Əllərini özlədim

 
Əllərini özlədim

38:75 Əllərini özlədim. Heç bir zaman heç bir kəsi özləmədiyim qədər. Özləməyin nə olduğunu anlayandan bəri Sənin əllərini özlədim və sadəcə onları özləyə biləcəyimi anladım. Sənin o şəfqətli, mərhəmətli, mənə sevgi ilə toxunan əllərini...
Bu Dünyada bir Səni, bir də Sənin əllərini özlədim. Cismimə toxunan, ona surət verən, məni var edən, mənə bir şəxsiyyət qazandıran, məni formalaşdıran əllərini...
Sənsiz mən də olmazdım. Əgər Səni tanımadan yaşasaydım həyatımın heç bir anlamı da olmazdı. Bu yaşamaq deyil, zaman israfı olardı. Bütün varlığımı sadəcə Sənə borcluyam. Sənin məni var edən əllərinə borcluyam.
Məni Sən var etdin. Varlığıma anlam qatdın. Özünü mənə tanıtdın, mənə sevdirdin. Səni sevdim, özlədim. Bir gün mütləq Sənə dönəcəyimə ümidlə yaşadım.
Sən məni var etdin. Dünyanı mənə, məni Dünyaya tanıtdın. Mən Səninlə tanındım. Mənə baxan Sənin şah əsərini gördü. Sən məni arzulayaraq, sevərək var etdin. Məni Öz əllərinlə yaratdın və sonra baxıb qürurlandın. Məni hər kəsdən üstün bildin, hər kəsi və hər şeyi bir tək mənim üçün xəlq etdin. Mənə çox dəyər verdin. Hər kəsdən çox məni sevdin. Bu sevgini sübut etmək üçün hər kəsi, bütün məxluqatı mənə itaətə dəvət etdin. Məni elə bir məqama qaldırdın ki, orda enincə qürurum qırılır, ordan enincə acizləşir, səfilləşirəm.
Məni əllərinlə var etdin. Və sadəcə məni əllərinlə yaratmışdın. Sadəcə mənə dəyər verib toxunmuşdun: ruhuma, cismimə, hisslərimə... Mənə hər kəsdən yaxınsan; şah damarımdan belə.
Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram. Bir Səni itirməyə hazır deyiləm. Çünki Səni SEVİRƏM. Sənin məni sevdiyin qədər olmasa da sevə bildiyim qədər sevirəm.
Səni özlədim. Ayrılığımız çoxmu oldu, azmı oldu, bilmirəm. Amma artıq Sənin üçün çox darıxıram...

15:29
- Ruhunu özlədim. İçimdə daşıdığım əmanət olan Ruhunu. Məni var edən O müqəddəs Ruhdur. Səndən bir parça olmadığını bilsəm belə, Sənə aid olduğunu da bilirəm. Onu mənə əmanət vermisən, geri də onu alacaqsan. Ruhsuz cəsədimə əlinlə toxunmuşdun, ruhunla can verdin. Mənə həyat verən, yaşadan içimdə daşıdığım o ruhundur. O məni tərk edib gedərsə mən yaşaya bilmərəm. Amma dönüşünün Sənə olacağını bildiyim üçün də üsyan etmərəm. Ruhum məni tərk etdiyi an sənə dönəcək...
Onunla bərabər mən də dönəcəm. Bəlkə yenidən mənə toxunacaqsan. Bəlkə yenidən üzümə sığal çəkəcəksən. Bəlkə üzümə gülümsəyib, sevgi ilə baxacaqsan...
Bəlkə də heç üzümə baxmayıb, mənimlə danışmayacaqsan. Mənə əmanət verdiyin ruhu kirlətdiyim üçün mənimlə danışmayıb, məni təmizləməyəcəksən. Bilmirəm, bunu heç düşünmək də istəmirəm. Səni sevirəm. Sənsizliyə də dözə bilmirəm. Bəzən gecələr yastığıma axıtdığım göz yaşları ilə "apar məni, al ruhumu yanına" deyirəm. Al məni yanına. Yanında olmaq istəyirəm. Bütün sevdiklərinin olduğu yerdə mənə də bir yer ayır. Səninlə, Sənin sevdiklərinlə olum...

2:156 - Dönüşüm mütləq Sənədir. Bütün ruhumla səni özlədim. Sənə dönəcəyim günü özlədim. Məni o zaman da sevərsənmi, bilmirəm. Mən Səni sevirəm. Sənin layiq olduğun qədər olmasa da sevirəm. Sevə bildiyim, sevgini anladığım qədər sevirəm. Bəzən razı salmıram Səni, onu da bilirəm. Amma nə olar məni tərk etmə, məni Sənsiz buraxma. Sənə dönməyi o qədər çox istəyirəm ki, bəzən burda həddindən artıq çox qaldığımı düşünürəm.
Doğrudur, Sənsiz deyiləm. Sən hər zaman, hər yerdə mənimləsən. Səni görməsəm də məni gördüyünü, qoruduğunu, sevdiyini bilirəm. Hər zaman, hər yerdə Sənin varlığını hiss edirəm. Yanlışım olan zaman düzəltməyim üçün imkan yaratdığını, xəbərdarlıq etdiyini də bilirəm. Sevən sevdiyini tək buraxmaz, Sən də məni heç bir zaman tək buraxmadın. Məni mənim ixtiyarıma vermədin. Hər zaman və hər yerdə mənimlə oldun. Varlığını mənə hiss etdirdin.Sənə bir can deyil, bür ömür borcluyam.


Geri dön

B_L_A_T_N_O_Y

  • 2 fevral 2013 23:58
  • Məqalə: 3
  • Şərh: 2910
  • Bal:
Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram. Bir Səni itirməyə hazır deyiləm. Çünki Səni SEVİRƏM.

come back

  • 24 yanvar 2013 11:52
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
_BiRiCiK_,

Çox qəşəngdi sağol)))

Shokoladka

  • 22 yanvar 2013 07:43
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Mende ozledim nolsunki? :((

--------------------


Silent_ Night

  • 21 yanvar 2013 13:39
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
tewekkurler

--------------------

leyluwka_20

  • 20 yanvar 2013 22:55
  • Məqalə: 12
  • Şərh: 5782
  • Bal:
{awards}
Ruhunu özlədim. İçimdə daşıdığım əmanət olan Ruhunu. Məni var edən O müqəddəs Ruhdur. Səndən bir parça olmadığını bilsəm belə, Sənə aid olduğunu da bilirəm. Onu mənə əmanət vermisən, geri də onu alacaqsan. Ruhsuz cəsədimə əlinlə toxunmuşdun, ruhunla can verdin. Mənə həyat verən, yaşadan içimdə daşıdığım o ruhundur. O məni tərk edib gedərsə mən yaşaya bilmərəm. Amma dönüşünün Sənə olacağını bildiyim üçün də üsyan etmərəm. Ruhum məni tərk etdiyi an sənə dönəcək...

--------------------

solnuska

  • 20 yanvar 2013 21:36
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Doğrudur, Sənsiz deyiləm. Sən hər zaman, hər yerdə mənimləsən. Səni görməsəm də məni gördüyünü, qoruduğunu, sevdiyini bilirəm. Hər zaman, hər yerdə Sənin varlığını hiss edirəm. Yanlışım olan zaman düzəltməyim üçün imkan yaratdığını, xəbərdarlıq etdiyini də bilirəm. Sevən sevdiyini tək buraxmaz, Sən də məni heç bir zaman tək buraxmadın. Məni mənim ixtiyarıma vermədin. Hər zaman və hər yerdə mənimlə oldun. Varlığını mənə hiss etdirdin.Sənə bir can deyil, bür ömür borcluyam.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

B_L_A_T_N_O_Y

  • 20 yanvar 2013 20:32
  • Məqalə: 3
  • Şərh: 2910
  • Bal:
{awards}
Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram. Bir Səni itirməyə hazır deyiləm. Çünki Səni SEVİRƏM. Sənin məni sevdiyin qədər olmasa da sevə bildiyim qədər sevirəm.
Səni özlədim. Ayrılığımız çoxmu oldu, azmı oldu, bilmirəm. Amma artıq Sənin üçün çox darıxıram...

classic_guiter_girl

  • 20 yanvar 2013 20:22
  • Məqalə: 37
  • Şərh: 5440
  • Bal:
{awards}
tewekkurlerr((

мυsLiмαηκα

  • 20 yanvar 2013 20:13
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
mende sendiyimi ozledim love love love

sevgi dushmeni

  • 20 yanvar 2013 19:43
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
mende ozledim sevdiyimi ((((

--------------------

GuNaY_83

  • 20 yanvar 2013 19:41
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram. Bir Səni itirməyə hazır deyiləm. Çünki Səni SEVİRƏM.

--------------------

TAYNA VOSTOKA

  • 20 yanvar 2013 19:16
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Heç bir zaman heç bir kəsi özləmədiyim qədər.

--------------------

Delya_91

  • 20 yanvar 2013 19:10
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
bir sozle ozledim(

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Friendly_Girl

  • 20 yanvar 2013 19:07
  • Məqalə: 21
  • Şərh: 2989
  • Bal:
{awards}
Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram




--------------------

canim ablamin ilk hediyesi

ღ★Diamond★ღ

  • 20 yanvar 2013 18:59
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram

✰Маша✰

  • 20 yanvar 2013 18:59
  • Məqalə: 43
  • Şərh: 2211
  • Bal:
{awards}
Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram. Bir Səni itirməyə hazır deyiləm. Çünki Səni SEVİRƏM. Sənin məni sevdiyin qədər olmasa da sevə bildiyim qədər sevirəm.
Səni özlədim. Ayrılığımız çoxmu oldu, azmı oldu, bilmirəm. Amma artıq Sənin üçün çox darıxıram...

_BiRiCiK_

  • 20 yanvar 2013 18:40
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
Çox qəşəngdi sağol)))

--------------------

so_sad

  • 20 yanvar 2013 18:26
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teşekkürler

Ku-ku

  • 20 yanvar 2013 18:19
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
recourse bende birini cooooooooook ozledim recourse

--------------------

Prosta_Novuw

  • 20 yanvar 2013 18:10
  • Məqalə: 2
  • Şərh: 821
  • Bal:
{awards}
"apar məni, al ruhumu yanına"

--------------------
нәг агхамсά дапІшапІп воупuпда імzάм vаг ! ;)

ZuZuM__

  • 20 yanvar 2013 18:01
  • Məqalə: 430
  • Şərh: 6748
  • Bal:
{awards}
esi sevgi bosh sheydii

--------------------

barsa yek

  • 20 yanvar 2013 18:00
  • Məqalə: 28
  • Şərh: 2725
  • Bal:
{awards}
Twkler oxumadim...

--------------------

S.N

  • 20 yanvar 2013 17:48
  • Məqalə: 15
  • Şərh: 1657
  • Bal:
{awards}
Doğrudur, Sənsiz deyiləm. Sən hər zaman, hər yerdə mənimləsən. Səni görməsəm də məni gördüyünü, qoruduğunu, sevdiyini bilirəm. Hər zaman, hər yerdə Sənin varlığını hiss edirəm. Yanlışım olan zaman düzəltməyim üçün imkan yaratdığını, xəbərdarlıq etdiyini də bilirəm. Sevən sevdiyini tək buraxmaz, Sən də məni heç bir zaman tək buraxmadın. Məni mənim ixtiyarıma vermədin. Hər zaman və hər yerdə mənimlə oldun. Varlığını mənə hiss etdirdin.Sənə bir can deyil, bür ömür borcluyam.



meqaleye gore twkler

Gun--ka

  • 20 yanvar 2013 17:46
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
Hər nəfəs aldığımda Səni özləyirəm. Sənsizliyi heç bir zaman yaşatma mənə. Hər şeyimi; Dünyamı, həyatımı, əlimi, ayağımı, dilimi, dodağımı, nəfsimi, arzularımı, var olmağımı, olanlarımı... itirməyə hazıram. Bir Səni itirməyə hazır deyiləm. Çünki Səni SEVİRƏM. Sənin məni sevdiyin qədər olmasa da sevə bildiyim qədər sevirəm.
Səni özlədim. Ayrılığımız çoxmu oldu, azmı oldu, bilmirəm. Amma artıq Sənin üçün çox darıxıram...

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

bayhan

  • 20 yanvar 2013 17:46
  • Məqalə: 2
  • Şərh: 620
  • Bal:
{awards}
superrrrrrrrrr

--------------------
Namaz Qilan Anami Gorunce,"Mənim Ucundə
Dua Et.!"-dedim... Anamim Cavabi ise Məni
utandirdi: RəBBiM Seni soruwsa Harda-di
dəyim?! — bağışladır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 41
Cəmi: 72

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 584
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}