Hər kəs Bizə İnana bilər!

 
Hər kəs Bizə İnana bilər!


Hər kəsə yalan söyləyə bilər insan, bir az qabiliyyəti varsa

aldada bilər... Böyük bir ömrü, bir yalan üstünə qurub yaşaya bilər...

Hər həyat bir hekayədir başlı başına və heç bir hekayə özündən

əvvəl yazılmışlarla eyni deyil... Hər sətirini öz yazdığı bu ssenarinin,

baş qəhramanıdır insan... Fərqində olsun-olmasın, bilərək və ya

bilməyərək, istiqamətini dəyişdirər etdikləriylə... Bu hekayənin

tək fərqi yaşandıqca yazılmasıdır... Hər seçim sətirlərə çevrilər,

xatirələr meydana gətirər sonsuzluqda...


Hər kəs Bizə İnana bilər!


Bütün bu fantastikanın ortasında, bizlər ən çox özümüzü

aldatmağı sevərik... Başqalarından daha asandır özümüzü aldatmaq...

Hər şeyi edə bilən təxəyyülümüz, doymaq bilməz bir iştahla yaşayar...

Birinə çox aşiq olduğumuza inanarıq, bir daha heç sevməyəcəyimizə, çox gözəl

və ya yaraşıqlı olduğumuza, xəstə olduğumuza, yaxşı bir sevgili

olduğumuza, yaxşı bir övlad olduğumuza, yaxşı bir insan olduğumuza,

həyatı tanımağımıza, insanları tanımağımıza, peşə müvəffəqiyyətimizə,

ən yaxşısı olduğumuza, ən pisi olduğumuza və daha bir çox şeyə inanarıq...

İşin ironiyası isə, inandığımız nə isə o olduğumuzdur.


Hər kəs Bizə İnana bilər!


Ona görə bitmək bilməz uzun ağrılar çəkərik, özümüzü zəif

hiss etdiyimiz üçün birinə asılı qalarıq... Təkliyə dözə bilməyəcəyimizə

inandığımızdan bütün ömürü bir pis uğrunda xərcləyərik...

Daha az versək qazanclı olacağımıza, saxlasaq tutulmayacağımıza,

eqoizmin bizi zənginləşdirəcəyinə, gücün bizdə olmasının üstünlük

təmin etdiyinə, yaxşılığın acizliyinə inanarıq...


Hər kəs Bizə İnana bilər!


Ölüm qapıya yaxınlaşmadıqca, bir ölümlü olduğumuzu xatırlamarıq...

Həmişə başqalarının başına gələcəyinə, yaxşı hadisələrin bizim səyimiz

olduğuna ancaq pisliklərin qismətsizlik və ya qədər olduğuna inanarıq...


Bir dəfə sevildiyimiz üçün həmişə seviləcəyimizə və eşqi hər vaxt

olla biləcəyinə güvəndiyimizdən, bizi sevənləri itirərik...


Hər kəsə yalan danışıb aldada bilərik...

Bütün bir ömrü, insanları özümüzə inandırmaqla itirərik...


Hər kəsi canımızın istədiyi kimi aldada bilərik, əlbəttə işə

özümüzü aldatmaqla başlayarıq…


Geri dön

NELLY19

  • 2 avqust 2011 12:54
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Maraqli melumata gore cox sag ol

nilayka

  • 1 may 2011 19:13
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
MARAQLI YAZIYA GORE MINENTDARAM

--------------------

Irane

  • 7 yanvar 2011 23:30
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
twk eziyyete gore

--------------------

CrazyGirl

  • 5 yanvar 2011 00:21
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
her kese tesekkur......

--------------------
Sən varsansa həyat çox gözəl!

Ulya

  • 23 dekabr 2010 00:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.beyendim

Sergio Ramos

  • 22 dekabr 2010 23:55
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür yazıya görə

--------------------

only-girl

  • 22 dekabr 2010 20:02
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
maraqli yaziya gore minnettaram

--------------------

_MISS ANGEL_

  • 22 dekabr 2010 19:58
  • Məqalə: 0
  • Şərh: 142
  • Bal:
{awards}
COOX MARAQLI IDI

--------------------

Asiyan

  • 22 dekabr 2010 18:14
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
ehhh yenede yalanlarrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}