
Toplandıq Azadlıq meydanına biz,
Bir idi arzumuz, diləklərimiz,
Azadlıq eşqiylə vuran qəlbimiz-
Düşmən gülləsindən boyandı qana,
O gecə dağ çəkdi Azərbaycana!
Titrədi divarı,daşı Bakının,
Qan tökdü gözünün yaşı Bakının,
Əyildi əyilməz başı Bakının-
O gecə verilən min-min qurbana,
O gecə ağlayan Azərbaycana!
Bacılar bulud tək doldu o gecə,
Gəlinlər çiçək tək soldu o gecə,
Ağarmış saçını yolub o gecə-
Ağılar söylədi yüzlərlə ana,
Kədər üz vermişdi Azərbaycana!
İyirmi yanvarın acı kədəri,
Qəlblərə yaradır o gündən bəri.
Al qana boyanmış qərənfilləri-
Ağlaya-ağlaya düzdük hər yana,
Matəm saxlayaraq Azərbaycana!
Qalxıb düşmən ilə birgə savaşa,
Zəncir tək bağlandı qardaş qardaşa.
Yaşa mətin xalqım hər zaman yaşa!
Səsimiz yayılsın bütün cahana,
Heç kəs bata bilməz Azərbaycana!
Bir idi arzumuz, diləklərimiz,
Azadlıq eşqiylə vuran qəlbimiz-
Düşmən gülləsindən boyandı qana,
O gecə dağ çəkdi Azərbaycana!
Titrədi divarı,daşı Bakının,
Qan tökdü gözünün yaşı Bakının,
Əyildi əyilməz başı Bakının-
O gecə verilən min-min qurbana,
O gecə ağlayan Azərbaycana!
Bacılar bulud tək doldu o gecə,
Gəlinlər çiçək tək soldu o gecə,
Ağarmış saçını yolub o gecə-
Ağılar söylədi yüzlərlə ana,
Kədər üz vermişdi Azərbaycana!
İyirmi yanvarın acı kədəri,
Qəlblərə yaradır o gündən bəri.
Al qana boyanmış qərənfilləri-
Ağlaya-ağlaya düzdük hər yana,
Matəm saxlayaraq Azərbaycana!
Qalxıb düşmən ilə birgə savaşa,
Zəncir tək bağlandı qardaş qardaşa.
Yaşa mətin xalqım hər zaman yaşa!
Səsimiz yayılsın bütün cahana,
Heç kəs bata bilməz Azərbaycana!