Aşura

 
Aşura

Bu gün Aşuradır. İmam Hüseynin (s) Kərbəla çölündə din,

haqq, şərəf və ümmətin gələcəyi uğrunda döyüşə çıxdığı dönəmdən

bəri keçən əsrlər ərzində mənəviyyat yolunda gedən insanların

hər il andıqları, şəhidlik zirvəsinin ən uca məqamına çataraq

cəmi şəhidlərin pasibanı, cənnət yolçularının sərvəri

olan İmam Hüseyni (s) ürəklərində yaşatdıqları bir məqamdır.

Üçrəngli Aşura – qara, yaşıl, qırmızı…

Bu gün andığımız, bir daha yada salaraq hisslərimizə etiqadımıza

güc verdiyimiz məqam Aşura faciəsinin xatirəsidir.

O faciənin ki, çox ağır və kədərli olmuşdu.

Hətta südəmər körpələrə belə rəhm olunmayan bu faciədən

insan olan kəsin ürəyi qəmlə, qüssəylə dolmaya bilmir.

Kəsilmiş başların əzizləri qarşısında, ailə-uşaqlarının gözü

qabağında nizələrə taxılması, cansız cəsədlərin çapılıb-talanması,

susuz uşaqların qamçı zərbələrilə “kiridilməsi”,

qız və gəlinlərin əsir halında şəhər-şəhər gəzdirilməsi…

Bütün bunlar Aşuranın qara rəngidir.

Kərbəla çölünün Aşura şəhidlərinə digər məqamdan baxanda

həmin insanlardakı möhtəşəm mənəvi və irfani hissləri,

Allah iradəsinə və sözünə təslim olaraq haqq yolu ilə getmələrini görürük.

Məhz həmin yol, həmin hiss və etiqad Kərbəla səhrasının sarı qumlarını

Allaha eşq və məhəbbətdən yaranan yaşıl vadiyə döndərir.

Çünki həyatının son anları yaxınlaşdıqca qəvi düşmənlə döyüşdə

daha da ruhlanan, simalarında fərəh və bəxtəvərlik əlamətləri

aşkar sezilən hər şəhid öz irfani məşuqu qarşısında şərəfli imtahan verir.

O imtahan səhranı da yaşıla boyayır və Aşuranın ikinci rəngini də yaşıl edir.

Aşura həm də mücadilə, döyüş, mübarizə, qəhrəmanlıq və azadlıq rəmzidir.

Kərbəla çölündə döyüşən insanlar şərəf, irz, namus, etiqad və

haqq uğrunda şəhadətə qovuşdular. O mübariz insanlar məzlumluq və

zəiflikdən çox uzaq, mübariz və qətiyyətli, haqsızlıqla barışmaz,

həqiqət və nur aşiqi olan kəslərdi.

Aşura vaqesi nə qədər qanlı-qadalı olsa da, irfana və


haqqa bir o qədər aşiqanəlikdir, zülm və şər qarşısında əyilməzlikdir.

Ona görə Aşuranın üçüncü rəngi qırmızıdır.

Kərbəla şəhidləri arasında azərbaycanlı da olubmu?

Kərbəla səhrasında İmam Hüseynlə (ə) birlikdə, çiyin-çiyinə vuruşub şəhid

olmuş 72 nəfərlik dəstə qayət ilginc cəhətləri ilə seçilir.

Həmin dəstədə azyaşlı uşaq və 70 yaşlı qoca, tuncbiləkli döyüşçü

və təkayaqlı əlil, qəbilə şeyxi və qul yanaşı döyüşüb.

Onlar həm də ayrı-ayrı millətlərdəndilər. Şəhidlər Ərəbistan,

Yəmən, İraq və başqa ölkələrdən toparlanıb bir araya gələn,

əksəriyyəti ərəblər olsa da, aralarında fars, türk

və həbəşlərin yer aldığı cənnət yolçuları idi.

Fars Nəsrlə qaradərili həbəş Covn milli fərqləri unudaraq haqq

və ülvi həqiqət uğrunda mübarizədə canlarını fəda etdilər.

Təbii ki, belə müstəsna və misilsiz bir qəhrəmanlıq barədə çox yazılıb,

deyilib və bəhs olunub. Dahi Azərbaycan şairi Məhəmməd

Füzuli də "Hədiqətüs-süəda" əsərində Kərbəla faciəsindən yazıb.

Dünyanın yarandığı gün

Məhərrəm ayının onuncu günü Aşuradır. Müqəddəs Qurani-Kərimə görə,

bu gün Allah yeri, göyü, mələkləri, ilk insan olan Adəmi xəlq edib.

Məşhər, yəni Qiyamət günü də məhz aşura günü olasıdır.

Aşura günü oruc tutmaq da halal bilinir. Nədən ki, Hz.Məhəmməd

(s.ə.s) Məkkədən Mədinəyə hicrət edəndən sonra

bu gün oruc saxlanmasınnı buyurmuşdu.

Aşura gününün başqa özəllikləri və məziyyətləri də var.

Belə ki, məhz bu gün Allah on peyğəmbərə on mərifət bəxş edib,

Nuh peyğəmbərin (s) gəmisi Cudi dağına yan alıb, İbrahim

peyğəmbər (s) doğulub, İsa və İdris peyğəmbərlər (s)

səmaya merac ediblər, İbrahim peyğəmbər (s) bütpərəstlərin

odundan xilas olub, Musa peyğəmbər (s) və

onun ardıcılları fironun təqiblərindəən qurtulublar.

Aşuranın fərzləri

Allah-Təalanın həram ay buyurduğu Məhərrəmin 10-cu günü olan

Aşuranın cəmi müsəlmanlar üçün böyük halal və

fərz olan məziyyətləri çoxdur. Belə ki, Aşura günü hər

hansı xəstəyə baş çəkən insan Adəmin bütün övladlarına baş çəkmiş sayılır.

Aşura günü susuz insana su verənin günahlarının tam əksəriyyəti - təbii ki,

o günahlar arasında Şəriətin qayət haram və

qadağan etdiyi əməllər yoxdursa - bağışlanır.

Aşura günü qüsl edəni Allah bir çox mərəzlər və xəstəliklərdən qoruyar.

Bu gün qohum-əqrabanı ziyarət etmək halal və sünnət əməl sayılır.

Aşurada küsülülər barışmalıdır. Hədisi-Şərifdə

buyurulur: "Aşura günü sədəqə verən Uhud dağı qədər savaba qovuşar".

Bu gün evə azacıq da olsa, ərzaq alınarsa, bir il boyunca evdə bərəkət olar.

Aşura günü ən azı on müsəlmana salam

və ya bir müsəlmana on salam verilər.

Aşura namazı

Aşura günü 4 rükət namaz qılmaq savabdır.

Hər rükətdə "Əl Fatihə" surəsi 1, "Əl İhlas" isə 50 dəfə oxunmalıdır.

Yəni namazda tam olaraq 4 dəfə "Əl Fatihə", 200 dəfə "Əl İhlas" oxunmalıdır.

Şəriət buyurur ki, mömin müsəlman belə namazı qılarsa,

Allah onun 50 illik günahından keçər və

cənnətdə belə adam üçün nurdan saray yaradar.

Aşuradan əvvəlki gecəni ibadətdə keçirən, Aşura səhərini isə

orucda qarşılayan insan ölümqabağı canvermə əzablarından qurtular
.
Və gərçi hər hansı müsəlman ondan maddi baxımdan asılı

insana səxavət göstərərsə, Allah ilboyu həmin insandan səxavətini əsirgəməz.

Unutmayın ki, Aşura günü hətta vəhşi heyvanlar da bol yemirlər.

Aşura duası

Bu gün Aşura duası oxumanız fərzdir.

Dua belədir: "Sübhənallahi miləl miizani və

mintəəhəl ilmi və məblətaridaa və zinətəl ərş".

Aşura - zillətə boyun əyməmək məktəbi

Bu gün Aşuradır.


İmam Hüseynin (ə), Əbülfəzl Abbasın yanğılı hekayəsi, Əli Əsgər

və Əli Əkbərin susuzluqdan cadar olaraq çatlamış dodaqları,

Səkinə və Ruqqəyyənin qanlı göz yaşları, Zeynəbin canından

artıq sevdiyi qardaşından ayrılıq məqamı...

və Yezidin, Şimrin, İbn Ziyadın, Ömər Sədin lənətləndiyi gün.

Bu gün Əhli-Beyt (ə) davamçılarına əvəzsiz ərməğan və

yaddan çıxmayan bir dərs, ötənləri xatirələrdə saxlayaraq gələcək

nəslə İmam Hüseyn (ə) məktəbini və əxlaqını aşılamaq,

zillətə boyun əyməmək, məzlumun haqqını tələb etmək,

insanlara səbr və təqva məktəbi olan bir gündür.

Aşura qiaymətə qədər İmam Hüseyn (ə) yanğısı günüdür...


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:26
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

--------------------

_RONALDO_

  • 10 aprel 2011 16:21
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Ucube_cocuk

  • 10 yanvar 2011 01:34
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
allah rəhmət eləsin

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

esmanur90

  • 17 dekabr 2010 12:23
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Allah bu gunden Qiyamete qeder yezide lenet etsin.

Ulya

  • 16 dekabr 2010 22:47
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
♥Princess♥,
Allahh rehmet elsin baciw recourse

wolf təbriz

  • 16 dekabr 2010 19:54
  • Məqalə: 1
  • Şərh: 8
  • Bal:
{awards}
səlam lar.bügün təbrizdə azerbaycanin başabaşina tay mərasim tutuldi.

السلام عليك يا امام الحسين

--------------------
yaşasin azerbaycan

ölüm olsun irana

azerbaycan yurdumuz........traxtor boz qurdumuz

iran türkləri 35 milyon li gücli insan arzısi böyük turan

Just For Legend

  • 16 dekabr 2010 19:19
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}