Allahın qəzəbinə sahib olan günahlar

 
Allahın qəzəbinə sahib olan günahlar

Qiyamət günündə Allahın qəzəbinə səbəb olacaq günahlar və bunları edənlərin aqibəti haqqında hədislər çoxdur. Aşağıda bu hədislərdən birini ixtisarla diqqətinizə təqdim edirik.

Qeyd edək ki, hədisdəki bəzi cəzaların təsviri məcazi (alleqorik) xarakter daşıyır. Peyğəmbər bu üsulla həmin günahların nə qədər dəhşətli olduğunu göstərmək və müsəlmanları bunlardan uzaq tutmaq istəyirdi.

Abdullah ibn Abbas rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“...Hər kim qonşusunun bir qarış torpağına xəyanət etsə, Allah həmin torpağı yerin yeddinci qatına kimi dərinlikdə alovlu zəncirə çevirib onun boğazına dolayar və onu cəhənnəmə salar.

Hər kim qadınla şəriətə uyğun olmayan tərzdə haram əlaqədə olsa və ya öz həmcinsi ilə əxlaqsızlıq etsə, Allah onu leş iyindən də pis bir qoxu ilə məhşərə gətirər və qiyamət əhli bu iydən narahat olarlar. Allah onu cəhənnəmə salar, heç bir əməlini qəbul etməz və bütün savabını puç edər...

Hər kim öz həyat yoldaşının mehriyyəsini verməməklə ona zülm etsə, Allahın yanında zinakar kimi sayılar. Izzət və cəlal sahibi olan Allah qiyamət günündə buyurar: “Bəndəm başqa bir bəndəmlə mənim əhdimə əsasən (yəni kəbinlə) evləndi, amma bu əhdi qorumadı” (yəni qadının mehriyyəsini vermədi). Allah qadının haqqını ondan savab şəklində alar (yəni kişinin savabını qadına bağışlayar). Sonra kişini cəhənnəmə salmaq əmrini verər...

Hər kəsin iki arvadı olsa, amma öz bədəni və malı ilə (qəsdən) onların arasında ədalətə riayət etməsə, qiyamət günündə zəncirlənmiş halda qiyamətə gətirilər və cəhənnəmə atılması əmr olunar…

Kim müsəlmanın üzünə sillə vursa, qiyamət günündə Allah onun sümüklərini qırar, onu alova təslim edər...

Hər kim iki nəfərin arasında xəbərçilik etsə, Allah onun qəbrini alova qərq edər və o, qiyamətə kimi qəbrdə yanar. Məhşər günü dirilib qəbrdən qalxandan sonra (zəhərli dilinin əvəzində) Allah onun ətini zəhərli əfi ilanlara yedizdirər.

Hər kim kasıba zülm etsə, onu aşağılasa, qiyamət günündə Allah onu bədən üzərindəki qarışqa kimi xar və zəlil halda məhşərə gətirər, sonra cəhənnəmə salar.

Hər kim iffətli kişilərə və qadınlara əxlaqsızlıq iftirası atsa, Allah onun bütün əməllərini zay edər və qiyamətdə yetmiş min mələk öndən və arxadan onu şallaqlayar, axırda o adamın da cəhənnəmə getməsinə hökm verilər.

Hər kim bu dünyada şərab içsə, Allah ona ilan və əqrəblərin zəhərini içizdirər. Bu elə dəhşətli zəhərdir ki, hətta onu içməzdən əvvəl sifətinin əti bir an içində tökülər, içəndən sonra isə bədəninin əti və dərisi leşə dönər, camaat bu iydən əziyyət çəkər və axırda həmin adamı cəhənnəmə atarlar. Şərabı içən, üzümün şirəsini sıxan və sıxdıran, şərabı satan və alan, daşıyan və daşıtdıran, onun pulundan istifadə edən adam da günah cəhətdən bərabərdirlər.

Hər kim bir müsəlmanın və ya zimminin (yəni əhli-kitabın) əleyhinə yalandan şahidlik etsə, qiyamət günündə dilindən asılar və münafiqlərlə birlikdə cəhənnəmin ən alt qatında yer tutar.

Hər kəs naməhrəm qadına baxmaqla gözünü doyuzdursa, Allah-təala qiyamət günündə insanların hesabını apararkən, həmin adamı odlu mismarlarla dəlinmiş halda məhşərə gətirər, sonra onun cəhənnəmə salınmasına əmr verilər.

Hər kim riyakarlıq üzündən başqasına yemək versə, Allah onu cəhənnəm üfunəti ilə yedizdirər və bu üfunət onun qarnında alova dönər...

Hər kim Quranı oxuyub əməl etməsə, qiyamət günündə Allah onu kor halda dirildib məhşərə gətirər. O deyər: “Ya Rəbb, niyə məni kor halda məhşərə gətirdin? Axı mən dünya həyatında görürdüm!”. Allah buyurar: “Ayətlərimiz sənə öyrədildiyi zaman sən onları unutdun. Mən də beləcə bu gün səni unutdum (mərhəmətimdən uzaq saldım)”. Sonra o, cəhənnəmə aparılar.

Hər kim Quranı riya məqsədilə, səfehləri aldatmaq, alimlərin yanında öyünmək və ya dünyada üstünlük qazanmaq üçün öyrənsə, Allah qiyamət günündə onun sümüklərini bəndlərindən ayırar, cəhənnəmdə onun qədər əzab çəkən olmaz. Allahın ona qarşı qəzəbi elə şiddətli olar ki, cəhənnəmdə ona verilməmiş bir əzab növü qalmaz...

Hər kim öz din qardaşının eybini açıb desə, gizli sirrlərini ifşa etsə, cəhənnəmə ilk qədəm basan o olar, Allah onun eyiblərini camaatın gözü qarşısında açıb göstərər...” (Biharül-ənvar, VII, 213-216, hədis 116).


Geri dön

B_L_A_T_N_O_Y

  • 2 fevral 2013 21:08
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
Hər kim bir müsəlmanın və ya zimminin (yəni əhli-kitabın) əleyhinə yalandan şahidlik etsə, qiyamət günündə dilindən asılar və münafiqlərlə birlikdə cəhənnəmin ən alt qatında yer tutar.

^^KuKuLKa^^

  • 26 yanvar 2013 15:16
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Hər kim öz din qardaşının eybini açıb desə, gizli sirrlərini ifşa etsə, cəhənnəmə ilk qədəm basan o olar, Allah onun eyiblərini camaatın gözü qarşısında açıb göstərər...” (Biharül-ənvar, VII, 213-216, hədis 116).

--------------------

yalnz_sen

  • 25 yanvar 2013 23:08
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
Kim muselmanin uzune wille vursa,qiyamet gununde ALLAH onun sumuklerini qirar,onu alova teslim eder

--------------------
Deliyi adam edemiyosam,Adami deli ederim...Sorun yok)))

^^KuKuLKa^^

  • 25 yanvar 2013 22:52
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Hər kim öz həyat yoldaşının mehriyyəsini verməməklə ona zülm etsə, Allahın yanında zinakar kimi sayılar. Izzət və cəlal sahibi olan Allah qiyamət günündə buyurar: “Bəndəm başqa bir bəndəmlə mənim əhdimə əsasən (yəni kəbinlə) evləndi, amma bu əhdi qorumadı” (yəni qadının mehriyyəsini vermədi). Allah qadının haqqını ondan savab şəklində alar (yəni kişinin savabını qadına bağışlayar). Sonra kişini cəhənnəmə salmaq əmrini verər...

--------------------

Friendly_Girl

  • 25 yanvar 2013 21:14
  • Məqalə: 21
  • Şərh: 3146
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

canim ablamin ilk hediyesi

fatimeyinur

  • 25 yanvar 2013 20:54
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun sizden...

Totuw Motuw

  • 25 yanvar 2013 20:36
  • Məqalə: 0
  • Şərh: 1107
  • Bal:
{awards}
ALLAH KOMEYINIZ OLSUN OXUDUM COX SAGOLUNNNN

leyluwka_20

  • 25 yanvar 2013 20:19
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Hər kəs naməhrəm qadına baxmaqla gözünü doyuzdursa, Allah-təala qiyamət günündə insanların hesabını apararkən, həmin adamı odlu mismarlarla dəlinmiş halda məhşərə gətirər, sonra onun cəhənnəmə salınmasına əmr verilər.

--------------------

_CimBomBom_

  • 25 yanvar 2013 19:23
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
Allah razi olsun, bilmeyim coox yaxsi oldu.

--------------------
I love ..BuRaK YiLmAz..

so_sad

  • 25 yanvar 2013 19:02
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Hər kim öz din qardaşının eybini açıb desə, gizli sirrlərini ifşa etsə, cəhənnəmə ilk qədəm basan o olar, Allah onun eyiblərini camaatın gözü qarşısında açıb göstərər...” (Biharül-ənvar, VII, 213-216, hədis 116).

solnuska

  • 25 yanvar 2013 19:01
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

мυsLiмαηκα

  • 25 yanvar 2013 18:14
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun

Shokoladka

  • 25 yanvar 2013 17:39
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Ayda tuklerim biz-biz oldu ee..Duzu bunlari bilmirdim chox sag olun bele gozel xebere gore..Bu xeberin davami olsa sevinerem.Allah razi olsun..

--------------------


sevgi dushmeni

  • 25 yanvar 2013 17:20
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
aaa qorxdum ee gerek her elediyimiz emelden ehtiyatli olmaliyiq ALLAH razi olsun

--------------------

GuNaY_83

  • 25 yanvar 2013 17:05
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Hər kim bir müsəlmanın və ya zimminin (yəni əhli-kitabın) əleyhinə yalandan şahidlik etsə, qiyamət günündə dilindən asılar və münafiqlərlə birlikdə cəhənnəmin ən alt qatında yer tutar.

--------------------

Banned1

  • 25 yanvar 2013 16:31
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsuN...

J ♥ S

  • 25 yanvar 2013 16:27
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Abdullah ibn Abbas rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“...Hər kim qonşusunun bir qarış torpağına xəyanət etsə, Allah həmin torpağı yerin yeddinci qatına kimi dərinlikdə alovlu zəncirə çevirib onun boğazına dolayar və onu cəhənnəmə salar.


Allah razi olsun!

--------------------
J & S ∞♥....

^^KuKuLKa^^

  • 25 yanvar 2013 16:02
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Hər kim qadınla şəriətə uyğun olmayan tərzdə haram əlaqədə olsa və ya öz həmcinsi ilə əxlaqsızlıq etsə, Allah onu leş iyindən də pis bir qoxu ilə məhşərə gətirər və qiyamət əhli bu iydən narahat olarlar. Allah onu cəhənnəmə salar, heç bir əməlini qəbul etməz və bütün savabını puç edər...

--------------------

B_L_A_T_N_O_Y

  • 25 yanvar 2013 16:01
  • Məqalə: 3
  • Şərh: 2949
  • Bal:
{awards}
Hər kim bu dünyada şərab içsə, Allah ona ilan və əqrəblərin zəhərini içizdirər. Bu elə dəhşətli zəhərdir ki, hətta onu içməzdən əvvəl sifətinin əti bir an içində tökülər, içəndən sonra isə bədəninin əti və dərisi leşə dönər, camaat bu iydən əziyyət çəkər və axırda həmin adamı cəhənnəmə atarlar. Şərabı içən, üzümün şirəsini sıxan və sıxdıran, şərabı satan və alan, daşıyan və daşıtdıran, onun pulundan istifadə edən adam da günah cəhətdən bərabərdirlər

TAYNA VOSTOKA

  • 25 yanvar 2013 15:58
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
“...Hər kim qonşusunun bir qarış torpağına xəyanət etsə, Allah həmin torpağı yerin yeddinci qatına kimi dərinlikdə alovlu zəncirə çevirib onun boğazına dolayar və onu cəhənnəmə salar.

--------------------

★WirinKa★

  • 25 yanvar 2013 15:37
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
ALlah razi olsun

--------------------

love time

  • 25 yanvar 2013 15:36
  • Məqalə: 34
  • Şərh: 745
  • Bal:
{awards}
“Bəndəm başqa bir bəndəmlə mənim əhdimə əsasən (yəni kəbinlə) evləndi, amma bu əhdi qorumadı”

--------------------

_trickster_

  • 25 yanvar 2013 15:24
  • Məqalə: 39
  • Şərh: 2788
  • Bal:
{awards}
Hər kim Quranı riya məqsədilə, səfehləri aldatmaq, alimlərin yanında öyünmək və ya dünyada üstünlük qazanmaq üçün öyrənsə, Allah qiyamət günündə onun sümüklərini bəndlərindən ayırar, cəhənnəmdə onun qədər əzab çəkən olmaz. Allahın ona qarşı qəzəbi elə şiddətli olar ki, cəhənnəmdə ona verilməmiş bir əzab növü qalmaz...

--------------------

ღ★Diamond★ღ

  • 25 yanvar 2013 15:01
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Hər kim qonşusunun bir qarış torpağına xəyanət etsə, Allah həmin torpağı yerin yeddinci qatına kimi dərinlikdə alovlu zəncirə çevirib onun boğazına dolayar və onu cəhənnəmə salar.

Silent_ Night

  • 25 yanvar 2013 14:46
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

surawka

  • 25 yanvar 2013 14:46
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Hər kim bir müsəlmanın və ya zimminin (yəni əhli-kitabın) əleyhinə yalandan şahidlik etsə, qiyamət günündə dilindən asılar və münafiqlərlə birlikdə cəhənnəmin ən alt qatında yer tutar.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}