cox sag olun....

--------------------

canim ablamin ilk hediyesi

katara_paris

  • 19 yanvar 2013 19:41
  • Məqalə: 0
  • Şərh: 416
  • Bal:
{awards}
cox sagolunnnnnnnnnnnnnnnnnnnnnn

--------------------
Ş+S+G

so_sad

  • 19 yanvar 2013 19:12
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
“Qanundan yayınan şəxslər qanuni nikah bağlamadan yaşayacaqlar. Tərəflər ayrılmaq istədikdə isə evlilik qanuni olmadığına görə kişilər məsuliyyətdən yayınacaq. Ona görə də, qanun hazırlananda bu məsələlər diqqətdə olmalıdır”

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 19 yanvar 2013 19:05
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
cox sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

✰Маша✰

  • 19 yanvar 2013 18:54
  • Məqalə: 43
  • Şərh: 2211
  • Bal:
{awards}
esitmisdim bu melumati

ღ★Diamond★ღ

  • 19 yanvar 2013 18:40
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
hm xebere gore saol

ZaLaToY PaReN

  • 19 yanvar 2013 18:03
  • Məqalə: 12
  • Şərh: 1320
  • Bal:
{awards}
Twk xebere gore...

_BiRiCiK_

  • 19 yanvar 2013 17:55
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
Hmm maraqlıdı))))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 12
Cəmi: 43

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}