Apple Tezliklə iPad Mini Planşetini Təqdim Edəcək

 
Apple Tezliklə iPad Mini Planşetini Təqdim Edəcək

Reuters resursu bu günlərdə belə bir xəbər yayıb ki, iPad planşetinin mini versiyası iPad Mini buraxılacaq. Agentliyin verdiyi məlumata görə, adi planşetdən təqribən iki dəfə kiçik olacaq bu qurğu arxa və ön tərəflərdə kamera ilə təchiz ediləcək və Apple FaceTime texnologiyasını dəstəkləyəcək.

iPad Mini iPad 2-dən Daha Təkmil Xüsusiyyətləri İlə Seçiləcək

Reuters bu məlumatı verərkən anonim bir mənbəyə istinad edib. İnternetdə gəzən şayiələrə görə, iPad Mini iPad 2 qurğusundan daha fərqli və üstün cəhətləri ilə seçiləcək.

Bundan əlavə, belə bir məlumat da verilib ki, iPad Mini daha yüngül və nazik olmaqla yanaşı, daha yüksək çözünürlüyə malik ekranla təchiz ediləcək.

iPad Mini Planşetinin Təqdimatı

Belə ehtimal edilir ki, artıq 2011-ci ilin yanvarında bu yeni məhsulun rəsmi təqdimatı baş tutacaq. Kütləvi satışa isə Mini iPad apreldə çıxarılacaq. Düzdür, təqdimat və satış tarixi arasında bu qədər fasilənin olması bir qədər inandırıcı deyil, hər halda bütün bu məlumatlar anonim və qeyri-rəsmi bir mənbənin yaydığl xəbərlərdən qaynaqlanır.


Geri dön

Ulya

  • 16 dekabr 2010 21:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
lap yaxsi wink

ForeveR

  • 16 dekabr 2010 16:16
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
thanks

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1138
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}