Professional Qətllər

 
Professional Qətllər

Əzrayıl ledi
Rusiyanın Novokuznetsk şəhərində yaşayan arıq və bəstəboy killer Kondraşov cinayət edərkən qrimlənib qadın paltarı geyinərdi. Elə «Milya» adlı avtoriteti də əlindəki bizlə vurub öldürərkən Kondraşov çirkli qadın parikində idi. Əynində qadın koftası və yubkası olan qatili «Milya» dilənçi hesab etmişdi. Qarşısındakının kim olduğunu başa düşdükdə isə artıq gec idi. Artıq paslı biz onun kürəyinə saplanmışdı.

Növbəti cinayətini Moskvada, Ticarət Mərkəzinin qarşısında həyata keçirən Kondraşovun bu dəfə əynində gözəl qadın paltarı, başında bahalı parik var idi. Qatil Belçika firması olan «Qetinterplast»ın rəhbərliyindən birini aradan götürmək üçün sifariş almışdı. Az keçməmiş firma rəhbərinin idarə etdiyi «Mersedes» Ticarət Mərkəzinin qarşısındakı dayanacaqdan çıxdı. Avtomobil Kandraşova çatarkən o, şubasının ətəyindən avtomatı çıxararaq atəş açdı. Bir daraq avtomat gülləsi boşaldılmış «Mersedes»də bir nəfər belə sağ qalmadı.


Avtoritetlərin qənimi


1992-93-cü illərdə Ural bölgəsi müxtəlif ərazilri ələ keçirməyə çalışan, bir-biri ilə rəqabət aparan ayrı-ayrı kriminal strukturlar arasındakı qanlı müharibələrlə yadda qaldı. Bütün MDB məkanında yaxşı təşkilatlanmaları, çoxsaylı üzvləri ilə məşhur olan «Uralmaş» briqadası regionu tam ələ keçirə bilmişdi. Tamamilə yerlilərdən, yəni ruslardan, tatarlardan ibarət olan briqada, digər bandalarla ərazi bölgüsünü başa çatdırmışdılar. Lakin qəfildən naməlum killer bir-birinin ardınca həm «Uralmaş»ı, həm də digər kriminal bandaları məhv etməyə başladı. Bu və ya digər tərəfdən bir neçə ay ərzində 65 avtoritet killerin gülləsinə tuş gəldi. Əsəblər tarıma çəkilmişdi, bütün briqadalar qarşı tərəfi günahkar saydıqlarına görə müharibə yenə də qızışdı. Hüquq-mühafizə orqanları nəhayət ki, killerin izinə düşə bildilər. Ancaq onu diri ələ keçirə bilmədilər. Atışma zamanı öldürülən şəxsin cibindən Firdovsi Əlyar oğlu Atakişiyevin adına sənəd tapıldı. Sifarişçinin kim olduğu isə aydın olmasa da, belə versiya irəli sürüldü ki, qətlləri azərbaycanlı avtoritetlərdən biri sifariş veribmiş. Çünki həm Firdovsi, həm də özləri tərəfindən bir-birilərini «təmizləyib» qurtarmış rus briqadaları bundan sonra regionu ələ alan qafqazlı avtoritetlərə müqavimət göstərə bilmədilər.


Hippokrat andının qurbanı

15 yanvar 1994-cü il. Tacikistanın Düşənbə şəhərində muzdlu qatillər öz qurbanlarını evdən çıxarmaq üçün hiyləgər plan cızdılar. Hədəf Tacikistan Xarici İşlər Nazirinin qohumu, respublikanın ən tanınmış həkimi Cəmşid Asimov idi. Həmin axşam Asimovun qapısının zəngi çalındı. Qapını açan Asimov qarşısında hərbi geyimli iki zabit gördü. Zabitlərdən biri ona: «Sizi narahat etdiyimizə görə üzr istəyirik. Ancaq bizim patrullardan birinə cinayətkarlar hücum edib yaralayıblar, təcili kömək lazımdır» dedi. Hippokrat andına sadiq qalan həkim, çantasını götürüb aşağı düşdü. Ancaq küçəyə çıxan anda açılan atəş Asimovun həyatına son qoydu.


Geri dön

only-girl

  • 2 aprel 2011 23:10
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
cox sagol maraqli xebere gore

--------------------

_RONALDO_

  • 7 mart 2011 16:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
coooox gozeldi sagol

--------------------

Ulya

  • 19 dekabr 2010 23:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Sergio Ramos

  • 17 dekabr 2010 14:24
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
maraqlı xəbərdi sağol

--------------------

eti_eti

  • 17 dekabr 2010 13:59
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
SILLAH BIR WEHTAN EMELIDI

Just For Legend

  • 17 dekabr 2010 11:36
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xeberdir cox sag ol

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 38

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}