“McDonalds” sağlamlığınıza ziyandır!

 
“McDonalds” sağlamlığınıza ziyandır!

1970-ci ildə amerikalılar bu yeməyə 6 milyard dollar bir ildə xərclədilər, 2001-ci ildə isə 110 milyarddan çox. Bu, yüksək təhsildən, kompüterlərdən, avtomobillərdən çoxdur. Kitablardan, filmlərdən, jurnallardan, qəzetlərdən, video və musiqidən gələn ümumi gəlirdən daha çox.

Hər gün, dünən və bu gün amerikalı 4 yetkin insan fastfudda nahar edir. Fastfuddan heç bir yana qaçmaq olmur, fərq etmir ki, sən orada gündə 2 dəfə yeyirsən və ya ümumiyyətlə, heç zaman hamburger dişləməmisən.

“Makdonaldz” bu gün ildə 90% yeni iş yerlərinə cavab verir. Hər il kompaniya miliyon insanı icarəyə götürür. Lakin ən böyük işverən kompaniya ən aşağı məvacibdir. İmmiqrantlarda isə daha betərdir.

Orta amerikalı hər həftə 3 hamburger və 4 porsiya kartof yeyir.

Hər 8-ci amerkalı nə vaxtsa “Makdonaldz”da işləyib.

“Makdonaldz” kartof, donuz və mal ətindən ABŞ-dakı hər kəsdən daha çox işlədir, toyuq isə yalnız “Kentukki frayed çiken”dən nisbətən azdır.

“Makdonaldz” reklamlarına dünyadakı bütün markalardan daha artıq xərc çəkilir.

“Makdonaldz” üçün xüsusi olaraq “Mister MD” adlanan iridöşlü toyuq törədilib. Ağ döş ətindən məhşur “Çiken Maknaqets” hazırlanır. Bu, bütün toyuq sənayesini dəyişdirdi. Toyuqları 20 il öncəki kimi tam halda deyil də hissələrə bölərək satmağa başladılar.

“Makdonaldz”ın qızıl tağları (işarəsində olanlar) psixoloq Luis Çeskinin fikrincə, freydist işarədir. Bu, Makdonaldz anacığının “bir cüt böyük döşləri”dir.

96% məktəb yaşına çatmamış amerikalı uşaqlar Ronald Makdonaldzın kloununu dərhal tanıyırlar. Bundan daha artıq məhşurluq yalnız Santa Klausa aiddir.

Hamburgerlər konveyerə düşən zamanda amerikalılar Şərqi Kaliforniyanın görünüşünü yollar şəbəkəsi ilə dəyişdirərək Qərbdə avtomobillərlə məskən salırdılar. 1940-ci ildə Los-Anclesdə milyon maşın vardı: 41 ştatdakından daha artıq. Məhz ilk dəfə Kaliforniyada ilk motel və fastfudun atası olan “drayv-in” adlı yolkənarı restoran açıldı. Sürücüləri işıqlı neon lampalar və “karhops” adlanan (sifarişi götürərək birbaşa maşına gətirən yol ofisiantları) qısa yubkalı qızlar tovladırdı.

50-ci illərdə “drayv-in”lər dəhşətli dərəcədə məhşur idi. Onlarla bərabər hətta “Ailəvi maşında dua et” adlı kilsələr də çıxmışdı.

Böyük depressiya zamanı Hollivudda iş tapmaq üçün Kaliforniyaya Riçard və Moris Makdonaldz qardaşları gəldi. Studiyalarda dekorasiyalar hazırlamaqla onlar bir az pul qənaət etdilər və kinoteatr açdılar. Kinoteatr onlara uğur gətirmədi və qardaşlar dəbdə olan biznesə müraciət etməyə qərar verdilər. Onların “Makdonald brazers byürqer bar drayv-in” ilə hotdoqları daha qazanclı oldu.

40-ci illərdə qardaşları tez-tez iş yerlərini dəyişən ofisiantlar, yaxşı aşbaz axtarışları və alıcı yeniyetmələr tərəfindən qırılan boşqablardan almaq çox bezdirdi. Alıcı yeniyetmələrin özləri belə onları bezdirmişdi.

Makdonalzlar dükanlarını 3 ay bağladıqdan sonra yenidən açdılar. Lakin hər şey başqa cür idi. Böyük qrillər yerləşdirib, menyudan bir neçə şey çıxardaraq orada yalnız çəngəlsiz və bıçaqsız yeyilə biləcək yeməkləri saxladırlar. Çini qabları isə kağızla əvəz etdilər.

İlk dəfə mətbəxdə konveyerləşdirmə üsulundan istifadə etdilər: bir işçi kotletləri bişirirdi, digəri isə onları bulkalara yerləşdirirdi. İndi bütün hamburqerlər yalnız bir içliklə hazırlanırdı: ketçup, soğan, xardal, iki turşuya qoyulmuş xiyar. Reklam şüarında belə deyilir: “Təsəvvür edin ki, heç bir ofisiant, heç bir qabyuyan, heç bir sürücü yoxdur. Özünəxidmət!”

Əvəzində hamburgerlərin qiyməti iki dəfə ucuzlaşdırıldı və alıcı əlindən dinclik yox idi.

Qardaşlar işə cavan oğlanları götürməyə başladılar, düşünərək ki, cavan qızlar zəhlələri getdiyi yeniyetmələri cəlb edirlər. Təxmin düzgün çıxdı. Növbələr artdı və bir müddət sonra qəzetlərdə yazılmağa başladı: “Axırı ki, işləyən ailələr öz uşaqlarını restoranda yedizdirə bilərlər”. Qeyri-professional Riçardın özü kafenin dizaynını hazırladı. Uzaqdan yaxşı görünməsi üçün restoranın üstündə neon lampalarla işıqlandırılmış iki böyük tağlar (arka) yerləşdirdi. Bu yolla bizim dövrün yeni bir nişanı meydana çıxdı.

Rəqiblərin ağzı açıq qalmışdı. Bir müddət sonra ölkədə “Bizim restoran “Makdonaldz” kimidir” yazısıyla obyektlər açılmağa başladı. İdeya bir dükançıdan digərinə keçirdi. Bütün bu kafelərdə hazırki fastfud nəhəngləri yarandı. “Makdonaldzlar” isə 1960-cı ildə 250-dən artaraq 1973-cü ildə 3000 oldular.

Şəbəkələr ilə bütün Amerikanı əhatə etməsində bacarıqlı biznesmen Rek Krokun köməyi oldu. Əvvəllər caz-musiqiçi olan Krok sonradan boş-boş şeylər satmağa başlamışdı.

“Makdonaldz” restoranlarına nəzər yetirən Krok anladı ki, bunlarla bütün dünyanı fəth edə bilər.

Makdonaldz qardaşları çox təkəbbürlü deyildilər. İldə yüz min gəlir götürürdülər, böyük evləri və 3 kadillakları vardı, və heç səyahət etməyi sevmirdilər. Bu səbəbdən də onlar Krokun istəyən hər kəsin yeni kafe açmaq təklifinə razılıq verdilər.

İlk öncələr “Makdonaldz” açmaq 950 dollar idi. Bu gün isə 500 000. Krok isə “Makdonaldz korporeyşn”ın təsisçisi oldu.

Uşaqları qidalandırmaq və uşaqlarla qidalanmaq.

Makdonaldz qardaşları bütün işləri ailələrə istinad edirdi. Krok bir az da irəli gedərək malı uşaqlara satmağı öyrəndi. Biznesdən öncə bütün şəhəri “Çessne”sində gəzərək məktəblərin harada olduğunu öyrəndi.

70-ci illərin ortaları Amerika “beybi-bum”un qızğın çağlarında idi, lakin bununla belə, Makdonaldz ailələr üçün hələ də təmiz və rahat istirahət yeri olaraq qalırdı. Amma hər bir uşaq özüylə nəinki iki valideynini, həmçinin də nənəsi və babasını da gətirə bilirdi. Krok isə yemək sənayesində deyil də şou-biznesdə işlədiyini təkrar etməyi sevirdi.

Rəngli təpəciklər, şarlı hovuzlar, kloun Ronald (60-cı illərdə teleproqram vasitəsilə çıxmışdı) və parlaq bağlamadakı yeməklər uşaqları valeh edirdi.

ABŞ-da hazırda “Makdonaldzların” 8000, “Byurqer Kinqlərin” isə 2000 oyun meydançaları var. “Meydançalar uşaq, uşaqlar valideyin, valideyinlər isə pul gətirirdilər”. Hər ay bura Amerikanın 90% nəsli gəlir. Meydançalardan və kloundan başqa onları “Həppi Mil” (Xoşbəxt yemək) adlı yeməyə daxil olan hamburger və kola ilə birgə verilən oyuncaqlar da cəlb edirdi. Oyuncaqlar isə seriya ilə hər bir yeni çıxan cizgi filmi və ya filmdən sonra buraxılır, onları kolleksiyaya yığmaq istəyirsən… “Bini beybi”nin yumşaq oyuncaqları 1997-ci ildə 10 gün ərzində 100 milyon ədəd satıldı.

Nəticədə müasir uşaq hamburger yeyir və 30 il öncə ilə müqayisədə həmişəkindən 3 dəfə artıq kola içir. Amerikada kolanı hətta 2 yaşlı körpələr belə içir. (Bu gün Krokun taktikasını bir çox kompaniyalar istifadə edir və anlayırlar ki, uşaqlar uğurlu alıcı təbəqəsi sayılır, hansı ki, məşğul valideyinlər vicdan əzabı ilə dolu daha çox pul xərcləyirlər.)

Böyük hesabla, bütün fastfud sənayesi uşaqlar üzərinə hesablanıb. Bu isə, eyni anda uşaqları qidalandıraraq uşaqlarla qidalanmaqdır: bu kafelərdə əsas işçi gücü isə yuxarı sinif şagirdləridir.

Hər üç işçidən ikisinin 20 yaşı yoxdur. Onlar sadə işlər görərək çox aşağı məvacibə işləyirlər. 1958-ci ildə “Makdonaldz”da yeməyin hazırlanmasına və müştərilərlə davranışa aid 75 səhifəlik ilk təlimat kitabı çıxdı. Bu gün həmin kitab 750 səhifədir və onu “Makdonaldzın incili” adlandırırlar.

Fastfudda işçi axını 400%-ə qədərdir. Adi işçi kafedən 4 ay sonra gedir. İşçilər arasında kasıb ailələrdən yeniyetmələr və immiqrantlar var, əsasən də Latın Amerikasından, hansılar ki, ingilis dilində yalnız menyudakı yeməklərin adlarını bilirlər.

Az məvacib və əməyin qorunmaması “komanda ruhu”nun yaranmasına əngəl olur. Artıq çoxdan “Makdonaldz”ın menecerlərini tabe olanlara onların əvəzsizliyi haqqında illuziyalı təriflər yağdırmasını öyrədirlər. Hər halda, bu məvacibin qaldırılmasından daha ucuzdur.

Cavan personallarda travmatizm böyüklərdən iki dəfə çoxdur. Hər il öz kafelərində 200 000 insan şikəst olur. Bundan əlavə, fastfudlar çox zaman məhz orada işləmiş və ya işləyən yeniyetmələr tərəfindən soyğunçu hücumlara məruz qalır. Hər ay işdə 4-5 nəfər ölür. 1998-ci ildə ABŞ-dakı restoranlarda ölən ofisiantlar polis zabitlərindən daha çox idi.

Los-Ancelsdəki fastfudlardakı video yazılar göstərdi ki, yeniyetmələr yeməklərə tüpürür, barmaqları ilə yalayır, burunlarındakını sürtür, qidalarda siqaret söndürür, əllərindən yerə salırlar. 2000-ci ilin mayında Nyu-Yorkdakı “Byurqer Kinq”dən üç yeniyetmə 8 ay ərzində yeməklərə tüpürüb və işədikləri üçün məhkəməyə verilmişdilər. Mikserlərdə tarakanlar yaşayır, gecə isə kəsəyənlər donu açılmaq üçün saxlanılar hamburgerlərin üstünə çıxır… Məlumdur ki, fastfudlarda işləyən bir çox işçilər doğma kafelərində özləri üçün şəxsən nəsə hazırlamayana qədər heç nə yemirlər.

Cənab Kartof.

Aydaho ştatının qeyri-rəsmi devizi: “Bizdə yaxşı kartof və… belə, başqa heç nə. Lakin ən yaxşı kartof!”. Hələ 20-ci illərdə bu diyarda isti günlərlə, soyuq gecələrlə və yüngül vulkanik torpaqla yanaşı kartof supersənayesinin təməli qoyulmuşdu.

Məhsulu təxmin etmək lazım idi. O zamanlar amerikalılar kartofu mürəbbə, bişirilmiş şeylərlə və ya püre kimi yeyirdilər, lakin tədricən hazırlanma üsulunu 1802-ci ildə ABŞ prezidenti Ceffersonun Fransadan gətirdiyi “fri” kartofuna olan sevgi hər yerdə yayılmağa başladı. Uğurlu kartof fermeri Cey Ar Simplot dövrünün nəbzini tuta bilirdi. Tezliklə onun kimyaçıları tezdondurma texnologiyasını həyata keçirtdilər.

Simplot 1953-dən başlayaraq dondurma dilimləri (falları) satmağa başladı. İlkin zamanlarda lazımi qədər alıcı tapa bilməməsinə görə özü də şübhələndi. Həmin zamanlarda isə Rey Krok üçün kartof başağrısı idi. Elə o zaman Krok hamburgerlə nisbətdə məşhurluqda geri qalmayan kartofu Simplotan almaq qərarına gəlir.

Kafeyə gələnlər bunu xoşladılar. Daha doğrusu, onlar heç nəyin fərqinə varmadılar. Əvəzində qiymətlərin qəfil aşağı enməsi “frenç fray”a məşhurluq gətirdi: oni demək olar ki, 8 dəfə daha çox tükətməyə başladılar. (Simplot isə rahat yolla Amerikanın ən varlı və böyük torpaq sahiblərindən biri oldu. Bu qoca multimilyarder kauboy şlyapasında gəzir, “Makdonalds”da yeyir və “Mr. Spud” (Cənab Kartof) nömrəli linkolnunda gəzir”.)

Şam yeməyində nə ilə qidalanırsansa, özünü onunla da qırxırsan.

“Makdonaldz”ın bu kartofunun dadı hər kəsin xoşuna gəlir. Əvvəllər o, yalnız öz bişirildiyi yağdan ibarət idi. On illərlə bu, 7% pambıq yağı və 93% mal yağının qarışığı idi. 1990-cı illərdə insanlar xolestrola qarşı mübarizəyə başladılar və fastfudlar 100% bitki yağına keçidlər. Lakin dadı ki əvvəlki tək saxlamaq lazım idi! Əgər siz bu gün “Makdonaldz”dan bişirilən yeməklərin hazırlanması haqqında məlumat alsaınız, siyahinin sonunda “təbii aromatizasiya” ifadəsini oxuyacaqsınız. Bu, “Makdonaldz”da hər şeyin niyə belə dadlı olması ilə bağlı hərtərəfli izahdır.

Fastfut Eyzenhauer erasında texnologiyaların heyrətləndirdiyi – “Həyatı kimiya ilə yaxşılaşdıraq” və “Atom – bizim dostumuz” kimi şüarların zamanında meydana gəlib. Kartofların və hamburgerlərin reseptini kulinariya kitablarında deyil də “Qida sənayesinin texnologiyası” və “Qida mühəndisliyi”ndə axtarmaq lazımdır. Demək olar ki, kafelərə daxil olan bütün ərzaqlar dondurulmuş, konservləşdirilmiş və ya qurudulmuş halda olur və bu kafelərin mətbəxləri çətin sənayə prosesinin son mərhələsi olur. Belə sadə bir qida yüz dəfəyə parçalanır. Orada yediklərimiz son 40 ildə daha çox dəyişib, nəinki ondan əvvəlki 40 000 ildə. Hamburgerlərin həm dadı, həm də ki, qoxusu Nyu-Cersinin böyük kimya zavodlarında hazırlanır.

Aldığımız 90% ərzaqlar ilkin emaldan keçirilir. Lakin konservləşdirmə və dondurulma qidanın ilkin dadını öldürür. Bu səbəbdən də son 50 ildə nə biz, nə də ki, fastfud kimyəvi zavodlar olmadan yaşaya bilməzdik.

Dad sənayesi məxfidir. Aparıcı amerikalı şirkətlər heç zaman nə öz ərzaqlarının gizli düsturlarını, nə də ki, əsas alıcılarının adlarını açıqlamazlar. Səbəb isə odur ki, fastfud kafelərinə gələnlər oranın əla mətbəxi və mahir aşbazları olduğunu düşünməlidir.

“İnterneşnl flavors ənd fraqnazes” (“Beynəlxalq dadlar və ətirlər”) şirkətinin zavodlarından birini ziyarət etməmişdən öncə Flosser şirkətin istehsalı olan ərzaqların adlarını söyləməyəcəyi ilə bağlı imtiyaz imzaladı. O, çörəyin, cipsin, krekerlərin dadına cavabdeh olan “yüngül qəlyanaltılar” laboratoriyasında oldu; qənnadı – orada dondurma, konfetlər, pirojnalar və diş məcunları “hazırlanır”; haradan ki, “düzgün” pivə və “100%-lik” şirələr gəlir, ora içki laboratoriyasıdır. Çiyələyin qoxusu – ən azı 350 kimyəvi pereparatdır. Ən çox boyaq maddələrin və dadlı əlavələrin edildiyi isə qazlaşdırılmış içkilərdir. Yeməyə təravətli otdan tutmuş yuyulmamış bədənə kimi bütün qoxuları vermək olar…

Yeri gəlmişkən, “təbii” və “süni” aromatizasiyalar arasındakı fərq məsələsi absurddur. Hər ikisi yüksək inkişaf etmiş texnologiyaların sayəsində eyni bir yerdə hazırlanmış tərkib hissəsindən ibarətdir. Sadəcə birincilər təbii ərzaqla reaksiyaya məruz qalır, ikincilər isə tamamilə süni surətdə “yığılır”. Ərzaqların dadından əlavə, qoxularını belə “Byutiful”, “Esti Lauder, və “Trezos”, “Lankoma” şirkətləri də daxil olmaqla dünyanın 10 ən tanınmış 6 ətiri ilə hazırlayır. Həmçinin də sabunun, yuyucu vasitələrin, şampunların və bu kimi digərlərinin qoxusu.

Bütün bunların hamısı bir prosesin nəticəsidir. Şam yeməyində nə ilə qidalanırsansa, faktiki olaraq, özünü onunla da qırxırsan.

Sübut olunub ki, dadlı yemək şəxsiyyət kimidir, həyatın ilk illərində formalaşır. Balaca uşaqlar fastfudda yeyirlər, və bu, onların bütün həyatları boyu “xoşbəxt yemək” olur…

İnəklər kimləri yeyirlər.

Kauboylar və rançolar Qərbi Amerikanın ikonaları idi. Lakin onların yarım milyonu son 20 ildə mal-qarasını satdı və peşələrini dəyişdirdi. Bütün ət sənayesini fastfudlara işləyən korporasiyalar öz əllərinə aldı. Hər şey dəyişdi: inəklərin qidalandırılmasından tutmuş qəssabın məvacibinə qədər. Ət kombinatında işləmək Amerikada ən təhlükəli peşə oldu: hələ rəsmi məlumatlar ildə 40 000 yaralanmanın olduğunu göstərir. ABŞ-dakı ət kombinatları saatda 400 cəmdək emal edir, eyni anda Avropada bu, 100-dən çox deyil. Aşağı məvacibə görə burada yalnız immiqrantlar işləyir.

Lakin dəyişən təkcə mal kəsimi prosesi deyil. O, dəyişmiş ət sənayesinin uğursuz zəncirdə sonuncu halqadır.

Fermerlərin inəkləri düzgün olaraq, ot ilə qidalanırdılar. Böyük fastfudların ət kombinatları üçün nəzərdə tutulan inəklər isə kəsilməklərinə üç ay qalmış böyük sürülərlə xüsusi meydançalara qovulurlar, harada ki, onları taxıl və anaboliklərlə yemləyirlər.

Bir inək 3000 funtdan çox taxıl yeyə və 400 funt çəki yığa bilər. Bu halda ət daha yağlı olur, məhz qiymə üçün daha uyğun bir şəkildə.

Taxılın qiyməti məhz bu dəhşətli səbəbə görə ağırlaşdır. 1997-ci ildə inək vəhşiliyə ilə bağlı ilk həyəcan təbili çalınır – 75% amerikalı mal-qara qoyunların, inəklərin və hətta heyvan sığınacaqlarındakı it və pişiklərin qalıqları ilə qidalanırdılar. Təkcə 1994-cü ildə ABŞ-ın inəkləri 3 milyon toyuq qarışığı yedilər. 1997-ci ildən sonra isə rasionda donuzlar, atlar və toyuq hinlərindən qalmış qırıntılar (opilka) qaldı.

Diqqət: qiymə!

XX əsrin əvvəllərində hamburgerlərin etibarı çox pis idi. Onlar kasıbların təhlükəli yeməyi hesab olunurdu və zavodların qarşısında arabalarda və ya yarmarkalarda satılırdı.

“Hamburger yemək – hər bir halda, zibil qabından qidalanmağa bərabərdir” – o zamanlar qəzetlər belə yazırdılar. Kotletlə bulkanın şöhrətini artırmağa isə 20-ci illərdə “Ağ qəsr” adlı şirkət müəssər oldu. Onlar görünüş üçün öz qrillərini kütlə qarşısında nümayiş etdirirdilər. Daha sonra “Makdonalds”ın “drayv-in”ləri və ailə siyasəti özünü çatdırdı. Hamburgerlər hər kəs üçün ideal uşaq yeməyi sayılırdı: asan çeynənilir, əldə tutulması rahatdır, doyurucu və ucuzdur.

Və hamburgerlərin ən pis qurbanları da məhz uşaqlar oldu. 1993-cü ildə Sietldakı “Cek in ze Boks” adlı fastfudda qidalanan uşaqlardan 700-dən çoxu xəstələnədi, 6-sı isə öldü. 8 il ərzində buna bənzər infeksiya yarım milyon insanı tutdu. Yüzlərlə yoluxmuş insanlar məhz hamburgerin tərkibindəki qiymələrdə yerləşən kolibakteriyadan məhv oldular.

0157H7 kolibakteriyasını ilk dəfə 1982-ci ildə aşkar edə bildilər. O, adi bakteriyanın bağırsağında mutasiya edir və onun daxili qişasını darmadağın edən zəhər ifraz edir. Xəstələnənlər 5%-i dəhşətli ağrılarla ölürlər, bunun qarşısında antibiotiklər gücsüzdür. Kolibakteriyaların fövqəladə dözümlülüyü var – turşuda (kislota), xlorda, duzda, şaxtada, hər cür suda, həftələrcə piştaxtada qalırlar, orqanizmi yoluxdurmaq üçün isə onlardan cəmi beşi bəsdir. Kolibakteriyalara göldə üzərək və yoluxmuş xalça üzərində oynayaraq tutulmaq olar.

Bu mutant inəklərdə on illərdir ki yaşayır. Lakin mal-qaranın yetişdirliməsi və kəsilməsində edilən dəyişikliklər onun yayılmasına ideal şərait yaratmışdır. İnəklərin qidalanmasını orta əsrlərdəki çirkab çayların axdığı şəhərlərdə olan hala bərabər tutulur. Ət kombinatlarında dərilər ayrılan zaman isə peyin qalıqları və çirkab ətə düşür.

Bu səbəbdən də mətbəxdəki bir tikə çiy ət qorxulu təhlükədir. Mikrobioloqların teslərinin nəticələri onu göstərir ki, adi mətbəx çanağında olan nəcis mikrobları unitazdakından çoxdur. Unitaza düşmüş yerkökünü yemək daha yaxşıdır, nəinki mətbəx çanağına düşmüş.

Qiymə ilə iş daha pisdir. Araşdırmalar göstərdi ki, mal-qara qiyməsinin 78,6%-da nəcis vasitəsi ilə yayılan mikrob var. Qida zəhərlənməsi ilə bağlı tibb ədəbiyyatları evfemizmlərlə boldur: “kolibakteriya formalarının səviyyəsi”, “aerob (bakteriyanın növüdür) sayı”… Lakin bu sözlərin altında sadə bir izah durur ki, nə üçün hamburgerdən xəstələnmək olar: ətdə peyin var.

Vəziyyət isə bir də ona görə gərgindir ki, qiymənin müasir səviyyədə emalı zamanı hamburgerdəki ət onlarla, hətta yüzlərlə inəyin ətindən təşkil olunur. Kolibakteriya olmadan belə orada kifayət qədər yoluxucu mikroblar var. Hər gün Amerikada 200 000 insan qida zəhərlənməsindən əziyyət çəkir, onlardan 900-ü xəstəxanaya düşür və 14-ü ölür.

Buterbrodlar insanları dəyişdirir.

Ekssentrik yapon milyarderlərindən biri Den Futjita “Makdonaldz”ı öz ölkəsinə bu sözlərlə çəkib gətirdi: “Əgər biz min il hamburger və kartof yesək, daha hündür olacayıq, dərimiz ağaracaq, qarabuğdayıdan sarışına çevriləcəyik”.

Həqiqətən də hətta yaponlar, və digər “Makdonaldz”ın müştəriləri cəmisi bir neçə il müddətində şişmana çevrilirlər. 54 milyon amerikalı şişmanlıqdan əziyyət çəkir, 6 milyon isə superşişmandırlar – onlar normadan 100 fut (45 kq) artıq çəkiyə malikdirlər. Heç bir millət tarix boyu bu sürətlə kökəlməmişdi.

Belə isə, fastfudun porsiyaları artmaqdadır. “Vendi” şəbəkəsi “üçqatlı” hamburger təklif edir. “Byurqer Kinq” – “Böyük amerikalı” adlı buterbrod. “Hardi” – “Monstr”. “Makdonalds” – “Biqmak”lar. Qazlı suların qəbulu 4 dəfə artıb. Əgər 50-ci illərdə kolanın ənənəvi sifarişi 230 qram idisə, indi “uşaq” porsiyası 340 q, böyük isə 900 q. İnsanlar yağa və şəkərə oturub.

Yağlanma – Amerikada tütün çəkməkdən sonra ölüm miqdarına görə ikincidir. Hər il ondan 28 min insan ölür. Avropalılarda fastfudu daha çox sevən ingilislərdə yağlanma iki dəfə artıb. Yaponiyada isə ənənəvi dəniz məhsulları və tərəvəz pəhrizlərinə görə kökəlmə heç zaman olmurdu, lakin bu gün onlar da hamı kimidirlər.

Fastfudları buraxdıqları malların üzərindəki məlumatlandırıcı nişanlarında kökəlmə ilə bağlı xəbərdarlığın olmamasına görə günahlandırırlar. Bu yaxınlarda Nyu-Yorkdan olan bir qrup şişman sürətli qidalanma səbəkəsini “onlar şüurlu şəkildə insanlara zərərli yeməklər verirlər” deyə məhkəməyə veriblər.

*****

Erik Şlosserin “Fastfud milləti” adlı kitabında bütün dünyadakı makdonaldz stolları silkələnib. Bir neçə il jurnalist Şlosser sürətli qidalanma sisteminin nəinki pəhrizi keçməsini, Amerikanın mənzərəsinin dəyişməsini və daha sonra bunu başqa qitələrə necə yayılmasını araşdırıb.

O, ətin haradan gəldiyini (buna görə də inək qiyməsi yeməyi dayandırdı), qızardılmış kartofun niyə belə dadlı olduğunu və piştaxtalarda satılmayan hamburgerin əsl qiymətini bilir. Bütün bunları kitabında göstərən Şlosser hələ də qəzəbli amerikalı qida sənayesi akulalarını qovmaqdadır. Qəzetlərdə isə misal üçün, belə rəylər almağa başladı: “Yarım saat bu kitabla baş-başa qalın, ən yaxşı pəhrizi alacaqsınız” (“Sandi Herald”) və “Bu mütaliə Şparseneqqeri vegeteriana çevirməyə bəs edər” (“Sietl Uikli”).

Aşağıda Erik Şlosserin kitabından Makdonaldz haqqında əsas çıxarışlar var.

1. 1970-ci ildə amerikalılar bu yeməyə 6 milyard dollar bir ildə xərclədilər, 2001-ci ildə isə 110 milyarddan çox. Bu, yüksək təhsildən, kompüterlərdən, avtomobillərdən çoxdur. Kitablardan, filmlərdən, jurnallardan, qəzetlərdən, video və musiqidən gələn ümumi gəlirdən daha çox.

2. Hər gün, dünən və bu gün, amerikalı 4 yetkin insan fastfudda nahar edir.

3. Orta amerikalı hər həftə 3 hamburger və 4 porsiya kartof yeyir.

4. Nəticədə müasir uşaq hamburger yeyir və 30 il öncə ilə müqayisədə həmişəkindən 3 dəfə artıq kola içir. Amerikada kolanı hətta 2 yaşlı körpələr belə içir.

5. Los-Ancelsdəki fastfudlardakı video yazılar göstərdi ki, yeniyetmələr yeməklərə tüpürür, barmaqları ilə yalayır, burunlarındakını sürtür, qidalarda siqaret söndürür, əllərindən yerə salırlar. 2000-ci ilin mayında Nyu-Yorkdakı “Byurqer Kinq”dən üç yeniyetmə 8 ay ərzində yeməklərə tüpürüb və işədikləri üçün məhkəməyə verilmişdilər. Mikserlərdə tarakanlar yaşayır, gecə isə kəsəyənlər donu açılmaq üçün saxlanılar hamburgerlərin üstünə çıxır… Məlumdur ki, fastfudlarda işləyən bir çox işçilər doğma kafelərində özləri üçün şəxsən nəsə hazırlamayana qədər heç nə yemirlər.

6. Böyük fastfudların ət kombinatları üçün nəzərdə tutulan inəklər isə kəsilməklərinə üç ay qalmış böyük sürülərlə xüsusi meydançalara qovulurlar, harada ki, onları taxıl və anaboliklərlə yemləyirlər. Bir inək 3000 funtdan çox taxıl yeyə və 400 funt çəki yığa bilər.

7. Bu halda ət daha yağlı olur, məhz qiymə üçün daha uyğun bir şəkildə.

8. Taxılın qiyməti məhz bu dəhşətli səbəbə görə ağırlaşdır. 1997-ci ildə inək vəhşiliyə ilə bağlı ilk həyəcan təbili çalınır – 75% amerikalı mal-qara qoyunların, inəklərin və hətta heyvan sığınacaqlarındakı it və pişiklərin qalıqları ilə qidalanırdılar. Təkcə 1994-cü ildə ABŞ-ın inəkləri 3 milyon toyuq qarışığı yedilər. 1997-ci ildən sonra isə rasionda donuzlar, atlar və toyuq hinlərindən qalmış qırıntılar (opilka) qaldı.

9. Qiymə ilə iş daha pisdir. Araşdırmalar göstərdi ki, mal-qara qiyməsinin 78,6%-da nəcis vasitəsi ilə yayılan mikrob var. Qida zəhərlənməsi ilə bağlı tibb ədəbiyyatları evfemizmlərlə boldur: “kolibakteriya formalarının səviyyəsi”, “aerob (bakteriyanın növüdür) sayı”… Lakin bu sözlərin altında sadə bir izah durur ki, nə üçün hamburgerdən xəstələnmək olar: ətdə peyin var.

10. Vəziyyət isə bir də ona görə gərgindir ki, qiymənin müasir səviyyədə emalı zamanı hamburgerdəki ət onlarla, hətta yüzlərlə inəyin ətindən təşkil olunur. Kolibakteriya olmadan belə orada kifayət qədər yoluxucu mikroblar var. Hər gün Amerikada 200 000 insan qida zəhərlənməsindən əziyyət çəkir, onlardan 900-ü xəstəxanaya düşür və 14-ü ölür.

11. Həqiqətən də hətta yaponlar, və digər “Makdonaldz”ın müştəriləri cəmisi bir neçə il müddətində şişmana çevrilirlər. 54 milyon amerikalı şişmanlıqdan əziyyət çəkir, 6 milyon isə superşişmandırlar – onlar normadan 100 fut (45 kq) artıq çəkiyə malikdirlər. Heç bir millət tarix boyu bu sürətlə kökəlməmişdi.

12. Yağlanma – Amerikada tütün çəkməkdən sonra ölüm miqdarına görə ikincidir. Hər il ondan 28 min insan ölür. Avropalılarda fastfudu daha çox sevən ingilislərdə yağlanma iki dəfə artıb. Yaponiyada isə ənənəvi dəniz məhsulları və tərəvəz pəhrizlərinə görə kökəlmə heç zaman olmurdu, lakin bu gün onlar da hamı kimidirlər.

Bəs nə etmək olar?

Şlosser qəti surətdə uşaqlar üçün reklamları qadağan etməyi, saxlanılma şərtlərini və mal-qara rasionunu dəyişdirməyi, daha diqqətlə əti yoxlamağı, uşaq əməyinin istismarının qarşısının alınmasını, fastfud və ət zavodlarında işləyənlərin məvacibinin artırılmasını təklif edir. Lakin onun ən qiyamçı şüarı budur: vəziyyət dəyişilməyənə kimi fastfud almayın!

Sevimli amerikan yeməyinə hücumdan sonra Şlosseri iqtisadi avam, gicbəsər və faşist adlandırdılar. “Makdonaldz”ın rəsmi şəxsləri ““hazırki Makdonalds”ın bu kitab ilə ümumi heç nəyi yoxdur” söyləyirlər. “O, bizim adamlara, bizim işimizə və yeməklərə yalan danışır”.


Geri dön

_RONALDO_

  • 15 may 2011 16:52
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
çox ziyandır oranın yeməkləri

çox ziyandır oranın yeməkləri

--------------------

gul_93

  • 7 mart 2011 16:17
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
cox sag ol saglamligimiz ucun deyerli fikirler ucun

Ulya

  • 16 dekabr 2010 22:54
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
he duzdu.saglamligimiza ziyanli yemeklerdi.

фея

  • 16 dekabr 2010 20:52
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
ne bilim ziyanda orsa yenede ora gedirik recourse no .cox saqol melumat ucun

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Asiyan

  • 16 dekabr 2010 20:04
  • Məqalə: 0
  • Şərh: 653
  • Bal:
{awards}
Heç sevmirem oranıda,yemeklerinide. Tesekkurler.

MuslimGirl

  • 16 dekabr 2010 20:02
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Ne fayda! Insanlar bunu bilmirler? Yaxsi bilirler, amma yemeyi saglamliqlarindan ustun tuturlar. Tesekkurler

Morning_Star

  • 16 dekabr 2010 20:01
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Mən elə yerə getməyi sevmirəm.Adam partlayır sonra.istər-istəməz yeyirsən.Cola da şişirdir

Sergio Ramos

  • 16 dekabr 2010 19:57
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
çox ziyandır oranın yeməkləri

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 63
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}