Qurani Kərim. 2. Bəqərə ('İnək') surəsi (1-20 a.y)

 
Qurani Kərim. 2. Bəqərə ('İnək') surəsi (1-20 a.y)

"Bismillahir rahmani rəhim"
1. Əlif. Ləm. Mim.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ الم

2. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.
ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًى لِلْمُتَّقِينَ

3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər;
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ

4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.
وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

6. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.
إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ

7. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.
خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: "Allaha və Axirət gününə inanırıq"– deyirlər.
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ

9. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar.
يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ

10. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.
فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

11. Onlara: "Yer üzündə fəsad törətməyin!"– deyildiyi zaman: "Biz ki, ancaq xeyirxahlıq edənlərik!"– deyirlər.
وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

12. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.
أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَٰكِنْ لَا يَشْعُرُونَ

13. Onlara: "Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!"– deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?"– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.
وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ ۗ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَٰكِنْ لَا يَعْلَمُونَ

14. Onlar möminlərlə rastlaşdıqda: "Biz iman gətirdik!"– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: "Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!"– deyirlər.
وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ

15. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.
اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

16. Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.
أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ

17. Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ

18. Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar.
صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ

19. Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.
أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ

20. Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ ۖ كُلَّمَا أَضَاءَ لَهُمْ مَشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِير


Geri dön

GuNaY_83

  • 6 fevral 2013 14:08
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
12. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.
أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَٰكِنْ لَا يَشْعُرُونَ

--------------------

solnuska

  • 26 yanvar 2013 16:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

^^KuKuLKa^^

  • 24 yanvar 2013 00:09
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.

--------------------

GuNaY_83

  • 23 yanvar 2013 19:27
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
15. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.
اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

--------------------

sevgi dushmeni

  • 23 yanvar 2013 16:51
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
tesekkurlerr qurandan sureler icin

--------------------

Just for laugh

  • 23 yanvar 2013 16:13
  • Məqalə: 7
  • Şərh: 684
  • Bal:
{awards}
14. Onlar möminlərlə rastlaşdıqda: "Biz iman gətirdik!"– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: "Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!"– deyirlər.وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ

--------------------
Bagislayin bir de gelmeyecem...

Silent_ Night

  • 23 yanvar 2013 13:29
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

leyluwka_20

  • 22 yanvar 2013 22:49
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.

--------------------

Shokoladka

  • 22 yanvar 2013 22:14
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Chox sagol canim Allah razi olsun..Hergun qoyulsa oxuyacam..

--------------------


qarqiz

  • 22 yanvar 2013 22:12
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
cox sagolun ALLAH razi olsun

★WirinKa★

  • 22 yanvar 2013 22:10
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
Elif lem mim- ezber bilirem tewekkurler

--------------------

^^KuKuLKa^^

  • 22 yanvar 2013 22:01
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
14. Onlar möminlərlə rastlaşdıqda: "Biz iman gətirdik!"– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: "Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!"– deyirlər.

--------------------

Friendly_Girl

  • 22 yanvar 2013 21:53
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

canim ablamin ilk hediyesi

elvin rahimov

  • 22 yanvar 2013 21:23
  • Məqalə: 1
  • Şərh: 400
  • Bal:
{awards}
Quran oxumaq cox gözeldi. Adamin ruhu dincelir

--------------------
Acizlik göstərməyin və kədərlənməyin.
Möminsinizə üstün olacaqsiniz!

aysun quliyeva

  • 22 yanvar 2013 21:08
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
allah razi olsun

Banned1

  • 22 yanvar 2013 20:51
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
[b[]i]Allah razi olsuN...

so_sad

  • 22 yanvar 2013 20:48
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
12. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.
أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَٰكِنْ لَا يَشْعُرُونَ

ShoKKi_MoKKi

  • 22 yanvar 2013 20:45
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

мυsLiмαηκα

  • 22 yanvar 2013 20:45
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}

3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər;
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ

özlem.

  • 22 yanvar 2013 20:44
  • Məqalə: 0
  • Şərh: 674
  • Bal:
{awards}
cox saqolun ALLAH razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}