Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir

 
Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsidir

Yanvarın 24-dən 29-dək davam edən dövrdə (Rəbbiuləvvəl ayının 12-17 tarixləri), bütün dünya müsəlmanları İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd edirlər.

Eyni zamanda bu günlər bir çox yerlərdə müsəlmanların birliyinə, yaxınlaşmasına, vəhdətinə xidmət edərək Vəhdət Həftəsi kimi də qeyd olunur.

Bu münasibətlə bütün müsəlmanları təbrik edir, Peyğəmbərimizin gətirdiyi dəyərləri daha dərindən başa düşməyi, yaşamağı, yaşatmağı arzu edirik. Qoy bu bayram hamınızın həyatına və imanına bərəkət gətirsin!

Mövlid mərasiminin tarixçəsi

“Mövlid”
sözünün ərəb dilindən tərcüməsi “doğuluş” deməkdir. Dini termin olaraq, İslam müqəddəslərinin (xüsusilə, Həzrət Mühəmməd Peyğəmbərin (s)) doğum gününün ildönümü münasibətilə təşkil edilən təntənəli mərasimlərə deyilir. Əslində “mövlid” deyilməlidir, amma bu sözün təhrif olunmuş “mövlud” variantı daha çox işlədilir. Fərq bundadır ki, “mövlid” – doğum deməkdir, “mövlud” sözü isə “doğulmuş” mənasını verir.

İslamın ilk əsrlərində mövlid bayramları keçirmək ənənəsi yox idi. Nə Peyğəmbərin öz sağlığında, nə də raşidi xəlifələrin zamanında Onun doğum günü qeyd edilmirdi. Tarixi məlumatlara görə, ilk mövlid məclisini Misirdə hakimiyyət sürmüş Fatimilər sülaləsinin (909-1171) nümayəndələri təşkil etmişlər. Mərasim yalnız sarayda, əyanların iştirakı ilə keçirilirdi. Fatimilər Həzrət Əlinin (ə) və Fatimeyi-Zəhranın (ə) da mövlid mərasimlərini qeyd edirdilər.

Sonralar məşhur fateh Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi Məlik Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni davam etdirərək, mövlid mərasimlərinin keçirilməsinə əmr verdi (1207-ci il). Bayram tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə dəvət olunurdular.

Bunun ardınca Məkkə, Mədinə kimi iri şəhərlərdə də Peyğəmbərin doğum gününü qeyd etmək ənənəsi yarandı. Tədbirlərin əhatə dairəsi genişlənərək başqa ərazilərə də yayıldı.

Osmanlı sultanları arasında mövlidi ilk dəfə bayram səviyyəsində keçirən Sultan III Murad (1574-1595) olmuşdur. 1588-ci ildən başlayaraq, mərasimlər əvvəllər Ayasofiya camisində, daha sonralar isə Sultan Əhməd camisində təşkil edilirdi. Sadə xalq da tədbirlərə qatılırdı.

Mövlid mərasiminin başlanğıcında Qurani-kərimdən ayələr oxunurdu. Sonra gözəl səsi olan xətiblər növbə ilə minbərə qalxır və Peyğəmbərin doğuluşunu təsvir edən şeir nümunələri (mövlidnamələr) oxuyurdular. Sultan əyanlara xələt bağışlayırdı, Mədinədən gətirilən xurma camaata paylanırdı.

Mövlid ənənəsi günümüzə kimi davam edir. Peyğəmbərin doğum gününün ildönümündə dünyanın müxtəlif ölkələrində (o cümlədən, Azərbaycanda) mövlid mərasimləri keçirilir. Şiə (cəfəri) məzhəbinə mənsub müsəlmanlar Həzrət Əlinin, Həzrət Fatimeyi-Zəhranın, İmam Hüseynin və İmam Mehdinin (ə) mövlidini də təntənə ilə qeyd edirlər.

Bəzi İslam cərəyanları mövlid mərasiminin keçirilməsini günah və bidət sayırlar. Lakin alimlərin böyük əksəriyyətinin fikrincə, əgər mövlid mərasimlərinin keçirilmə qaydasında, burada oxunan şeir və nəğmələrdə dini inanclara, əxlaq normalarına zidd bir şey yoxdursa, haram deyildir. Əksinə, mövlid mərasimlərində Həzrət Mühəmməd Peyğəmbərin (s) fəzilətləri sadalandığı, Islamın mahiyyəti açıqlandığı üçün, bunları təşkil etmək və bu tədbirlərə qatılmaq savab sayılır.

Tarix boyunca müxtəlif şairlər mövlidnamə qələmə almışlar. Təkcə türk dilində 60-dan artıq mövlidnamə mövcud olduğunu yazırlar. Bunların ən məşhuru Şeyx Ədəbalının nəslindən olan Süleyman Çələbi (vəf. 1422) adlı şair tərəfindən XV əsrin əvvəllərində türk dilində yazılmış “Vəsilətün-nicat” (Qurtuluş vəsiləsi) mövlidnaməsidir. Əsasən, Türkiyədə keçirilən mövlid məra-simlərində Süleyman Çələbinin mövlidnaməsinin böyük bir hissəsi avazla oxunur. Oxunan mətn 6 bölümdən ibarətdir. Hər bölüm fərqli bəhrlər (avazlar) üzərində ifa edilir. Tövhid, Nur, Vəladət, Mərhəba, Merac, Minacat adlanan bəhrlərin oxunuşu zamanı Səba, Hicaz, Rast, Üşşaq, Hüzzam və s. muğam avazlarından istifadə edilir. Yalnız Peyğəmbərin vəfatı bölümünü avazla oxumurlar. Mövlidnamənin başlanğıcında və bölümlərin arasında Qurandan ayələr tilavət edilir. Həcminin böyüklüyünə görə, Mövlidnaməni adətən bir neçə şəxs (mövlidxan) növbə ilə ifa edir. Mövlidnamənin avazını XVII əsrdə Bursalı Səkban adlı bəstəkar bəstələmişdir.

Əhli-sünnə dünyasında Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü rəbiüləvvəl ayının 12-də qeyd edilir. (Türkiyədə bu tarixi miladi təqvimə çevirib, nisan (aprel) ayının 20-də mövlid mərasimləri təşkil edirlər). Şiələr fərqli rəvayətlərə əsaslanaraq, mövlidi rəbiüləvvəl ayının 17-də keçirirlər. Artıq bir neçə ildir ki, İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası adlı beynəlxalq təşkilat şiə və sünni məzhəbləri arasında yaxınlıq yaratmaq məqsədilə bu iki tarixin arasındakı müddəti Vəhdət həftəsi elan edib. Bu həftə ərzində həmin təşkilat tərəfindən beynəlxalq səviyyəli tədbirlər keçirilir. Tədbirlərdə həm İslam Peyğəmbərinin doğum günü qeyd edilir, həm də məzhəblərarası yaxınlaşmanın perspektivləri araşdırılır.


Geri dön

Shokoladka

  • 2 fevral 2013 03:19
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
Allah razi olsun..

--------------------


fatime gul

  • 25 yanvar 2013 12:38
  • Məqalə: 0
  • Şərh: 1073
  • Bal:
{awards}
eziz legend azlilar. sizlere cox tesekurler edirem ki .bele gozel xeberleri doslarinizla bolisursuz .butun muselman baci ve qardaslari bu mubarek gun munasibetile tebrik edirem Allah bizlerin ibadetlerini qebul eylesin insallah bizleri saleh bendelerden qerar versin insallah

solnuska

  • 24 yanvar 2013 20:01
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
allah razi olsun.........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 24 yanvar 2013 18:24
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Mövlid mərasiminin başlanğıcında Qurani-kərimdən ayələr oxunurdu. Sonra gözəl səsi olan xətiblər növbə ilə minbərə qalxır və Peyğəmbərin doğuluşunu təsvir edən şeir nümunələri (mövlidnamələr) oxuyurdular. Sultan əyanlara xələt bağışlayırdı, Mədinədən gətirilən xurma camaata paylanırdı.

--------------------

son damla

  • 24 yanvar 2013 15:05
  • Məqalə: 29
  • Şərh: 495
  • Bal:
{awards}
cox sevindim beyendiyiniz ucun dostlar

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

sevgi dushmeni

  • 24 yanvar 2013 11:46
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

so_sad

  • 24 yanvar 2013 11:23
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
Yanvarın 24-dən 29-dək davam edən dövrdə (Rəbbiuləvvəl ayının 12-17 tarixləri), bütün dünya müsəlmanları İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd edirlər.

✰Маша✰

  • 24 yanvar 2013 10:56
  • Məqalə: 43
  • Şərh: 2211
  • Bal:
{awards}
ALLAH razi olsun

angels friends

  • 24 yanvar 2013 07:15
  • Məqalə: 6
  • Şərh: 609
  • Bal:
{awards}
Bele gozel ve deyerli xeberleri bizimle paylawdigin ucun coooox sag ol canik

--------------------

asknur

  • 24 yanvar 2013 03:59
  • Məqalə: 0
  • Şərh: 227
  • Bal:
{awards}
Allah sizlerden razi olsun bele gozel xeberleri doslarinizla paylasirsiz kimin ureyinde ne dileyi varsa Allah yardimcisi olsun

B_L_A_T_N_O_Y

  • 24 yanvar 2013 01:17
  • Məqalə: 3
  • Şərh: 2911
  • Bal:
{awards}
xebere gore tesekkurler

...BARSA FANATI....

  • 24 yanvar 2013 00:49
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
ALLAH razi olsun.....

MUZA 21

  • 24 yanvar 2013 00:22
  • Məqalə: 2
  • Şərh: 330
  • Bal:
{awards}
Allax razi olsun!!!

elvin rahimov

  • 23 yanvar 2013 23:17
  • Məqalə: 1
  • Şərh: 398
  • Bal:
{awards}
beli bu gün Hz.Mehemmed pegemberin dogum günüdü. Bu men 2 saat mescide oturub Hz. mehemed haqqinda olmus ehvalatlar dinledim

--------------------
Acizlik göstərməyin və kədərlənməyin.
Möminsinizə üstün olacaqsiniz!

ღ★Diamond★ღ

  • 23 yanvar 2013 23:12
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Bu münasibətlə bütün müsəlmanları təbrik edir, Peyğəmbərimizin gətirdiyi dəyərləri daha dərindən başa düşməyi, yaşamağı, yaşatmağı arzu edirik. Qoy bu bayram hamınızın həyatına və imanına bərəkət gətirsin!

Samir98

  • 23 yanvar 2013 23:09
  • Məqalə: 35
  • Şərh: 907
  • Bal:
{awards}
ALLAH razı olsun səndən...

Sevgi88

  • 23 yanvar 2013 23:04
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
xebere gore tesekkurler Allah razi olsun

julyen

  • 23 yanvar 2013 22:52
  • Məqalə: 0
  • Şərh: 305
  • Bal:
{awards}
Bəzi İslam cərəyanları mövlid mərasiminin keçirilməsini günah və bidət sayırlar. Lakin alimlərin böyük əksəriyyətinin fikrincə, əgər mövlid mərasimlərinin keçirilmə qaydasında, burada oxunan şeir və nəğmələrdə dini inanclara, əxlaq normalarına zidd bir şey yoxdursa, haram deyildir.

--------------------
"Biraz insan ol deyəcəm, ama səni də çətin vəziyyətdə qoymaq istəmirəm."

^^KuKuLKa^^

  • 23 yanvar 2013 22:51
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
allah razi osun

--------------------

J ♥ S

  • 23 yanvar 2013 21:59
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
cox gozel ve deyerli xeberdi cox sgolun)

--------------------
J & S ∞♥....

Nara Neznakomka

  • 23 yanvar 2013 21:48
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Sonralar məşhur fateh Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi Məlik Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni davam etdirərək, mövlid mərasimlərinin keçirilməsinə əmr verdi (1207-ci il). Bayram tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə dəvət olunurdular.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Friendly_Girl

  • 23 yanvar 2013 21:31
  • Məqalə: 21
  • Şərh: 2989
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

canim ablamin ilk hediyesi

Arzu_zadeh

  • 23 yanvar 2013 21:31
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
allah razi osun

--------------------

Gunel

  • 23 yanvar 2013 21:18
  • Məqalə: 0
  • Şərh: 437
  • Bal:
{awards}
[/url][/img]

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

love time

  • 23 yanvar 2013 21:09
  • Məqalə: 34
  • Şərh: 727
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Gül Əliyeva

  • 23 yanvar 2013 21:06
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Allah razi olsun...

meku

  • 23 yanvar 2013 21:05
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
Allah razi olsun

fatimeyinur

  • 23 yanvar 2013 20:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun sizden...

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 23 yanvar 2013 20:53
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
Əhli-sünnə dünyasında Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü rəbiüləvvəl ayının 12-də qeyd edilir. (Türkiyədə bu tarixi miladi təqvimə çevirib, nisan (aprel) ayının 20-də mövlid mərasimləri təşkil edirlər). Şiələr fərqli rəvayətlərə əsaslanaraq, mövlidi rəbiüləvvəl ayının 17-də keçirirlər. Artıq bir neçə ildir ki, İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası adlı beynəlxalq təşkilat şiə və sünni məzhəbləri arasında yaxınlıq yaratmaq məqsədilə bu iki tarixin arasındakı müddəti Vəhdət həftəsi elan edib. Bu həftə ərzində həmin təşkilat tərəfindən beynəlxalq səviyyəli tədbirlər keçirilir. Tədbirlərdə həm İslam Peyğəmbərinin doğum günü qeyd edilir, həm də məzhəblərarası yaxınlaşmanın perspektivləri araşdırılır.

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

LaDy_LeGeNd

  • 23 yanvar 2013 20:45
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
twkler allah rzai olsun

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 58
Cəmi: 85

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}