Yanında olanda belə darıxdığım SƏN

 
Yanında olanda belə darıxdığım SƏN

Sənin haqqında danışmağımı istəsəydilər.
Sənin haqqında danışmağı istəsəydilər bir ömür danışardım, amma yenədə bitməzdi.Sənin hər telini anlatmaq üçün bir ömür lazımdır.Suzmazdım bir dəqiqə səni anlatmaq üçün.Sıxardım bütün nəfəsimi, danışardım boğulana qədər.

Desəydilər yaz onu:
Yazardım ən gözəl şeirləri, bütün sevgi hekayələrini.Yazardım şairlərin şeirlərində həmişə yazmaq istədikləri o mələyi. Yazardım onu barmağlarım yox olana qədər, yazardım onu vərəqlər bitənə qədər, yazardım onu dənizlərə, okeyanlara.Yazardim onu, dağlara, buludlara. Yazardım onu dəlicəsinə sevən bu ürəyimə.Yazardım səni günəşə, heç kim silə bilməsin deyənə. Yazardım səni damarımda axan qanımla, qoy bilsinlər sən mənim qanımdasan.

Desəydilər şəklini çək onun:
Çəkərdim bir dünya şəkli, çünki o mənim dünyamdır.Sonra dünyanın bütün güllərini çəkərdim, deyərdim bax bütün bu güllərdə olan gözəllik ondadır, mənim gülümdə.Çekərdim mələklərin şəklini, deyərdim bax o bu mələklərdəndə gözəldir. Çəkərdim səni dünyada bütün rənglər bitənə dək, çünki bütün gözəlliklər səndə öz əksini tapır.Çəkərdim ulduzları, səndə onlar kimi parlaq və əl-çatmazsan.

Desəydilər kimdir O ?
O deyərdim, bəli bəli O, səhərlərə qədər məni onun haqqında düşünməyə vadar edən O.Bir əlimə günəşi, bir əlimədə ayı versələrdə yenədə ondan imtina edə bilməyəcəyim O. Qışın dondurucu soyuğunda məni günəş kimi isidən O. Bahar çiçəyi kimi ətir saçan, qışda yağan və bütün çirkinliklərin üzərini örtən o pak qardır O. Mənə dünyanın bütün gözəlliklərini göstərən O. Hər aldığım nəfəsdə, hər atdığım addımda, hər gülüşümdə, hər sevincimdə onun olduğunu anladığım O. Yanımda olanda belə darıxdığım SƏN...


Geri dön

come back

  • 24 yanvar 2013 10:55
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
Desəydilər yaz onu:
Yazardım ən gözəl şeirləri, bütün sevgi hekayələrini.Yazardım şairlərin şeirlərində həmişə yazmaq istədikləri o mələyi. Yazardım onu barmağlarım yox olana qədər, yazardım onu vərəqlər bitənə qədər, yazardım onu dənizlərə, okeyanlara.Yazardim onu, dağlara, buludlara. Yazardım onu dəlicəsinə sevən bu ürəyimə.Yazardım səni günəşə, heç kim silə bilməsin deyənə. Yazardım səni damarımda axan qanımla, qoy bilsinlər sən mənim qanımdasan.

cooooox gozel idi cox beyendim tesekkurler

solnuska

  • 20 yanvar 2013 22:11
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
MARAQLI IDI TWK............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 20 yanvar 2013 17:31
  • Məqalə: 282
  • Şərh: 21918
  • Bal:
{awards}
twk..................

--------------------

bayhan

  • 20 yanvar 2013 15:30
  • Məqalə: 2
  • Şərh: 620
  • Bal:
{awards}
twk......lerrrrrrrrrrrrrrrrrrrr

--------------------
Namaz Qilan Anami Gorunce,"Mənim Ucundə
Dua Et.!"-dedim... Anamim Cavabi ise Məni
utandirdi: RəBBiM Seni soruwsa Harda-di
dəyim?! — bağışladır.

Silent_ Night

  • 20 yanvar 2013 14:25
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}