Tapmaca kimi Sonların hekayəsi (IV hissə)

 
Tapmaca kimi Sonların hekayəsi (IV hissə)

Bir qəhvə içimlik zamanda ayaq üstü aradan qaldırılmağa çalışılan həsrətin dağıtdığı parçaları sovrulurdu oraya bura.

"Mən bu dərdi qəbul etdim belə. Sırf səndən gəlir deyə... Və heç bezmədim, gözlərini həmişə saxladım gözlərimdə." deyə davam etmişdi Sarah.

"Nə fərq edər ki artıq? İkimiz də..."
"İkimiz də evliyik deyilmi? Və eşq haram ürəklərimizə."
"Sarah..." "Mark, kədərlənmə. Mən alışdım sənin eşqinlə qan ağlamaya."

Ürəyə ikinci dəfə basdırılan sonsuz eşq sonrası Mark, doğrunu etdiyinə olan böyük inancıyla örtmüşdü ağrılarının üstünü. Vicdanının səsi idi dinlədiyi və eşq ağrısına illərdir müqavimət göstərdiyi bir həyata davam edəcəkdi. Eşq damarlarındakı qan deyildi ya nəticədə, nə onu nə də Sarahı öldürməzdi. Axsa da olardı başqa damarlarda, axmasa da... Bir şəkildə alt edə bilərdi onu necəsə. Bu zamana qədər necə yaşadısa bundan sonra da yaşayardı Sarah olmadan. Gecələri onu xəyal etmək istədiyində arvadına sarılardı, ona verdiyi güvən duyğusuyla ovudardı yenə özünü. Bəzən Victoriaya toxunarkən bağlayardı bəlkə gözlərini, bağlayar və Sarahı xülyalar idi. Onun gözlərini, onun bədənini... Sonra yenidən dönərdi gerçəyə, qaldığı yerdən davam edərdi həyatına. Nə olursa olsun, illərini ona vermiş arvadını buraxa bilməzdi yarı yolda. Ürəyini vərəməsə də
ona, çətin zamanlarında yanında oluşuna borcunu ödəyərdi heç olmazsa.

Halbuki ürəksiz bir adam deyildi o. Ürəyi sevdiyində qalmış bir adam idi. Özünə aid olanı geri dönüb götürməyə qalxsa, buraxdığı yerdə qalması qaçınılmaz idi. Bu yüzdən idi illərdir ürəyini geri götürməyə cəsarət edə bilməməsi sonsuz eşqdən. Heç bir şey hiss etmədən yaşadığı hər günə, erkən gələn ölümlər gözüylə baxması da bundan səbəb idi də ən başdan.

Tapmaca kimi Sonların hekayəsi (IV hissə)

Ağlayırdı Mark, dəlilər kimi. Sarah harada idi, harada can verir halda idi? Bu anda bir dənə -yalnız bir dənə- dilək haqqı olsa idi tək bir şey istəyərdi: Sarahın yaşayacağından əmin olmaq! Bu ona çatardı. O böyük dilək haqqını Sarah üçün istifadə etməkdən başqa bir məqsəd güdə bilməzdi indi. Bir-birlərini yenidən tapdıqlarında ona doya doya sarılmadığı üçün günahkar idi Mark. Onu ölümə öz əlləriylə təslim etdiyi üçün səhvli idi. Sarahsız qaldığı gündən çox, bir-birlərinə yeni bir şans vermələrinə mane olduğu gün cəhənnəmlik olmuşdu halbuki. Bu sevdanın faili müəyyən idi. Mark, ölümə gedən eşqinin tək və əff edilemez qatili idi.

O gecə, səhərə qədər gəzdi küçələrdə. Küçə uşaqlarının yandırdığı atəşdə yandırmaq istədi özünü, Saraha çata bilmədiyi hər yeni dəqiqə. Ölmək heç bir şey idi bu acı yanında. Sıravi ağrılara baş tuturdu ürəyindəki böyük sancı. Onu necə əhəmiyyətsiz hesab etmişdi, necə ciddi qəbul etməmişdi? Sarah ölümə gedərkən, Mark ona niyə dayan deməmişdi? İndi hansı əvəzi ödəsə bütün bunları dəyişdirə bilərdi? Canını versə qurtara bilər idimi sevdiyini?

Doğru, bu qədər ağrıya baxmayaraq canının hələ bədənində olması möcüzə deyil də nə idi?


Səhərə qarşı, ruhu içindən sökülmüşcəsinə və əldən düşmüş bir halda döndü evinə. Victorianın yüzünə baxmamışdı belə. Halbuki o deyildi əsl günahkar, onun heç bir günahı yox idi. Ən böyük günahı sevgisinə sahib çıxa bilmədiyi gün işləmişdi Mark və indi neçə adamı daha üzərək kompensasiya edə bilərdi ki bunu?

Yenidən çaldı telefonu.


Ardı var.....


Tərcümə etdi : Eni


Geri dön

seva20

  • 3 fevral 2013 21:33
  • Məqalə: 322
  • Şərh: 3167
  • Bal:
tesekkurler

solnuska

  • 26 yanvar 2013 17:03
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
cox saq olun hekayelere gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

B_L_A_T_N_O_Y

  • 25 yanvar 2013 02:39
  • Məqalə: 3
  • Şərh: 2950
  • Bal:
{awards}
wekildeki yazigin evi ewiyi yoxduuu??? wink

^^KuKuLKa^^

  • 24 yanvar 2013 00:12
  • Məqalə: 772
  • Şərh: 11591
  • Bal:
{awards}
Tesekkurler..

--------------------

sevgi dushmeni

  • 23 yanvar 2013 20:13
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
davami ile birlikde oxuyaram)))))

--------------------

GuNaY_83

  • 23 yanvar 2013 19:31
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol.....

--------------------

Shokoladka

  • 22 yanvar 2013 22:26
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler..

--------------------


Friendly_Girl

  • 22 yanvar 2013 21:59
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
tesekkurler maraqli meqale ucun....

--------------------

canim ablamin ilk hediyesi

мυsLiмαηκα

  • 22 yanvar 2013 20:41
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
tesekkur maraqli idi

8 km girl

  • 22 yanvar 2013 20:39
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
smile maraqlidi
cox tesirli hekayedi .....................

ShoKKi_MoKKi

  • 22 yanvar 2013 20:38
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
cooox maragli idi...tesekkur edirem..

--------------------

enigmatic_girl

  • 22 yanvar 2013 20:33
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
leyluwka_20,
sabaha olacaq=)

--------------------

Banned1

  • 22 yanvar 2013 20:16
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
cox saqol bacim

leyluwka_20

  • 22 yanvar 2013 19:53
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Cox maraqlidir...Ardi tez olsun xaiwww))

--------------------

özlem.

  • 22 yanvar 2013 19:47
  • Məqalə: 0
  • Şərh: 674
  • Bal:
{awards}
tesekkurler maraqli idi

TAYNA VOSTOKA

  • 22 yanvar 2013 19:33
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Mən bu dərdi qəbul etdim belə. Sırf səndən gəlir deyə.

--------------------

ladichka

  • 22 yanvar 2013 19:31
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
sad sad ...mmmm...uff....

fatimeyinur

  • 22 yanvar 2013 19:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem...

Silent_ Night

  • 22 yanvar 2013 19:14
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
tewekkurler hekaye ucun

--------------------

^^KuKuLKa^^

  • 22 yanvar 2013 18:57
  • Məqalə: 772
  • Şərh: 11591
  • Bal:
{awards}
Bir qəhvə içimlik zamanda ayaq üstü aradan qaldırılmağa çalışılan həsrətin dağıtdığı parçaları sovrulurdu oraya bura.

--------------------

Ya ne tvoy

  • 22 yanvar 2013 18:53
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
LiKEEEEEE0)

--------------------
Seni sevirem bunu bilirsen))))<3

so_sad

  • 22 yanvar 2013 18:50
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Səhərə qarşı, ruhu içindən sökülmüşcəsinə və əldən düşmüş bir halda döndü evinə. Victorianın yüzünə baxmamışdı belə. Halbuki o deyildi əsl günahkar, onun heç bir günahı yox idi. Ən böyük günahı sevgisinə sahib çıxa bilmədiyi gün işləmişdi Mark və indi neçə adamı daha üzərək kompensasiya edə bilərdi ki bunu?

✰Маша✰

  • 22 yanvar 2013 18:47
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
meqaleye gore sagolun

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 22 yanvar 2013 18:35
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Doğru, bu qədər ağrıya baxmayaraq canının hələ bədənində olması möcüzə deyil də nə idi?

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

GuNaY_83

  • 22 yanvar 2013 18:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol...........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}