Yenə mən.. və yenədə hislərim.. Hərdən hərşeyi unudub xəyallara dalıram. Səni və məni birgə düşünürəm. Sadəcə ikimiz xoşbəxt, hərkəsdən, bizə mane olan hərşeydən uzaqlarda. Eh necədə xoş gəlir hərşey. İkimizin birgə keçirdiyimiz günlər, aman Allah necə də xoşbəxtik biz. Sən yanımdasan, əllərimdən bərk bərk tutmusan. Başımı çiyninə qoyub sənin varlığını hiss edirəm. Həyat o qədər gözəl gəlirki mənə.
Ama... Birdən xəyallardan qopuram və sanki yuxu görürəmmiş kimi özümə gəlirəm. Axı niyə? İstəmirəm oyanmaq. Bilirəm xəyallarda yaşamaq heçdə yaxşı bir şey deyil. Amma neyniyim sevdiyim. Mən səninlə ancaq xəyallarımda xoşbəxt oluram.

Realda alınmayacaq birşeyi ən azından xəyallarda yaşamaq mənə xoş gəlir. Onda özümü elə hiss edirəm sanki səninlə birgəyəm. Bilirsən, xəyallarda yaşamaq pis olduğu qədər həmdə biraz olsun yaxşıdı. Çünki, səni məndən alan, bizim heçbirvaxt birgə ola bilməyəcəyimizə səbəb olan insanlar olmur. Heçkim bizə şərtlər qoşa bilmir. Hərşeyi, olmasını istədiyimiz hər bir arzumuzu özümüz idarə edir və gerçəkləşdirə bilirik.
Gəl sevdiyim hərzaman yuxuma və xəyallarıma gəl.. Nə olar heç deyilsə bizdə belə xoşbəxt olaq.
Müəllif: lie to the world